Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə50/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   46   47   48   49   50   51   52   53   ...   310
40 


Az
ərbaycan İqtisadiyyatı 
Həmin bu tarixdə qəbul olunan və 27 maddədən ibarət olan “Dövlət 
Mülkiyyətinin Özəlləşdirilməsi Qanunu” ilə Azərbaycanda sərbəst bazar iqtisadiy- 
yaüna keçid işlərinin hüquqi əsasının təşkili ilə ölkədə ilk özəlləşdirmə mərhələsi 
1993-cü ildə başladılmışdır. Ancaq, bu proqram Milli Məclis tərəfindən təsdiq 
edilməmişdir. 1993 və 1994-cü illərdə “Özəlləşdirmənin Dövlət Proqramı” uzun 
müzakirələr və reviziyalardan sonra 1995-ci ildə Milli Məclis tərəfindən təsdiqlənərək 
birinci özəlləşdirmə proqramı tətbiq edilməyə başlamışdır. BVF və Dünya Bankının 
da məsləhətləri istiqamətində özəlləşdirmə Azərbaycan idarəsinin əsas hədəfiəri 
arasında yer almağa başlamışdır. Sistemli özəlləşdirmə və bazarın liberallaşdırılması, 
planlı iqtisadiyyatdan sərbəst bazar iqtisadiyyatına keçidi sürətləndirən əsas 
tədbirlərdən olmuşdur. İstehsal səviyyəsin- dəki dövlət əmlakının üçdə ikisi birinci 
mərhələdə özəlləşdirilməyə çıxardıl- mışdır. Özəlləşdirmə proqramı çərçivəsində 
restoran, kafe, bərbərxana, dükan, dərzixana kimi ticarətxana olaraq adlandıra 
biləcəyimiz kiçik həcmli firmalar, özəlləşdirilməsi məcburi sayılan firmalar olublar. 
Neft, təbii qaz, telekommunikasiya ilə əlaqədar təşkilatlar, mədəniyyət ocaqları və 
mədənlər isə özəlləşdirilmirlər. Ancaq, bu təşkilatlar Respublika Prezidenti və ya Baş 
Nazirin qərarına əsasən özəlləşdirilə bilərlər. 
Özəlləşdirmə, 1992-ci ildə qurulan Dövlət Əmlak Komitəsi tərəfindən həyata 
keçirilməkdə idi. 2000-ci ildə isə. Əmlak Komitəsi ləğv edilərək özəlləşdirmədən 
məsuliyyət daşıyacaq şəkildə Əmlak Nazirliyi yaradıldı. 
1993-1996-cı illər arasında ancaq mənzillər və taksilər özəlləşdirilmişdir. 
Prezidentin 8 fevral 1997-ci il tarixli fərmanına əsasən hər biri 4 ədəd çek- dən 
ibarət 8 milyon ədəd Dövlət Özəlləşdirmə Payından (Çek) 7.183.803 ədədi 
Azərbaycan vətəndaşlarına əvəzsiz paylanmışdır. Özəlləşdirmədə ölkə vətən- daşlan 
bu çeklərlə, xarici ölkə vətəndaşlan isə opsiyon adı verilən özəlləşdirmə çekləri ilə 
iştirak edə bilirdilər. 
Azərbaycanda 1995-1998-ci illəri əhatə edən birinci özəlləşdirmə proqramı, 
ancaq, 2000-ci illərin əvvəllərində tamamlana bilmişdir. Birinci özəlləşdirmə 
proqramında özəlləşdirmə proqramına alman kiçik və orta həcmli şirkətlərin 
əksəriyyəti bu proqram çərçivəsində özəlləşdirilmişdi. 1996-cı ildə özəlləşdirmə 
sürətlənərək, sayıları 6200-ə çatan kiçik şirkətlər özəlləşdirilərkən, 1997-ci ilin 
sonunda bu rəqəm 15 000-ə çatmışdı. 
Birinci özəlləşdirmə proqrammdakı gecikmə səbəbiylə ikinci özəlləşdirmə 
proqramı ancaq 10.08.2000 tarixində prezident tərəfindən imzalanmışdır. Beləliklə
ikinci özəlləşdirmə proqramı iki illik gecikmə ilə tətbiq edilməyə başlamışdır. 
İkinci özəlləşdirmə proqramı ilə orta və böyük həcmli şirkətlərin özəlləşdirilməsi 
planlanmışdır. Bununla da dövlətin iqtisadiyyatdakı rolunun azaldıl- mashna 
çahşılmışdır. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə