Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə29/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   25   26   27   28   29   30   31   32   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
113
cülük gücü təxminən 30 mln. ton nəzərdə tutulsa da, indiyə 
qədər heç vaxt 10 mln. tonu aşmamışdır.  
Xəzər hövzəsi və Orta Asiyanın karbohidrogen məhsulla-
rının dünya bazarlarına ixracı ilə bağlı yuxarıda artıq qeyd 
edildiyi kimi,  ikinci layihəni  Azərbaycan irəli sürmüşdü. Bu 
ideyanın əsasında Xəzər dənizi ilə dünyanın enerji bazarlarını 
və regionun əsas enerji istehlakçılarını birləşdirəcək çoxva-
riantlı yeni enerji dəhlizləri və ixrac kəmərlərinin çəkilməsi 
təşəbbüsü dayanmışdı. Bu istiqamətdə Azərbaycanın təklif 
etdiyi  əsas variant Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-
Ərzurum qaz kəmərləri idi. (Bax: Xəritə 23) Azərbaycanın 
yeni təşəbbüslərini həmin dövrdə Rusiya və  İrandan başqa 
bütün region ölkələri- Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukray-
na, Türkmənistan, dünyanın aparıcı dövlətləri- ABŞ, Avropa 
İttifaqı  və s. aparıcı ölkələri də  dəstəkləyirdi.  Yeni dəhliz və 
kəmərlər vasitəsilə  Xəzər dənizi və Orta Asiyanın gələcəkdə 
hasil ediləcək və Rusiyanın Novorossiyskdəki Qara dəniz lima-
nının və İstanbul boğazlarının imkanlarına qətiyyən sığmayan 
on milyonlarla ton neft və milyardlarla kub metr qazın Avropa 
və dünya bazarlarına daşınması nəzərdə tutulurdu.  
Xəzər hövzəsinin enerji ehtiyatları sırasında mühüm paya 
malik olan  türkmən qazının Azərbaycanın təşəbbüsü ilə 
reallaşdırılan alternativ yollarla Avropa bazarlarına ixracı 
məsələsi də hövzənin geoiqtisadi münasibətlər sistemində  və 
transmilli ixrac siyasətinin formalaşmasında xüsusi önəm 
daşıyır. Türkmənistan Rusiyadan və İrandan sonra Orta Asiya 
və Xəzər bölgəsinin üçüncü qazla ən zəngin və əsas dövlətidir. 
Odur ki, Xəzərətrafı ölkələr içərisində Türkmənistan bölgənin 
və dünyanın qaz sahəsində mühüm geosiyasi oyunçulardan biri 
hesab olunur. Lakin bir faktı da vurğulamaq lazımdır ki, 
 
ƏL İ  H ƏS ƏNOV  
 
114 
Türkmənistan həm də istehsal etdiyi qazın birbaşa xarici 
bazarlara ixracı ilə bağlı bölgədə ən zəif geoiqtisadi və tranzit 
mövqeyinə malik olan, bu sahədə  ən çox problemlə rastlaşan 
ölkə hesab olunur. Ümumi qaz ehtiyatlarının, bəzi beynəlxalq 
ekspertlər tərəfindən təxminən 8-10 trln. kub metr qiymətlən-
dirildiyi və bunun da 80-90%-inin ixrac üçün nəzərdə tutul-
duğu Türkmənistanda Rusiyadan tam geoiqtisadi asılılığın və 
tranzit alternativsizliyinin hansı problemlər yaratdığını  təsəv-
vür etmək çox da çətin deyil.  
Müstəqilliyə qovuşduqdan sonra, 1992-ci ildə Türkmənis-
tan prezidenti S. Niyazov İran və Türkiyə ilə danışıqlara 
başlayaraq,  İrandan keçməklə Türkiyə  və Avropaya uzanan, 
təxminən 4-5 mlrd. dollar dəyərində yeni bir transmilli qaz 
kəmərinin çəkilməsi haqqında razılığa gəlir. Lakin həmin 
dövrdə ABŞ  və  Qərb ölkələrinin  İrana olan mənfi münasibəti 
nəticəsində bu kəmərin maliyyələşdirilməsinə beynəlxalq dəs-
tək verilmədi. Kəmərin maliyyələşməsi üçün lazım olan 
maliyyə vəsaiti həmin dövrdə Türkiyə, İran və Türkmənistanın 
özündə olmadığına görə, onu reallaşdırmaq mümkün olmadı. 
Digər tərəfdən həmin illərdə Türkmən qazının  İran üzərindən 
Qərbə ixracı ideyasına Rusiya da ciddi maneçilik törətdi. 
Türkmənistanın qaz ixracı sahəsindəki geosiyasi problem-
lərindən istifadə edən Rusiya, həm də o dövrdə nəinki təkcə bu 
ölkənin xaricə alternativ ixrac marşrutları yaratmaq planını 
pozdu, eyni zamanda “Türkmənistanın bütün ixrac qazının 
2000-ci ilə  qədər, hər min kub metri 42 ABŞ dolları olmaqla 
Rusiyaya satılması haqqında” S.Niyazovla dövlətlərarası mü-
qavilə bağlamaqla, müəyyən müddətə qaz ixracı sahəsində 
onun bütün xarici iqtisadi əlaqələrini dayandırdı. Beləliklə
Rusiya həm uzun müddətə  Xəzər hövzəsini xarici aləmlə 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
115
birləşdirən yeni kəmər ideyasını arxa plana keçirdi, həm də 
Türkmənistanın bütün strateji qaz məhsulunu öz əlinə keçirdi.  
1996-cı ildə ABŞ, Türkiyə  və Azərbaycanın ciddi səyi 
nəticəsində Türkmənistan prezidenti S. Niyazovu gələcəkdə bu 
ölkənin qazını yeni çəkiləcək Azərbaycan, Gürcüstan və Tür-
kiyə marşrutu ilə dünya bazarlarına çıxarmağa və Xəzərin dibi 
ilə  çəkiləcək Transqafqaz kəməri ilə Türkiyəyə (o zaman 
Türkiyə təxminən 10 merd. kub metr türkmən qazını alacağına 
söz verirdi) birbaşa ixrac eməyə razı sala bildilər. Lakin, bir 
tərəfdən bu ölkənin qeyri-prinsipial və dalğın enerji siyasəti
digər tərəfdən yenə  də rusların müdaxiləsi Türkmənistanı, 
onun üçün sözün həqiqi mənasında, “geoiqtisadi cəhətdən 
strateji qurtuluş” hesab oluna biləcək belə bir addım atmaqdan 
çəkindirdi. Həmin dövrdə, Rusiya bir tərəfdən “Xəzərin statusu 
və ekoloji məsələlərini” ortaya ataraq ətraf ölkələri, o cümlə-
dən də Türkmənistanı ciddi təhdid etməyə başladı. Digər tə-
rəfdə isə, Türkiyə ilə separat danışıqlar apararaq, bu ölkənin 
türkmən qazına olan ehtiyacını “tam bağlamaq” üçün, “Mavi 
axın” (Bax: xəritə 23) adlanan ölkələrarası qaz alqı-satqısı mü-
qaviləsinə onu imza atmağa inandıra bildi. Türkiyənin maye 
qaza olan ehtiyacını  məhz elə  həmin Türkmənistandan ucuz 
qiymətə aldığı qazla təmin etmək məqsədi ilə, ruslar yenidən 
Türkmənistanla danışıqlara başlayır və qısa vaxtda onu şirnik-
ləndirici qiymətlərlə türkmən qazının  Xəzər dənizi boyunca 
salınacaq yeni marşrutla Rusiyaya ixracı  ilə bağlı 50 il 
müddətinə strateji müqavilə bağlamağa razı salır. Beləliklə, 
həm türklər türkmən qazını  əvvəl  əldə edəcəkləri qiymətdən 
(Rusiyanın xeyrinə olmaqla) azı bir dəfə baha almağa “məcbur 
olur”, həm də türkmənlər Türkiyəyə satacaqları qazdan əldə 
edəcəyi gəlirlərin azı yarısından uzun müddətə (yenə də Rusi-
 
ƏL İ  H ƏS ƏNOV  
 
116 
yanın xeyirinə) məhrum olurlar. Bundan başqa, Rusiya və 
onun müttəfiqlərinin dəstəyi ilə dünyada Transxəzər və Trans-
qafqaz qaz kəmərlərinın perspektivsizliyi, iqtisadi cəhətdən 
səmərəsizliyi ilə bağlı ciddi kampaniya başlanır. Lakin həm 
türklərin, həm də rusların bu işdə yaratdığı düşünülmüş, yaxud 
sadəcə uzağı görməyən fəaliyyətlərinə baxmayaraq, Transxə-
zər qaz kəmərinin çəkilişi yubansa da, Azərbaycan, Gürcüstan 
və  Qərb ölkələrinin səyi ilə Transqafqaz kəmərinin (Bakı-
Tbilisi-Ərzurum) çəkilişinə start verildi.  
Alternativ ixrac variantına daxil olan və hazırda bölgənin 
perspektivli layihəsi kimi müəyyən dairələrində geniş müza-
kirə olunan neft-qaz ixracı marşurutlarından biri də, çəkilişi 
üçün maraqlı tərəflərin sərmayə imkanları araşdırılan və Rusi-
yanın xüsusi müqaviməti ilə üzləşən  Transxəzər  layihəsidir. 
(Bax: Xəritə 23) 
Mütəxəssislərin fikrinə görə, Xəzərin dibi ilə Qazaxıstanın 
Aktau, Türkmənistanın Türkmənbaşı limanından və  Xəzərin 
şimalındakı digər perspektivli neft-qaz yataqlarından Azərbay-
cana, oradan da Gürcüstan və Türkiyə vasitəsilə Aralıq dəni-
zinə, Avropa ölkələrinə istiqamətlənməsi planlaşdırılan bu la-
yihənin işə salınması bölgədə tamamilə yeni bir geoiqtisadi 
ortam yarada bilər. Ümumiyyətlə, mütəxəssislər bu marşrutu 
Xəzərin enerji resursları sahəsində xüsusi payı  və yeri olan 
Qazaxıstan və Türkmənistan üçün gələcəkdə  ən perspektivli 
ixrac yolu kimi dəyərləndirirlər. Onların fikrinə görə, bu gün 
Rusiyanın təzyiqi ilə reallaşması qeyri-mümkün görünən bu 
layihə gələcəkdə Xəzər hövzəsinin enerji məhsullarını Rusiya-
nın geosiyasi asılılığından qurtararaq Avropanın enerji bazarı 
ilə birləşdirəcəkdir. Xəzər hövzəsindən Baltikyanı bölgələrə və 
Şərqi və  Qərbi Avropaya neft-qaz ixracı perspektivlərindən 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə