Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə30/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   26   27   28   29   30   31   32   33   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
117
bəhs edərkən artıq fəaliyyət göstərən BTC, BTƏ, Bakı-Supsa 
və b. fəaliyyətdə olan kəmərlərlə yanaşı, həm də reallaşdırıl-
masına çalışılan NABUKKO, TANAP, TAP, gələcəkdə çəkil-
məsi düşünülən Bakı-Gürcüstan-Bolqarıstanın (Burqas), Bakı-
Gürcüstan-Rumıniya (Konstanta), Bakı-Gürcüstan-Ukrayna 
(Odessa) və s. marşrutlarını da qeyd edirlər. Xüsusən, Türk-
mən qazının Transxəzər marşrutu ilə Avropaya ixrac edilməsi 
istiqamətində çox ciddi çalışmalar mövcuddur. 
Transxəzər marşrutunun reallaşması  və Türkmənistanın 
enerji ehtiyatlarının ona qoşulması istiqamətində  əsas cəhdi 
1997-ci ildən ABŞ, Türkiyə, Avropa İttifaqı göstərir. Son za-
manlar Xəzərin dibi ilə Türkmənistan qazının Bakıya, oradan 
da Bakı-Tbilisi-Ərzurum vasitəsi ilə Türkiyəyə  və Nabukko 
kəməri ilə Avropaya ixracı artıq təkcə Türkmənistanın, yaxud 
Xəzər hövzəsinin geoiqtisadi məsələsi deyil, həm də Avropa-
nın enerji təhlükəsizliyinin qlobal təminatı kimi müzakirə 
olunur. Bir qədər əvvəl bu məsələ ilə bağlı Türkmənistan pre-
zidenti və ABŞ-ın vitse-prezidenti arasında hətta kommersiya 
müqaviləsi də imzalanmışdır. ABŞ müqaviləyə uyğun olaraq, 
bu işin texniki layihələndirilməsi üçün lazımi vəsait də ayır-
mışdır. Kəmərin təxmini uzunluğu Bakıya qədər 200 km, 
buraxılış gücü 30 mlrd. kub metr olmalı idi. Lakin neçə illərdir 
ki, Rusiya və İranın Xəzərin statusu ilə bağlı məsələni bilərək-
dən uzatmaları, Türkmənistanın Transxəzər ətrafında nümayiş 
etdirdiyi zəif iradə  və s. nəticəsində bu kəmərin inşasına baş-
lamaq mümkün olmamışdır. Hətta 1998-ci ildə Türkmənistanla 
Türkiyə arasında 30 il müddətində, ildə 16 mlrd. kub metr 
Türkmənistan qazını Transxəzər və Transqafqaz marşrutu ilə 
Türkiyəyə göndərilməsi haqqında saziş də imzalanmaqdır. La-
kin bütün bunlara baxmayaraq, hələ ki, Türkmənistanın Trans-
 
ƏL İ  H ƏS ƏNOV  
 
118 
qafqaz qaz kəmərinə qoşulması sual olaraq qalmaqdadır. 
ümumiyyətlə, Türkmənistanın zəngin qaz ehtiyatlarının 
istehsalı  və dünya bazarlarına ixracı  Xəzər hövzəsinin  əsas 
transmilli məsələlərindən biri hesab olunur və Transxəzər 
layihəsi çərçivəsində daim müzakirə olunur.  
Türkmənistan hələ Sovet hakimiyyəti illərində ildə, təxmi-
nən 80-90 mlrd. kub metr qaz istehsal edirdi ki, bunun da cəmi 
10%-ini öz daxili istifadəsinə yönəldirdi. O zaman türkmən 
qazının böyük hissəsi  Türkmənistan-Özbəkistan-Qazaxıs-_tan-Rusiya_marşrutu'>Türkmənistan-Özbəkistan-Qazaxıs-
tan-Rusiya marşrutu üzrə SSRİ-nin daxili ehtiyaclarının 
təminatı üçün nəql edilirdi və müəyyən qədər də  Rusiyaya-
Ukrayna  və  Rusiya-Belarusiya marşrutu vasitəsi ilə  Şərqi 
Avropa ölkələrinə ixrac edilirdi. Bu çox uzun məsafəli və 
bahalı bir marşrut idi. (Bax: Xəritə 24) 
Türkmənistan qeyd edilən və edilməyən bir çox səbəblər 
üzündən Transxəzər qaz kəmərinin çəkilişini həyata keçirə 
bilməsə  də, onun müstəqil enerji maraqlarının təminatı üçün 
həyati  əhəmiyyət kəsb edən iki yeni qaz ixrac kəmərinin 
çəkilişinə nail ola bildi. Bunlardan biri Türkmənistan-  İran 
arasında çəkilən, uzunluğu 200 km., buraxılış gücü, təxminən 
8 mlrd. kub metr olan və 1997-ci ildə istifadəyə verilmiş qaz 
ixrac kəməridir.
90
  
                                                 
90
  Kəmərin açılışı  ərəfəsində Türkmənistan  İranla “25 il müddətində Türk-
mənistan qazının hər il 8 mlrd. kub metr olmaqla İrana satılması” haqqında 
müqavilə imzalayaraq, ciddi bir geoiqtisadi öhdəlik götürmüşdür. Hazırda, 
Türkmənistan bu kəməri böyütmək və  gələcəkdə onun vasitəsilə Türkiyəyə, 
oradan da Avropaya uzunluğu 3.200 km olan, illik buraxılış gücü 25-30 mlrd. 
kub metr təşkil edən yeni kəmər çəkməklə bağlı iş aparır və İranla birgə ciddi 
fəaliyyət göstərir. Lakin yenə  də Türkiyənin bu məsələdə qeyri-müəyyən 
tranzit və ikili mövqeyi, eyni zamanda ABŞ-in  İran marşurutuna olan mənfi 
münasibəti fonunda hər hansı ciddi nəticə görünmür.  


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
119
Türkmənlərin uzun müddət çəkilişinə ciddi ümid bağladığı 
və bu yaxınlarda reallaşdırdığı ikinci marşurut- bu ölkəni Çinlə 
birləşdirən  Transasiya qaz kəməri  hesab oluna bilər. Bura-
xılış gücü, təxminən 7-8 mlrd. kub metr olan, uzunluğu 3350 
km. təşkil edən bu kəmər türkmən qazını birbaşa Çinə ixrac 
edir ki, bunun da gələcəkdə genişləndirilməsi layihəsi üzərində 
düşünülür. Türkmənlər istəyir ki, gələcəkdə  Əfqanıstan üzə-
rindən Pakistanın Karaçi şəhərinə, ordan da Hindistana 
qədər uzanan yeni bir qaz kəməri çəksinlər. Bu işlə bağlı hətta 
Türkmənistan son illərdə ABŞ və Səudiyyə Ərəbistanını təmsil 
edən bir çox kompaniyalarla konsorsium da yaratmış və dəyəri 
3-3.5 mlrd. dollar, illik buraxılış gücü 20 mlrd. kub metr olan 
yeni kəmərin çəkilişi haqqında razılığa gəlmişdir.
91 
Lakin  Əf-
qanıstan və Pakistandakı mövcud qeyri-sabit vəziyyət bu qaz 
kəmərinin çəkilişinə hələ ki, imkan vermir. (Bax: Xəritə 25) 
Türkmən qazının digər bir qismi 1999-cu ildən inşasına 
başlanılmış və qısa müddətdə başa çatdırılmış Türkmənistan-
Rusiya-Xəzərboyu  kəməri  vasitəsilə Rusiya nəqli prosesi 
həyata keçirilir. Türkmənistan 50 il müddətinə öz qazını bu 
kəmərlə ildə 20 mlrd. kub metr olmaqla, razılaşdırılmış qiy-
mətlə Rusiyaya satmaq, Rusiya isə o qədər qazı Türkmənis-
tandan almaq öhdəliyi götürsə  də, sonradan Rusiya razılaşdı-
rılmış qiyməti Türkmənistana ödəməkdən imtina etmişdir.  
Türkmənlər 2015-ci ildən başlayaraq ildə, təxminən 200 
mlrd. kub metr mavi qaz çıxarmağı  hədəfə alıblar ki, bunun 
üçün də onlara hava və su kimi həm Qərb, həm də Şərq bazar-
larına uzanan yeni ixrac kəmərləri və marşrutları lazımdır. 
Məhz ixrac imkanları  məhdud olduğuna görə, türkmənlər bu 
                                                 
91
Bax: Газ: “Нейтральный Туркменистан”, 16 августа 1997. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
120 
gün xarici partnyorları da cəlb etməklə, nəzərdə tutulan miqdar 
qazı istehsal edə bilmirlər. 
Azərbaycanın zəngin qaz ehtiyatlarının dünya bazarlarına 
ixracı marşrutları da son illərə  qədər müxtəlif regional və 
beynəlxalq dairələrdə geniş müzakirə olunurdu. 2012-ci ildə 
Türkiyə ilə Azərbaycan qazının Avropa bazarlarına müştərək 
ixracını  hədəfləyən TANAP layihəsi imzalandıqdan sonra bu 
mövzu bölgənin energi geoiqtisadiyyatı  və Avropanın enerji 
təhlükəsizliyi fonunda artıq real gerçəklik kimi təhlil edilir. 
Azərbaycan hazırda ildə, təxminən 30 milyard kub metr qaz 
istehsal edir. Bölgənin digər  əsas qaz istehsal edən ölkələrin-
dən (Türkmənistan, Qazaxıstan, Özbəkistan,  İran və s.) fərqli 
olaraq, Azərbaycan qaz ixracı sahəsində hazırda hər hansı bir 
problem yaşamır. Onun Bakı-Tbilisi-Ərzurum qaz kəməri 
vasitəsi ilə Gürcüstan və Türkiyəyə,  Bakı-İran  və  Bakı-
Qroznı  xətti ilə müvafiq olaraq İran və Rusiyaya qaz ixrac 
kəmərləri mövcuddur. Hazırda ölkənin istehsal etdiyi təxminən 
30 milyard kub metr qazın 10-12 milyardı daxili istifadəçilərə 
verilir, 14-16 milyardı isə üç istiqamət üzrə xarici ölkələrə 
satılır. Hazırda Avropa İttifaqı Türkiyədən keçməklə Avropa 
bazarlarına istiqamətlənən kəmərlər üçün Azərbaycandan 15-
20 milyard kub metr maye qaz istəyir. Bundan başqa Avropa-
nın Rumıniya, Bolqarıstan, Macarıstan və b. ölkələri də Bakı-
Gürcüstan və Rumıniya marşrutu üzrə ixracı razılaşdırılan və 
yaxın zamanlarda inşasına başlanılacaq marşrut üzrə ildə 
təxminən 7-10 milyard kub metr Azərbaycan qazını gözləmək-
dədirlər. Mütəxəssislərin fikrinə görə, Azərbaycanı sonuncu 
marşurutun xeyirinə qərar verməyə və qaz ixracında yeni-yeni 
alternativlər axtarmağa son zamanlara qədər Türkiyənin Azər-
baycan qazının NABUKKO vasitəsilə tranzitinə və Türkiyənin 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə