Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə33/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   29   30   31   32   33   34   35   36   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
129
qeyini dəstəkləyirlər.  Qlobal dünyanın çeşidli geoiqtisadi və 
getdikcə yüksələn enerji təhlükəsizliyi maraqları Xəzər və Orta 
Asiyanın zəngin enerji resurslarının istehsalı  və ixracının hər 
hansı bir ölkənin monopoliyasından çıxarılmasını  və diver-
sifikasiyasını  (şaxələndirilməsini) təmin etməyi tələb edir və 
onun liberal bazar və  rəqabət mühitinə salınmasını, ayrı-ayrı 
subyektiv faktorlardan asılılığının aradan qaldırılmasını  tələb 
edirdi. Bu sırada ABŞ-ı, Avropa və dünyanın inkişaf etmiş 
dövlətləri və onlara məxsus nəhəng transmilli şirkətləri qeyd 
etmək olar. 
Xəzərin karbohidrogen məhsulları ilə öz enerji təhlükəsiz-
liyini bağlayan Qərb ölkələri və onlara məxsus transmilli şir-
kətlər məhz yeni kəmər və dəhlizlər variantına, dünyada xüsusi 
enerji geosiyasəti həyata keçirən Rusiya kimi ölkələrin iradə-
sindən asılı olmayan, tam müstəqil neft-qaz ixrac marşrutuna 
üstünlük verirlər. Həm də, belə müstəqil marşurut nəinki təkcə 
region ölkələrinin və onların enerji məhsullarından asılı olan 
dünya dövlətlərinin geoiqtisadi risklərini azaldır, həm də iqti-
sadi baxımdan da çox səmərəli və rus marşrutu ilə müqayisədə 
kifayət qədər ucuz başa gəlir. 
Xəzərətrafı ölkələrindən Azərbaycanla yanaşı Qazaxıstan 
və Türkmənistan üçün yeni kəmər öz məhsullarını  sərbəst 
şəkildə, heç bir təsir dairəsinə daxil olmadan dünya bazarlarına 
çıxarmaq anlamında, həm də  həyati  əhəmiyyət kəsb edir. 
Məsələ ondadır ki, Xəzər hövzəsində neft-qaz ixracı ilə bağlı 
ən  əlverişsiz vəziyyətdə olan ölkələr məhz Türkmənistan və 
Qazaxıstan hesab olunur. Tədqiqatlar göstərir ki, bu ölkələr 
yaxın illərdə yeni kəşf olunmuş zəngin neft-qaz yataqlarından 
istehsal olunan məhsulun xarici bazarlara çıxarılmasında ciddi 
problemlərlə üzləşəcəklər. Məsələn, yaxın onillikdə Qazaxısta-
 
ƏL İ  H ƏS ƏNOV  
 
130 
nın Kaşaqan yataqlarından, təxminən ildə 100 mln. tona yaxın 
neft hasil edəcək ki, bunun da ixracı ilə bağlı bu ölkənin ha-
zırda heç bir müstəqil, etibarlı və təhlükəsiz transmilli marşrut 
qarantiyası yoxdur. Əgər, yaxın gələcəkdə Qazaxıstan öz ixrac 
potensialını 100 milyona çatdırarsa, o zaman bu məhsulun 
xarici bazarlara ixracı əsl problemlə üzləşəcəkdir. Mütəxəssis-
lərin hesablamalarına görə Qazaxıstan və Türkmənistan bugün-
kü bütün mövcud kəmərlər və ixrac dəhlizlərinin imkanların-
dan istifadə edə bilsə belə,  ən yaxşı halda Rusiya ərazisi ilə- 
Tengiz-Novorossiysk və Uzen-Samara xətləri vasitəsilə, təxmi-
nən ildə 30-40 mln. ton, gəmilər və dəmir yolu vasitəsilə Azər-
baycan  ərazisindən keçməklə- Bakı-Supsa kəməri və digər 
yollarla maksimum 10-20 mln. neft ixrac edə bilərlər. Nəzərə 
alınsa ki, hər iki ölkənin ixrac nefti hazırda həm Rusiyaya, həm 
də Azərbaycan  ərazisindən Qara dənizə  qədər, oradan isə 
gəmilərlə əsasən İstanbul vasitəsi ilə Aralıq dənizinə çıxarılır, 
o zaman hazırda  İstanbuldan keçən 80-100 mln. tonluq neft 
karvanına Qazaxıstan və Türkmənistanın 50-100 mln. ton ixrac 
neftinin  əlavə olunacağı  təqdirdə, bu boğazın düçar olacağı 
acınacaqlı  vəziyyəti təsəvvür etmək o qədər də  çətin olmaz. 
Türkmənistanın qaz ixracı ilə  vəziyyəti də getdikcə  çətinləşir 
və bu ölkənin tələbatına qətiyyən cavab vermir.  
Son zamanlar Qazaxıstan və Türkmənistan da Azərbaycan 
kimi, neft-qaz kəmərlərinin  şaxələndirilməsi siyasətinə üs-
tünlük verərək, Qərbi Qazaxıstan ərazisindən Çinə və Türkmə-
nistan ərazisindən İrana, hər iki ölkə ərazisindən Xəzərin dibi 
ilə Azərbaycana və Cənubi Qafqaz vasitəsi ilə Avropaya yeni 
neft-qaz kəmərlərinin çəkilişi ətrafında müvafiq maraqlı ölkə-
lər və dairələrlə  iş aparır. Mütəxəssislərin fikrinə görə, bütün 
bu kəmərlərin çəkilişi üçün həm ciddi ehtiyac duyulur, həm də 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
131
bölgənin gələcək neft-qaz istehsalı proqnozları nəzərə alınmaq-
la, onların iqtisadi səmərəliliyinə heç bir şübhə yeri qalmır. 
Orta Asiya və  Xəzərin karbohidrogen ehtiyatlarının dünya 
bazarlarına kütləvi axınınının qarşıdakı 50-100 il müddətinə 
nəzərdə tutulmasını  nəzərə alsaq, doğrudan da bölgənin çox-
saylı transmilli kəmər ehtiyacını hər an hiss etmək olar.  
 Əslində yeni neft və qaz kəmərləri Xəzər hövzəsi və Orta 
Asiya ölkələrinin neft-qaz məhsullarını öz nəzarəti altında- 
Fars körfəzi vasitəsilə dünya bazarlarına çıxarmaq istəyən İran 
üçün də ciddi dividentlər gətirə bilərdi. Lakin bu o vaxt müm-
kün olardı ki, həmin kəmərlər onun ərazisndən keçməklə, Fars 
körfəzi vasitəsilə dünya bazarlarına çıxsın.  Xəzər hövzəsinin 
ikinci böyük ölkəsi olan İran ilk gündən Xəzər hövzəsinin və 
Orta Asiyanın zəngin neft-qaz resurslarının Rusiyanın ənənəvi 
kəmər və marşrutlarından yan keçməklə dünya bazarlarına 
ixracının fəal tərəfdarı kimi çıxış etməyə  və bu yöndə Azər-
baycanın təşəbbüsünü dəstəkləməyə başlayır. Lakin, İran bu 
işə bölgənin neft ölkələrinin milli maraqlarını və onların neft-
qaz məhsullarını səbirsizliklə gözləyən Avropa ölkələrinin ehti-
yacını ödəmək baxımından deyil, öz geosiyasi və geoiqtisadi 
maraqları baxımından çalışırdı.  İranın yeni kəmər və  dəhliz-
lərdən geosiyasi və geoiqtisadi nəticələri ciddi hesablanmış bir 
necə gözləntisi var idi. Bunlardan biri və birincisi transmilli 
kəmərlər vasitəsilə öz ölkəsini neçə illərdir ki, ABŞ  və onun 
Qərb tərəfdaşları  tərəfindən salınmış iqtisadi təcridetmədən 
çıxarmaq idi. İkincisi isə,  İran Xəzərdəki transmilli enerji 
layihələrinə və Qərb ölkələrinin hövzəyə daxil olmasına mane 
ola bilməyəcəyinə  əmin olandan sonra, heç olmasa onların 
ixrac edəcəyi məhsullar üzərində  hər hansı formada nəzarət 
mexanizmləri  əldə etmək istəyirdi. Üçüncüsü, İran öz 
 
ƏL İ  H ƏS ƏNOV  
 
132 
ərazisindən çəkiləcək yeni kəmərlərlə bölgədə (xüsusən 
Xəzərətrafı ölkələrdə) Rusiyanın təsir dairələrini zəiflətmək, 
özününkünü isə gücləndirmək istəyirdi. Nəhayət, dördüncüsü, 
İran da digər ölkələr kimi Xəzərin enerji resurslarının ixracın-
dan müəyyən iqtisadi dividentlər, tranzit gəlirləri götürmək 
istəyirdi. Odur ki, Azərbaycanın Beynəlxalq Konsorsiumla 
birgə  Xəzərdən istehsal edilən  əsas neftin və qazın dünya ba-
zarlarına çıxarılması marşurutlarını  çəkmək ideyası ortaya çı-
xanda, İran öz ərazisini və Fars körfəzi variantını təklif edir.  
 Mütəxəssislərin fikrinə görə, əslində İranın əraziləri digər 
təklif olunan marşrutlardan iqtisadi xarakteristikasına görə 
daha sərfəli idi. Lakin İranın siyasi rejimi, yürütdüyü geosi-
yasəti və dövlətin xarici aləmlə  əlaqələri layihədə söz sahibi 
olan ölkə  və  şirkətləri qane etmirdi. Odur ki, bütün üstünlük-
lərinə baxmayaraq, ABŞ və onun Qərb tərəfdaşları İran varian-
tını birmənalı  şəkildə yaxına buraxmadılar. Bu ölkənin bütün 
cəhdlərinə  və çalışmalarına baxmayaraq, Türkmənistandan 
çəkilmiş kiçik bir qaz kəməri istisna olmaqla, İran Xəzər höv-
zəsini Qərblə birləşdirən bütün əsas yeni kəmər və mar-
şrutlardan kənarda qaldı. Bunun əsas səbəbi,  əlbəttə ki, qeyd 
etdiyimiz kimi, heç də bu ölkənin geosiyasi məkanının  əlve-
rişsizliyi ilə deyil, daha çox Qərb ölkələrinin, xüsusən, ABŞ-ın 
İrana etibar etməməsi, onunla planetar müstəvidə mübarizə 
aparması  və buna uyğun olaraq bu ölkəni beynəlxalq iqtisadi 
təcridetməyə salması idi.  
İran Qərb ölkələrinin yaratdığı iqtisadi blokadadan çıxmaq 
üçün Azərbaycan, Qazaxıstan və Türkmənistanla (həm də so-
nuncuların xaricə neft-qaz ixracı ilə bağlı mövcud problemlə-
rindən istifadə edərək) enerji sahəsindəki  əlaqələrini genişlən-
dirməyə  və onların artıq neft və qaz məhsullarını alaraq, Fars 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə