Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə35/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
137
larının köməyi ilə  tədricən reallaşdırmağa başlamışdır. Höv-
zənin, o cümlədən Orta Asiya bölgəsinin karbohidrogen məh-
sullarının dünya bazarlarına ixracı ilə bağlı Azərbaycanın irəli 
südüyü və Rusiyanın mövqeyindən fərqlənən bu plan Rusiya 
və İran istisna olmaqla demək olar ki, bütün region ölkələri - 
Türkiyə, Gürcüstan, Qazaxıstan, İran, Ukrayna, Türkmənistan, 
dünyanın aparıcı dövlətləri - ABŞ, Yaponiya, Çin, Avropa 
İttifaqı ölkələri və s. tərəfindən də dəstəklənmişdi. 
Azərbaycanın ixrac siyasətinin və bu istiqamətdə irəli sür-
düyü təşəbbüslərin  əsasında  Xəzər dənizi və Orta Asiya ilə 
dünyan enerji bazarlarını, regionun əsas enerji istehlakçılarını 
birləşdirəcək alternativ, müstəqil, çoxvariantlı enerji dəhlizləri 
və ixrac kəmərlərinin çəkilməsi ideyası dayanırdı. Yeni dəhliz 
və  kəmərlər Xəzər dənizi və Orta Asiyadan hasil ediləcək və 
Rusiyanın Novorossiyskdəki Qara dəniz limanının, ixrac kə-
mərlərinin,  İstanbul boğazlarının və s. mövcud infrastruktur-
ların imkanlarına qətiyyən sığmayacaq on milyonlarla ton neft 
və milyardlarla kub metr qazın gələcəkdə Avropa və dünya 
bazarlarına daşınmasını nəzərdə tuturdu. 
 Prezident  Heydər  Əliyev ölkənin yeni enerji strategiyası 
tərkibində ilk gündən Xəzər hövzəsinin zəngin karbohidrigen 
məhsullarının dünya bazarlarına çıxarılmasına- şaxələndirilmiş 
və çoxvariantlı enerji dəhlizləri və marşrutları məsələsinə cid-
di önəm verirdi. O, bu təşəbbüsə  və ideyaya Azərbaycanın 
regionda və dünyada aparıcı mövqeyini nümayiş etdirən, onun 
enerji sahəsində geoiqtisadi təhlükəsizliyi baxımından mühüm 
rol oynayan amil kimi baxırdı. Odur ki, Azərbaycan hökuməti 
1994-cü ildən başlayaraq Xəzər dənizinin ona məxsus sekto-
rundakı enerji ehtiyatlarını  “Əsrin müqaviləsi” çərçivəsində 
Qərbə məxsus aparıcı şirkətləri ilə birgə işləmək və hər hansı 
 
ƏL İ  H ƏS ƏNOV  
 
138 
bir kənar qüvvənin geosiyasi təsiri olmayan sərbəst yollarla 
dünya bazarına çıxarmaq istiqamətində xüsusi fəaliyyətə baş-
layır. Azərbaycan sonrakı illərdə  də yeni-yeni enerji ixracı 
marşrutları  və satış bazarlarının axtarışını, onların  şaxələndi-
rilməsi siyasətini davam etdirmişdir. 
 Keçən dövrdə Azərbaycan ona məxsus neft və qaz məh-
sullarını  sərfəli qiymətlərlə  və müstəqil ixrac marşrutları ilə 
Türkiyə və Avropa bazarlarına çıxarmaqla yanaşı, həm də onu 
əhatə edən, keçmişdə onunla bir geosiyasi məkanı bölüşən 
ölkələrin daxili bazarlarında özünə yer tutmaq uğrunda fəaliy-
yətə qoşulur. Həmin fəaliyyət çərçivəsində onun həyata keçir-
diyi transmilli enerji siyasətinin  əsas istiqamətlərindən biri 
Qara-Xəzər dənizi hövzəsi və digər postsovet məkanı ölkələri-
nin enerji ehtiyaclarının təmin olunmasında yaxından iştirak 
etməkdən ibarət olmuşdur.  
Enerji təhlükəsizliyində Azərbaycan hökuməti ikinci əsas 
amil kimi ixrac dəhlizləri və kəmərlərin regional təhlükəsizliyi 
məsələsini irəli sürürdü. Bu anlamda əsas şərt kəmərlərin mar-
şrutunu düzgün müəyyənləşdirməkdən ibarət idi. (hansı  mə-
kanları  əhatə etməsi, marşurutların etibarlı, sabit və dayanıqlı 
cəmiyyəti və daxili mühiti olan tərəfdaş ölkələrin  ərazisindən 
keçməsi və s. nəzərdə tutulur- Ə.H.) Azərbaycan bu istiqa-
mətdə  də öz tərəfdaşları ilə geniş  məsləhətləşmələr keçirir və 
bütün maneələrə baxmayaraq, konsorsium çərçivəsində Xəzər-
dən istehsal olunacaq əsas neftin ən optimal və təhlükəsiz ixrac 
marşrutunu seçir.  
Yeni transmilli neft və qaz marşrutların müəyyən edilmə-
si, alternativ kəmərlər və  dəhlizlərin yaradılması variantları 
ətrafında, onların hansı ölkələrin  ərazisindən keçməklə Qara, 
Aralıq və Baltik dənizlərinə çatdırılması  və s. marşrutlarla 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
139
bağlı bir neçə il həm bölgədə, həm də dünyada ciddi geosiyasi 
diskussiyalar aparılmış, dünya geosiyasətçiləri çoxsaylı fikir və 
mülahizələr söyləmişlər. Nəhayət, uzun müzakirələrdən sonra 
1995-ci ildə Rusiya və İran istisna olmaqla,
93
 əsas neft və qaz 
marşrutu kimi, əksər aidiyyatı dünya və region ölkələrinin, 
transmilli  şirkətlərin razılığı ilə  Qərb istiqamətində- Bakı-
Tbilisi-Ceyhan, Bakı-Supsa neft və Bakı-Tbilisi-Ərzurum qaz 
kəməri variantının üzərində dayanılmışdır. (Bax: Xəritə 27)  
Azərbaycanın həyata keçirdiyi yeni enerji dəhlizi və  kə-
mər siyasətinin əsasında dayanan əsas meyarlardan biri də bu 
layihələr  ətrafında bölgədə ortaq dövlətlərarası konsensusun 
tapılması və tərəfdaşlıq mühitinin yaradılması, yeni kəmərlərin 
və  dəhlizlərin regional gərginliyin yumşaldılmasına, bütün 
bölgə  əhalisinin rifahına xidmət göstərməsi, Xəzər hövzəsinin 
enerji istehsal edən ölkələrinə  Qərblə  bərabərhüquqlu  əmək-
daşlıq üçün hərtərəfli şəraitin təmin edilməsi ideyası olmuşdur. 
Lakin Azərbaycanın hövzədə Qərb şirkətləri ilə transmilli neft-
qaz layihələrinin həyata keçirilməsinə başlaması  və müstəqil, 
alternativ ixrac marşrutlarının yaradılması istiqamətində fərqli 
mövqe nümayiş etdirməsi ilk gündən Rusiyanın ciddi mü-
qaviməti ilə üzləşmişdi. Rusiyanın bəzi xarici və daxili siyasət 
strukturları, rəsmi və qeyri rəsmi dairələri bir-birinin ardınca 
müxtəlif antiazərbaycan bəyanatları  səsləndirməyə başlamış-
dılar. Həmin dövrdə  məhz Azərbaycan tərəfinin ciddi səyi və 
bəzi güzəştlərə getməsi nəticəsində Rusiyanın barışmaz möv-
qeyini bir qədər yumşaltmaq mümkün oldu. Bu ölkənin neft 
ixracı və tranzit maraqlarını təmin etmək məqsədi ilə, 1997-ci 
                                                 
93
 İran əvvəlcə  prinsipcə Azərbaycanın irəli sürdüyü yeni kəmərlər ideyasını 
dəstəkləsə də, sonradan ixrac marşurutlarının onun ərazisindən yan keçəcəyini 
yəqin edəndən sonra, onlara mane olmaq yolunu tutdu. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
140 
ildə “Bakı-Novorossiysk kəmərinin yenidən istifadəsi” ilə bağlı 
Rusiya Azərbaycan Birgə sazişi bağlandı. Bakı-Novorossiysk 
kəməri o dövrdə Azərbaycana qətiyyən lazım deyildi və onun 
tranzit  şərtləri heç bir xarici tərəfdaş dövləti qane etmirdi. 
Azərbaycanın Rusiya ilə neft ixracına dair bağladığı bu müqa-
vilə sadəcə olaraq Xəzərdə həyata keçirilən transmilli layihələr 
ətrafında konsensus yaratmaq, bölgədəki bir qədər gərgin döv-
lətlərarası münasibətləri yumşaltmaq və tərəfdaşlıq istiqaməti-
nə yönəltmək istəyindən irəli gəlirdi. Bakı-Novorossiysk kə-
məri o illərdə Azərbaycan və onun tərəfdaşları üçün nə iqti-
sadi, nə  də ki, geosiyasi cəhətdən sərfəli deyildi. Bu kəmərin 
həm tranzit xərcləri çox yüksək idi, həm Azərbaycanın təmiz 
və bahalı nefti Novorossiyskdə Qazaxıstanın Tengiz yataqla-
rından daxil olan ucuz və kükürdlü neftlə qarışdırılaraq key-
fiyyətdən salınırdı, həm də ki, Rusiya ərazisi ilə gələcəkdə əsas 
neftin ixracı ideyası Azərbaycana yaxşı heç bir geosiyasi di-
vident vəd etmirdi, əksinə, ölkə üzərində daimi geosiyasi 
təzyiq mexanizmi yaradırdı.  
 Mütəxəssislər hesab edir ki, əslində Rusiya 90-cı illərin 
sonunda Azərbaycanın dünyanın aparıcı dövlət və neft şirkət-
ləri ilə Xəzər hövzəsində reallaşdırdığı transmilli layihələrə və 
yeni neft-qaz kəmərləri ideyasına dünya səviyyəsinə ciddi 
maneçilik göstərmək iqtidarında da deyildi. Həmin dövrdə xü-
susi beynəlxalq dəstək qazanan Azərbaycana qarşı çox ciddi 
təzyiqlər göstərmək də çətin idi. Sadəcə olaraq, Rusiyanın bəzi 
dairələri Bakı-Novorossiysk kəməri ilə bağlı Azərbaycanın 
üzərinə heç olmasa bəzi öhdəliklər yükləmək istiqamətində 
çalışırdı. Məhz elə bu məqsədlə Rusiya 1997-ci ildə  təkidlə 
tələb edirdi ki, Azərbaycan öz neftinin heç olmasa bir hissəsini 
(təxminən ildə 10 milyon tondan söhbət gedirdi- Ə.H), rus 
tərəfinin müəyyən etdiyi tariflə, on beş illik məcburi öhdəlik 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə