Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə43/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   39   40   41   42   43   44   45   46   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
169
konsorsiumun  əsas məqsədi Azərbaycan, Gürcüstan, Ukrayna 
və Polşanın ərazisindən keçməklə Xəzər dənizindən Avropaya 
və beynəlxalq bazarlara gedən daşınma sistemlərinin müza-
kirəsi və reallaşdırılmasını təmin etməkdən ibarət idi.  
 Tədqiqatçıların fikrinə görə, belə bir konsorsiumun yara-
dılması həm Avropa İttifaqının, həm də konsorsiumda birbaşa, 
yaxud dolayısı ilə  iştirak edən region ölkələrinin enerji təh-
lükəsizliyi maraqlarına tam cavab verirdi. Keçən illərdə Gür-
cüstanın, bu yaxınlarda isə Belarusun Rusiya ilə yaranmış 
enerji münaqişəsinin həll etmək və ölkələrini böhrandan çıxar-
maq məqsədi ilə Azərbaycana müraciət etməsi və qarşı  tərəf-
dən onlara göstərilən dəstək, Ukrayna hökumətinin öz daxili 
neft və qaz ehtiyaclarını Azərbaycanın neft-qaz məhsulları he-
sabına təmin etmək istəyi və s. məsələlər bunun əyani sübu-
tudur. Hazırda, Ukrayna ildə  təxminən 4 milyon ton neft və 
gələcəkdə 5-8 mlrd. kub. metr qaz almaq, Qara dənizin Gür-
cüstan limanlarından Ukraynaya, oradan da mövcud infrastruk-
turlarla  ətraf ölkələrə enerji resursları ixrac etmək məsələsi 
ətrafında Azərbaycan hökuməti ilə danışıqlar aparılır. Azər-
baycan və Ukrayna prezidentlərinin qarşılıqlı səfərləri çərçivə-
sində “Ukrtatnafta” ilə ARDNŞ arasında Azərbaycan neftinin 
Ukraynaya ixracı, ARDNŞ-in Ukraynada yanacaqdoldurma 
məntəqələrinin açılması və enerji əməkdaşlığı sahəsində digər 
bir neçə müqavilələr imzalanmışdır. Ukrayna tərəfinin bəya-
natlarına görə, bu ölkə gələcəkdə hər ay orta hesabla Azərbay-
candan bir milyon tona qədər xam neftin alınması  və Ukray-
nanın neftayırma zavodlarında işlənərək ölkənin daxili ehti-
yaclarına yönəlməsi marağındadırlar. Son zamanlar Belarus 
 
ƏL İ  H ƏS ƏNOV  
 
170 
hökuməti də  təxminən oxşar fəaliyyəti həyata keçirmək niy-
yətində olduğunu bəyanat etmişdir.
111
  
Azərbaycanın postsovet məkanında həyata keçirdiyi enerji 
siyasətinin ən perspektivli istiqaməti, mütəxəssislərin fikrincə, 
gələcəkdə maye qazın Gürcüstan üzərindən Qara dənizin dibi, 
o cümlədən tankerlər vasitəsi ilə Ukraynaya nəqli, oradan da 
Ukrayna və Belarusun həm daxili ehtiyacları üçün istifadəsi, 
həm də bu ölkələrin Avropaya mövcud olan transmilli qaz 
kəmərləri vasitəsilə Qərb bazarlarına göndərilməsi ideyasıdır. 
Son aylarda Rusiyanı  ən çox narahat edən də  məhz bu məsə-
lədir. Rusiyanın Ukrayna və Belarusla yaranmış qaz münaqi-
şəsi zəminində bu ölkələrin tez-tez Azərbaycan, Türkmənistan 
və Qazaxıstanın adını hallandırması və dar məqamda onlara üz 
tutması Rusiyanın rəsmi dairələrini getdikcə daha çox qıcıq-
landırır və narahatlığını artırır.  
Bundan başqa, 2010-cu ilin aprel ayında Buxarestdə, sen-
tyabr ayında isə Bakıda - Azərbaycan, Rumıniya, Gürcüstan və 
Macarıstan dövlət və hökumət başçılarının imzaladıqları müqa-
viləyə uyğun olaraq, AGRİ layihəsi  çərçivəsində Azərbaycan 
qazının boru vasitəsilə Gürcüstanın Qara dəniz limanlarına 
çatdırılması, sonra sıxılaraq gəmilər vasitəsilə Rumıniya ərazi-
sinə daşınması və oradan da Macarıstana, Rumıniya, Bolqarıs-
tan və digər Cənub-Şərqi Asiya ölkələrinə göndərilməsi, Qara 
dəniz hövzəsində yaradılacaq qazpaylayıcı stansiyalardan 
bütün bölgə dövlətlərinin sərbəst şəkildə qaz almaq imkanları 
nəzərdə tutulur. Bu marşrutla gələcəkdə ildə  təxminən 7 -10 
milyard kub metr maye qazın ixracı planlaşdırılır. Nəzərə 
alınsa ki, Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasi-
                                                 
111
 Bax: газ. “Зеркало”, №184, 9 октября 2010 г. 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
171
təsilə 2005-ci ildən başlayaraq Türkiyə və Gürcüstana, 2013-cü 
ildən başlayaraq həm də Yunanıstana, Bakı-Mozdok və Bakı-
Astara kəmərləri ilə 2009-cu ildən Rusiya və  İrana qaz ixrac 
edir, o zaman xarici bazarlara sərbəst çıxmaq və öz qazını 
müstəqil  şəkildə ixrac etmək istiqamətində Azərbaycanın 
demək olar ki, enerji təhlükəsizliyi tam təmin olunubdur. 
Azərbaycanın həm bölgədə, həm də dünyada fəal şəkildə 
həyata keçirdiyi transmilli neft və qaz siyasəti Rusiyanın bəzi 
dairələrini narahat edir və onlar öz hökumətlərini bu ölkəyə 
qarşı “müəyyən qabaqlayıcı tədbirlər” görməyə çağırırlar. Belə 
“qabaqlayıcı  tədbirlər” çərçivəsində son zamanlar Rusiya hö-
kuməti Azərbaycanın artan enerji ixracı məhsullarını yerindəcə 
alaraq, bölgənin neft-qaz məhsullarını bir əldən dünya bazar-
larına çıxartmaq siyasəti yürüdür. Rusiya dünya enerji baza-
rında öz qiymət siyasətini qorumaq üçün, Azərbaycanın və 
Orta Asiya ölkələrinin malik olduğu neft və qaz məhsullarını 
daha çox miqdarda əldə etməklə, onların dünya bazarlarına 
birbaşa və sərbəst yolunu bağlamaq istəyir. Lakin Azərbaycan 
hökuməti daim bəyan edir ki, dünya enerji bazarında biz Ru-
siyaya ilə  rəqib deyil, tərəfdaşıq. Çünki, Rusiyanın və Azər-
baycanın enerji resurslarının öz fərqli alıcıları mövcuddur. 
Azərbaycan Rusiyanın maraqlarını nəzərə alaraq Nabucco layi-
həsindən imtina etdi, öz neftini və qazınını daha çox bu ölkə-
nin  ənənəvi inhisarında olan məkanlara- Qərbi və  Şərqi 
Avropaya deyil, Adriatik sahili ölkələrinə, Türkiyəyə,  İtaliya 
və Yunanıstana istiqamətləndirdi. Həm də Azərbaycanın Avro-
pa enerji bazarına ixrac etdiyi enerji məhsullarının miqdarı 
Rusiyanın inhisarının pozulması üçün yetərli deyil. Rusiyaya 
 
ƏL İ  H ƏS ƏNOV  
 
172 
Avropanın və dünyanın artan enerji tələbatı  çərçivəsində öz 
enerji məhsullarını istədiyi qiymətə satır.  
Mütəxəssislərin fikrinə görə, yaxın illərdə planlaşdırılması 
və  işə düşməsində Azərbaycanın önəmli rol oynadığı  və oy-
nayacağı TANAP, TAP, AGRİ, Odessa-Brodi-Qdansk və b. 
yeni-yeni qlobal neft-qaz ixracı layihələrinin reallaşması 
Rusiyanın maraqlarına ciddi şəkildə toxunmadan, Azərbay-
canın özünün və geoiqtisadi tərəfdaşlarının milli maraqlarına 
xidmət göstərəcək və onun “bölgənin enerji ehtiyatlarının 
dünya bazarına nəqlində mühüm geostrateji önəm daşıyan 
ölkə” statusunu bir qədər də möhkəmləndirəcək. 
 
  
 
 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə