Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə51/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   47   48   49   50   51   52   53   54   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
201
etmək mümkün olmamışdı. Yalnız, 1991-ci ildə yenidən öz 
müstəqilliyinə qovuşduqdan sonra Azərbaycan özünün bu üs-
tün geosiyasi və geoiqtisadi vəziyyətindən, ölkəsinin  əlverişli 
coğrafi imkanlarından yararlanmağa başlamışdır.  
1993-cü ildə respublikanın beynəlxalq əhəmiyyətli qlobal 
nəqliyyat-kommunikasiya xətlərinin və  dəhlizlərinin kəsişdiyi 
əlverişli coğrafi məkanda yerləşməsini nəzərə alaraq, prezident 
Heydər Əliyev bu sahənin yenidən qurulması və modernləşdi-
rilməsi siyasətini ölkənin inkişaf strategiyasının əsas prioritet-
lərindən biri kimi müəyyənləşdirdi və reallaşdırılması imkanla-
rını səfərbər etməyə başladı. Bu strateji geoiqtisadi kurs Azər-
baycanın son illərdə yürütdüyü transmilli nəqliyyat-kommu-
nikasiya dəhlizləri siyasətinin də  əsasını  təşkil etmişdir. Pre-
zident  İlham  Əliyevin imzaladığı 24 noyabr 2004-cü il tarixli 
"Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətlən-
dirilməsi tədbirləri haqqında" fərmanında və 11 fevral 2004-cü 
il tarixli “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi 
inkişafına dair” Dövlət Proqramında ölkənin bütün nəqliyyat-
kommunikasiya  şəbəkəsinin modernləşdirilməsinə  və yenidən 
qurulmasına xüsusi diqqət ayrılıb.
  
2004-cü ildən etibarən Azərbaycan hökuməti daxili nəq-
liyyat-kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi
ölkəni xarici dövlətlərlə birləşdirən quru, dəniz, hava və dəmir 
yolu strukturlarının, yol və limanların, nəqliyyat və daşıma va-
sitələrinin yeniləşdirilməsi və yenidən qurulması üçün iri in-
vestisiya layihələri həyata keçirmiş  və bu gün də keçirmək-
dədir. Təkcə 2008-ci ildə ölkədə yol-nəqliyyat və digər bu 
yönlü infrastrukturunun genişləndirilməsi və yenidən qurul-
masına 2 milyard manatdan artıq vəsait ayrılmışdır. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
202 
Regionda və ümumilikdə dünyada gedən qlobal geoiqti-
sadi prosesləri nəzərə alan Azərbaycan hökuməti özünün bey-
nəlxalq və regional inteqrasiya proseslərindəki mənafeləri ba-
xımından olduqca vacib olan transmilli yükdaşıma, nəqliyyat-
kommunikasiya dəhlizlərinin yaradılması prosesinə qoşulmaq 
işinə xüsusi önəm verir və  Şərq-Qərb və  Şimal-Cənub nəq-
liyyat dəhlizləri layihələrinin mərkəzində dayanmağa çalışır.  
 Azərbaycanın yerli, regional və transmilli nəqliyyat-kom-
munikasiya siyasətinin  əsasları  və  vəzifələri “Nəqliyyat haq-
qında” Azərbaycan Respublikası qanununda və “Nəqliyyat 
sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmişdir. Hə-
min vəzifələr aşağıdakılardan ibarətdir: 
  nəqliyyat təhlükəsizliyinin təmin olunması sahəsində 
normativ hüquqi bazanın yaradılması  və  təkmilləşdi-
rilməsi;  
  nəqliyyat sektoruna qarşı yönəlmiş təhdidlərin müəy-
yənləşdirilməsi; 
  nəqliyyat infrastrukturu obyektlərinin və  nəqliyyat 
vasitələrinin kateqoriyalar üzrə qruplaşdırılması; 
  nəqliyyat təhlükəsizliyinin təmin olunması sahəsində 
mütəxəssislərin hazırlanması; 
  nəqliyyat təhlükəsizliyinə  nəzarətin həyata keçiril-
məsi; 
  nəqliyyat təhlükəsizliyinin informasiya və elmi-tex-
niki vasitələrlə təmin olunması.
121
 
 Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan geosiyasi və 
geoiqtisadi anlamda Şərq-Qərb,  Şimal-Cənub nəqliyyat, kom-
                                                 
121
Bax:Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu; Azərbaycan  
Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası 
//http://www.mot.gov.az 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
203
munikasiya və tranzit-keçid əlaqələrinin mərkəzində yerləşir, 
beynəlxalq “açar”, transmilli “körpü-bağlayıcı” mövqeyinə 
malikdir. O, özünün üstün geostrateji imkanlarını xarici aləmlə 
tranzit  əlaqələrindən səmərəli istifadə etməklə reallaşdırır və 
beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinin yaradılmasında  əsas 
vəsilələrdən biri kimi çıxış edir. 
Zəngin təbii sərvətlərə, xüsusən də enerji ehtiyatlarına 
malik olması, Avrasiya qitəsində əlverişli geostrateji məkanda
nəqliyyat-keçid infrastrukturlarının mərkəzində yerləşməsi 
Azərbaycanın nəqliyyat siyasətinin məqsəd və  vəzifələrinin 
müəyyənləşməsinə də ciddi təsir göstərir. 
Əvvəla, Azərbaycan Gürcüstanla birlikdə  Cənubi Qafqa-
zın, Rusiya, Qazaxıstan və İranla birlikdə isə Xəzər hövzəsinin 
əsas tranzit infrastrukturlarına sahibdir. Bu da öz növbəsində 
ölkənin nəqliyyat-yol və ötürücü-keçid infrastrukturlarını 
müəyyən standartlara salmağı tələb edir. 
İkincisi, əhəmiyyətli coğrafi ərazi xarakteristikasına, bey-
nəlxalq nəqliyyat-tranzit imkanlarına malik olması ona inkişaf 
üçün ciddi geosiyasi və geoiqtisadi üstünlüklər qazandırmaqla 
yanaşı, nəqliyyat siyasətinin təmin edilməsində özünəməxsus 
problemlər də yaradır.  
 Daxili və transmilli nəqliyyat dəhlizlərinin və infrastruk-
turlarının yaradılması, onların təhlükəsiz istifadəsi yönündə 
Azərbaycan dövlətinin yürütdüyü geoiqtisadi siyasət aşağıdakı 
bir çox vəzifələrin reallaşdırılmasını nəzərdə tutur:  
  yüklərin və sərnişinlərin ölkə ərazisində maneəsiz hərə-
kətinin təmin olunması və Avropa-Asiya nəqliyyat sis-
temlərinin inteqrasiyası  məqsədi ilə  nəqliyyat infra-
strukturunun razılaşdırılmış şəkildə inkişaf etdirilməsi; 
  nəqliyyat sisteminin idarə olunmasında səmərəliliyin 
artırılması;  
 
ƏL İ  H ƏS ƏNOV  
 
204 
  intermodal nəqliyyat xətti üzrə ayrı-ayrı nəqliyyat növ-
ləri arasında qarşılıqlı əlaqənin səmərələşdirilməsi; 
  beynəlxalq nəqliyyat dəhlizləri sahəsinə investisiya qo-
yulması üçün münbit şəraitin yaradılması; 
  daxili daşımalarda milli nəqliyyat  şəbəkəsinin yüklən-
mə dərəcəsinin artırılması;  
  beynəlxalq turizmin inkişafına yardım edilməsi.
122
 
Azərbaycanın qoşulduğu və yaxından iştirak etdiyi TRAN-
SAVRASİYA, TRACECA, TRANSQAFQAZ, Şimal-Cənub bey-
nəlxalq nəqliyyat-kommunikasiya dəhlizi, Bakı-Tbilisi-Qars 
dəmir yolunun tikintisi s. transmilli layihələr geosiyasi, geoiq-
tisadi və nəqliyyat-tranzit əlaqələrinin genişlənməsindəki rolu-
na görə ölkənin milli maraqlarının təmin edilməsi sahəsində 
mühüm əhəmiyyətə malikdir.  
Azərbaycan üçün geosiyasi və geoiqtisadi cəhətdən ən cid-
di transmilli nəqliyyat-dəhliz  əhəmiyyəti kəsb edən layihə-
lərdən biri TRACECA hesab olunur.
123
 Bir çox dünya və re-
gion dövlətləri, Avropa İttifaqı ölkələri və beynəlxalq təşkilat-
larla müştərək geoiqtisadi layihələrə qatılaraq,  Şərqlə  Qərbi 
birləşdirən qədim “İpək Yolu”nun üzərində qurulan bu trans-
milli layihədə onun iştirakı xüsusi regional əhəmiyyət daşıyır. 
Bu layihə Azərbaycana Avropa ilə öz strateji geoiqtisadi əlaqə-
                                                 
122
 Bax: Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu; Azərbaycan 
Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası 
//http://www.mot.gov.az 
123
 1993-cü ilin may ayında 8 postsovet  respublikasının (Azərbaycan, Gürcüstan, 
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan) 
iştirakı ilə Brüssel şəhərində Avropa Komissiyasının TRASEKA proqramının 
yaradılmasına dair  konfrans keçirilmişdir ki, bunun da əsas təşəbbüskarları 
Azərbaycan və Gürcüstan olmuşdur. Konfransın  yekunlarına  əsasən, TRASEKA 
adlı  nəqliyyat-kommunikasiya proqramının  əsası qoyulmuş  və  iştirakçı dövlət 
rəhbərlərinin imzaladığı “Brüssel Bəyannaməsi” qəbul edilmişdir. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə