Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə50/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   46   47   48   49   50   51   52   53   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
197
beynəlxalq nəqliyyat sistemində iştirakı yaxın zamanlarda isti-
fadəyə verilməsi gözlənilən 600 kilometrlik Oş-Çin avtomobil 
və  dəmir yolunun inşası üzərində qurulub. Əsas maliyyəsinin 
70%-ni Çinin ödədiyi və illik 5 mln. ton buraxılış gücü olacaq 
bu layihənin reallaşması  gələcəkdə TRACECA layihəsinin           
35-40% daha yaxın və ucuz başa gəlməsinə şərait yarada bilər. 
Yolun uzunluğu 600 km. olacaq.  
Avropa-Asiya  əlaqələrindəki  ənənəvi və alternativ trans-
milli nəqliyyat-kommunikasiya sistemindən çox əlverişli  əra-
zisi olmasına baxmayaraq kənarda qalan yeganə bölgə ölkəsi 
Ermənistandır. Baxmayaraq ki, bu ölkənin  ərazisi Azərbay-
canı Türkiyə ilə birləşdirə biləcək  ən  əlverişli dəmir və avto-
mobil yolu, enerji ixracı marşrutu hesab oluna bilərdi, qonşu-
larına qarşı yürütdüyü işğalçılıq siyasətinə  və  ərazi iddiasına 
görə Azərbaycan bu ölkəni demək olar ki, bütün nəqliyyat 
marşrutlarından kənarda qoymuşdur. Ermənistanın Türkiyə ilə 
Gürcüstan arasında da kifayət qədər  əlverişli nəqliyyat-kom-
munikasiya və digər geoiqtisadi mövqeyə malik olmasına 
baxmayaraq, Türkiyə də bəlli səbəblər üzündən onu beynəlxalq 
yükdaşımalardan təcrid etmişdir.  
Hazırda, bəzi erməni geostrateqləri öz fantaziyalarını  işə 
salaraq, hansısa mövcud olmayan “Ermənistan-Mehri-İran əra-
zisi vasitəsi ilə guya Yaxın  Şərqə, yaxud İran-Ermənistan-
Gürcüstan vasitəsi ilə  Cənub  Şərq istiqamətinə, yenə Ermə-
nistan-Mehri-İran vasitəsilə Mərkəzi Asiya ölkələrinə” nəqliy-
yat-kommunikasiya sistemlərinin layihələndirilməsi və  həyata 
keçirilməsindən bəhs edirlər. Lakin Ermənistanın mövcud və-
ziyyəti, ərazilərinin xüsusi çətin dağlıq relyeflə əhatə olunması, 
xaricə  çıxış sistemlərinin yoxluğu, nəqliyyat sisteminin 
bərbadlığı və s. kimi səbəblər bu layihələrin reallaşdırılmasına 
nəinki bu gün, heç gələcəkdə də heç bir imkan vermir. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
198 
§ 3.3. Azərbaycanın Xəzər-Qara dəniz hövzəsi və  
Cənubi Qafqazda həyata keçirdiyi transmilli nəqliyyat-
kommunikasiya siyasəti və onun bölgənin  
geoiqtisadi vəziyyətinə təsiri  
 
Orta Asiya, Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qaf-
qazın dünyaya açılan nəqliyyat-kommunikasiya sistemində ən 
mühüm həlqələrdən birini Azərbaycan Respublikası təşkil edir. 
Azərbaycanın dəniz, avtomobil yolları  və  dəmir yolu nəqliy-
yatı müstəqillik illərində ciddi yenidənqurmaya məruz qalmış 
və demək olar ki, əksər xarici ölkələrlə bu respublikanı bağ-
layan nəqliyyat-tranzit infrastrukturları yenidən qurulmuş, və 
yaxud təzəsi ilə  əvəzlənmişdir.  Hazırda Azərbaycanı Gürcüs-
tan və Qara dənizlə birləşdirən Bakı-Tbilisi avtomobil və 
dəmir yolu, Bakı-Poti konteyner daşımaçılığı,  İranla birləşdi-
rən Bakı-Astara dəmir və avtomobil yolu, Bakı-Biləsuvar və 
Naxçıvan-Culfa avtomobil, dəmir yolu, Türkiyə ilə Gürcüstan 
vasitəsi ilə mövcud avtomobil yolu və hazırda çəkilişi reallaş-
dırılan Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Asiya ilə Azərbay-
canı birləşdirən Bakı-Türkmənistan, Bakı-Qazaxıstan bərə 
daşımaçılığı və s. bu ölkəyə imkan verir ki, Avropa ilə Asiya 
arasındakı  nəqliyyat-kommunikasiya  əlaqələrində öz strateji 
mövqeyini qoruyub saxlasın və davam etdirsin.  
Avropa  İttifaqının xətti ilə 1993-cü ildən reallaşdırılan 
TRACECA layihəsinin mərkəzinin Azərbaycan olması da məhz 
onun bu əlaqələrdə oynadığı rol və malik olduğu mərkəzi mövqe 
ilə bağlıdır.  İki ilə istifadəsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars 
dəmir yolunun illik istifadə gücü, təxminən 250 min ton plan-
laşdırılır ki, bu da Çindən Avropaya qədər olan bütün transmilli 
yükdaşımaların mühüm bir hissəsini təşkil edəcəkdir.  


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
199
Azərbaycanın Avrasiyanın nəqliyyat-tranzit əlaqələrindəki 
əlverişli mövqeyi, həm də onunla ölçülür ki, bu ölkə, həm bü-
tövlükdə TRANSAVRASİYA, həm də onun tərkib hissəsi olan 
TRACECA, TRANSQAFQAZ və s. marşrutlarda iştirak etmək 
üçün  əlverişli məkan xarakteristikasına və  nəqliyyat-tranzit 
infrastrukturuna malikdir. Faktiki olaraq, Astara, Biləsuvar və 
Culfa stansiyasından  İrana həm dəmir və avtomobil yolu im-
kanları, həm də Xəzər vasitəsilə İranın Ənzəli, Nouşəhr liman-
larına çıxışı olan Azərbaycan, TRANSAVRASİYA xətti ilə 
Sakit okean, Çin və Hindistandan gələn yükləri, istər Türkmə-
nistandan Xəzər bərə daşımaçılığı vasitəsi ilə, istərsə  də  İran-
dan dəmir, avtomobil və  Xəzər su daşımaçılığı infrastrukturu 
ilə Rusiyaya, Gürcüstana, Qara dəniz limanlarına, oradan da 
Avropaya nəql etmək imkanına malikdir.  
Azərbaycan TRANSQAFQAZ nəqliyyat infrastrukturunun 
mərkəzi ölkəsi kimi, eyni əlaqələri yenə  də Gürcüstan, Xəzər 
dənizi, Türkmənistan və Orta Asiyanın digər ölkələri vasitəsi 
ilə Çinə  və  Cənub  Şərqi Asiya ölkələrinə  təmin etmək imka-
nına malikdir. Məhz elə bunun nəticəsidir ki, yaradılması 
ideyası ilk dəfə, hələ 90-cı illərdə irəli sürülən  Şərq-Qərb, 
Şimal-Cənub nəqliyyat dəhlizləri məsələsinin ortaya qoyuldu-
ğu, Azərbaycanın, Özbəkistanın, Türkmənistanın, Gürcüstan 
prezidentlərinin iştirak etdiyi Seraxs toplantısında və Birgə 
Sazişin imzalanmasında Azərbaycan aparıcı ölkələrdən biri 
kimi iştirak etmiş, bəhs olunan sazişin yaradıcılarından birinə 
çevrilmişdir. Sonradan 1992-ci ildə ideyası irəli sürülmüş  və 
1996-cı ildə dövlətlərarası sazişlə  təsdiq olunmuş bu layihə
sonrakı illərdə digər Mərkəzi Asiya ölkələrini, Ukrayna, Mol-
dova, Belarus, Rumıniya və b. Qara dəniz hövzəsi ölkələrinin 
də diqqətini cəlb etmiş  və onlar həmin sazişə qoşulmaq 
 
ƏL İ  H ƏS ƏNOV  
 
200 
haqqında bəyanat vermişlər.
120
 Azərbaycan həmçinin, son 
zamanlar Qazaxıstan və Çini birləşdirən dəmir yolu daşımaçılı-
ğında da əsas ölkələrdən biri kimi bu yüklərin sonrakı daşıma-
çılığı  və Avropaya çatdırılmasında  ən yaxın və  əlverişli 
TransQafqaz nəqliyyat dəhlizinin üzərində yerləşir.  
Mütəxəssislər hesab edir ki, hər bir ölkə kimi Azərbayca-
nın da milli maraqları  əhəmiyyətli dərəcədə onun nəqliyyat-
kommunikasiya və əlaqələndirmə infrastrukturlarının səviyyəsi 
və beynəlxalq sistemlərlə  təhlükəsiz bağlılığından asılıdır. Bu 
həm də ölkənin nəqliyyat-dəhliz və infrastruktur maraqlarının 
dolğun təmin olunmasının əsas şərtini təşkil edir.  
Geoiqtisadi anlamda nəqliyyat-kommunikasiya maraqlarının 
təhlükəsizliyi mövcud sahə üzrə milli maraqların əsas ölçülərinin 
müəyyənləşdirilməsini, dövlətin daxili və xarici aləmlə bağlayıcı 
nəqliyyat sisteminin ahəngdar işinin qurulmasını, ona təhlükə 
yaradan amillərin aşkarlanması  və qarşısının alınmasını  nəzərdə 
tutur. Nəqliyyat-kommunikasiya maraqlarının təhlükəsizliyinin 
təmin edilməsinin  əsas məqsədi milli nəqliyyat kompleksinin 
sabit və  təhlükəsiz inkişafına nail olunmasından, bu sahəyə  hər 
hansı qanundankənar daxili və xarici müdaxilə imkanlarının 
qarşısının alınmasından və s. vəzifələrdən ibarətdir.  
Qeyd olunduğu kimi, Azərbaycanın Xəzər-Qara dəniz də-
nizi hövzəsi və Cənubi Qafqazdakı əlverişli geostrateji və coğ-
rafi mövqeyi ona həm Şərq-Qərb, həm də Şimal-Cənub əlaqə-
lərində körpü kimi çıxış etməyə imkan verir. Lakin tarix boyu 
müstəqil dövlətinin olmaması və yaxud müstəqil siyasət yürü-
də bilməməsi üzündən bu əlverişli mövqedən ölkənin ümumi 
geosiyasi və geoiqtisadi maraqlarına uyğun  şəkildə istifadə 
                                                 
120
 Bax: “Независимая газета”, 20 июня 1997. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə