Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə53/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   49   50   51   52   53   54   55   56   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
209
Gürcüstana daşınmasına imkan yaranacaq. Analitiklərin fikrin-
cə, ilk vaxtlar illik yük buraxılışı 5 milyon ton olacaq bu dəmir 
yolu, üç ildən sonra 10-15 milyon ton, tam gücü ilə işləməyə 
başlayanda isə 20 milyon ton yük daşıya biləcək. 
Göründüyü kimi, Azərbaycan mühüm geosiyasi, geostra-
teji və geoiqtisadi əhəmiyyət kəsb edən bu dəmir yolu layihə-
sinin, demək olar ki, lokomotivi hesab olunur. Onun maliyyə 
dəstəyi nəticəsində həm Türkiyə sərhədindən Gürcüstana, həm 
də Gürcüstandan Azərbaycan sərhədinə  qədər tikilməsi və 
modernləşdirilməsi nəzərdə tutulan dəmiryol layihəsi artıq 
reallaşmağa başlayıb. Yaranan maliyyə problemləri də birbaşa 
Azərbaycanın köməyi ilə  həll olunur. Məsələn, Azərbaycan 
dəmir yolunun Gürcüstandan keçən hissəsinin tikintisinə 220 
milyon ABŞ dolları həcmində kredit ayırıb. İllik 1 faizlə 25 il 
müddətinə verilən bu krediti Gürcüstan dəmir yolu işə düşən-
dən sonra özünün tranzit gəlirləri hesabına ödəyəcək.  
Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin 
həyata keçirilməsi və Bosfor boğazında sualtı  dəmir yolu 
keçidinin inşası TRANSAVROPA və TRANSASİYA dəmir 
yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa 
olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə 
Avropa və Asiyaya çıxarılmasını təmin etməyi nəzərdə tutur. Bu 
layihə Azərbaycanın dövlət müstəqilliyi və iqtisadi suverenliyinin 
möhkəmlənməsinə, xarici iqtisadi əlaqələrinin genişlənməsinə 
xidmət etməklə yanaşı, həm də region ölkələrinin tranzit 
potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin 
sürətlənməsinə, Avropa Qonşuluq Siyasəti çərçivəsində regional 
geoiqtisadi əməkdaşlığın inkişafına xidmət etməlidir.  
Layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və 
vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından da böyük 
əhəmiyyətə malikdir. Gələcəkdə Avropa və Asiya ölkələrinə 
 
ƏL İ  H ƏS ƏNOV  
 
210 
məxsus yüklərin bu dəmir yolu vasitəsi ilə ən yaxın marşrutla, 
daha sərfəli qiymətlərlə, qısa zaman çərçivəsində  hər iki 
istiqamətdə daşınması  və s. imkanlar transmilli intermodal və 
konteyner daşımalarının həcmini artıracaqdır. Təbii ki, bütün 
bu addımlar – istər alternativ nəqliyyat-kommunikasiya, istərsə 
də enerji dəhlizlərinin açılması yük və enerji daşımalarında 
monopolist mövqeyindən məhrum ola biləcək Rusiyada nara-
zılıqla qarşılandı. Çünki, “Böyük İpək Yolu”nun bərpasına dair 
TRACECA layihəsinə görə, Avropa İttifaqından Cənubi Asi-
yaya aparılan yüklərin böyük hissəsi yeni marşurutla- Cənubi 
Qafqaz və Mərkəzi Asiya vasitəsilə daşınacaqdır. Bu mənada, 
Rusiya Avropa-Asiya geoiqtisadi əlaqələrində yeni formalaşan 
transkontinental nəqliyyat sistemi ilə ciddi rəqabətlə üzləş-
diyinin fərqindədir. 
 Azərbaycanın öz transmilli nəqliyyat-dəhliz təhlükəsizliyini 
təmin etmək istiqamətində qoşulduğu və  iştirak etdiyi regional 
nəqliyyat layihələrindən bir də  Şimal-Cənub beynəlxalq nəq-
liyyat-dəhlizi layihəsidir. Bu layihə haqqında razılaşma Rusiya, 
İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-
Peterburq  şəhərində bağlanmışdır. Razılaşmanın  əsas məqsədi 
üzv ölkələrin nəqliyyat-dəhliz imkanlarının birləşdirilərək, bəhs 
olunan istiqamətdə yük daşımalarına  əlverişli  şəraitin yaradıl-
ması, tranzit yüklərin həcminin artırılmasına dəstək verilməsi, 
nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olun-
ması və razılaşdırılmış ortaq nəqliyyat siyasətinin həyata keçiril-
məsindən ibarətdir. Razılaşma bəhs olunan ölkələrin bütün 
nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil yolları, çay və 
hava nəqliyyatı ilə daşımaları  təmin edən infrastruktura aiddir. 
Lakin burada Hindistan istisna təşkil edir, çünki layihədə onun 
yalnız dəniz marşrutları ilə iştirakı nəzərdə tutulur.  


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
211
Qeyd edək ki, Şimal-Cənub dəhlizinin katibliyi Tehran 
şəhərində yerləşir. Ötən illər  ərzində Belarus Respublikası, Er-
mənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Oman və Suriya 
da bu layihəyə qoşulmuşdur. 2001-ci il dekabrın 21-də Azər-
baycan Respublikasının bu layihəyə qoşulması üçün verdiyi 
rəsmi notaya 2005-ci ildə müsbət cavab verilmiş və o, həmin il 
sentyabrın 20-də  "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi 
haqqında" sazişə qoşulmuşdur. Dəhlizin Azərbaycan  ərazisin-
dən keçən dəmir yolu hissəsinin uzunluğu 511 km.-ə bərabərdir. 
 Layihədə Rusiyanın Voronej şəhəri ilə  İranın Tehran 
şəhəri və Rusiyanın Xəzər limanları ilə  İranın Bəndər-Abbas 
dəniz limanı arasında dəmir yolu əlaqəsinin iki variantı  təklif 
olunur. Bunlar, Xəzər dənizinin qərb sahili və daha sonra 
Azərbaycan  ərazisi üzərindən- Rusiya ərazisi ilə  dəmir yolu, 
Rusiyanın Xəzər limanları, xüsusən Həştərxan yaxınlığında 
inşa edilən Olya limanından  İranın Bəndər-Abbas,  Ənzəli və 
hazırda genişləndirilən  Əmirabad, Nouşəhər limanlarına, ora-
dan isə marşrut üzrə Fars körfəzindən keçməklə Aralıq dəni-
zinə gəmi vasitəsilə nəzərdə tutulur. 
Şimal-Cənub dəhlizi ilə daşımaların Azərbaycan ərazisin-
dən keçməsi variantına digər alternativ marşrut da mövcuddur: 
Mərkəzi Asiya ölkələrindən (Qazaxıstan, Özbəkistan) keçmək-
lə Türkmənistanın Seraxs şəhərinə, daha sonra dəmir yolu ilə 
İran  ərazisinə  və oradan da yuxarıdakı marşrut üzrə Avropa 
ölkələrinə.  
Şimal-Cənub dəhlizinin mühüm bir qolunun Azərbaycan 
ərazisindən keçməsi perspektivdə onun iqtisadiyyatı  və trans-
milli nəqliyyat təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. 
Onun  ərazisindən keçən dəmir yolu məsafəsinin qısalığı, 
daşımalara daha az vaxt və sərmayə sərf olunması, ölkənin in-
kişaf etmiş nəqliyyat infrastrukturuna malik olması və s. bəhs 
 
ƏL İ  H ƏS ƏNOV  
 
212 
olunan istiqamətdə onun cəlbediciliyini və tərəfdaşlıq önəmini 
artırır ki, bu da müvafiq olaraq ölkənin nəqliyyat təhlükəsiz-
liyini gücləndirir. Xüsusən, nəzərə almaq lazımdır ki, bu mar-
şrutla transmilli yüklərin böyük əksəriyyətinin Azərbaycan 
üzərindən dəmir yolu vasitəsilə daşınması  nəzərdə tutulur ki, 
bu da müvafiq sahənin inkişafına təkan verəcəkdir. Azərbay-
canın  Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulması, beynəlxalq 
yük və  sərnişin daşımalarında fəal iştirakı  həm də müvafiq 
olaraq, milli gəlirlərin artmasına, yerli nəqliyyat-dəhliz infra-
strukturunun inkişafına, ölkə ərazisində yeni iş yerlərinin açıl-
masına, o cümlədən digər sosial-iqtisadi məsələlərin həllinə də 
münbit şərait yaradacaqdır. 
Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşul-
ması  rəsmi Bakının uzaqgörən və müstəqil geosiyasət yürüt-
məsinin göstəricisi hesab olunur. Belə ki, Azərbaycan  Şimal-
Cənub nəqliyyat dəhlizində  iştirak etməklə mühüm geosiyasi 
və geoiqtisadi dividentlər qazandı.  Əvvəla, bu layihə ayrıca 
götürüldükdə Azərbaycan üçün ciddi geoiqtisadi və geosiyasi 
dividentlər qazandırmış  və onu Şimal-Cənub dəmir və avto-
mobil yolları dəhlizinin mərkəzi ölkəsinə çevirmişdir. İkincisi, 
Azərbaycan layihəyə qoşulmaqla, Rusiya, İran və başqa qonşu 
ölkələrlə TRACECA proqramı  çərçivəsində yaranmış  gərgin-
liyi aradan qaldırmağa nail oldu. Üçüncüsü, bu nəqliyyat 
dəhlizindən  əldə edəcəyi geosiyasi dividentlərdən, tranzit və 
gömrük rüsumları gəlirlərindən başqa, Azərbaycanı həm də da-
ha çox perspektivdə Naxçıvan Muxtar Respublikasının bloka-
dadan çıxarılması kimi mühüm geostrateji vəzifənin reallaşdı-
rılması imkanı qazandı. Azərbaycan hazırda  İran vasitəsilə 
Naxçıvanla dəmir yolu əlaqəsi qurmağa ciddi cəhdlə çalışsa 
da, buna hələ ki, nail ola bilmir. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə