XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
205
lərinin möhkəmləndirilməsi
və genişləndirilməsi, dünya iqtisa-
diyyatına inteqrasiyası, beynəlxalq nəqliyyat qovşağının həll-
edici vəsiləsinə çevrilməsi və s. baxımından böyük imkanlar
qazandırmışdır. Ötən illər ərzində TRACECA proqramı çərçi-
vəsində Azərbaycanın yaxından iştirakı ilə “Nəqliyyatın idarə
edilməsinin treninqi”, “Nəqliyyatın hüquqi və tənzimləyici
çərçivəsi”, “TRACECA nəqliyyat dəhlizində vahid tarif siya-
sətinin tətbiqi”, “Sərhəd-keçid qaydalarının sadələşdirilməsi”,
“Qafqaz dəmir yollarının bərpası” və onlarla digər texniki
yardım və investisiya layihələri həyata keçirilmişdir.
Keçən müddətdə TRACECA proqramı çərçivəsində çox-
tərəfli sazişin şərtlərinin həyata keçirilməsi məqsədi ilə Azər-
baycanın nəqliyyat infrastrukturunun inkişafı istiqamətində
mühüm işlər görülmüşdür. Belə ki, TRACECA nəqliyyat dəh-
lizi üzrə beynəlxalq yük daşınması həcminin artırılması məqsə-
di ilə ölkənin su, quru, hava nəqliyyatı və dəmir
yolu sektoru-
nun texniki təchizatı yaxşılaşdırılmış, avtomobil magistralla-
rının, dəmir yolu xətlərinin, körpülərin bərpası və tikintisi, gə-
milərin, bərələrin, liman qurğularının təmiri sahəsində mühüm
addımlar atılmışdır. Bakı şəhərində ildə 10 milyon ton neft
məhsullarının boşaldılıb yüklənməsinə imkan verən liman isti-
fadəyə verilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının
bərə terminalında yenidənqurma işləri aparılmışdır.
Avropa İttifaqı tərəfindən TRACECA proqramının real-
laşdığı dövr ərzində Azərbaycan Respublikasına investisiya la-
yihələrinin maliyyələşdirilməsi üçün təxminən on milyonlarla
avro həcmində vəsait ayrılmışdır.
Proqramdan irəli gələn bu
layihələrin həyata keçirilməsi məqsədi ilə ölkənin nəqliyyat-
yol kompleksi üçün müxtəlif maliyyə institutlarından (Avropa
Yenidənqurma və İnkişaf Bankı, Küveyt İqtisadi İnkişaf
ƏL İ H ƏS ƏNOV
206
Fondu, İslam İnkişaf Bankı, Dünya Bankı və s.) yüz milyon-
larla ABŞ dolları həcmində kreditlər alınmışdır.
Avropa- Qafqaz-Asiya ölkələri arasında alternativ, daha əl-
verişli avtomobil, dəniz və dəmir yolu nəqliyyatı vasitəsilə
tranzit yüklərin daşınmasını təmin edən TRACECA layihəsi
keçən illərdə Azərbaycan iqtisadiyyatının inkişafında, ölkənin
nəqliyyat infrastrukturunun formalaşmasında ciddi rol oynayıb.
Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilmə-
sində aparıcı yer tutması respublikanın
dünya ölkələri ilə geo-
iqtisadi inteqrasiyasının daha da dərinləşməsinə xidmət etmiş-
dir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükə-
sizlik baxımından böyük əhəmiyyət daşımışdır.
Azərbaycanın həyata keçirdiyi transmilli tranzit-keçid
dəhlizləri siyasəti sahəsində əldə olunmuş ən böyük geoiqtisadi
və geosiyasi uğurlardan biri də
Bakı-Tbilisi-Qars dəmir yolu-
nun inşası layihəsidir. Bu layihə ciddi regional əhəmiyyətə
malik olmaqla yanaşı, XXI əsrdə Asiya ilə Avropanı birləşdi-
rən ən mühüm transmilli nəqliyyat dəhlizinə çevriləcək və
regionda təhlükəsizliyin daha da artırılmasına xidmət edəcək.
(Bax: Xəritə 38).
Ümumiyyətlə, bəhs olunan transmilli
layihənin reallaşma-
sının əsasında Azərbaycan və onun maliyyə-texniki imkanları
dayanmışdır. Layihənin meydana çıxması və inşası bir neçə
mərhələdən keçmişdir. Belə ki, Türkiyə və Gürcüstan 1993-cü
ilin ortalarından başlayaraq iki ölkə arasında dəmir yolunun
birləşdirilməsi layihəsinin həyata keçirilməsini müzakirə edir-
dilər. Sonradan, 2002-ci ildə Türkiyə və Gürcüstanın nəqliyyat
nazirlərinin İstanbul şəhərində keçirilmiş iclasında “Qars-
Axalkalaki” adlanan dəmir yolu layihəsinin həyata keçirilməsi
XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
207
barədə niyyət protokolu imzalanmışdır. Protokolda layihə üzrə
hazırlıq işlərinə başlanılması nəzərdə tutulsa da, onun həyata
keçirilməsi istiqamətində ciddi bir iş görülməmişdir. 14 iyun
2004-cü il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Gür-
cüstana rəsmi səfəri zamanı Gürcüstandan Türkiyəyə qədər
yeni dəmir yolunun çəkilməsi ideyasını irəli
sürür və Azərbay-
canın bu layihəyə hərtərəfli dəstək verməyə, layihədə iştirak
etməyə hazır olduğunu bəyan etmişdir. Bunun ardınca, 2005-ci
il mayın 25-də Bakı şəhərində, Azərbaycan, Gürcüstan və Tür-
kiyənin prezidentləri Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağ-
lantısı layihəsinin həyata keçirilməsi işinin sürətləndirilməsi
haqqında birgə bəyanat imzalamışlar. 2007-ci il yanvarın 12-
13-də Tbilisi, 2007-ci il yanvarın 22-25-də isə Bakı şəhərində
hər iki ölkənin müvafiq nazirliklərinin səlahiyyətli nümayən-
dələrinin iştirakı ilə görüşlər keçirilmişdir. Görüşlərdə “Bakı-
Tbilisi-Qars yeni dəmir yolu bağlantısı haqqında” və “Bakı-
Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilmə-
si çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər
(Kartsaxi) dəmir yolu sahəsinin
maliyyələşdirilməsi, layihələn-
dirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının
prinsip və şərtləri haqqında” hökumətlərarası saziş layihələrinin,
həmçinin “Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Ma-
rabda -Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sa-
həsinin maliyyələşdirilməsi şərtləri haqqında kredit müqaviləsi”
layihəsinin mətnləri müzakirə edilərək razılaşdırılmışdır.
Həmin dövrdə Azərbaycanın təkidi ilə Ermənistan bu la-
yihədən kənarda saxlanılmışdır ki, bu da dərhal bəzi beynəl-
xalq təşkilatlar və dövlətlərin bu layihənin reallaşmasına mane
olmaq üçün hərəkətə keçməsini şərtləndirmişdir. Ümumiy-
yətlə, Azərbaycanın iştirak etdiyi və Ermənistandan yan keçən
ƏL İ H ƏS ƏNOV
208
bütün beynəlxalq nəqliyyat-keçid və transmilli daşıma layi-
hələrin reallaşmasına dünyada və regionda mane olmaq istəyən
qüvvələr olub və bu gün də var. Amma Bakı-Tbilisi-Ceyhan
neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri
kimi transmilli enerji
layihələri, əsasən, Rusiyanın müqaviməti ilə üzləşirdisə, Bakı-
Tbilisi-Qars dəmir yolu layihəsi erməni diasporunun təzyiqi
nəticəsində Birləşmiş Ştatların bəzi dairələrinin də müqaviməti
ilə üzləşdi: 2006-cı ildə ABŞ Prezidenti Corc Buş erməni lob-
bisinin təsiri ilə Qars-Axalkalaki-Bakı dəmir yolu layihəsinin
maliyyələşdirilməsinə qadağa qoyan sənəd imzaladı.
Lakin Azərbaycan rəhbərliyinin prinsipiallığı və qətiyyəti
bu dəfə də öz nəticəsini verdi və Prezident İlham Əliyevin
diplomatik səyləri nəticəsində, 2007-ci ilin fevralında Tbilisidə
bu dəmiryolunun tikintisinə dair çərçivə sazişi imzalandı və
yolun inşasına başlandı.
124
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi,
ilk növbədə
TRACECA-nın rəqabət qabiliyyətliliyini artırmaq üçün nəqliy-
yat daşımalarına tətbiq olunan rüsum və tariflərin rasional
səviyyəsinin müəyyən edilməsini və ucuzlaşmasını təmin edə-
cək. Layihə çərçivəsində 105 km uzunluğunda yeni dəmiryolu
(76 km Türkiyə və 29 km Gürcüstan ərazisindən keçməklə)
qurulacaq. Bundan əlavə, Gürcüstanda dəmiryolunun 183 km-
lik hissəsinin rekonstruksiya edilməsi, qatarların Gürcüstanda-
kı mövcud dəmiryollarından sonra Avropa dəmiryollarında hə-
rəkət edə bilməsi üçün Axalkalakidə keçid məntəqəsinin
tikilməsi nəzərdə tutulur.
422 milyon, infrastrukturla birlikdə isə 600 milyon dollar
həcmində dəyərləndirilən bu layihə reallaşdırılandan sonra
yüklərin Türkiyəyə və Avropanın şimalı ilə Aralıq
dənizi re-
gionuna, Rusiya və Qazaxıstandan Azərbaycan vasitəsi ilə
124
Bax:AzərTAC-ın informasiya bülleteni, 7 fevtal 2007-ci il.