Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə52/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   48   49   50   51   52   53   54   55   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
205
lərinin möhkəmləndirilməsi və genişləndirilməsi, dünya iqtisa-
diyyatına inteqrasiyası, beynəlxalq nəqliyyat qovşağının həll-
edici vəsiləsinə çevrilməsi və s. baxımından böyük imkanlar 
qazandırmışdır. Ötən illər ərzində TRACECA proqramı çərçi-
vəsində Azərbaycanın yaxından iştirakı ilə “Nəqliyyatın idarə 
edilməsinin treninqi”, “Nəqliyyatın hüquqi və  tənzimləyici 
çərçivəsi”, “TRACECA nəqliyyat dəhlizində vahid tarif siya-
sətinin tətbiqi”, “Sərhəd-keçid qaydalarının sadələşdirilməsi”, 
“Qafqaz dəmir yollarının bərpası” və onlarla digər texniki 
yardım və investisiya layihələri həyata keçirilmişdir.  
Keçən müddətdə TRACECA proqramı  çərçivəsində çox-
tərəfli sazişin  şərtlərinin həyata keçirilməsi məqsədi ilə Azər-
baycanın nəqliyyat infrastrukturunun inkişafı istiqamətində 
mühüm işlər görülmüşdür. Belə ki, TRACECA nəqliyyat dəh-
lizi üzrə beynəlxalq yük daşınması həcminin artırılması məqsə-
di ilə ölkənin su, quru, hava nəqliyyatı və dəmir yolu sektoru-
nun texniki təchizatı yaxşılaşdırılmış, avtomobil magistralla-
rının, dəmir yolu xətlərinin, körpülərin bərpası və tikintisi, gə-
milərin, bərələrin, liman qurğularının təmiri sahəsində mühüm 
addımlar atılmışdır. Bakı  şəhərində ildə 10 milyon ton neft 
məhsullarının boşaldılıb yüklənməsinə imkan verən liman isti-
fadəyə verilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 
bərə terminalında yenidənqurma işləri aparılmışdır.  
 Avropa  İttifaqı  tərəfindən TRACECA proqramının real-
laşdığı dövr ərzində Azərbaycan Respublikasına investisiya la-
yihələrinin maliyyələşdirilməsi üçün təxminən on milyonlarla 
avro həcmində  vəsait ayrılmışdır. Proqramdan irəli gələn bu 
layihələrin həyata keçirilməsi məqsədi ilə ölkənin nəqliyyat-
yol kompleksi üçün müxtəlif maliyyə institutlarından (Avropa 
Yenidənqurma və  İnkişaf Bankı, Küveyt İqtisadi  İnkişaf 
 
ƏL İ  H ƏS ƏNOV  
 
206 
Fondu,  İslam  İnkişaf Bankı, Dünya Bankı  və s.) yüz milyon-
larla ABŞ dolları həcmində kreditlər alınmışdır.  
Avropa- Qafqaz-Asiya  ölkələri arasında alternativ, daha əl-
verişli avtomobil, dəniz və  dəmir yolu nəqliyyatı vasitəsilə 
tranzit yüklərin daşınmasını  təmin edən TRACECA layihəsi 
keçən illərdə Azərbaycan iqtisadiyyatının inkişafında, ölkənin 
nəqliyyat  infrastrukturunun formalaşmasında ciddi rol oynayıb. 
Şərqlə  Qərb arasında körpü rolunu oynayan Azərbaycanın 
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilmə-
sində aparıcı yer tutması respublikanın dünya ölkələri ilə geo-
iqtisadi inteqrasiyasının daha da dərinləşməsinə xidmət etmiş-
dir. Bu isə  nəinki iqtisadi, həm də siyasi sabitlik və  təhlükə-
sizlik baxımından böyük əhəmiyyət daşımışdır. 
Azərbaycanın həyata keçirdiyi transmilli tranzit-keçid 
dəhlizləri siyasəti sahəsində əldə olunmuş ən böyük geoiqtisadi 
və geosiyasi uğurlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu-
nun  inşası layihəsidir. Bu layihə ciddi regional əhəmiyyətə 
malik olmaqla yanaşı, XXI əsrdə Asiya ilə Avropanı birləşdi-
rən  ən mühüm transmilli nəqliyyat dəhlizinə çevriləcək və 
regionda təhlükəsizliyin daha da artırılmasına xidmət edəcək. 
(Bax: Xəritə 38). 
 Ümumiyyətlə, bəhs olunan transmilli layihənin reallaşma-
sının  əsasında Azərbaycan və onun maliyyə-texniki imkanları 
dayanmışdır. Layihənin meydana çıxması  və inşası bir neçə 
mərhələdən keçmişdir. Belə ki, Türkiyə və Gürcüstan 1993-cü 
ilin ortalarından başlayaraq iki ölkə arasında dəmir yolunun 
birləşdirilməsi layihəsinin həyata keçirilməsini müzakirə edir-
dilər. Sonradan, 2002-ci ildə Türkiyə və Gürcüstanın nəqliyyat 
nazirlərinin  İstanbul  şəhərində keçirilmiş iclasında “Qars-
Axalkalaki” adlanan dəmir yolu layihəsinin həyata keçirilməsi 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
207
barədə niyyət protokolu imzalanmışdır. Protokolda layihə üzrə 
hazırlıq işlərinə başlanılması  nəzərdə tutulsa da, onun həyata 
keçirilməsi istiqamətində ciddi bir iş görülməmişdir. 14 iyun 
2004-cü il tarixdə Azərbaycan Prezidenti İlham  Əliyev Gür-
cüstana rəsmi səfəri zamanı Gürcüstandan Türkiyəyə  qədər 
yeni dəmir yolunun çəkilməsi ideyasını irəli sürür və Azərbay-
canın bu layihəyə  hərtərəfli dəstək verməyə, layihədə  iştirak 
etməyə hazır olduğunu bəyan etmişdir. Bunun ardınca, 2005-ci 
il mayın 25-də Bakı şəhərində, Azərbaycan, Gürcüstan və Tür-
kiyənin prezidentləri Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağ-
lantısı layihəsinin həyata keçirilməsi işinin sürətləndirilməsi 
haqqında birgə  bəyanat imzalamışlar. 2007-ci il yanvarın 12-
13-də Tbilisi, 2007-ci il yanvarın 22-25-də isə Bakı şəhərində 
hər iki ölkənin müvafiq nazirliklərinin səlahiyyətli nümayən-
dələrinin iştirakı ilə görüşlər keçirilmişdir. Görüşlərdə “Bakı-
Tbilisi-Qars yeni dəmir yolu bağlantısı haqqında” və “Bakı-
Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilmə-
si çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər 
(Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələn-
dirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası  və istismarının 
prinsip və şərtləri haqqında” hökumətlərarası saziş layihələrinin, 
həmçinin “Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Ma-
rabda -Türkiyə Respublikası  sərhədinə  qədər dəmir yolu sa-
həsinin maliyyələşdirilməsi şərtləri haqqında kredit müqaviləsi” 
layihəsinin mətnləri müzakirə edilərək razılaşdırılmışdır.  
Həmin dövrdə Azərbaycanın təkidi ilə Ermənistan bu la-
yihədən kənarda saxlanılmışdır ki, bu da dərhal bəzi beynəl-
xalq təşkilatlar və dövlətlərin bu layihənin reallaşmasına mane 
olmaq üçün hərəkətə keçməsini  şərtləndirmişdir. Ümumiy-
yətlə, Azərbaycanın iştirak etdiyi və Ermənistandan yan keçən 
 
ƏL İ  H ƏS ƏNOV  
 
208 
bütün beynəlxalq nəqliyyat-keçid və transmilli daşıma layi-
hələrin reallaşmasına dünyada və regionda mane olmaq istəyən 
qüvvələr olub və bu gün də var. Amma Bakı-Tbilisi-Ceyhan 
neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi transmilli enerji 
layihələri, əsasən, Rusiyanın müqaviməti ilə üzləşirdisə, Bakı-
Tbilisi-Qars dəmir yolu layihəsi erməni diasporunun təzyiqi 
nəticəsində Birləşmiş Ştatların bəzi dairələrinin də müqaviməti 
ilə üzləşdi: 2006-cı ildə ABŞ Prezidenti Corc Buş erməni lob-
bisinin təsiri ilə Qars-Axalkalaki-Bakı  dəmir yolu layihəsinin 
maliyyələşdirilməsinə qadağa qoyan sənəd imzaladı. 
Lakin Azərbaycan rəhbərliyinin prinsipiallığı və qətiyyəti 
bu dəfə  də öz nəticəsini verdi və Prezident İlham  Əliyevin 
diplomatik səyləri nəticəsində, 2007-ci ilin fevralında Tbilisidə 
bu dəmiryolunun tikintisinə dair çərçivə sazişi imzalandı  və 
yolun inşasına başlandı.
124 
 
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, ilk növbədə 
TRACECA-nın rəqabət qabiliyyətliliyini artırmaq üçün nəqliy-
yat daşımalarına tətbiq olunan rüsum və tariflərin rasional 
səviyyəsinin müəyyən edilməsini və ucuzlaşmasını təmin edə-
cək. Layihə çərçivəsində 105 km uzunluğunda yeni dəmiryolu 
(76 km Türkiyə  və 29 km Gürcüstan ərazisindən keçməklə) 
qurulacaq. Bundan əlavə, Gürcüstanda dəmiryolunun 183 km-
lik hissəsinin rekonstruksiya edilməsi, qatarların Gürcüstanda-
kı mövcud dəmiryollarından sonra Avropa dəmiryollarında hə-
rəkət edə bilməsi üçün Axalkalakidə keçid məntəqəsinin 
tikilməsi nəzərdə tutulur.  
422 milyon, infrastrukturla birlikdə isə 600 milyon dollar 
həcmində  dəyərləndirilən bu layihə reallaşdırılandan sonra 
yüklərin Türkiyəyə  və Avropanın  şimalı ilə Aralıq dənizi re-
gionuna, Rusiya və Qazaxıstandan Azərbaycan vasitəsi ilə 
                                                 
124
 Bax:AzərTAC-ın informasiya bülleteni, 7 fevtal 2007-ci il. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə