Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə54/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   50   51   52   53   54   55   56   57   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
213
Beləliklə, göründüyü kimi Azərbaycan özünün əlverişli 
coğrafi və geoiqtisadi mövqeyindən istifadə edərək, həm Şərq-
Qərb, həm də  Şimal-Cənub  əlaqələrində  əsas nəqliyyat-kom-
munikasiya dəhlizi və birləşdirici körpü rolunda çıxış etməyə 
başlayır. Faktiki olaraq hər iki nəhəng nəqliyyat dəhlizinə qo-
şulan Azərbaycan bu sahədə özünün geoiqtisadi müstəqilliyini 
artırmaqla yanaşı, həm də Avropa və dünya bazarlarına alter-
nativ nəqliyyat marşrutları ilə çıxmaq imkanı əldə etdi, region-
dakı müxtəlif tranzit yük axınlarını əlaqələndirmək üçün qov-
şaq rolunu öz üzərinə götürdü.  
Azərbaycan Respublikasının tranzit potensialından istifadə 
edilməsi bu gün də onun davamlı inkişaf strategiyasının ay-
rılmaz tərkib hissəsidir. Hazırda ölkənin tranzit və xarici iqti-
sadi  əlaqələri bir neçə geosiyasi ox üzrə  həyata keçirilir. 
Bunlardan: 
birincisi  və  ən mühümü Gürcüstan, Türkiyə vasitəsi ilə 
hava, quru, dəmiryolu, dəniz nəqliyyatı, eyni zamanda kəmər-
lər vasitəsi ilə Aralıq dənizinə və Avropaya, 
ikincisi, Rusiya vasitəsi ilə dolayı yolla Qərbə  və Uzaq 
Şərqə ( bu çox uzun və iqtisadi cəhətdən səmərəsiz yoldur - 
Ə.H.),  
üçüncüsü, İran və Fars körfəzi vasitəsi ilə Yaxın Şərq və 
Cənubi Asiya ölkələrinə
dördüncüsü, Türkmənistan, Qazaxıstan, Özbəkistan vasi-
təsi ilə Çinə, Yaponiyaya və Cənub-Şərqi Asiyanın digər ölkə-
lərinə, eyni zamanda bütün marşrutlar üzrə əks istiqamətədir.  
Bəhs olunan istiqamətlərdən hələ ki, tam gücü ilə işləyən 
Şərq-Qərb istiqamətli- TRANSQAFQAZ dəhlizdir. Bu istiqa-
mətdə Gürcüstan vasitəsi ilə Azərbaycan həm özünün neft-qaz 
ehtiyatlarını Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft və Bakı-
 
ƏL İ  H ƏS ƏNOV  
 
214 
Tbilisi-Ərzurum qaz kəmərləri Türkiyəyə, oradan da Qərbə 
yönəltmiş, hava, quru, dəmiryolu və  dəniz-su yolu ilə  qərbə 
gedən neft və digər tranzit yüklərinin keçidini və daşınmasını 
təşkil etmişdir. 
 Bununla  yanaşı, hazırda Azərbaycan həm də Rusiya 
marşrutu ilə Rusiyanın özünə  və bir çox Şərqi Avropa ölkə-
lərinə, İran vasitəsi ilə Orta və Yaxın Şərq ölkələrinə, o cüm-
lədən  əks istiqamətə müxtəlif yüklərin, nəqliyyat vasitələri, o 
cümlədən Bakı-Novorossiysk kəməri vasitəsilə neft məhsulla-
rının göndərilməsini həll etmişdir. 
Məlum olduğu kimi, həm ölkədaxili, həm də ölkələrarası 
nəqliyyat yolları  və  dəhlizlərini, birləşdirici kommunikasiya 
xətlərini bəzən həyat arteriyası adlandırırlar. Çünki bunlar ol-
madan, zəngin təbii resurslara malik dövlətlər belə öz iqtisa-
diyyatının dirçəlişi və inkişafını  təmin edə, dünya ölkələri ilə 
sərbəst iqtisadi-ticarət  əlaqələri qura bilməz. Odur ki, tranzit 
nəqliyyat və yükdaşıma sistemini beynəlxalq standartlara uy-
ğun qurmaq, onların fasiləsiz fəaliyyətini təmin etmək, xarici 
ticarətə təsir imkanlarını əldə saxlamaq dünyanın əsas geoiqti-
sadi tələblərdən sayılır.Təsadüfi deyil ki, müxtəlif geosiyasi 
güc mərkəzləri arasında gedən beynəlxalq rəqabət yalnız təbii 
ehtiyatlar deyil, həm də bu ehtiyatları dünya bazarlarına çıxa-
racaq dəhlizlər, yollar, vasitələr - nəqliyyat və kommunika-
siyalar uğrunda aparılır. 
Azərbaycan Respubliksaı hökuməti ölkə ərazilərinin tran-
zit  əhəmiyyətini nəzərə alaraq, son illərdə  həm beynəlxalq 
yardımların (TASİS, TRACECA və b. proqramlar çərçivəsində 
Avropa İttifaqının, Dünya Bankının, İslam İnkişaf Bankının və 
s.), həm də özünün maliyyə potensialı hesabına bütün tranzit 
istiqamətləri üzrə ölkədaxili magistral avtomobil və dəmir yol-
larının, dəniz limanlarının, yük terminallarının, digər daşıyıcı 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
215
infrastrukturların yaradılmasını  və yenidən qurulmasını  təmin 
edə bilmişdir.  
Azərbaycanın daxili və beynəlxalq nəqliyyat əlaqələndiril-
məsi siyasətinin müasir vəzifələri sırasına həm də:  
  nəqliyyat sektorunda səmərəliliyin və  rəqabət qabiliy-
yətinin artırılması istiqamətində islahatların aparılması; 
  nəqliyyat sektorunda dövlət idarəetmə sisteminin tək-
milləşdirilməsi;  
  nəqliyyat xidmətləri bazarında sağlam rəqabət mühi-
tinin yaradılması, tarif sisteminin təkmilləşdirilməsi; 
  ölkənin sərhəd-keçid məntəqələri yaxınlığında yerləşən 
nəqliyyat infrastrukturlarının müasir tələblərə uyğun 
yeniləşdirilməsinə dair layihələrin həyata keçirilməsi; 
  nəqliyyat infrastrukturunun və  nəqliyyat vasitələri 
parkının müasir tələblərə uyğun yeniləşdirilməsi;  
  Bakı və ölkənin digər şəhərlərində nəqliyyat infrastruk-
turunun müasir tələblərə uyğun qurulması; 
  Bakı  şəhərində  nəqliyyatın hərəkətinin tənzimlənməsi 
üçün yolların buraxıcılıq qabiliyyətinin artırılmasını 
təmin edən proqramların işlənib hazırlanması;  
  ölkə  əhalisinin nəqliyyat xidmətlərinə olan tələbatının 
tam təmin edilməsi; 
  ölkənin tranzit potensialından daha səmərəli istifadə 
edilməsi məqsədi ilə kompleks tədbirlərin davam 
etdirilməsi nəzərdə tutulur.
125
  
Azərbaycanın  əlverişli coğrafi məkanda yerləşməsi  avto-
mobil yolları  şəbəkəsinin beynəlxalq standartlara uyğun inki-
şafını  və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsini 
                                                 
125
 Azərbaycan Respublikasının nəqliyyat sektorunun inkişafı strategiyası  
 http://www.mot.gov.az/index.php?mod=inside&lang=az&menu=138 
 
ƏL İ  H ƏS ƏNOV  
 
216 
zəruri edir. Hazırda Azərbaycan Respublikasında istifadədə olan 
avtomobil yollarının ümumi uzunluğu cəmi 25.021 kilometrdir. 
Bunlardan 4.577 kilometri respublika əhəmiyyətli, qalanı isə 
yerli  əhəmiyyətli yollardır. Ümumi istifadədə olan avtomobil 
yollarının 1.473 kilometri Naxçıvan Muxtar Respublikasının 
ərazisindədir. Bunların 274 kilometri respublika əhəmiyyətli, 
1.199 kilometri isə yerli əhəmiyyətli yollardan ibarətdir. 
Beynəlxalq tələblərə cavab verən müasir avtomobil yolları 
şəbəkəsinin formalaşdırılması, magistral yolların beynəlxalq 
yollar şəbəkəsi ilə uzlaşdırılması, ümumi istifadədə olan avto-
mobil yollarında nəqliyyatın hərəkətinin beynəlxalq təcrübəyə 
uyğun tənzimlənməsi və bu sahədə müasir avtomatlaşdırılmış 
sistemlərdən istifadə edilməsi- hazırda Azərbaycanın həyata 
keçirdiyi nəqliyyat təhlükəsizliyi siyasətinin başlıca istiqamət-
lərindən biri hesab olunur. 
Bu gün ölkədə  nəqliyyat xidmətləri bazarı formalaşmış, 
dövlət mülkiyyətində olan avtomobil nəqliyyatı müəssisələri 
özəlləşdirilmiş və nəqliyyat sahəsində dövlət idarəetməsi bazar 
iqtisadiyyatı münasibətlərinə uyğun olaraq qurulmuşdur. Ölkə-
nin avtomobil yolları  şəbəkəsi bir çox ölkələrə, iri limanlara, 
nəqliyyat qovşaqlarına və terminallarına çıxışı olan Avropa və 
Asiya subregional avtomobil yolları  şəbəkəsinə inteqrasiya 
olunub. Azərbaycanın qeyd edilən magistral avtomobil yolla-
rının uzunluğu 2,1 min kilometr təşkil edir.  
Tranzit daşımaları, əsasən Avropa, MDB, Mərkəzi Asiya, 
Yaxın  Şərq ölkələri arasında Bakı-Ələt-Qazax-Gürcüstan ilə 
dövlət sərhədi,  Ələt-Astara, Biləsuvar-İran, Culfa-Culfa (İran 
İslam Respublikası), Bakı-Quba-Rusiya ilə dövlət sərhədi
Naxçıvan-Sədərək-Türkiyə ilə dövlət sərhədi, Yevlax-
Zaqatala-Gürcüstan ilə dövlət sərhədi, Bakı-Aktau, Bakı-
Türkmənbaşı marşrutları üzrə həyata keçirilir.  


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə