Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə49/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   45   46   47   48   49   50   51   52   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
193
Şərqi Asiya ölkələrinə gedən nəqliyyat  əlaqələrini təkmilləşdir-
mişdir. Bir sözlə, Türkmənistan TRACECA layihəsi çərçivəsində 
Cənubi Qafqazla Cənub  Şərqi Asiya və Orta Asiyanın digər 
respublikalarınə birləşdirən və ona məxsus olan bütün nəqliyyat 
infrastrukturlarını lazımi standartlara uyğunlaşdırmışdır.  
Bundan başqa, Türkmənistan Xəzərin Çənub hissəsində, 
TRANSAVRASİYA xətti üzrə  həsmsərhəd olan İranla 320 
kilometrlik yeni Tecan-Sera-Məşhəd yolunu inşa etmişdir. Bu 
yol Türkmənistanın dəniz, quru və dəmiryolu nəqliyyat sistemi 
ilə Fars körfəzini birbaşa birləşdirərək, Asiya-İran və Aralıq 
dənizi reallaşmasına  şərait yaratmışdır. Bəhs olunan marşrut, 
həm də Qazaxıstan, Özbəkistan, Türkmənistanı  İran və Tür-
kiyə ilə birləşdirmək üçün Cənubi Qafqaz yoluna alternativ bir 
marşrut hesab olunur. Yol 1996-cı ildə istifadəyə verilib ki, 
onun da 132 kilometri Türkmənistan ərazisindən keçir. Mütə-
xəssislərin hesablamalarına görə, bu yol vasitəsi ilə  İstanbul-
Tehran-Sera-Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin mar-
şrutu üzrə sutkada təxminən 150 vaqon, ildəsə orta hesabla 10 
milyon tona yaxın yük daşınır.Türkmənistan öz ərazisindən 
Rusiya, Ukrayna, Belarus, Pribalitka və Qazaxıstandan gələn 
bir çox yükləri də  həmin yol vasitəsi ilə  İrana, Türkiyəyə  və 
Fars körfəzi vasitəsilə Qara dənizə göndərir.  
Türkmənistan həm TRANSAVRASİYA, həm də TRANS-
QAFQAZ sistemi çərçivəsində hazırda ciddi yükdaşımaları 
həyata keçirir. O, Cənubi Qafqaz ölkələrinin bəzi yüklərini də 
bəhs olunan yolla Xəzər dənizindən bərə vasitəsi ilə Türkmən-
başı limanına, orada isə  dəmir yolu vasitəsilə ilə  İrana, digər 
Orta Asiya respublikalarına və Çinə göndərmək istəsə  də, 
Azərbaycan və Gürcüstan marşrutu ilə rəqabətdə nisbətən uzaq 
və bahalı olduğu üçün, həmin marşrut sərfəli hesab olunmur. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
194 
Əvəzində, Türkmənistan Cənubi Qafqaz ölkələrinin bəzi mal-
larını bəhs olunan marşrutla Hindistan və Pakistana, sonuncu-
lardan gələn malları isə  İran vasitəsilə Avropaya göndərmək 
istiqamətində ciddi iş aparır. 
Orta Asiya və Xəzər hövzəsinin nəqliyyat-kommunikasiya 
infrastrukturunda mühüm mövqeyə malik olan dövlətlərdən 
biri də  Qazaxıstandır. Qazaxıstan 90-cı illərdən başlayaraq, 
öz tranzit əhəmiyyətini saxlamaq və transmilli geoiqtisadiyyat-
da getdikcə  mərkəzi mövqelərdən birini qazanmaq üçün, ona 
məxsus avtomobil və  dəmir yollarının, daşıma vasitələrinin 
təkmilləşdirilməsi və yenidən qurulması, Xəzər dənizində 
mövcud olan liman və terminalların müvafiq standartlara gəti-
rilməsi istiqamətində mühüm işlər həyata keçirir. 1996-cı ildə 
Qazaxıstanın beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərini 
inkişaf etdirmək və yeniləşdirmək haqqında xüsusi dövlət 
proqramı  qəbul edilmiş  və keçən müddətdə bu sahədə çox 
ciddi işlər görülmüşdür. Hazırda ölkənin paytaxtı Astananı 
Qazaxıstanın digər bölgələri ilə birləşdirən sürətli avtomobil və 
dəmir yolları, Qazaxıstanın dəmir yolu və  dəniz limanlarını 
bir-biri ilə bağlayan Aktoköy-Dostluq dəmir yolu, Dostluq-
Çinlə dövlət sərhədini birləşdirən dəmir və avtomobil yolu, 
Beynay-Manqışlaq dəmir yolu və s. beynəlxalq nəqliyyat-kom-
munikasiya infrastrukturlarının salınmasını qeyd etmək olar.  
Qazaxıstan 1991-ci ildən başlayaraq, Dostluq stansiyasın-
dan Hindistan, Koreya və Vyetnam istiqamətinə Azərbaycan 
və Türkmənistandan gələn, o cümlədən Avropadan göndərilən 
yüklərin daşınması  məqsədi ilə, xüsusi bir dəhliz açılışı üzə-
rində  iş aparır və bu yol demək olar ki, hazırda fəaliyyət 
göstərir. Bundan başqa, bu ölkənin və Çinin təşəbbüsü ilə, 
müstəqillik illərində reallaşan TRANSÇİN dəmir yolu bütün 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
195
Mərkəzi Asiya ölkələrindən keçməklə, 1996-cı ildən başla-
yaraq, fəaliyyət göstərir və Rusiyanın TRANSSİBİR marşrutu 
üzrə mövcud olan TRANSAVRASİYA  əlaqələrinin həm mə-
safəsini, həm də iqtisadi səmərəliliyini xeyli geridə qoymuş-
dur. Avropanı Uzaq Şərqlə birləşdirən ənənəvi yollardan fərqli 
olaraq TRANSÇİN dəmir yolu, beynəlxalq yükdaşımalarda 
getdikcə mühüm əhəmiyyət təşkil edir.  
Qazaxıstanın xarici aləmə  dəniz çıxışını  təmin edən  əsas 
liman Aktaudur. Bu liman 1963-cü ildə SSRİ zamanında tikilib 
və Qazaxıstanın zəngin taxıl, uran və metal məhsullarını xarici 
ölkələrə daşımaq məqsədi ilə istifadə olunub. Hazırda isə 
qazaxlar, Xəzər dənizinin Tengiz neft yataqlarında aşkarlanan 
zəngin karbohidrogen ehtiyatların dünya bazarlarına daşınması 
üçün Aktau limanına xüsusi sərmayə qoyurlar. Limanda yeni 
terminallar, gəmilərin və bərələrin yanaşması üçün lazımi qur-
ğular tikilir və istifadə olunur. Limanın modernləşdirilməsi və 
yenidən qurulması üçün 500 mln. dollara yaxın vəsait qoyul-
muşdur. Bu limanın əsas üstünlüklərindən biri ondan ibarətdir 
ki, onun suyu heç vaxt donmur, dənizin dibi həddindən artıq 
dərin olduğuna görə istənilən gəmini qəbul etməyə imkan 
yardır. Rusiyanın Xəzərin dibi ilə  Mərkəzi Asiyanın neft və 
qaz ehtiyatlarını Azərbaycana, oradan da Türkiyə və Avropaya 
nəql etmək layihələrinə ciddi maneçilik törətməsindən sonra, 
Qazaxıstan Aktau limanından səmərəli istifadə etmək və öz 
neft ehtiyatlarının böyük hissəsini bu liman vasitəsilə Azərbay-
cana,  İrana və  Qərbə ixrac etmək istəyirlər. Gələcəkdə illik 
həcmi 25 mln. tona çatacaq qazax neftinin ixracını  təmin et-
mək üçün, Qazaxıstan hazırda Xəzər dənizində özünü həm 
gəmi daşımaçılığını, həm də  bərə-barja daşımaçılığını yarat-
 
ƏL İ  H ƏS ƏNOV  
 
196 
maq, Azərbaycanın bu sahədəki monopolist mövqeyinə son 
qoymaq məqsədi ilə çalışır.  
Orta Asiya və Xəzər hövzəsinin nəqliyyat-kommunikasiya 
sistemində Özbəkistanın da mühüm rolu vardır. Bu ölkə, həm 
Türkmənistan həm də Azərbaycan-Gürcüstan-Türkiyə vasitə-
silə ilə öz məhsullarını TRANSAVRASİYA xəttinin Fars kör-
fəzi istiqamətindəki xətti ilə dünya bazarlarına, TRANSQAF-
QAZ magistralı vasitəsi ilə isə Türkiyəyə  və oradan Avropa 
ölkələrinə göndərir. Özbəkistan öz mallarının göndərilməsində 
daha çox iqtisadi səmərəlilik faktoruna üstünlük verir və 
müvafiq olaraq həm Türkmənistan-İran marşrutu, həm də 
Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə onların verdiyi 
müvafiq tariflərə uyğun olaraq mal göndərir.  
Bundan başqa, Özbəkistandan Türkmənistan vasitəsi ilə 
TRANSAVRASİYA nəqliyyat sisteminə 78 kilometrlik çıxışı 
onu Səmərqənd-Səngəldi (Qazaxıstan stansiyası arasındakı 
dəmir yolu) vasitəsilə  həm də TRANSQAFQAZ layihəsində 
əlaqələndirici ölkə vəziyyətinə gətirir.  
Orta Asiya və Xəzər hövzəsinin nəqliyyat-kommunikasiya 
əlaqələrində  Tacikistan və  Qırğısızıstanın da müəyyən rolu 
vardır. Düzdür, bölgənin digər ölkələri ilə müqayisədə onlar 
TRANSASİYA nəqliyyat sistemində mühüm və  həlledici 
həlqə olmasalar da, bu ölkələrin hər birinin özünəməxsus rolu 
vardır. Hazırda, Tacikistan vasitəsilə ilə Çin və Pakistana 
dəmir yolu və avtomobil yolunun çəkilməsi layihələri həyata 
keçirilir ki, bu layihənin də əsas mahiyyəti Çinin və Pakistanın 
Hind okeanına və Hindistana nəqliyyat  əlaqələrini təmin et-
məkdir. Lakin bəhs olunan layihə maliyyə çatışmazlığı ucba-
tından hazırda yalnız ideya olaraq qalır. O ki qaldı  Qırğı-
zıstana, bu ölkənin TRANSAVRASİYA və TRANSQAFQAZ 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə