XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
177
prinsipial siyasət və nümayiş etdirdiyi birmənalı münasibət
həmin dövrdə TRACECA layihəsinin reallaşmasına mühüm
töhfə verdi.
1996-cı ildə Türkmənistanın
Seraxs şəhərində Avropa
İttifaqı, Azərbaycan, Gürcüstan, Türkmənistan və Özbəkistanın
dövlət başçıları TRACECA layihəsinin yaradılması haqqında
birgə saziş imzalayaraq, Azərbaycanın, Türkmənistanın, Gür-
cüstanın, Qazaxıstanın, Türkiyənin, Rumıniyanın və Bolqarıs-
tanın dəniz limanlarının, dəmir yolu və avtomobil yollarının
yenidən qurulmasının maliyyələşdirilməsi, Şərq-Qərb dəhli-
zinin işə salınması üçün Bakıda xüsusi beynəlxalq konfransın
keçirilməsi və s. məsələlər qərara alındı. 1997-ci ildən sonra
bəzi Şərqi Avropa dövlətləri də Avropa İttifaqının bu layi-
həsinə ciddi maraq göstərməyə və ona qoşulmağa başlayır.
Layihənin maliyyələşməsinə dünya beynəlxalq maliyyə qu-
rumları – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf
Bankı, Asiya İnkişaf Bankı və başqaları maliyyə yardımı
göstərməyə hazır olduqlarını bəyan edirlər.
1998-ci ilin sentyabrında TRACECA layihəsi üzrə Bakıda
çox mühüm bir tədbir – “İpək yolu layihəsinin dirçəlişi” adlı
beynəlxalq konfrans keçirildi. Avropa İttifaqının dəstəyi ilə 32
dövlətin, 13 beynəlxalq təşkilatın, Rusiya və Qazaxıstandan
başqa bütün ətraf dövlətlərin dövlət
və hökumət rəhbərlərinin
iştirak etdiyi bu konfransda- içərisində 8 prezident, 24 Baş
nazir və nazirlərin də iştirak etdiyi nümayəndə heyətlərinin iş-
tirakı ilə Şərq-Qərb (Avropa-Qafqaz-Asiya) çoxtərəfli nəq-
liyyat-kommunikasiya sisteminin inkişafı haqqında Çoxtərəfli
Saziş imzalandı. Sazişə əlavə olaraq, beynəlxalq dənizçilik və
gəmi daşımaçılığı, gömrük-sərhəd keçid rejiminin sadələşdi-
rilməsi və s. haqqında birgə razılaşma və ümumi sənəd kimi
ƏL İ H ƏS ƏNOV
178
Bakı Bəyannaməsi qəbul edilldi.
116
Birgə sazişə qoşulan öl-
kələr bir-birinin ərazisindən və bütün
növ nəqliyyat infrastruk-
turlarının güzəştli şərtlərlə və üstün hüquqla istifadə etməklə,
mal-əmtəə göndərməyə və bir-biri ilə üstün iqtisadi əlaqələr
yaratmağa qarşılıqlı öhdəlik götürürlər.
Həmin ildə ABŞ TRACECA-nı dəstəkləmək haqqında xü-
susi strategiya proqramı hazırlayır və qəbul edir. Bu məqsədlə,
Amerika hökuməti TASİS proqramı xətti ilə TRACECA-nın
maliyyələşməsinə dəstək verməyə başlayır. Mütəxəssislərin
fikrinə görə, bəhs olunan konfransın keçirilməsində, sənədlərin
ərsəyə gəlməsində və bu işdə ABŞ və Aİ-nin xüsusi dəstəyinin
qazanılmasında Azərbaycan prezidenti Heydər Əliyevin
əvəzsiz xidmətləri olmuşdur. Onların fikrinə görə, TRACECA
hökumətlərarası komissiyasının daimi katibliyinin mənzil-
qərargahının Bakı şəhərində yerləşməsi də təsadüfi deyil, məhz
Heydər Əliyevin ciddi səyinin nəticəsi idi.
117
TRACECA-nın katibliyinin yaradılması qısa müddətdə
üzv ölkələrin nəqliyyət-kommunikasiya sisteminin əlaqələn-
dirilməsi işini sürətləndirdi.. Katibliyin xətti ilə Şərq-Qərb
marşurutu üzrə əmtəə-mal daşımaları, nəqliyyat-komunikasiya
əlaqələrinin koordinasiyası həyata keçirilməyə başlanır. Bakı-
Batum-Ukrayna-Bolqarıstan-Rumıniya-Türkiyə dəmir yolları-
nın işi əlaqələndirilir. Əvvəlki TRANS-SİBİR dəmir yolundan
(Rusiya ərazisindən Sibir vasitəsi ilə Uzaq Şərqə və Cənub
Şərqi Asiya ölkələrinə gedən yoldan söhbət gedir) daha
116
“Xalq qəzeti”, 09-12 sentyabr 1998-ci il.
117
21 fevral 2001-ci ildən Bakıda fəaliyyətə başlayan TRACECA hökumət-
lərarası komissiyası daimi katibliyinin ofisi “Böyük İpək Yolu”
boyunca
hərəkət edən beynəlxalq yüklərin daşıma və hərəkətini tənzimləmək, Əsas
Sazişə qoşulan ölkələrdə qanunvericilik və maliyyə-iqtisadi
mühitlə bağlı
məsələlərin həll edilməsinə kömək məqsədilə yaradılmışdır.
XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
179
əlverişli hesab olunan yeni dəhliz layihəsi - Çin-Amsterdam
(Hollandiya) dəniz yolu dəhlizi ideyası meydana gəlir. Hazırda
istifadə olunan Bakı-Tbilisi-Qara dəniz yolu və tikintisinə
rəvac verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu həmin bu ideyanın
hissə-hissə reallaşdırılmasına xidmət edir.
2000-ci ildə Tbilisidə TRACECA sazişinə qoşulmuş ölkə-
lərin hökumət rəhbərləri beynəlxalq konfransa toplaşırlar.
Konfransda qeyd olunur ki, keçən iki il müddətində layihə çər-
çivəsində nəzərdə tutulmuş öhdəliklər və şərtlər liman və nəq-
liyyat xətlərinin yenidən qurulması, hökumətlərarası daşıma-
çılıqla bağlı müvafiq təlimatların qəbul olunması reallaşdı-
rılmış və TRACECA normal səviyyədə fəaliyyətə başlamışdır.
TRACECA qısa zamanda Orta Asiya və Xəzərlə Qara-
Aralıq
dənizi sahillərini, Avropa bazarlarını bağlayan əsas
enerji, ticarət və nəqliyyat dəhlizinə çevrilir.
Orta Asiya və Xəzər bölgəsinin neft və qeyri-neft məh-
sullarının Avropaya, yaxud Qərb ölkələrinə məxsus digər əm-
təələrin Asiya bazarlarına daşınması məqsədi ilə Xəzər vasitəsi
ilə Bakıya bərə daşıması, oradan isə Azərbaycan dəmir yolları
vasitəsi ilə ilə Gürcüstanın Qara dəniz limanlarına, limanlardan
gəmilər vasitəsilə yenidən Avropa bazarlarına daşıma işi
sahmana salınmış, keçən müddətdə bu yolla yüz milyonlarla
ton müxtəlif məhsullar daşınmışdır.
TRACECA layihəsinin əsas məqsədləri fikrimizcə:
1. Avropa-Asiya arasında əvvəlki mövcud marşrutlardan
daha yaxın, daha ucuz
və daha müstəqil nəqliyyat
dəhlizi yaratmaq;
2. Bölgə ölkələrinin və Avropa-Asiya əlaqələrinin müs-
təqilliyini təmin etmək, Rusiyanın geosiyasi asılılığın-
dan azad etmək;
ƏL İ H ƏS ƏNOV
180
3. Region və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək,
Xəzər və Orta Asiyanın zəngin enerji resurslarının
dünya bazarlarına çıxarılmasına dəstək verməkdən
ibarət idi.
TRACECA layihəsini reallaşdırmaqla Avropa İttifaqı ilk
növbədə Cənub-Şərqi Asiyadan başlayaraq- Cənubi Qafqaz
vasitəsi ilə Avropaya uzanan dəhliz boyu yerləşən dövlətlərin
alternativ nəqliyyat-kommunikasiya
dəhlizlərini birləşdirmək
yolu ilə əlverişli ticarət dəhlizi yaratmaq istəyirdi. Bu məq-
sədlə Aİ həmin ölkələrin mövcud quru, dəniz və dəmir yolu
nəqliyyatı sisteminin təkmilləşdirilməsini və bir-biri ilə əlaqə-
ləndirilməsini, nəqliyyat-keçid infrastrukturlarının yenidən
qurulması və dünya standartlarına çatdırılmasını dəstəkləyirdi.
Avropa və Asiya ölkələri arasında siyasi, iqtisadi və ticarət
əlaqələrinin sərbəstləşdirilməsi, müstəqil
nəqliyyat dəhlizinin
yaradılması və s. siyasəti həm də ətraf ölkələrin Rusiyadan tranzit
asılılığının qarşısını almaq, regional əməkdaşlığın möhkəmlən-
məsinə şərait yaratmaq və beynəlxalq maliyyə mərkəzlərinin
regiona sərmayə qoyuluşunu həvəsləndirmək məqsədi daşıyırdı.
Beynəlxalq ekspertlərin fikrincə, TRACECA dəhlizinin o
vaxta qədər mövcud olan Rusiya TRANSSİBİR marşrutundan
bir neçə üstünlüyü mövcud idi. Bu üstünlüklər,
1. həmin
marşurutun tam müstəqilliyi, heç kimin geo-
siyasi təsiri və təzyiqi altında olmaması;
2. Çeçenistan, Şimali Qafqaz kimi kriminal, Sibir kimi
qeyri-sabit hava şəraitinə malik ərazilərdən uzaq
olması;
3. İştirakçı ölkələr tərəfindən mal daşımalarına qarışlıqlı
güzəştlərin verilməsi;