Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə44/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   40   41   42   43   44   45   46   47   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
173
 
 
lll FƏSİL 
XƏZƏR-QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ 
QAFQAZIN TRANSMİLLİ NƏQLİYYAT-
KOMMUNİKASİYA SİSTEMİ: 
BEYNƏLXALQ, REGİONAL VƏ MİLLİ MARAQLAR. 
AZƏRBAYCANIN BEYNƏLXALQ ALƏMLƏ SƏRBƏST 
VƏ TƏHLÜKƏSİZ KOMMUNİKASİYA SİYASƏTİ 
 
§3.1. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın 
mövcud və perspektiv transmilli nəqliyyat-kommunikasiya 
sistemi: beynəlxalq, regional və milli maraqların 
xarakteristikası  
 
SSRİ-nin dağılmasından və vaxti ilə Sovet İttifaqının tər-
kibinə daxil olan respublikaların müstəqillik qazanmasından 
sonra Avrasiyanın tranzit-keçid arteriyaları  və  Şərq-Qərb, 
Şimal-Cənub nəqliyyat-kommunikasiya  sistemi, enerji ixracı 
dəhlizləri və s. məsələlər bir ölkənin monopolist təsirindən çı-
xararaq beynəlxalq aləmin transmilli mübarizə  hədəfinə çe-
virdi. Avrasiyanın transmilli nəqliyyat-kommunikasiya siste-
minin ən vacib və həlledici həlqəsini və digər həmsərhəd ölkə-
lərini bir-biri ilə birləşdirən əlverişli coğrafi və geoiqtisadi mə-
kanı və malik olduqları nəqliyyat-yükdaşıma arteriyaları təşkil 
edirdi. Bölgə neçə əsrlərdir ki, Avrasiyanın nəqliyyat-kommu-
nikasiya əlaqələrinin reallaşdırılmasında həlledici məkan rolu-
nu oynayır. Aralıq dənizindən Sakit okeana qədər olan böyük 
bir məkanın nəqliyyat-kommunikasiya  əlaqələrinin qurulma-
sında həm keçmiş SSRİ dövründə, həm də müasir dövrdə  ən 
 
ƏL İ  H ƏS ƏNOV  
 
174 
qısa və  əlverişli dəhliz məhz Xəzər-Qara dəniz hövzəsi, Orta 
Asiya və  Cənubi Qafqaz hesab olunmuşdur. XX əsrin 90-cı 
illərindən başlayaraq bölgənin quru, su və  dəmiryolu  şaxələri 
bütün ətraf ölkələrin geosiyasi əlaqələndirmə xətlərinə çevrildi 
və Xəzər ətrafındakı beş yeni ölkə, xarici transmilli nəqliyyat 
korporasiyaları bu bölgənin nəqliyyat-kommunikasiya dəhliz-
lərindən istifadə etməyə və ona maraq göstərməyə başladılar.  
 Həmin dövrdə bütün postsovet regionunu cidd-cəhdlə öz 
nəzarətində saxlamağa və TRANSAVRASİYA marşrutu üzrə 
alternativ nəqliyyat-kommunikasiya dəhlizlərinin yaranmasına 
mane olmağa çalışan Rusiyanın müqavimətinə baxmayaraq, 
Amerika Birləşmiş  Ştatları, Avropa İttifaqı ölkələri, Çin, 
Yaponiya kimi beynəlxalq, Türkiyə,  İran və s. kimi region 
dövlətləri, o cümlədən müstəqillik əldə etmiş yerli ölkələr daha 
təkidlə regionun transmilli nəqliyyat-kommunikasiya sisteminə 
müdaxilə edərək, getdikcə güclənən  Şərq-Qərb ticarət-iqtisadi 
əlaqələrində bu marşrutu alternativ variant kimi təklif etməyə 
başladılar. Bu proses getdikcə güclənərək, müxtəlif transmilli 
şirkətlərin yerli ölkələrlə  iş birliyi qurması  nəticəsində qar-
şısıalınmaz beynəlxalq fəaliyyətə çevrilmişdir.  
 Müasir dövrdə Şərq-Qərb nəqliyyat-kommunikasiya dəh-
lizinin Rusiya ərazisindən keçən keçmiş marşrutuna əsas alter-
nativ kimi məhz TRANSAVRASİYA nəqliyyat-kommuni-
kasiya dəhlizini qəbul edirlər. Bu layihənin ortaya çıxmasında, 
yaranması və fəaliyyətində Avropa İttifaqı və ABŞ-la bərabər, 
Azərbaycan, Gürcüstan, Türkiyə  və Orta Asiya ölkələri mü-
hüm rol oynamışlar. 1996-cı ildən başlayaraq “TRACECA”
112
 
adlanan həmin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizi 
                                                 
112
 Bu layihə “Trans-Europe-Caucasus-Asia” nəqliyyat-kommunikasiya dəhlizi 
adlanır. 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
175
ilə transmilli dünya Rusiya ərazisindən yan keçməklə Avro-
panı Asiya ilə birləşdirən və  şərti olaraq “Böyük İpək yolu” 
adlandırılan yeni qlobal nəqliyyat-kommunikasiya sisteminin 
yaradılmasına və həyata keçirilməsinə start verilmişdir.  
Avrasiyanın qədim “İpək yolu”nun bərpası  və istifadəsi 
ideyasını ilk dəfə 1990-cı ildə SSRİ-nin sonuncu Xarici İşlər 
naziri, sonradan müstəqil Gürcüstanın dövlət başçısı seçilmiş 
Eduard  Şevardnadze Vladivostokda keçirilən “Asiya-Sakit 
okean regionu: dialoq, sülh və  əməkdaşlıq” adlı beynəlxalq 
konfransda səsləndirmiş  və SSRİ-nin ciddi böhran keçirən, 
iflas etməkdə olan mövcud nəqliyyat-kommunikasiya sistemini 
Şərq-Qərb əlaqələndirilməsi üçün bütün dünya üçün açıq elan 
edərək, onun birgə istifadəsini təklif etmişdir.
113
 Lakin mövcud 
ideya yalnız SSRİ dağıldıqdan sonra, özü də  əvvəlki  ənənəvi 
marşrut üzrə deyil, yeni alternativ  TRANSAVRASİYA layi-
həsi üzrə dünyanın müzakirəsinə  çıxarılaraq, ABŞ  və Avropa 
İttifaqının diqqətini çəkmiş  və 1991-ci ildən onların maliyyə-
ləşdirdiyi  TASİS proqramı  çərçivəsində müzakirə edilməyə 
başlanmışdır.
114
 
 Sonradan  məhz TASİS proqramı  çərçivəsində, 1993-cü 
ildə Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə keçirilən “Şərq-
Qərb nəqliyyat təhlükəsizliyi” beynəlxalq konfransında 
TRACECA layihəsi irəli sürülmüş, Cənubi Qafqaz və Orta 
                                                 
113
 Bax: Шеварднадзе Э. А. Мой выбор. В защиту демократиии и свободы, 
Москва, 1991, с. 271. 
114
TACİS proqramı (Technical Assistance to the Commouwealth of 
Independent States) ilə Avropa İttifaqı yeni, müstəqil dövlətlərdə birgə 
transmilli  işlər aparmaq, onların daxilində başlanan demokratik islahatlara 
dəstək vermək, liberal bazar iqtisadiyyatı  infrastrukturları yaratmaq, ölkələr-
arası ticarət, nəqliyyat, gömrük-keçid əlaqələrini inkişaf etdirmək niyyətini 
ortaya qoymuşdu. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
176 
Asiyanı təmsil edən səkkiz prezidentin iştirak etdiyi zirvə gö-
rüşündə müzakirə olunmuş  və  qəbul edilməsi haqqında 
“Brüssel bəyannaməsi” imzalanmışdır. Bəyannamədə, qədim 
Şərq-Qərb “İpək yolu” dəhlizinin yeni şəraitdə  bərpası, 
TRANSAVRASİYA nəqliyyat-kommunikasiya infrastruktur-
larının yenidən qurulması  və inkişaf etdirilməsi vəzifəsi öz 
əksini tapmışdır.
115
 
 Bunun ardıca Avropa İttifaqının ayırdığı 300 milyon dol-
larlıq kredit hesabına proqramın reallaşdırılmasına qərar verilir 
və konfransda müəyyən edilmiş marşrut üzrə- Qazaxıstanın 
“Drujba” adlı  dəniz dəmir yolu stansiyasından başlayaraq 
Daşkənd, Aşqabad, Türkmənbaşı, Bakı, Tbilisi, Poti, sonra 
bərə vasitəsi ilə Odessa-Bakı, Bolqarıstan, Rumıniya, Türkiyə, 
o cümlədən yenə də bərə vasitəsilə Atıray-Aktau-Bakı xətti ilə 
TRANSAVRASİYA yük daşıma sisteminin və  dəhlizinin 
yaradılmasına başlanır.  
Həmin ildən Avropa İttifaqının, Cənubi Qafqaz və Orta 
Asiyanın ayrı-ayrı ölkələrinin təşəbbüsü ilə,  Şərq-Qərb 
nəqliyyat-kommunikasiya sisteminin yaradılması istiqamətində 
yeni-yeni təşəbbüslər irəli sürüldü və Avropa İttifaqı tərəfindən 
dəstəklənməyə başlandı. Bu layihələrin reallaşdırılması  qısa 
zaman kəsiyində Rusiya ərazisini yan keçməklə,  Şərq-Qərb 
ticarət-iqtisadi  əlaqələrinə müsbət təsir göstərərək, dünya 
transmilli nəqliyyat-kommunikasiya siyasətinə ciddi dəstək 
oldu. Azərbaycan, Gürcüstan, Ukrayna, Özbəkistan və Tür-
kiyənin  əlverişli geosiyasi və coğrafi mövqeyi, bu nəqliyyat-
kommunikasiya dəhlizinin  əsas mərkəz məntəqələrindən biri 
kimi çıxış etməsi, Şərq-Qərb dəhlizləri məsələsində yürütdüyü 
                                                 
115
 Bax:http://www.traceca-org.org 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə