Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə41/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   37   38   39   40   41   42   43   44   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
161
hesab olunan hadisə isə 2011-ci ildə baş vermişdir. 24 oktyabr 
2011-ci ildə İzmir şəhərində Azərbaycan və Türkiyə hökumət-
ləri arasında uzun müddətdən bəri müzakirə edilən Xəzər 
hövzəsinin “Şahdəniz” yatağının ikinci faza layihəsi üzrə isteh-
sal olunan və “Abşeron”, “Ümid”, “Babək”, “Naxçıvan” kimi 
yataqlardan bir neçə il sonra mərhələlərlə, ümumilikdə təxmi-
nən illik gücü 50 milyard kub metrə çatacaq Azərbaycan qazı-
nın gələcəkdə daha təhlükəsiz, səmərəli və qısa yolla, razılaş-
dırılmış  sərbəst tranzit şərtləri ilə Türkiyəyə  və onun ərazisi 
vasitəsi ilə birbaşa Avropa bazarlarına çıxarılmasını şərtləndi-
rən “Niyyət Protokolu” imzalanmışdır. Protokala görə Azər-
baycan qazı:  1.Türkiyənin mövcud kəmərlərindən,  2. planlaş-
dırılan Cənub dəhlizinin imkanlarından,  3. iki ölkənin birgə 
təşəbbüsü ilə, yeni yaradılacaq Konsorsium tərəfindən inşa 
ediləcək digər kəmərlər vasitəsi ilə Avropa bazarlarına ixrac 
olunacaq.  
Bunun ardınca 2012-ci ildə Azərbaycan və Türkiyənin hö-
kumət rəhbərlərinin iştirakı ilə “Trans Anadolu qaz ixracı haq-
qında Saziş” (TANAP layihəsi) imzalanmış və iki ölkə arasında 
Azərbaycan qazının Türkiyə ərazisi ilə çəkiləcək yeni transmil-
li qaz kəməri vasitəsilə Avropa bazarlarına ixracının əsas şərt-
ləri razılaşdırılmışdır. Layihəyə görə, BTƏ və başqa kəmərlər 
vasitəsilə Gürcüstan sərhədlərinə çatdırılan Azərbaycan qazı-
nın, oradan Türkiyənin Cənubundan- Qərbinə, Avropa ölkələ-
rini birləşdirən sərhədlərə  qədər çəkiləcək yeni Cənub qaz 
kəməri vasitəsilə sərbəst hərəkəti təmin ediləcəkdir.
105
 
Göründüyü kimi, Azərbaycanın öz neft-qaz məhsullarını 
başqa alternativlərlə yanaşı, ilk növbədə strateji müttəfiqi he-
                                                 
105
 Bax: газ. «Зеркало», №202,  3 ноября 2011 г. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
162 
sab olunan Türkiyə üzərindən dünya bazarlarına ixrac etmək 
siyasəti ona yeni-yeni daha əlverişli və  səmərəli ixrac yolları 
qazandırdığı kimi, Türkiyəyə  də bölgənin  əsas ixrac nefti və 
qazı üzərində əlverişli mövqe qazandırmaqdadır. 
 Keçən müddətdə Azərbaycanın alternativ qaz ixracı siya-
səti  əksər tərəfdaş ölkələr, xüsusən də Avropa İttifaqı 
dövlətləri və ABŞ  tərəfindən dəstəklənibdir. Azərbaycan 
transmilli dünyanın dəstəyi ilə həm regionun neft-qaz istehsalı 
və ixracı sahəsindəki geoiqtisadi mövqelərini gücləndirib, həm 
də özünün etibarlı  tərəfdaş imicini qoruyub saxlayıb və bir 
qədər də möhkəmləndirib. 2006-cı ilin noyabrında Prezident 
İlham Əliyevin Belçikaya səfəri zamanı Azərbaycanla Avropa 
İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində birgə 
əməkdaşlıq iradəsi rəsmiləşdirilib. Noyabrın 7-də Azərbaycan 
Respublikası və Avropa İttifaqı arasında enerji məsələləri üzrə 
strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıbdır. 
Sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında enerji 
tərəfdaşlıq münasibətlərini, Azərbaycanın Avropanın enerji 
bazarlarına daxil olmasını, Avropa İttifaqının enerji 
təhlükəsizliyini və Azərbaycanda enerji menecmentini nəzərdə 
tutmuşdur. Ekspertlər bu Memorandumun imzalanmasından 
sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin 
olunmasında, o cümlədən gələcəkdə inşası planlaşdırılan 
Xəzər-Avropa qaz ixracı layihələrinin reallaşmasında daha 
aktiv iştirak edəcəyini proqnozlaşdırırdılar.  
 Azərbaycan qazının Avropaya birbaşa nəqlini hədəfləyən 
"Şahdəniz-2", TANAP və TAP kimi yeni transmilli layihələr 
dünyanın  ən iri enerji layihələrindən sayılır. Müqaviləyə  əsa-
sən, layihəyə 45 milyard dollar məbləğində  sərmayə  cəlb 
ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
163
iş yeri yaradılacaq. Layihə  çərçivəsində 26 sualtı quyunun 
qazılması, həmçinin körpü ilə birləşdiriləcək 2 platformanın 
tikintisi, Səngəçal massivində yeni texniki emal və kompressor 
qurğularının inşası  nəzərdə tutulur. 3500 kilometr məsafədə 
nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqa-
rıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin 
edəcək.
106
 
Avropa ölkələri və aparıcı  şirkətlərlə enerji sahəsindəki 
mövcud tərəfdaşlıq münasibətləri hazırda Azərbaycana malik 
olduğu böyük qaz ehtiyatlarını dünya enerji bazarlarına çıxar-
maq imkanı yaratmışdır. Mütəxəssislərin fikrinə görə, 
"Mərhələ-2" çərçivəsində işlənilməsi planlaşdırılan "Şahdəniz" 
yatağının  əlavə ehtiyatlarından, bu yaxınlarda Xəzərdə  kəşf 
edilmiş "Abşeron" və "Ümid" yataqlarının, "Azəri-Çıraq-
Günəşli" yataqlar blokundakı dərin qaz ehtiyatlarının, olduqca 
perspektivli "Şəfəq-Asiman", "Babək", "Zəfər-Məşəl" və başqa 
strukturların potensialından tam istifadə ediləcək.  
Məhz “Nabucco” layihəsinin düyünə düşməsi və getdikcə 
uzanması Azərbaycanı son illərdə onun alternativi sayıla bilə-
cək "Şahdəniz 2" istiqamətində ciddi fəaliyyətə sövq etdi ki, 
bunun da nəticəsi bəhs olunan sazişin imzalanması ilə yekun-
laşdı. Bu saziş həm maraqlı ölkələrin Şahdəniz qazı üzrə geo-
siyasi və geoiqtisadi mövqelərini qətiləşdirdi, maliyyələşmə, 
tranzit, etibarlı bazar və digər məsələlər üzrə prinsipial razı-
laşma  əldə olundu, həm də Azərbaycan qarşıdan gələn uzun 
illər ərzində neft sahəsində olduğu kimi, təbii qaz təchizatında 
da Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin edil-
məsindəki etibarlı tərəfdaş rolunu artırdı. 2014-cü il sentyabrın 
                                                 
106
  Bax: "Azərbaycan" qəzeti, 19 dekabr 2013-cü il. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
164 
20-də Bakıda- Səngəçal terminalında "Şahdəniz 2" layihəsi 
üzrə hasil ediləcək təbii qazın Cənub Qaz Dəhlizini genişlən-
dirmək yolu ilə Türkiyəyə, oradan da TANAP və TAP vasi-
təsilə Avropaya ixracını nəzərdə tutan yeni kəmərin təməlinin 
qoyulması bu prosesin başlanğıcı oldu. Təməlqoyma mərasi-
mində Azərbaycan prezidenti İlham Əliyev, Bolqarıstan prezi-
denti Rosen Plevneliev, Yunanıstanın baş naziri Antonis 
Samaras, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Monteneq-
ronun baş naziri Milo Cukanoviç, Türkiyənin enerji və  təbii 
qaynaqlar naziri Taner Yıldız,  İtaliyanın iqtisadi inkişaf na-
zirinin müavini Klaudio Deviçenti, BP şirkətinin icraçı direk-
toru Robert Dadli və digər rəsmi şəxslər, şirkət nümayəndələri 
iştirak edirdilər. Mərasimdəki çıxışında Prezident İlham Əliyev 
qeyd edib ki, bu layihə Avropanın mövcud enerji xəritəsini 
əhəmiyyətli dərəcədə  dəyişəcək, müqavilə  iştirakçısı olan bü-
tün ölkələrə müsbət dividentlər bəxş edəcəkdir. Layihənin icra-
sı istehsalçı ölkə kimi ilk növbədə Azərbaycana, o cümlədən 
tərəfdaşlarımıza, əksər istehlakçı və tranzit ölkələrə böyük fay-
dalar gətirəcək... 20 il əvvəl neft sahəsində  “Əsrin müqavi-
ləsi”nin imzalandığını, daha sonra Bakı-Tbilisi-Ceyhan neft, 
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkildiyini xatırladan 
prezident  İlham  Əliyev qeyd etmişdir ki, bu gün biz yeni 
komanda ilə yeni layihənin  əsasını qoyuruq. Təməli qoyulan 
bu yeni kəmər XXl əsrin layihəsidir və  ən azı 100 il ərzində 
Xəzər hövzəsinin alternativ qaz resurslarını dünya bazarına 
çıxarmağa imkan verəcəkdir.
107
  
 Mütəxəssislərin fikrinə görə, 2009-cu ildən başlayaraq 
gündə təxminən bir milyon barel neft ixrac edən Azərbaycanın 
                                                 
107
 Bax: Azər TAC-ın xəbər bülleteni, 20 sentyabr 2014-cü il. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə