Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə38/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   34   35   36   37   38   39   40   41   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
149
geosiyasətində oyundankənar vəziyyətdə qaldı. Guya bundan 
sonra nə Rusiya, nə  də ki, İran bu bölgəyə bir daha daxil ola 
bilməyəcəklər... və ABŞ-la Türkiyənin hegemonluğu altında 
yeni bir “Qafqaz dövləti”, yaxud “Qafqaz dövlətləri Birliyi” 
adlanan geosiyasi reallıq yaranacaqdır ki, İran və Rusiya bu 
birlikdən kənarda qalacaq”.
99 
 
BTC və Bakı-Supsa marşrutu ilə yanaşı, hazırda istehsalı 
günü-gündən genişlənən Xəzər hövzəsinin neft məhsullarının 
Gürcüstanın Batumi, Qulevi və b. limanlarına çatdırılması 
məqsədilə Bakı-Gürcüstan dəmir yolu marşurutunun imkanla-
rından da geniş istifadə olunur. Bu marşrutla ildə orta hesabla 
5-10 milyon ton neft ixrac olunur. Mütəxəssislər hövzənin 
zəngin neftinin Avropa və Cənub-Şərqi Asiya bazarlarına ma-
neəsiz ixracını təmin etmək məqsədi ilə, qarşıdan gələn illərdə 
fəaliyyətdə olan Bakı-Supsa neft kəmərinin genişləndirilməsi 
və Odessa-Brodı-Avropa, yaxud da Konstanta-Rumıniya-Avro-
pa marşrutu ilə Avropaya çatdırılması ideyasını geniş müza-
kirə edirlər. 
Bakı-Tbilisi-Ceyhan və digər alternativ neft-qaz ixracı 
marşrutlarının reallaşması Azərbaycan və Qərb ölkələri üçün o 
qədər də asan başa gəlmədi. Bakı-Novorossiysk və Bakı-Supsa 
layihələrindən fərqli olaraq, bu kəmərin inşası regionun iki 
aparıcı geosiyasi gücü – Rusiya və İranın ciddi, açıq və dolayı 
müqaviməti ilə üzləşdi. İran kəmərin marşrutu ilə bağlı əsasən 
öz  ərazisinin istifadə edilməsini təklif etdiyi halda, Rusiya 
ümumilikdə  Xəzər dənizindən hər hansı alternativ layihənin 
gerçəkləşməsinə bütün gücü ilə, xüsusən də Xəzərin statusunu 
qabartmaqla mane olmağa çalışırdı.  
                                                 
99
Bax: Дугин А.Г. Основы геополитки. Геополитическое будущее России, 
Москва, 2000, с.811. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
150 
Azərbaycanın əsas neftinin xarici bazarlara tam təhlükəsiz 
və etibarlı yolla nəql edilməsi kimi ciddi geoiqtisadi və geo-
strateji məsələdə  qətiyyət və prinsipiallıq nümayiş etdirən 
Prezident Heydər Əliyev mütəxəssislərin fikrinə görə, o zaman 
ən optimal variantı seçdi. Bundan başqa, o, regionun geosiyasi 
mənzərəsini və mövcud beynəlxalq münasibətlər sistemini nə-
zərə alaraq, əsas kəmərin keçəcəyi ölkələrin müəyyənləşməsi 
prosesində  ən etibarl tərəfdaşların - Gürcüstan və Türkiyənin 
üzərində dayandı. 
1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə topla-
ntısı gedişində Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyev, Gürcüstan Respublikasının Prezidenti Eduard Şevard-
nadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman 
Dəmirəl tərəfindən “Xam neftin Azərbaycan, Gürcüstan və 
Türkiyə əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac bou kəməri 
vasitəsi ilə nəql edilməsinə dair saziş” imzaladılar. Eyni vaxt-
da, Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və ABŞ pre-
zidentləri bu layihəni dəstəkləyən İstanbul bəyannaməsini im-
zaladı. 1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-
in Zirvə görüşü çərçivəsində “Bakı-Tbilisi-Ceyhan” Əsas ixrac 
boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə 
ərazilərindən Xəzər dənizindən çıxarılan əsas xam neftin nəqli 
haqqında" Sazişin ABŞ Prezidenti Bill Klintonun iştirakı ilə 
Azərbaycan Prezidenti Heydər  Əliyev, Türkiyə Prezidenti 
Süleyman Dəmirəl və Gürcüstan Prezidenti Eduard Şevardnad-
ze tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaş-
lığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım idi.
 
Bütün çətinliklər və problemlərə baxmayaraq, 2002-ci il 
sentyabrın 18-də Azərbaycan, Türkiyə və Gürcüstan prezident-
lərinin iştirakı ilə dünyanın ən böyük enerji layihəsi olan BTC-


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
151
nin əsası qoyuldu. 4 ildən sonra – 2006-cı il iyulun 13-də kə-
mər istifadəyə verildi. Uzunluğu 1760 km, buraxılış gücü ildə 
50 milyon ton olan bu kəmərin tikintisi təqribən 2,95 milyard 
dollara başa gəlir. 
Beləliklə, Azərbaycan Respublikası ilə  bərabər Xəzər re-
gionunda digər dövlətlərin də yaxından iştirakı ilə həyata keçi-
rilən qlobal enerji ixracı layihəsi bir çox Qərb dövlətlərinin, 
xüsusən, ABŞ-ın yaxın dəstəyi ilə reallaşdı. Bununla da, 
bölgədə  təkcə Azərbaycanın deyil, ümumilikdə regionun və 
Avropa məkanının enerji təhlükəsizliyinə xidmət edən geo-
strateji bir layihə əfsanədən gerçəkliyə çevrildi. 
Qeyd edək ki, BTC-nin istismar müddəti 40 il nəzərdə 
tutulub ki, bunun sonuncu 15 ili yalnız Azərbaycanın tam 
mülkiyyəti kimi istifadə ediləcəkdir. 
2007-ci il iyunun 16-da BTC layihəsinə rəsmən Qazaxıs-
tan da qoşuldu. Həmin gün Almatıda Qazaxıstan və Azərbay-
can prezidentləri Qazaxıstan neftinin Xəzər dənizi və Azərbay-
can  ərazisindən keçməklə Bakı-Tbilisi-Ceyhan vasitəsi ilə 
dünya bazarlarına çıxmasına dəstək və yardım barədə saziş 
imzaladılar. Bu razılaşma Qazaxıstan neftinin BTC ilə  nəql 
olunması  məqsədi ilə Aktau-Bakı daşıma sisteminin yaradıl-
masını  nəzərdə tutur. Bundan başqa, 2010-cu ildən Türkmə-
nistan da Xəzərdə istehsal etməyə başladığı neft məhsullarını 
BTC vasitəsilə Ceyhana ixrac etmək imkanları üzərində  işlə-
məyə başlayıb və hazırda bu kəmərlə müəyyən qədər neft 
ixracı həyata keçirir. 
Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri 
bilavasitə  həm layihənin iştirakçısı olan dövlətlərin iqtisadi 
maraqlarını təmin edir, həm də müasir dünyanın son dərəcə ak-
 
ƏL İ  H ƏS ƏNOV  
 
152 
tual geoiqtisadi və geosiyasi məsələsi olan enerji təhlükəsizliyi 
probleminin həlli baxımından geniş imkanlar açır. 
Məlum olduğu kimi, Qərb dövlətləri Xəzər hövzəsinin 
zəngin karbohidrogen yataqlarına sərbəst çıxış imkanı əldə et-
mək və özlərinin neft və təbii qaza artan tələbatını bu bölgənin 
alternativ imkanları vasitəsilə  həll etmək, dünyada movcud 
olan birqütblü enerji asılılığından azad olmaq istiqamətində 
son illərdə xüsusi fəallıq nümayiş etdirirlər. Qeyd etmək lazım-
dır ki, Azərbaycanın yeni neft siyasətinin Qərbin yanacaq təh-
lükəsizliyi geoiqtisadiyyatı ilə üst-üstə düşməsi və bu sahədə 
prezident Heydər  Əliyevin qətiyyəti, prinsipiallığı  və uzaq-
görənliyinin hər iki tərəfin maraqlarına cavab verməsi Azər-
baycanın enerji sahəsində bu ölkələrlə geostrateji tərəfdaşlığını 
şərtləndirmişdir. Bu amil Azərbaycanın Cənubi Qafqazdakı 
strateji mövqeyini və nüfuzunu da artırmış  və respublikanın 
Avroatlantik məkanına inteqrasiyası üçün geniş  şərait yarat-
mışdır. 
Azərbaycanın yeni neft strategiyasına uyğun olaraq real-
laşdırdığı transmilli neft-qaz ixracı marşurutları  və  kəmərlər 
siyasətinin mühüm bir hissəsini  Xəzərin ölkəmizə aid sekto-
rundakı  “Şahdəniz” yatağında təsdiqlənmş 2,6 trilyon kub 
metr təbii qazın istehsalı və sərbəst şəkildə dünya bazarlarına 
çıxarılması siyasəti təşkil edir. Hazırda Xəzər hövzəsinin, xü-
susən də Azərbaycan və Türkmənistanın zəngin qaz ehtiyat-
larının Rusiya, Norveç və Şimali Amerikadan nəql edilən təbii 
qazla yanaşı alternativ olaraq Avropaya ixracı  məsələsi dün-
yanın geosiyasi və geoiqtisadi gündəmini məşgul edən ən mü-
hüm transmilli layihələrdən biridir. Odur ki, Xəzər hövzəsinin 
qaz ehtiyatlarını Avropa bazarları ilə birləşdirən və  çəkilməsi 
layihələndirilən transmilli qaz kəmərlərinin hər biri əsas para-


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə