Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə36/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   32   33   34   35   36   37   38   39   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
141
götürməklə Novorossiysk marşrutu ilə dünya bazarlarına çıxar-
maq öhdəliyi götürsün. Əlbəttə, Azərbaycan bu şərtləri qəbul 
edib, öz geosiyasi maraqlarını bu qədər asanlıqla güzəştə gedə 
bilməzdi. Çünki o zaman üçün nə Rusiyanın müəyyən etdiyi 
tarif qətiyyən sərfəli deyildi, nə  də ki, Azərbaycanın Novo-
rossiysk kəməri ilə ixrac edəcəyi  əlavə neft yox idi. Lakin 
Azərbaycan tərəfi bütün əsas amilləri və mövcud şəraiti nəzərə 
alaraq, Rusiya ilə kompromis xarakterli bir saziş imzalamağa 
razılıq verdi. Sazişdə, Rusiyanın təkidlə tələb etdiyi “ixrac edi-
ləcək neftin miqdarı  və 15 illik müddət” formulunu, dəyişdi-
rərək “illik 5 milyon tona qədər olmaqla və uzunmüddətli isti-
fadə” ifdadəsi ilə əvəz etdi. Beləliklə, bəzi Orta Asiya dövlətlə-
rindən fərqli olaraq Azərbaycan Rusiya ilə  gərginləşən geosi-
yasi münasibətlərini, onun qarşısında hər hansı ciddi və kon-
kret öhdəlik götürmədən və öz “əl-qolunu bağlamadan” yoluna 
qoya bildi.
94 
Bakı-Novorossiysk marşrutunun  əsas mənfi cəhəti yuxa-
rıda qeyd etdiyimiz amillərlə yanaşı, həm də keçdiyi Şimali 
Qafqaz ərazilərinin kriminallaşması və qeyri-sabitliyi, Rusiya-
nın özünün o dövrdə  tərəfdaş kimi etibarsızlığı, Qara dənizin 
İstanbul boğazlarının buraxılış gücünün zəifliyi və ixrac im-
kanlarını məhdudluğu və s. ilə də bağlı idi. Bu günün özündə 
də bu kəmərin təhlükəsizliyinə  və davamlı  fəaliyyətinə heç 
kim, hətta Rusiyanın özü belə qarantiya verə bilmir. 1977-ci il 
müqaviləsinə görə, Rusiya hər ton Azərbaycan neftinin bu 
marşrutla Novorosiyskə qədər tranziti üçün 15,67 ABŞ dolları 
tranzit haqqı alır.
95 
 
                                                 
94
 Bax: Независимая газетa, 10 февраля 2004. 
95
 Bax: Жильцов С.С., Зонн И.С., Ушков А.М. Геополитика  Каспийского 
региона...с.112. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
142 
 Bundan başqa neftin gəmi ilə Aralıq dənizinə daşınması-
nın da haqqını (təxminən hər tona 4 ABŞ dolları) əlavə etsək 
(həmin dövrdə neftin dünya bazarlarındakı qiymətləri 30 ABŞ 
dollarından aşağı idi), o zaman bu marşrutun nə  qədər bahalı 
və səmərəsiz olduğunu aydın görmək olar.
 
 
 Beləliklə, göründüyü kimi Xəzər hövzəsində dövlətlər-
arası konsensus yaratmaq və Rusiyanın yeni ixrac kəmərləri ilə 
bağlı nümayiş etdirdiyi narazılığı yumşaltmaq üçün, Azərbay-
can öz ilkin neftini heç bir iqtisadi meyara cavab verməyən 
Rusiya marşrutu ilə - ixrac etməyə razılıq verir. Xəzər dəni-
zinin Azərbaycan sektorunda istehsal olunan neftin Qara də-
nizə  çıxarılmasını  təmin edən ilk dövlətlərarası transmilli kə-
mər də  məhz Bakı-Tbilisi-Ceyhan deyil, Bakı-Novorossiysk 
xətti olur.
96
 SSRİ dağılandan və Rusiya xam neftinin emal 
üçün Azərbaycanın neftayırma zavodlarına göndərilməsi da-
yandırılandan sonra, qarşılıqlı razılaşma  əsasında ilk dəfə 
Bakı-Novorossiysk kəmərindən geriyə - Bakıdan Novoros-
siyskə Azərbaycanın xam neftinin çıxarılması  və oradan da 
tankerlər vasitəsi ilə dünya bazarlarına daşınması  məqsədi ilə 
istifadə edilməyə başlanır.  Əslində  həmin illərdə bu kəmər 
Gürcüstanın Qara dəniz limanlarına dəmir yolu vasitəsi ilə 
neft daşıması  istisna olmaqla, həm də Azərbaycanın neftinin 
xarici bazarlara çıxarılması üçün yeganə  çıxış yolu idi. O 
                                                 
96
 
Bakı-Novorossiysk kəməri SSRİ zamanında tikilmiş  və  əsasən Rusiya 
neftinin Azərbaycanın neftayırma zavodlarına daşınması  və emal olunmuş 
hazır neft məhsullarının  digər Zaqafqaziya respublikalarına,  Şimali Qafqaza 
və  İrana göndərilməsi məqsədilə istifadə edilirdi. Kəmərin ümumi uzunluğu 
1535 kilometrdir ki, bunun 1300 km. Rusiya ərazisindən (270-i Dağıstan,  150-
si Çeçenistan, 18-i İnquşetiya), qalan 235 km.  isə Azərbaycan  ərazisindən 
keçir. İlik buraxılış gücü 18 milyon tona hesablansa da, bu kəmərin maksimum 
buraxılış gücü 10 mln. tondur.
  
 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
143
dövrdə Azərbaycanın xaricə satılası neft məhsulunun cüzi miq-
darda olmasını  nəzərə alsaq, Rusiyanın bu kəmərin tranzi-
tindən gələn cüzi gəlirə o qədər ciddi marağı da yox idi. Lakin 
buna baxmayaraq, Rusiya Azərbaycandan xaricə neft çıxar-
ması üçün dünya standartlarından xeyli yüksək- hər ton üçün 
15,67 ABŞ dolları tranzit haqqı alırdı. Mütəxəssislərin fikrinə 
görə, Rusiyanı o dövrdə Azərbaycan neftindən  əldə edəcəyi 
tranzit haqqı deyil, daha çox “müstəqil xarici və enerji siyasəti 
yürütməyə  cəhd edən bir ölkəyə qarşı” dünya bazarlarına ye-
ganə çıxış olan Novorossiysk ixrac kəmərindən geosiyasi təz-
yiq vasitəsi kimi istifadə etmək imkanı düşündürürdü. Rusiya 
bu kəmər vasitəsi ilə istədiyi vaxt Azərbaycanın xaricə neft 
ixracını dayandıra və özündən asılı vəziyyətə sala bilirdi. 
Novorossiysk marşrutunun bir sıra digər çatışmazlıqları da 
var idi ki, yeni şəraitdə onun istismarı Azərbaycan üçün qətiy-
yən sərfəli deyildi. Rusiya tərəfindən müstəqil Azərbaycanın 
geoiqtisadi maraqları üçün xüsusi təzyiq mexanizmi kimi isti-
fadə edilməsi, yüksək ixrac rüsumu və  nəqliyyat tariflərinə 
cəlb edilməsi, məhdud ötürücülük qabiliyyəti, Novorossiysk 
limanında bahalı Azərbaycan neftinin ucuz Sibir və Qazaxıstan 
nefti ilə qarışdırılması və s. bu kəmərin Azərbaycanın geoiqti-
sadi mənafeləri üçün ən ciddi qüsuru idi. Lakin artıq qeyd 
olunduğu kimi, Xəzər bölgəsində reallaşdırdığı yeni transmilli 
enerji siyasəti nəticəsində Rusiya ilə yaranmış bir qədər gərgin 
geoiqtisadi münasibətləri yumşaltmaq və kompromis xarakterli 
əməkdaşlıq mühiti yaratmaq məqsədi ilə, Azərbaycan öz iqti-
sadi marağına zidd olsa belə, xam neftinin bir qisminin bu kə-
mərlə  nəqlinə razılıq verdi. Bununla bağlı 1997-ci il fevralın 
16-da Bakıda Azərbaycan hökuməti, Azərbaycan Beynəlxalq 
Əməliyyat Şirkətinin (ABƏŞ) rəhbərliyi və Azərbaycan Dövlət 
 
ƏL İ  H ƏS ƏNOV  
 
144 
Neft Şirkəti (ADNŞ) ilə Rusiyanın “Transneft” şirkəti arasında 
Bakı-Novorossiysk kəməri ilə neft ixracına dair tərəflərin öh-
dəliklərini konkretləşdirən bir sıra sazişlər imzalandı. Həmin 
sənədlər arasında “Azərbaycandan çıxarılacaq ilkin neftin 
Rusiya ərazisi vasitəsi ilə nəqli haqqında“ Saziş və “Qarşılıqlı 
anlaşma haqqında” Memorandum da var idi.
97
  
 Azərbaycanın transmilli kəmər və dəhliz siyasətinə həmin 
dövrdə ABŞ və Avropa İttifaqı ölkələri, Türkiyə və b. dövlətlər 
də  dəstək verir ki, bu da bəhs olunan layihələrə mane olmaq 
istəyən qüvvələri, Rusiyanı,  İranı  və b. region ölkələrini bitə-
rəfləşdirə bilir. 1997-ci il noyabrın 12-də Azərbaycanın pay-
taxtı Bakı  şəhərində  Xəzər dənizindən Azərbaycan neftinin 
çıxarılması və nəqli münasibəti ilə təntənəli mərasim keçirildi. 
Həmin gün Xəzər dənizinin təkindən “Əsrin müqaviləsi” çər-
çivəsində istehsal olunan ilkin Azərbaycan nefti Bakı- Novo-
rossiysk kəməri vasitəsi ilə dünya bazarlarına axıdılmağa baş-
landı. Bu, müstəqil Azərbaycan Respublikasının neft siyasəti-
nin mühüm qələbəsi idi. Bakı-Novorossiysk boru kəmərinin işə 
düşməsi Rusiya-Azərbaycan münasibətlərinə müsbət təsir etdi 
və iki dövlət arasındakı ənənəvi dostluq və əməkdaşlığın qoru-
nub saxlanmasına, Rusiyanın Azərbaycan neftindən gəlir gö-
türməklə öz geoiqtisadi mənafelərini qismən təmin etməsinə 
şərait yaratdı.  
Xəzərin Qərb hövzəsinin  əsas neft ehtiyatlarını Azərbay-
can hasil edir. Azərbaycan neftinin fərqli marşrutlarla dünya 
                                                 
97
Razılaşmaya  əsasən Azərbaycan nefti Bakıdan başlayaraq Çeçenistanın  
Qroznı şəhərindən keçməklə, Rusiya ərazisi ilə Qara dənizə tərəf uzanan Bakı-
Mahaçqala-Qroznı  xətti  ilə birləşib, Rusiyanın Novorossiysk limanına gedib 
çıxmalı idi. Kəmərin ümumi uzunluğu “Çıraq” platformasından Sənqəçal 
terminalı və Novorossiysk limanına qədər 1800 km-ə bərabər idi. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə