Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə32/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   28   29   30   31   32   33   34   35   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
125
strateji xammalın istehsalı  və ixracı üzərindəki  əsassız mono-
poliyasına son qoyulması  Qərb ölkələrinin mühüm geosiyasi 
vəzifələrindən birini təşkil edirdi. 
Üçüncüsü, Orta Asiya və  Xəzər hövzəsinin Azərbaycan, 
Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi ölkələri öz kar-
bohidrogen ehtiyatlarını  sərbəst  şəkildə, Rusiyanın geosiyasi 
təsir və  təzyiqinə rast gəlmədən dünya bazarlarına çıxarmaq 
istəyirdi. Odur ki, Rusiyadan asılı olmayan, alternativ enerji və 
kəmərlər siyasəti yürütmək istəyən bu ölkələr gələcəkdə ciddi 
iqtisadi gəlirlər götürmək, qabaqcıl dünya sisteminə inteqra-
siya olunmaq, bu istiqamətdə maraqlı olan ayrı-ayrı dünya öl-
kələri və transmilli şirkətlərlə sərbəst tərəfdaşlıq münasibətləri 
yaratmaq istəyirdilər. 
 Dördüncüsü,  Xəzər hövzəsi və Orta Asiyanın neft-qaz 
layihələrində iştirak edən və münasib tranzit imkanlarına malik 
olan ölkələr də yeni çəkiləcək marşrutlardan və neftin ixracın-
dan müəyyən gəlir götürmək və  əlavə geosiyasi təsir mexa-
nizmləri qazanmaq istəyirdilər. Bu sıraya kəmərlərin öz ərazi-
sindən keçməsini istəyən  İranı, Gürcüstanı, Türkiyəni, Azər-
baycanı, bəzi  Şərqi Avropa dövlətlərini, Ukraynanı  və s. aid 
etmək olar ki, onlar da Rusiyanın ixrac monopoliyasına qarşı 
mübarizədə iştirak edirdilər. 
O ki qaldı, Rusiyanın özünə, bu ölkə dünya enerji siya-
sətinin  əsas geosiyasi oynçularından biridir. Onu bu mənada, 
daha çox Xəzər hövzəsi ölkələrinin neft və qaz məhsullarını öz 
ərazisindən dünya bazarlarına ixrac etməklə tranzit gəlirləri 
deyl, dünya bazarlarında öz enerji məhsullarını  rəqabətdən 
kənar satmaq, bölgənin neft-qaz ixrac edən ölkələrini və onlara 
məxsus beynəlxalq alıcıları öz geoiqtisadi təsiri altında saxla-
maq düşündürür. Mütəxəssislərin hesablamalarına görə, Rusi-
 
ƏL İ  H ƏS ƏNOV  
 
126 
ya üçün Azərbaycan, Qazaxıstan və Türkmənistana məxsus 
neft-qaz məhsullarının dünya bazarlarına çıxışının qarşısını bir 
həftə almaqla əldə etdiyi iqtisadi və geosiyasi divident, onun 
bu məhsulların bir illik tranzitindən  əldə etdiyi dvidentdən 
xeyli yüksək olardı.  
Bundan başqa, yenə də mütəxəssislərin fikrinə görə, Rusi-
yanın malik olduğu mövcud neft-qaz ixrac marşurutları və kə-
mərlər hövzənin zəngin potensialına nə cavab vermir, nə 
etibarlı və təhlükəsiz deyil, nə də ki iqtisadi cəhətdən səmərəli 
deyil. Bundan başqa, fəaliyyət göstərdiyi bütün dövrlərdə bu 
kəmərlər nə öz iqtisadi, tranzit öhdəliklərini icra edə bilmiş, nə 
də ki, iqtisadi cəhətdən kimisə qane edə bilmişdir. Məsələn, 
Çeçenistan müharibəsi dövründə Bakı-Novorossiysk neft və 
Bakı-Mozdok qaz kəmərləri dəfələrlə partladılmış, günlərlə, 
həftələrlə Azərbaycanın xarici aləmlə enerji mübadiləsi pozul-
muş, ona məxsus enerji məhsullarının ixracı dayandırmışdır. 
Yaxud, bir ton Bakı neftinin Rusiya marşurutu üzrə Aralıq 
dənizinə ixracı, Bakı- Tbilisi-Ceyhan xətti ilə ixrac edilən 
məhsuldan, təxminən 70% baha başa gəlir. 
Rusiya marşrutu, həm də fəaliyyət göstərdiyi bütün dövr-
lərdə daim özündə ciddi risklər, transmilli təhlükələr daşımış 
və bölgə ölkələrinin geoiqtisadi maraqlarını, marşrut boyu 
keçdiyi su hövzələrinin ekoloji təhlükəsizliyini təhdid etmişdir. 
Məsələn,  İstanbulun ekoloji təhlükəsizliyi- Novorossiyskidən 
tankerlərə daşınan gündəlik təxminən 100 milyon barel rus 
neftinin təhdidi altındadır. Buna Orta Asiya və Xəzər bölgəsi-
nin də  təxminən o qədər neftini əlavə etsək, vəziyyətin nə 
qədər fəlakətli olacağını təsəvvür etmək çətin olmaz. 
O ki qaldı, Azərbaycanın təklif etdiyi ikinci varianta- yeni 
kəmərlər və  dəhlizlər məsələsinə,  kəmərlərin  şaxələndirilməsi 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
127
siyasətinə, mütəxəssislərin fikrinə görə, bu nəinki bölgənin 
sağlam rəqabətə can atan əksər neft-qaz ölkələri və onların 
xaricdəki tərəfdaşlarını, eyni zamanda enerji resurslarının əsas 
istehlakçılarını qane edir, yeni kəmərlər gələcəkdə Rusiyanın 
özü üçün də çox səmərəli və etibarlı ixrac marşrutu hesab 
oluna bilər. Bunu Rusiya və digər Xəzər ölkələrinə  məxsus 
neftin Qara dəniz və Bosfor-Dardanel boğazlarının məhdud 
buraxılış imkanları  nəticəsində vaxtlı-vaxtında dünya bazarla-
rına daşına bilməməsi, tanker daşımaçılığının boru daşımaçılı-
ğından qat-qat baha başa gəlməsi və s. səbəblərindən də izah 
etmək olar. Mütəxəssislərin ehtimalına görə, bəzi təbii hadi-
sələr və s. nəticəsində Qara dəniz və  əsas neft daşınan digər 
dəniz boğazlarında elə ciddi hal yarana bilər ki, Rusiyanın özü 
Bakı-Ceyhana ciddi ehtiyac hiss edər və onun dünya enerji 
bazarlarına çıxışı yalnız bu marşrutla mümkün olar.  
Bir faktı da qeyd etmək lazımdır ki, Rusiya Cənubi Qaf-
qazın mövcud reallıqlarını, bütün dünya tərəfindən dəstəklənən 
Azərbaycanın transmilli enerji layihələrinin qarşısıalınmazlı-
ğını  dərk edərək 2001-ci ildən bölgənin alternativ nəqliyyat-
dəhliz və neft-qaz ixracı marşrutlarına nəzarət etmək iddiala-
rından faktiki olaraq əl çəkmişdir. Lakin, göründüyü kimi Orta 
Asiyanın, xüsusən də Qazaxıstan və Türkmənistanın enerji 
məhsullarının sərbəst şəkildə dünya bazarlarına çıxarması üzə-
rindəki  əvvəlki monopoliyasından hələ  də imtina etməmişdir. 
İndi də bu ölkə Xəzərin hüquqi statusu və təhlükəsizliyi məsə-
lələrindən, Transxəzər boru xəttinin mövcud olmamasından, 
bölgənin digər iqtisadi-siyasi-sosial amillərindən istifadə edə-
rək, Orta Asiyadakı  ənənəvi mövqelərini qoruyur, Xəzərin 
Asiya hissəsinin geosiyasi və geoiqtisadi mühitinə  Qərbin
 
ƏL İ  H ƏS ƏNOV  
 
128 
digər “kənar qüvvələrin” hər hansı müdaxiləsinin qarşısını ala 
bilir.  
Xəzərin Avropa hissəsində və Cənubi Qafqazda Rusiya bir 
qədər praqmatik hərəkət edərək, bölgənin mövcud nəqliyyat, 
dəhliz, neft-qaz icraçı marşrutlarına və s. geoiqtisadi təsir me-
xanizmlərinə daha cəlbedici və rəqabət qabiliyyətli alternativ-
lər yaratmağa çalışır. Bununla yanaşı, mütəxəssislərin fikrinə 
görə, Rusiya Cənubi Qafqazın bəzi geosiyasi təsir mexanizm-
lərindən gələcəkdə istifadənin yeni taktiki variantları üzərində 
işləyir. Xüsusən, Ukrayna və Belarus ilə ayrı-ayrı zamanlarda 
yaranmış münaqişələr nəticəsində  Qərbə qaz çıxartmaq prob-
lemi ilə üzləşəndən sonra, Rusiyada bəzi dairələr Azərbaycanın 
neçə illərdir ki, böyük iradə ilə həyata keçirdiyi alternativ neft-
qaz ixracı marşrutlarının  şaxələndirilməsi siyasətinin  əhəmiy-
yətini özləri üçün dərk etməyə  və bu layihələrə  əlavə variant 
kimi maraq göstərməyə başladılar. Məsələ ondadır ki, Xəzərin 
enerji Cənubi Qafqazda yaradılmış mövcud ixrac kəmərlərinə, 
yeni infrastrukturlara alternativ resurslarının Qərbə  çıxarılma-
sının ən qısa, sərfəli və etibarlı yolu Cənubi Qafqazdan keçir. 
Odur ki, hazırda həm Cənubi Qafqaz, həm Şərq-Qərb, həm də 
Fars körfəzi istiqamətindəki ixrac infrastrukturlarının istifadə 
perspektivlərini Rusiyanın bəzi maraqlı dairələri də araşdırır. 
Mütəxəssislər hesab edir ki, əgər hazırda ABŞ müqavimət gös-
tərməsəydi, Rusiya Azərbaycandan  İrana və Fars körfəzi isti-
qamətinə həm enerji nəqli, həmi də nəqliyyat-kommunikasiya 
sistemlərini çoxdan yaratmış  və orada öz aparıcı mövqelərini 
təmin etmişdi.  
ABŞ, Avropa İttifaqı, Xəzər neft-qaz məhsullarından 
istifadə edən digər aparıcı dünya ölkələri də yeni kəmərlərə 
etibarlı enerji təminatı kimi yanaşaraq, Azərbaycanın möv-


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə