Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə28/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   24   25   26   27   28   29   30   31   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
109
zarlarına çıxarmaq öhdəliyi götürsün. Əlbəttə, Azərbaycan bu 
şərtləri qəbul edib, öz geosiyasi maraqlarını asanlıqla güzəştə 
gedə bilməzdi. Çünki həmin dövrdə  nə Rusiyanın müəyyən 
etdiyi tarif sərfəli deyildi, nə də ki, Azərbaycanın Novorossiysk 
kəmərinə istiqamətləndirəcəyi əlavə ixrac nefti yox idi. Lakin, 
eyni zamanda hansısa yolla olursa-olsun Rusiyanı qismən 
sakitləşdirmək lazım idi. Odur ki, Azərbaycan tərəfi bütün əsas 
amilləri və mövcud şəraiti nəzərə alaraq, bu ölkə ilə kom-
promis xarakterli bir saziş imzalamağa razılıq verdi. Sazişdə, 
Rusiyanın təkidlə tələb etdiyi “ixrac ediləcək neftin miqdarı və 
15 illik müddət” formulu dəyişdirərək “illik 5 milyon tona 
qədər olmaqla və uzunmüddətli istifadə” ifdadəsi ilə əvəz etdi. 
Beləliklə, bəzi Orta Asiya dövlətlərindən fərqli olaraq Azər-
baycan Rusiya ilə  gərginləşən geosiyasi və geoiqtisadi müna-
sibətlərini, öz üzərinə  hər hansı ciddi və konkret öhdəlik 
götürmədən və əl-qolunu bağlamadan yoluna qoya bildi.
87 
Bakı-Novorossiysk marşrutunun əsas mənfi cəhəti yuxarı-
da qeyd edilən amillərlə yanaşı, həm də keçdiyi Şimali Qafqaz 
ərazilərinin kriminallaşması  və qeyri-sabitliyi, Rusiyanın özü-
nün tərəfdaş kimi qeyri-etibarlılığı, Qara dənizin İstanbul bo-
ğazlarının buraxılış gücünün zəifliyi və ixrac imkanlarını məh-
dudluğu və s. ilə də bağlı idi. Bu günün özündə də bu kəmərin 
təhlükəsizliyinə  və davamlı  fəaliyyətinə heç kim, hətta Ru-
siyanın özü belə qarantiya verə bilmir. 1977-ci il müqaviləsinə 
görə, Rusiya hər ton Azərbaycan neftinin bu marşrutla Novo-
rosiyskə  qədər tranziti üçün 15,67 ABŞ dolları tranzit haqqı 
alır.
88 
 
                                                 
87
 Bax: “Независимая газетa”, 2004, 10 февраля. 
88
 Bax: Жильцов С.С., Зонн И.С., Ушков А.М. Геополитика  Каспийского 
региона...с.112. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
110 
 Bundan  başqa neftin gəmi ilə Aralıq dənizinə daşın-
masının da haqqını (təxminən hər tona 4 ABŞ dolları)  əlavə 
etsək (həmin dövrdə neftin dünya bazarlarındakı qiymətləri 30 
ABŞ dollarından aşağı idi), o zaman bu marşrutun nə  qədər 
bahalı və səmərəsiz olduğunu aydın görmək olur
 

 Oxşar siyasəti Rusiya həm də  Xəzərin digər sahilində 
yerləşən Türkmənistan, Qazaxıstanın enerji resursları ilə bağlı 
həyata keçirirdi. (Bax: Xəritə 1) Burada Rusiyanın təkidlə 
istismarını davam etdirməyə çalışdığı  və tamamilə onun 
nəzarətində olan digər köhnə ixrac kəmərləri- SSRİ zamanında 
inşa edilmiş, Xəzərin  Şimal hissəsinin (Orta Asiya) neftini 
Novorossiysk limanına ixrac edən  Tengiz (Qazaxıstan)- No-
vorosiysk marşrutu idi. Bu kəmər Bakı-Novorossiysk kəməri-
nin Azərbaycan üçün yaratdığı bütün mənfi fəsadları, geosiyasi 
nəticələri və geoiqtisadi problemləri eyni ilə Qazaxıstan və 
Türkmənistan üçün yaradırdı və yaratmaqda davam edir. Kə-
mər vasitəsi ilə Qazaxıstanın Tengiz yataqlarından hasil olunan 
neft məhsulları Novorosiyskə, orada Azərbaycandan gələn 
neftlə qarışdırılaraq tankerlər vasitəsi ilə Türkiyə boğazları 
vasitəsi ilə Aralıq dənizinə  çıxarılır və “qarışıq neft” adı ilə 
satılır. Bu kəmər də Bakı-Novorossiyskdə olduğu kimi, eynilə 
həm həddən artıq bahalı  və iqtisadi cəhətdən səmərəsizdir, 
həm Rusiyanın əlində Qazaxıstana və digər Orta Asiya respub-
likalarına qarşı ciddi təsir mexanizmidir, həm də onların zən-
gin neft məhsullarından “öz samballı payını” almaq vasitə-
sidir. 
Əlbəttə, Rusiyanın bu münasibəti yerli ölkələri qane 
etmirdi. Hər ölkə istəyirdi ki, bir tərəfdən öz enerji resurslarını 
müstəqil  şəkildə  və daha əlverişli  şərtlərlə dünya bazarlarına 
çıxartsın, digər tərəfdən Rusiyanın geosiyasi və geoiqtisadi 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
111
təsirindən xilas olaraq bölgədə müstəqil enerji siyasəti yürüt-
sün və müvafiq olaraq dünya ilə  əlaqələrini qursun, öz müs-
təqilliklərinə əlavə qarantiya əldə etsinlər. Rusiya Xəzər dəni-
zinin Cənubi Qafqaz hissəsində reallaşdırdığı  fəallığı  həm-
çinin,  Şərq istiqamətində, Xəzərin  Şərq sahilində Qazaxıstan 
və Türkmənistanın müstəqil  şəkildə öz zəngin qaz və neft 
ehtiyatlarını Çinə, İrana və başqa Cənub-Şərqi Asiya ölkələrinə 
ixracı sahəsində tətbiq edirdi. Qazaxıstan və Türkmənistan ilk 
növbədə, Çinlə geoiqtisadi münasibətlər quraraq bu ölkənin 
neft-qaz ehtiyacını ödəmək məqsədi ilə bir neçə ixrac kəmər-
ləri tikməyi planlaşdırırdı. Lakin həm onların mövcud enerji 
resurslarının miqdarı, həm də  gələcək Cənub-Şərq kəmərlə-
rinin buraxılış gücü və Çinin onlardan alacağı enerji resurs-
larına ehtiyacı məsələsi bu ölkələri qane edə bilməzdi. Odur ki 
onlar Trans-Xəzər ixrac marşrutu vasitəsi ilə gələcəkdə Cənubi 
Qafqaz üzərindən Aralıq dənizinə  və bütün dünyaya neft və 
qaz ixracı kəmərlərinin yaradılması ideyasını dəstəkləyirdilər.   
Lakin bəzi tədqiqatçıların fikri ilə ifadə etsək, ciddi iradə 
nümayiş etdirərək, Gürcüstan və Türkiyə  ərazisindən istifadə 
etməklə, Aralıq dənizinə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-
Tbilisi-Ərzurum qaz kəmərlərini reallaşdıran Azərbaycandan 
fərqli olaraq, Orta Asiya ölkələri Rusiyanın enerji təsirindən 
tam azad olaraq, müstəqil ixrac siyasətini, “yalnız Çin və İrana 
çəkdikləri bir-iki kəmərlə  məhdudlaşdırmaq zərurətində 
qaldılar”.
89
  
 Rusiya 1992-ci ildə Qazaxıstan və Türkmənistanı öz təsiri 
altında olan Tengiz-Novorossiysk ixrac kəmərləri ilə daimi 
                                                 
89
 С. Жильцов Трубопроводы Каспийского региона: состояние и перспек-
тивы. // Каспий – территория развития. Материалы межд . конференции. 
Астрахань, 15 март, 2011. с. 54-57 
 
ƏL İ  H ƏS ƏNOV  
 
112 
bağlamaq məqsədilə, ciddi cəhdlə onlarla “Xəzər kəmərləri 
konsorsiumu” (CPC) adlı birgə qurum yaratmaq haqqında 
dövlətlərarası saziş imzaladı. Bundan sonra həmin ölkələri 
özlərinin bütün neft məhsullarını mövcud kəmər vasitəsi ilə 
Rusiyanın müəyyən etdiyi tariflə ixrac etməyə sövq etdi və bu 
məqsədlə onlarla ciddi “iş” apardı. Tengiz-Novorossiysk 
kəmərinin sonrakı statusu 1993-cü ildə Rusiya-Qazaxıstan və 
Rusiya-Türkmənistan arasında imzalanmış “Birgə kəmər kon-
sorsiumu” haqqında Sazişə müvafiq olaraq müəyyən olunmuş-
dur. Sazişə görə, Qazaxıstan və Türkmənistan öz neft məhsul-
larını azı 40 il müddətinə bu kəmərlə ixrac etmək öhdəliyi 
götürmüşlər. 
Mütəxəssislərin fikrincə,  Tengiz-Novorossiysk kəməri 
yarandığı gündən heç bir məcburi öhdəliyini yerinə yetirə  və 
nəzərdə tutulan miqdarda nefti ixrac edə bilməmişdir. Qazaxıs-
tanla Türkmənistan bu kəmərin geosiyasi risklərini və yarat-
dığı problemləri daim öz üzərində daşıyır. Onun vasitəsi ilə 
neft ixracının həddən artıq baha və uzun zaman itirməklə başa 
gəlməsi bir yana, Rusiya həm də bu kəmərlə bağlı götürdüyü 
öhdəlikləri yerinə yetirmir, nəzərdə tutulan illik 60-70 mln. ton 
neftin ixracını  həyata keçirə bilmir. Kəmərin bu və ya digər 
problemlər üzündən illik buraxılış gücü indiyə  qədər heç 
zaman 35 mln. tonu aşmamışdır.  
Rusiyanın dəstəklədiyi köhnə marşrutlardan biri də Xəzər 
hövzəsini bu ölkənin mərkəzi əyalətləri ilə birləşdirən Qazaxıs-
tanın Uzen şəhərindən Rusiyanın Samara vilayətinə qədər uza-
nan Uzen-Samara neft kəməri idi. Bu kəmərin SSRİ dövründə 
əsas vəzifəsi Orta Asiya ölkələrinə  məxsus neftin Rusiyanın 
mərkəzi rayonlarına çıxarılması  və orada emal edilərək, yerli 
ehtiyacın ödənilməsindən ibarət idi. Hazırda onun illik ötürü-


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə