Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə25/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
97
Azərbaycanın postsovet məkanında həyata keçirdiyi enerji 
siyasətinin ən perspektivli istiqaməti, mütəxəssislərin fikrincə, 
gələcəkdə maye qazın Gürcüstan üzərindən Qara dənizin dibi, 
o cümlədən tankerlər vasitəsilə Ukraynaya nəqli, oradan da 
Ukrayna və Belarusun həm daxili ehtiyacları üçün istifadəsi, 
həm də bu ölkələrin Avropaya mövcud olan transmilli qaz 
kəmərləri vasitəsilə  Qərb bazarlarına göndərilməsi ideyasıdır. 
Son aylarda Rusiyanı  ən çox narahat edən də  məhz bu məsə-
lədir. Rusiyanın Ukrayna və Belarusla yaranmış qaz müna-
qişəsi zəminində bu ölkələrin tez-tez Azərbaycan, Türkmə-
nistan və Qazaxıstanın adını hallandırması  və dar məqamda 
onlara üz tutması Rusiyanın rəsmi dairələrini getdikcə daha 
çox qıcıqlandırır və narahatlığını artırır,  
 Bundan  başqa, Azərbaycanın qaz ixracının  şaxələndiril-
məsi çərçivəsində son zamanlar Gürcüstan, Rumıniya, Bol-
qarıstan və Macarıstanla sıxılmış qazın Cənub-Şərqi Asiya 
ölkələrinə ixracı layihəsi çərçivəsində imzaladığı müqavilələr 
əsasında Qara dəniz hövzəsində yaradılacaq qazpaylayıcı 
stansiyalardan Ukrayna, Belarus və Moldovanın da gələcəkdə 
qaz almaq imkanları müzakirə olunur.  
Beləliklə, göründüyü kimi, Azərbaycanın həm bölgədə, 
həm də dünyada fəal şəkildə həyata keçirdiyi transmilli neft və 
qaz siyasəti getdikcə Rusiyanı narahat etməkdədir. Bunun əsas 
səbəbi, mütəxəssislərin fikrinə görə, Azərbaycan neftinin və 
qazının Rusiyanın  ənənəvi inhisarında olan məkanlara daha 
çox miqdarda daxil olması  və onun inhisarını pozmasıdır. 
Azərbaycan və digər enerji ölkələri Rusiyanın bu məkanda 
istədiyi qiymətə neft və qaz məhsulları satmasına mane olur. 
Odur ki, son zamanlar Rusiya Azərbaycanın artan enerji ixracı 
məhsullarını yerindəcə alaraq, bölgənin neft-qaz məhsullarını 
 
ƏL İ  H ƏS ƏNOV  
 
98 
bir əldən dünya bazarlarına çıxartmaq siyasəti yürüdür. Rusiya 
dünya enerji bazarında öz qiymət siyasətini qorumaq üçün, 
Azərbaycanın malik olduğu neft və qaz məhsullarını daha çox 
miqdarda əldə etməklə, onun dünya bazarına yolunu bağlamaq 
istəyir.  
Əksər geosiyasətçilər hesab edir ki, Azərbaycanın malik 
olduğu enerji ehtiyatlarının xarici transmilli aktorlarla birgə 
işlənmək, istehsal edilən məhsulların sərbəst və alternativ 
yollarla maneəsiz olaraq dünya və bölgə bazarlarına çıxarmaq 
təşəbbüsü, dünya ölkələri ilə enerji təhlükəsizliyi sahəsində ya-
ratdığı möhkəm tərəfdaşlıq münasibətləri həm də bunun böl-
gənin geosiyasi və geoiqtisadi vəziyyətini kökündən dəyişdi. 
Bu layihələr təkcə bu gün deyil, bütün XXl əsrdə Avropanın 
enerji təhlükəsizliyinə  həlledici təsir göstətməklə yanaşı, həm 
də  əksər Xəzər-Qara dəniz hövzəsi və  Cənubi Qafqaz ölkə-
lərinin inkişafına, bölgə xalqlarının sabit və firəvan həyatına 
xidmət edəcəkdir. Fikrimizcə, reallaşdırılması yüz illəri  əhatə 
edəcək bu layihələrin getdikcə  Xəzər hövzəsi və  Cənubi 
Qafqazı daha sürətlə transmilliləşdirməsi və dünya orbitasına 
daha sıx bağlaması, nəticədə  həm də bütün regional münaqi-
şələrin səhmana düşməsinə, o cümlədən Azərbaycan- Ermə-
nistan, Dağlıq Qarabağ münaqişənin həllinə, Dağlıq Qarabağda 
və Cənubi Qafqazın digər məkanlarında uzun müddətdir sürən 
etnik-separatçı meyillərin aradan qalxmasına öz müsbət təsirini 
göstərəcəkdir.  
 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
99
 
 
ll FƏSİL 
XƏZƏR-QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ 
QAFQAZIN TRANSMİLLİ ENERJİ İXRACI SİSTEMİ: 
BEYNƏLXALQ, REGİONAL VƏ YERLİ MARAQLAR, 
AZƏRBAYCANIN ENERJİ İXRACININ 
ŞAXƏLƏNDİRİLMƏSİ SİYASƏTİ VƏ ONUN 
REGİONUN ÜMUMİ GEOİQTİSADİ  
VƏZİYYƏTİNƏ TƏSİRİ 
 
 §2.1. Xəzər-Qara dəniz hövzəsi ölkələri və digər 
beynəlxalq dairələrin enerji ixracı maraqları və bunun 
bölgənin ümumi geoiqtisadi vəziyyətinə təsiri 
 
SSRİ-nin dağılması, Orta Asiya və Xəzər hövzəsinin zən-
gin enerji resurslarının dünyaya açılması, xarici ölkələrin və 
transmilli  şirkətlərin bölgəyə ciddi maraq göstərməsi və s. 
nəticəsində regionda yeni geosiyasi və geoiqtisadi vəziyyət ya-
randı. Bir vaxtlar istisnasız olaraq yalnız SSRİ-nin istifadə-
sində, geosiyasi monopoliyasında olan və vahid mərkəzdən 
dünya bazarlarına ixrac olunan Orta Asiya və  Xəzər hövzəsi 
ölkələrinin təbii resursları, bölgənin enerji ehtiyatları  və s. 
strateji hədəflər qısa zaman kəsiyində dünya siyasəti və bey-
nəlxalq transmilli münasibətlərin gündəminə çıxır, müstəqillik 
əldə etmiş region ölkələrinin enerji ehtiyatları dünyanın üzünə 
açılır, hövzə beynəlxalq enerji, nəqliyyat-kommunikasiya və s. 
layihələrin mərkəzinə çevrilir. 
SSRİ-nin dağılması həm də bölgədə öz maraqları ilə çıxış 
edən yeni-yeni müstəqil dövlətlərin Xəzər dənizinin karbo-
 
ƏL İ  H ƏS ƏNOV  
 
100 
hidrogen yataqlarına sahiblənməsinə  və ondan öz maraqları 
çərçivəsində istifadə etməsinə  şərait yaratdı. Həmin dövrdən 
başlayaraq yerli dövlətlər arasında bölgənin digər mühüm 
geosiyasi məsələləri ilə yanaşı,  öz  ərazilərindəki neft-qaz re-
surslarına sahib çıxmaq, onları sərbəst şəkildə istehsal etmək, 
hasil olunan məhsulları müstəqil marşrutlarla dünya bazar-
larına çıxarmaq və satmaq məsələsində fikir ayrılıqları, məna-
fe fərqləri və  rəqabət mühiti meydana çıxır.  Hər bir bölgə 
ölkəsi və onun xarici iqtisadi tərəfdaşları öz maraqları  çərçi-
vəsində malik olduğu enerji resurslarını sərbəst hasil etmək və 
dünya bazarlarına təhlükəsiz daşımaq, iqtisadi və təhlükəsizlik 
baxımından yeni-yeni səmərəli neft-qaz ixracı  kəmərləri və 
dəhlizləri yaratmaq kimi məsələləri beynəlxalq geoiqtisadi 
münasibətlərin müstəvisinə çıxarmağa və həll etməyə başlayır.  
Beynəlxalq tədqiqatçılar Orta Asiya, Xəzər hövzəsi və 
Cənubi Qafqazda reallaşan transmilli enerji dəhliz və kəmərlər 
siyasətinin bir neçə əsas xarakterik xüsusiyyətini və geosiyasi 
məziyyətini qeyd edirlər. Bu məziyyətlər  ilk növbədə,  Xəzər 
hövzəsi ölkələrinin daxilində, bölgənin enerji layihələrində 
iştirak edən transmilli kompaniyalar və digər aktorlar arasında 
aşkarlanmış  zəngin neft və qaz yataqlarının işlənməsi, məh-
sulun dünya bazarlarına çıxarılması marşrutlarının seçilməsi, 
satış qiymətlərinin tənzimlənməsi, Şərq və Qərb istiqamətində 
dəhliz və ixrac kəmərlərinin çəkilməsi və s. məsələsində ya-
ranan ciddi fikir ayrılıqları  və maraq toqquşmalarının möv-
cudluğu ilə bağlı idi. 
SSRİ dağıldığı andan müstəqilliyinə qovuşan ölkələr içəri-
sində ilk dəfə olaraq Azərbaycan özünün məxsusi enerji siya-
səti və geoiqtisadi maraqlarına uyğun olaraq, sərbəst  şəkildə 
seçdiyi beynəlxalq və regional tərəfdaşlarla Xəzər dənizinin 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə