Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə27/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   23   24   25   26   27   28   29   30   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
105
səylərin atrması təkcə Avropanın düçar olduğu son qaz böhranı 
ilə bağlı deyil. Məsələ ondadır ki, yaxın 20 il ərzində  təkcə 
Avropada qaza olan illik tələbatın 450-dən, təxminən 600 
milyard kubmetrə çatacağı proqnozlaşdırılır. Bütün dünyada 
təbii qaza tələbatın günü-gündən artması isə, bu sahədə inhi-
sarçı mövqedən çıxış edən Rusiya kimi ölkələrdən asılılığın 
daha da güclənməsi anlamına gəlir. Hazırda Avropa ölkələri öz 
tələbatının yalnız üçdən birini (təxminən, 150 milyard kub 
metrini) Rusiyadan alınan “mavi yanacaq” hesabına ödəyir və 
intensiv  şəkildə yeni-yeni enerji mənbələri axtarışını davam 
etdirir. 
 
§2.2. Xəzər hövzəsinin mövcud və perspektiv neft-qaz 
kəmərləri, region və dünya ölkələrinin transmilli enerji 
ixracı siyasətinin xarakteristikası   
 
Xəzər hövzəsinin dünya bazarları ilə neft və qaz kəmərləri 
layihələrinin şaxələndirilməsi işi SSRİ dağılandan sonra vüsət 
almağa başladı. O vaxta qədər Xəzər hövzəsinin İrana aid olan 
14%-lik hissəsi istisna olmaqla, dənizdən və sahil respublikala-
rının ərazisindən çıxarılan enerji resurslarının əksər hissəsinin 
dünya bazarlarına nəqli SSRİ-nin vahid enerji ixracı siyasəti 
çərçivəsində  həyata keçirilirdi və bütün ixrac siyasəti bir 
mərkəzdən idarə olunurdu. fəaliyyətə sövq edən mühüm amil 
hesab oluna bilər. 
SSRİ dağılandan sonra hövzənin Azərbaycan, Qazaxıstan 
və Türkmənistan kimi ölkələri də Rusiya ilə yanaşı, öz enerji 
məhsullarını dünya bazarlarına çıxarmaq məqsədilə boru kə-
mərləri rəqabətinə qoşulur, Qərb ölkələri ilə müstəqil geoiq-
tisadi münasibətlər yaratmaq, bu sahədə Rusiyanın geoiqtisadi 
 
ƏL İ  H ƏS ƏNOV  
 
106 
təsirindən çıxmaq yerli ölkələrə  həm öz məhsullarına sahib 
olmaq, onu əlverişli  şərtlərlə dünya bazarlarına çıxarmaq və 
gəlir əldə etmək anlamında, həm də müəyyən mənada müstə-
qilliklərinin təmin olunmasında  əlavə qarant kimi istifadə et-
mək baxımından lazım idi. Əlbəttə, Rusiya onların bu istək-
lərinə  və  cəhdlərinə müqavimət göstərərək, özünün enerji 
resursları  və ixrac kəmərləri vasitəsilə bu ölkələrin həm 
Cənub-Şərq (Çin, Yaponiya, İran və s.), həm də Qərb (Aralıq 
dənizi və Avropa) istiqamətindəki  əksər təşəbbüslərinə  qıs-
qanmağa, onların enerji istehsalı və ixracı sahəsindəki istənilən 
fəaliyyətini öz təsiri altında saxlamağa, ən azından bu ölkələrin 
enerji resurslarını Rusiya ərazisi vasitəsi ilə həyata keçirməyə 
çalışırdı.
86
 
 Hövzənin karbohidrogen ehtiyatlarının dünyaya açılması 
və sərbəst istifadəsi qarşısıalınmaz prosesə çevrildikdən sonra 
istehsal olunacaq alternativ məhsulların dünya bazarlarına ixra-
cı ilə bağlı fərqli mövqelər və müxtəlif təkliflər ortaya çıxmağa 
başladı. Həmin dövrdə mütəxəssislər daha çox iki əsas ideya 
və istiqamət üzərində müzakirə aparırdılar. Bunlardan, birin-
cisi-  şərti olaraq Rusiya variantı adlandırılan layihə idi. Bu 
ideyanı bölgədə  təkidlə Rusiya irəli sürürdü və bölgə ölkələ-
rinin dəstəyini qazanmaqla  reallaşdırmağa çalışırdı. Rusiya 
hövzəsi SSRİ dövründən fəaliyyət göstərən köhnə neft kə-
mərlərini bəzi sahələr üzrə qismən genişləndirmək və yenidən 
qurmaq yolu ilə, Xəzərin hər iki sahilində hasil ediləcək  əsas 
neft məhsullarını Novorossiyskdəki limana, oradan da Qara 
                                                 
86
Жильцов C.C.. Трубопроводы  Каспийского  региона:  Состояние  и 
перспективы // Каспий- территория развития. Материалы международной 
конференции «Каспий- территория развития». Г. Астархан, 15 марта 2011 
г. c.54-57.  


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
107
dəniz boğazları vasitəsilə Avropaya ixrac etməyi təklif edirdi. 
Həmin variant çərçivəsində  Xəzərin Azərbaycana aid Cənub 
hissəsindən istehsal edilən  əsas neftin ixracını köhnə  Bakı-
Novorossiysk , Orta Asiya neftini isə Tengiz-Novorossiysk  
Uzen-Samara neft kəmərləri təmin etməli idi. (Bax: Xəritə) 
Rusiya Azərbaycanın Xəzər dənizində  çıxartdığı neft və 
qaz resurslarını Bakı-Novorosiysk istiqamətinə yönəldərək, bir 
tərəfdən onların ixracından gələn tranzit haqlarına  şərik çıx-
maq, digər tərəfdən isə Azərbaycanın Qərblə enerji əlaqələrini 
öz  əlində saxlamaq istəyirdi. Məsələ burasındadır ki,vaxtilə 
Xəzər hövzəsində, ilk növbədə, Bakıda hasil edilən neft və qaz 
ehtiyatları SSRİ-nin daxili tələbatını ödəmək üçün istifadə 
edildiyindən, bu məhsullar müxtəlif daxili vasitələrlə  və  kə-
mərlərlə yalnız Rusiyaya və digər sovet respublikalarına da-
şınırdı. SSRİ-nin süqutundan sonra da Moskva bölgənin enerji 
daşıyıcılarının nəqli üçün ənənəvi marşrutların saxlanılmasına 
və bununla da, bütün bölgə ölkələri üzərində özünün mövcud 
geoiqtisadi təsir mexanizmlərinin qorunub saxlanmasına çalı-
şırdı. Ona görə də ilk gündən Rusiya Xəzər hövzəsinin zəngin 
enerji ehtiyatları üzərində  nəzarəti saxlamaq üçün müxtəlif 
vasitələrdən və yollardan istifadə etməyə çalışırdı. Azərbaycan 
və Qazaxıstanın Qərb  şirkətləri ilə  Xəzərin hər iki sahilində 
transmilli neft-qaz layihələrini həyata keçirməyə başlaması və 
birincinin Avropa bazarları istiqamətində alternativ ixrac mar-
şurutlarının yaradılması istiqamətində nümayiş etdirdiyi fərqli 
mövqe ilk gündən Rusiyanın ciddi müqaviməti ilə üzləşdi. Bu 
ölkənin bəzi xarici və daxili siyasət strukturları, rəsmi və qeyri 
rəsmi dairələri bir-birinin ardınca müxtəlif antiazərbaycan 
bəyanatları  səsləndirməyə başladılar. Həmin dövrdə Azərbay-
can tərəfinin ciddi səyi və  bəzi iqtisadi güzəştlərə getməsi ilə 
Rusiya dairələrinin aqressiv mövqeyini bir qədər yumşaltmaq 
 
ƏL İ  H ƏS ƏNOV  
 
108 
mümkün oldu. Rusiyanın tranzit və geosiyasi maraqlarını  tə-
min etmək məqsədilə,  “Bakı-Novorossiysk kəmərinin yenidən 
istifadəsi” ilə bağlı 1997-ci ildə Rusiya ilə Azərbaycan arasın-
da xüsusi Şaziş bağlandı. Bakı-Novorossiysk kəməri o dövrdə 
Azərbaycana qətiyyən lazım deyildi və onun tranzit şərtləri nə 
onu, nə də ki, Xəzərdə birgə iş apardığı digər tərəfdaşları qane 
etmirdi. Bu kəmər nə iqtisadi, nə  də ki, geosiyasi cəhətdən 
sərfəli deyildi. Onun həm tranzit xərcləri çox yüksək idi, həm 
Azərbaycanın təmiz və keyfiyyətli neft brendi Novorossiyskdə 
Qazaxıstanın Tengiz yataqlarından daxil olan az keyfiyyətli və 
kükürdlü neftlə qarışdırılaraq brend qiymətindən salınırdı, 
həm də ki, Rusiya ərazisi ilə  gələcəkdə  əsas neftin ixracı 
ideyası nə Azərbaycana, nə də ki, Avropalı tərəfdaşlara heç bir 
yaxşı geosiyasi divident vəd etmirdi, əksinə daimi geosiyasi 
təzyiq mexanizmi yaradırdı. Odur ki, Rusiya ilə neft ixracına 
dair bağlanan bu müqavilə sadəcə olaraq bu ölkəni qismən 
sakitləşdirmək və  Xəzərdə  həyata keçirilən nəhəng transmilli 
layihələrə mane olmaqdan çəkindirmək məqsədi daşıyırdı.  
Əslində Rusiya 90-cı illərin sonunda Azərbaycanın dünya-
nın aparıcı dövlət və neft şirkətləri ilə Xəzər hövzəsində real-
laşdırdığı transmilli layihələrə və yeni neft-qaz kəmərləri ide-
yasına dünya səviyyəsinə ciddi maneçilik göstərmək iqtidarın-
da deyildi. Həmin dövrdə xüsusi beynəlxalq dəstək qazanan 
Azərbaycana qarşı çox ciddi təzyiqlər göstərmək də  çətin idi. 
Odur ki, Rusiyanın bəzi praqmatik düşüncəli dairələri Bakı-
Novorossiysk kəməri ilə bağlı heç olmasa onun üzərinə  bəzi 
öhdəliklər yükləmək istiqamətində çalışırdı. Məhz elə bu məq-
sədlə Rusiya 1997-ci ildə təkidlə tələb edirdi ki, Azərbaycan öz 
neftinin heç olmasa bir hissəsini (təxminən ildə 10 milyon ton) 
on beş illik məcburi öhdəlik götürməklə, Rusiya tərəfinin 
müəyyən etdiyi tariflə Novorossiysk marşrutu ilə dünya ba-


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə