Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə26/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   22   23   24   25   26   27   28   29   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
101
ona məxsus sektorundakı neft-təbii qaz yataqlarının istehsalı 
və ixracı iradəsini ortaya qoymuşdur ki, bu da yeni şəraitdə 
bütövlükdə Avrasiya regionunda və dünyada enerji siyasəti 
üzərində qurulmuş yeni geosiyasi münasibətlərin hərəkətverici 
qüvvəsinə çevrilmişdir. Bunun ardınca, yeni transmilli enerji 
layihələri ilə bağlı olan hər bir Xəzərətrafı ölkə öz geoiqtisadi 
maraqlarına müvafiq olaraq bu və ya digər bloklaşmaya (qrup-
laşmaya) qoşularaq, bir-biri ilə ciddi geoiqtisadi rəqabət apar-
mağa, regional, yerli və beynəlxalq maraq dairələri arasında 
müəyyən manevrlər etməyə başladılar. Belə  vəziyyətdə, təbii 
olaraq tezliklə  hər bir blokun və maraq dairəsi üzrə  həyata 
keçirilən geoiqtisadi qruplaşmanın öz aparıcı və köməkçi döv-
lətləri (aktorları) meydana çıxır. 
XXl  əsrdə  Xəzər hövzəsinin geoiqtisadi və geostrateji 
xarakteristikasına təsir göstərən  ikinci  əsas amil  kimi siya-
sətşünaslar Orta Asiya ölkələrinin dünyaya çıxış imkanlarının 
məhdudluğu, Cənubi Qafqazın yeni şəraitdə  ənənəvi Rusiya 
marşurutlarına alternativ olaraq, bu bölgənin enerji ixracına, 
bütövlükdə Şərq-Qərb əlaqələrinə alternativi dəhliz kimi çıxış 
etmək imkanlarının yaranması, köhnə  və  təzə neft-qaz ixracı 
dəhlizlərinin, transmilli kəmərlərin istiqamətləri, geoiqtisadi 
təyinatı  və s. kimi məsələləri aid edirlər. Bu məsələlər, fikri-
mizcə, üçüncü minillikdə, həm də ümumiyyətlə, dünya geosi-
yasətinin və qlobal enerji siyasətinin  əsas aktual məsələləri, 
aparıcı prioritetləri hesab olunur.  
 Xəzər hövzəsində  həyata keçirilən müasir dəhliz və  kə-
mər siyasətinin xarakteristikasına təsir göstərən  üçüncü  əsas 
amil bu kəmərlərə konkret olaraq hansı ölkələrin necə yanaş-
ması, onların hansı məqsədlər güdməsi- öz məhsullarını sərbəst 
şəkildə dünya bazarlarına çıxarmaq, satmaq və ölkəsini inkişaf 
 
ƏL İ  H ƏS ƏNOV  
 
102 
etdirmək, yoxsa kəmərlər üzərindəki üstün statusundan istifadə 
edərək qonşu dövlətlərə, dünya ölkələrinə geosiyasi təsir gös-
tərmək istəməsi və s. idi. Bəzi region və dünya ölkələri (Azər-
baycan, Türkiyə, Orta Asiya ölkələri, Gürcüstan və Qərb ölkə-
ləri) dəhliz və kəmər məsələsinə əsasən özlərinin və tərəfdaş-
larının geoiqtisadi maraqlarından çıxış edərək, iqtisadi cəhət-
dən, daha ucuz qiymətə və səmərəli yolla enerji ixrac və idxal 
etmək istəyindən yanaşdıqları halda, digərləri (Rusiya və İran) 
dünyadakı mövcud qiymət siyasəti üzərindəki  əvvəlki təsirlə-
rini qorumaq, dünyada və regionda öz üstün mövqelərini da-
vam etdirmək, başqa ölkələrin dünya enerji bazarlarına təsirini 
azaltmaq, onların bu sahədə alternativ və müstəqil aktor kimi 
çıxış etmələrinə mane olmaq və s. qeyri-sağlam məqsədilə 
istifadə etmək istəyirdi.  
Xəzər hövzəsində Azərbaycan və onun tərəfdaşlarının 
həyata keçirdiyi yeni enerji dəhlizləri və  kəmərləri siyasətinə 
bilavasitə  təsir göstərən  dördüncü  əsas amil, mütəxəssislərin 
fikrinə görə, hövzənin XXl əsrdə bölgə  və dünya ölkələrinin 
enerji təhlükəsizliyinin təmin olunmasında, iqtisadi, siyasi, 
geosiyasi maraqlarına birbaşa və dolayısı ilə  təsir göstərmə-
sində oynaya biləcəyi alternativ rolla bağlıdır. Çünki son on 
ildə Xəzər regionu və Orta Asiyanın neft və təbii qaz ehtiyat-
larının Qərbin artan enerji tələbatının ödənilməsinə yönəl-
dilməsi siyasəti, dünyanın qlobal enerji təhlükəsizliyinin təmin 
edilməsində Yaxın Şərq və Rusiyanın alternativi kimi istifadə 
edilməsi planı birmənalı olaraq planetar geosiyasətin və geo-
iqtisadiyyatın transmilli məsələlərindən birinə çevrilib. Xəzər 
hövzəsinin zəngin neft-qaz ehtiyatlarına malik olması müasir 
transmilli dünyada bu bölgənin geoiqtisadi və geosiyasi də-
yərini artırır, planetin müasir enerji təhlükəsizliyinin və strateji 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
103
yanacaq ehtiyaclarının təminatının  əsas həlqələrdən birinə 
çevirir.
85
 
 Xəzər hövzəsində yürüdülən enerji dəhlizləri və ixrac 
siyasətinə  təsir göstərən  beşinci  əsas amil kimi mütəxəssislər 
Xəzər hövzəsi və Orta Asiyada neft-qaz ehtiyatları ilə  zəngin 
olan əksər ölkələrin istehsal etdiklərı strateji enerji resurslarını 
əsasən xarici ölkələrə satış üçün nəzərdə tutmaları ilə bağlayır-
lar. Çünki hasil edilən neftin və təbii qazın dünya bazarlarına 
çıxarılması, etibarlı və səmərəli daşıma vasitələrinə, ixrac boru 
kəmərlərinə malik olmaq, təhlükəsiz marşrutların seçilməsi və 
s. kimi məsələlər həm yerli enerji istehsal edən, həm tranzit 
ölkələr, həm də öz enerji təhlükəsizliyini bölgənin nefti və təbii 
qazı ilə bağlayan istehlakçılar üçün strateji əhəmiyyət, həyati 
və transmilli mahiyyət kəsb edir. Zəngin enerji ehtiyatına 
malik olan hər bir ölkə istəyir ki, öz məhsulunu sərbəst şəkildə, 
əlverişli marşrutlarla, etibarlı  kəmərlər vasitəsi ilə dünya ba-
zarlarına çıxarsın və mövcud dünya qiymətlərinə satsın. Eyni 
zamanda, bölgənin neft-qaz ehtiyatlarından faydalanan xarici 
dövlətlər və digər alıcılar da istəyir ki, bu məhsulu birinci 
əldən, heç bir kənar vasitəçi ilə təmasa girmədən, sabit təminat 
şərti ilə daha ucuz qiymətə alsın. Hər iki tərəf həm də bu 
vəzifələri hər hansı  kənar subyektlərin, öz məxsusi maraqları 
ilə seçilən ölkələrin təsirinə  məruz qalmadan təmin etmək 
istəyirlər. Bu mənada, faktiki olaraq Orta Asiya, Xəzər hövzəsi 
və  Cənubi Qafqazda çoxsaylı neft-qaz kəmərlərinin, ixrac 
marşrutlarının movcudluğu və onların çoxvariantlılığı öz ak-
tuallığı baxımından, heç də neft-qaz ehtiyatlarına malik ol-
maqdan az əhəmiyyət kəsb etmirdi. 
                                                 
85
 Bax: Максаковский  В.П.  Каспий – Европа,  из  новой  книги.  Москва, 
2002, с.13. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
104 
Beləliklə, göründüyü kimi, Xəzər hövzəsi və  Cənubi 
Qafqazda mövcud enerji ixracı  kəmərlərinin istifadəsi, alter-
nativ dəhlizlərin, daha müstəqil marşrutlarının yaradılması  və 
s. yerli neft-qaz ölkələrinin dünya enerji bazarlarına, xarici 
tərəfdaşlarınsa hövzəyə sərbəst, müstəqil geosiyasi aktor kimi 
daxil olmasını  nəzərdə tutan transmilli siyasətdir. Bu siyasət 
müvafiq olaraq, həm bölgənin birbaşa geoiqtisadi durumunu, 
yerli ölkələrin milli maraq dairəsini və ona uyğun da geosiyasi 
davranışını, həm də Avropa enerji təhlükəsizliyinin geosiyasi 
xarakteristikasını ciddi şəkildə dəyişir. Xatırladaq ki, son illər-
də Rusiya dəfələrlə bir tərəfdən bölgənin neft-qaz satan və 
tranzit ölkələrini, digər tərəfdənsə Avropanın enerji məhsulları 
istehlak edən dövlətlərini müxtəlif təzyiq və təhdidlərə  məruz 
qoymuş, dünya enerji bazarında özü haqqında etibarsız tərəf-
daş imici yaratmaqdan belə  çəkinməyərək, neft və qazdan 
xarici aləmə geosiyasi təsir vasitəsi kimi istifadə etmiş  və öz 
geosiyasi niyyətlərini həyata keçirmişdir. O öz addımlarını 
enerji resurslarının satış qiymətinin artırılmasından tutmuş, 
nəql edilən həcminin azaldılmasına qədər- müxtəlif vasitələrlə 
həyata keçirmişdir. Rusiya ilə Ukrayna, Türkmənistan, Belarus 
arasında baş vermiş sonuncu yanacaq böhranı bunun əyani 
sübutu hesab oluna bilər. Hesablamalara görə, sonuncu böhran 
nəticəsində  şaxtalı havada qazsız qalan Avropa ölkələrinə 
təxminən, 2-3 milyard dollar məbləğində zərər dəyib. Odur ki, 
Rusiyanın ildən-ilə enerji vasitələrindən həm regionda, həm də 
dünyada geosiyasi təsir vasitəsi kimi istifadə etməsi, digər 
tərəfdənsə, son illər Avropanın əsas yanacaq növlərindən sayı-
lan təbii qaza tələbatın artması  Xəzər bölgəsindəki alternativ 
enerjiyə  və onların nəqlini reallaşdıran yeni kəmərlərə, marş-
rutlara ehtiyacı daha da artırmaqdadır. Həm də bu istiqamətdə 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə