Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə24/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   20   21   22   23   24   25   26   27   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
93
əməliyyatından sonra TANAP tərəfdaşları bu şirkətlər olacaq: 
ARDNŞ, (operator - 68%), «BOTAŞ» (20%) və BP (12%). 
TAP tərəfdaşları  aşağıdakı  şirkətlərdir: ARDNŞ (20%), 
BP (20%), «Statoil» (20%), «Fluxys» (16%), «Total» (10%), 
E.ON (9%) və «Axpo» (5%).
82
 
Layihədə ümumi uzunluğu 3500 kilometrdən artıq olan 
Azərbaycan və Gürcüstanı birləşdirən Cənubi Qafqaz Boru 
Kəməri infrastrukturunun genişləndirilməsi, Türkiyənin şərqin-
dən qərbinə  qədər davam edəcək TANAP (Trans-Anadolu 
boru kəməri) kəmərinin inşası  və Yunanıstan, Albaniya, İta-
liyanı birləşdirəcək TAP (Trans-Adriatik boru kəməri) kəmə-
rinin çəkilişi nəzərdə tutulur. 
Mütəxəssislərin fikrinə görə, ümumi dəyəri 45 milyard 
ABŞ dolları  həcmində qiymətləndirilən “Şahdəniz 2” sazişi 
dünyanın indiyə  qədər imzalanmış  ən nəhəng enerji layihəsi 
hesab olunur. Bu layihə  həm də Azərbaycan tarixində bir 
layihəyə nəzərdə tutulan ən böyük birbaşa investisiya yatırımı-
dır. Layihə mövcudluğu təsdiq edilmiş 3 trilyon kubmetr 
Azərbaycan qazını 100 il müddətinə birbaşa Avropa bazarına 
çıxararaq, ölkəni dünyada həm neft, həm də mühüm qaz ixra-
catçısına çevirir. Bu uzun illər Azərbaycanın milli gəlirlərinin 
formalaşmasının diversifikasiyasını təmin edir. 
XXl əsrin sazişi kimi dəyərləndirilən “Şahdəniz 2” layihə-
sinin icrası çərçivəsində ölkə daxilində 30 mindən çox yeni iş 
yerinin açılması planlaşdırılır ki, bu da mütəxəssislərin fikrinə 
görə, müasir mühəndis və menecerlərə yeni imkanlar yarat-
maqla Azərbaycanda yeni nəsil insan kapitalının inkişafına 
böyük təkan olacaqdır. 
                                                 
82
 Bax:  APA xəbər agentliyinin bülleteni, 17.12.2013 /www.apa.az 
 
ƏL İ  H ƏS ƏNOV  
 
94 
Bu layihə siyasətşünasların fikrinə görə, həm də Azər-
baycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüskar, 
müstəqil və  cəsarətli siyasətini dünyada ön plana çıxardır və 
Azərbaycanın dünyada etibarlı tərəfdaş ölkə kimi rolunu yük-
səltmişdir.  Əgər 1994-cü ildə imzalanmış  "Əsrin müqaviləsi" 
Azərbaycanda XX əsrin layihəsi hesab edilirdisə, şübhəsiz ki, 
17 dekabr 2013-cü ildə imzalanmış "Şahdəniz-2" layihəsi üzrə 
investisiya qərarı Azərbaycan və bütöv region üçün XXI əsrin 
önəmli layihəsidir. İqtisadi əhəmiyyəti qədər siyasi əhəmiyyəti 
də böyük olan bu layihə ilə Qafqaz - Balkanlar, Qafqaz - 
Cənubi Avropa, Xəzər bölgəsi və Avropa ölkələri arasında 
əməkdaşlıq yeni müstəviyə  qədəm qoyacaq və Azərbaycanın 
qlobal önəmi daha da artacaq.
83
 
 Layihənin birinci mərhələsi 2019-cu ilin əvvəlindən etiba-
rən işə düşəcək və hər il 10 milyard kubmetr Azərbaycan qazı 
Cənubi Avropaya, 6 milyard kubmetr isə Türkiyəyə ixrac 
ediləcək. 2019-2025-ci illərdə layihənin imkanları genişləndik-
dən sonra başqa  şirkətlərin və ölkələrin də bu layihəyə 
qoşulacağı ehtimal olunur. 
 Azərbaycanın həyata keçirdiyi transmilli enerji siyasə-
tinin  əsas istiqamətlərindən biri də yerləşdiyi Avrasiya böl-
gəsində-  Qara-Xəzər dənizi hövzəsi də daxil olmaqla, əksər 
postsovet məkanının enerji ehtiyaclarının təmin olunmasında 
yaxından iştirak etməkdən ibarədir. Azərbaycan keçən dövrdə 
ona məxsus neft və qaz məhsullarını  sərfəli qiymətlərlə  və 
müstəqil ixrac marşrutları ilə Türkiyə  və Avropa bazarlarına 
çıxarmaqla, bu bazarlarda özünə yer tutmaqla yanaşı, həm də 
onu əhatə edən, keçmişdə onunla bir geosiyasi məkanı bölüşən 
                                                 
83
 Bax: “Azərbaycan” qəzeti, 19 dekabr 2013-cü il. 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
95
ölkələrin daxili bazarlarında mövqe qazanmaq və yer tutmaq 
uğrunda fəaliyyətə qoşulmuşdur.  
Məlum olduğu kimi, bu məkanın əksər neft və qaz kəmər-
ləri, yanacaq bazaları  və  təminat strukturları keçmişdə SSRİ-
yə, sonrakı illərdə isə Rusiyaya məxsus olmuşdur. Lakin, 
mütəxəssislərin fikrinə görə, Rusiyanın son zamanlar öz inhi-
sarçı mövqeyindən sui-istifadə edərək tez-tez yerli ölkələri 
qiymət  şişirtmələri ilə  sınağa çəkməsi, onlara bu və ya digər 
geosiyasi, geoiqtisadi təzyiqlər göstərməsi bir tərəfdən, keçmiş 
postsovet ölkələrini özünə daha etibarlı və səmərəli enerji mən-
bələri axtarmağa sövq etmişdir. Digər tərəfdən, Azərbaycanın 
bölgədə reallaşdırdığı yeni enerji siyasəti həmin ölkələrə 
Rusiyadan fərqli olaraq, daha əlverişli  şərait yaratmış  və eti-
barlı, səmərəli, bərabərhüquqlu tərəfdaşlıq imkanı qazandır-
mışdır. Nəticədə bu ölkələr getdikcə Rusiyanın enerji təsirin-
dən qurtulmaq və öz təhlükəsizliyini təmin etmək üçün üzlərini 
Azərbaycana tutmağa məcbur olmuşlar. Son beş ildə Rusiyanın 
Gürcüstan, Ukrayna, Belarus, Moldova və Baltikyanı respub-
likalarla münasibətində müşahidə olunan ziddiyyətli və qeyri-
sabit vəziyyət Azərbaycanın daha geniş formada postsovet 
enerji bazarına daxil olmasına əlverişli şərait yaratmışdır.  
Mütəxəssislər, Azərbaycanın bu istiqamətdə reallaşdırdığı 
enerji siyasətinin gələcək perspektivlərini yüksək qiymətlən-
dirirlər. Məsələ burasındadır ki, son zamanlar Azərbaycanın 
bölgədə və dünyada qazandığı “etibarlı tərəfdaş” imici, həyata 
keçirdiyi enerji ixracının şaxələndirilməsi siyasəti, bəhs olunan 
ölkələrin Rusiyanın geosiyasi təzyiqlərindən xilas olaraq öz 
enerji təhlükəsizliyini daha etibarlı şəkildə təmin etmək istəyi 
və s. də onun xeyirinə işləmiş və bu dövlətlərin üzünü Xəzərin 
Cənub sahillərinə çevirmişdir. Hazırda həm Ukrayna, həm də 
 
ƏL İ  H ƏS ƏNOV  
 
96 
Belarus Azərbaycan neftinin və qazının Gürcüstan ərazisindən 
keçməklə müxtəlif vasitələrlə- kəmərlər və sıxılaraq tankerlərlə 
Ukrayna  ərazisinə daşınması, oradan da köhnə Odessa-Brodı 
və s. kimi mövcud neft-qaz kəmərlərinin imkanlarından isti-
fadə edərək, öz ölkələrinin enerji ehtiyaclarının təmin olunması 
üçün ciddi iş aparırlar. Keçən illərdə Gürcüstanın, bu yaxın-
larda isə Belarusun Rusiya ilə yaranmış enerji münaqişəsinin 
həll etmək və ölkələrini böhrandan çıxarmaq məqsədilə Azər-
baycana müraciət etməsi və qarşı  tərəfdən onlara göstərilən 
müsbət münasibət, Ukrayna hökumətinin öz daxili neft və qaz 
ehtiyaclarını Azərbaycanın neft-qaz məhsulları ilə təmin etmək 
istəyi və s. məsələlər bunun əyani sübutudur. Hazırda, hər iki 
dövlətin rəsmiləri ildə təxminən 4 milyon ton neft və gələcək-
də 5-8 mlrd. kub. metr qaz almaq, Qara dənizin Gürcüstan li-
manlarından Ukrayna limanlarına, oradan da mövcud infra-
strukturlarla bu ölkələrə ixrac etmək məsələsi  ətrafında Azər-
baycan hökuməti ilə danışıqlar aparmaq istəyini bəyan edirlər. 
Gözlənilir ki, Azərbaycan Prezidenti İlham  Əliyevin 2010-cu 
ilin oktyabr ayında Ukraynaya reallaşdıracağı  rəsmi səfər 
çərçivəsində “Ukrtatnafta” ilə ADNŞ arasında hər ay 240 min 
ton Azərbaycan neftinin Ukraynaya ixracı, ADNŞ-in Ukrayna-
da yanacaqdoldurma məntəqələrinin açılması  və enerji əmək-
daşlığı sahəsində digər müqavilələr imzalansın. Ukrayna tərə-
finin bəyanatlarına görə, bu ölkə gələcəkdə hər ay orta hesabla 
Azərbaycandan 400 min tona qədər xam neftin alınması  və 
Ukraynanın neftayırma zavodlarında işlənərək ölkənin ehtiyac-
larına yönəlməsi marağındadırlar. Son zamanlar Belarus 
hökuməti də  təxminən oxşar fəaliyyəti həyata keçirmək niy-
yətində olduğunu bəyanat etmişdir.
84
  
                                                 
84
 Bax: газ. «Зеркало», №184,  9 октября 2010 г. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə