Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə20/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
77
hər bir sahilyanı ölkə 12 millik sahil zonası üzərində 
suveren hüquqa malik olur (İran variantında rəqəmlər 
bir qədər fərqlidir-Ə.H.), bundan sonrakı 25 mil ərazi 
«iqtisadi zona» kimi qəbul edilir, dənizin ortasındakı 
qalan  ərazilərsə 5 sahilyanı ölkənin ümumi istifa-
dəsinə verilirdi. 
1992-ci ildən başlanmış bu günə  qədə  hər dörd yanaşma 
tərəfdarları  bəzi kiçik dəyişikliklərlə öz mövqelərini müdafiə 
etməkdədirlər.  İndiyə  qədər aparılan danışıqlar hələ ki, hamı-
nın qəbul edəcəyi ciddi bir nəticə verməmiş və yəqin ki, yaxın 
gələcəkdə  də verməyəcəkdir. Lakin buna baxmayaraq tərəflə-
rin məsələyə yanaşması  və müvafiq olaraq nümayiş etdirdiyi 
fəaliyyət yaxşılığa doğru xeyli dəyişmişdir.  Ən azından, bu 
gün nə Rusiya, nə də ki, İran Azərbaycanı Xəzər dənizinin ona 
məxsus milli sektorunda xarici tərəfdaşlarla birgə transmilli 
layihələr həyata keçirdiyinə görə, 1994-1998-ci illərdə olduğu 
kimi, müharibə, yaxud ona bərabər tutula biləcək digər fəa-
liyyətlə hədələmirlər. 
Status yanaşmasında, əgər yuxarıda göstərilən birinci tək-
lif beynəlxalq hüquqa və  Xəzərin bölgüsü ilə bağlı mövcud 
reallıqlara söykənərək, sahilyanı dövlətlərin öz milli sektorla-
rında hər hansı  kənar və region dövlətindən asılı olmadan 
müstəqil fəaliyyət göstərməsini ehtiva edirsə, ikinci təklif Xə-
zərdəki təbii ehtiyatlardan “birgə istifadəni”, qlobal transmilli 
layihələrin həyata keçrilməsi zamanı “hamının konsensusu-
nun” alınmasını, formal olaraq problemin həll edilməsi adı ilə 
suveren dövlətlərin Xəzər dənizindəki haqlarının qorunması 
imitasiyasını nümayiş etdirir. O ki qaldı, İranın nümayiş etdir-
diyi “bərabər bölgü” prinsipinə, tədqiqatçıların fikrinə görə, bu 
təklifin heç bir perspektivi yoxdur və  gələcəkdə  İranın ondan 
 
ƏL İ  H ƏS ƏNOV  
 
78 
imtina edərək, Rusiya, Qazaxıstan və Azərbaycanın bu gün 
nümayiş etdirdiyi mövqeyə qoşulmaqdan başqa heç bir çarəsi 
qalmır.  
Keçən müddət ərzində bəzi sahilyanı ölkələrin, xüsusən də 
Rusiyanın və Türkmənistanın məsələyə yanaşmasında baş ve-
rən proqressiv dəyişikliklər göz önündədir. Bəzi tədqiqatçılar 
Xəzərətrafı ölkələrin mövqeyindəki bu dəyişiklikləri Azərbay-
canın məsələ ilə bağlı keçən müddətdə nümayiş etdirdiyi ciddi 
geosiyasi iradə  və bu iradənin həm də, bölgə ölkələrinin ha-
mısının ümümi maraqlarına uyğun gəlməsi ilə əlaqələndirirlər.  
Son zamanlar Xəzərin statusu yenidən sahil dövlətlərinin 
nümayəndələrindən təşkil olunmuş  işçi qrupları  səviyyəsində 
müzakirə edilsə  də, hələ ki yaxın gələcəkdə konkret qərar 
qəbul ediləcəyi ehtimalı hiss olunmur. Lakin bu vəziyyət 
dənizdə Azərbaycanla Türkmənistan arasındakı “Kəpəz” və 
İranın qeyri-real tələblərinə görə Azərbaycan-İran sərhədində 
istismarı dondurulmuş “Alov” yatağı istisna olmaqla, Xəzərdə 
hər hansı bir sahilyanı ölkənin iqtisadi fəaliyyət həyata 
keçirməsinə ciddi maneə də yaratmır.  
Xəzərin hüquqi statusu ilə bağlı son real nəticəsi olan gö-
rüş  sentyabrın 29-da 2014-cü ildə Rusiyanın Həştərxan şəhə-
rində küçirilən Xəzəryanı dövlət başçılarının lV Sammitində 
baş tutmuşdur. Sammitdə Azərbaycan, Rusiya, Qazaxıstan, 
Türkmənistan və  İran prezidentləri bir araya gələrək Xəzərin 
hüquqi statusu, hövzə ölkələri arasında regional təhlükəsizlik 
və əməkdaşlıq məsələlərini müzakirə etmiş və birgə siyasi bə-
yanat imzalamışlar. 19 maddədən ibarət olan bu sənəddə  tə-
rəflərin Xəzər dənizindəki birgə  fəaliyyətinin  əsas prinsipləri 
əks olunub. Müddəalardan birində  Xəzərin milli sektorlara 
bölünməsinin bəzi hüquqi tərəfləri ilə bağlı ölkə başçılarının 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
79
ümumi yanaşması öz əksini tapıb. Belə ki, birgə bəyanatda ilk 
dəfədir ki, Xəzərin su səthinin sahildən başlayaraq orta xətt 
üzrə 15 millik məsafəsi ölkələrin suveren ərazisi kimi təsdiq 
edilib, digər 10 millik (ümumi uzunluq 25 mil - Ə.H.) məsafə-
də isə dənizin bioloji resurslarının (balıq ovu və s. - Ə.H.) hasi-
latı sahəsində dövlətlərin müstəsna hüququ təsdiqlənir. Həştər-
xan bəyanatında, gələcəkdə Xəzər dənizinin dibinin və səthinin 
hamı  tərəfindən qəbul olunmuş prinsiplər  əsasında milli sek-
torlara bölünməsi zərurəti də öz əksini tapıb.  
Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev 
bəyan edib ki, 2010-cu ildə Bakıda keçirilmiş III Xəzər 
sammiti zamanı Xəzər dənizinin hüquqi statusuna dair başlıca 
məsələlərin, xüsusilə  də milli zonaların eni və  dənizin bioloji 
resurslarının mühafizəsi üzrə ümumi razılığa gəlinməsi sonrakı 
danışıqlar prosesinə ciddi təkan verdi. Dənizin dibinin və sət-
hinin milli sektorlara bölünməsi ilə bağlı Azərbaycan- Qaza-
xıstan, Azərbaycan-Rusiya, Qazaxıstan və Rusiya arasında 
indiyə qədər razılaşdırılmış ikitərəfli əlaqələrin, eləcə də Xəzər 
dənizinin dibinin bölünməsi üzrə Azərbaycan, Qazaxıstan və 
Rusiya üçtərəfli sazişinin rolunu xüsusi qeyd edən, Azərbaycan 
Prezidentinin sözlərinə görə, bu sazişlər Xəzərin hüquqi 
statusunun hərtərəfli nizamlanması üçün vacib rol oynayır: 
"Azərbaycan hesab edir ki, bu sazişlərdə yer almış prinsiplər 
bütün Xəzəryanı dövlətlər arasında dəniz dibinin bölünməsi 
üzrə razılaşmaların əldə olunması üçün yaxşı əsas ola bilər. Biz 
Xəzər dənizinə dostluq, sülh, təhlükəsizlik və  əməkdaşlıq 
dənizi kimi baxırıq. Azərbaycan Xəzəryanı ölkələrlə qarşılıqlı 
hörmət və etimada əsaslanan ikitərəfli  əlaqələrin inkişafına 
xüsusi diqqət yetirir. Xəzəryanı ölkələr arasında sıx dostluq 
 
ƏL İ  H ƏS ƏNOV  
 
80 
əlaqələri və çoxsahəli  əməkdaşlıq regionumuzda sabitlik, 
əmin-amanlıq və təhlükəsizliyin rəhnidir”. 
Son sammitdəki razılaşmaları  şərh edən politoloqların 
fikrinə görə, imzalanan sənədlər və birgə  bəyanat gələcəkdə 
Xəzərin statusu ilə bağlı mövcud problemlərin aradan qaldı-
racağına ümid yaradır.
77
  
 
 §1.4. Azərbaycanın Xəzər dənizinin karbohidrogen 
ehtiyatlarının sərbəst istehsalı və ixracı siyasətinin 
beynəlxalq və regional geoiqtisadi nəticələri 
 
Hazırda dünya geosiyasətinin və geoiqtisadiyyatının  ən 
aktual mövzularından biri Xəzər hövzəsinin zəngin karbo-
hidrogen yataqlarının azad və açıq rəqabət şəraitində işlənməsi
dünyanın artan enerji tələbatına cəlb edilməsi və bu məhsullar 
hesabına Avropa enerji bazarlarında Rusiyanın monopolist 
mövqelərinin qismən zəiflədilməsdir.  
Məlum olduğu kimi, Xəzər hövzəsinin neft və qaz ehtiyat-
ları ilə  ən zəngin sektor Azərbaycan Türkmənistan və Qaza-
xıstana məxsus olsa da, dənizdə ilk kəşfiyyatı, qazıntı  və ha-
silat işlərini keçmiş SSRİ zamanında yalnız Azərbaycan baş-
lamış və həyata keçirmişdir. SSRİ zamanında hövzədəki bütün 
neft və qaz ehtiyatlarının sahibi sovet hakimiyyəti idisə, o 
dağılandan sonra müstəqilliyini elan edən milli respublikalar, o 
cümlədən Azərbaycan öz ərazisindəki bütün yeraltı və yerüstü 
sərvətlərin sahibinə çevrilir.  
Mütəxəssislərin fikrinə görə, XX əsrin sonlarında Xəzərin 
dünyaya açılmasında, maliyyə  və texnoloji cəhətdən planetin 
                                                 
77
 Bax: “Şərq” qəzeti, 30 sentyabr 2014-cü il, s.3. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə