Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə19/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   15   16   17   18   19   20   21   22   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
73
mütəxəssisləri Azərbaycan sektorundakı  bəzi yataqların da 
“mənsubiyyətini” araşdırmağa çağırır.
76 
 
 Göründüyü kimi, Türkmənistan Xəzərin statusuna dair 
danışıqların ilkin mərhələsində qeyri-müəyyən mövqe nümayiş 
etdirirdi. O, bir tərəfdən Xəzərin milli sektorlara bölünməsinin 
vacibliyini bəyan edir, digər tərəfdənsə “dənizdən birgə isti-
fadə” (kondominum) prinsipinin əsas götürülməsi ideyalarını 
dəstəkləyirdi. 
 1997-ci ildən etibarən Türkmənistan birgə istifadə ideya-
sını gündəmdən çıxararaq, bu sahədə yalnız milli sektorlara 
bölünmə  təşəbbüslərini dəstəkləməyə başlayır. Lakin onun 
Azərbaycandan “milli sektor“ yanaşmasındakı əsas fərqi Xəzə-
rin bölünməsi zamanı istifadə edilməsi nəzərdə tutulan “orta 
xətt” prinsipinə özünəməxsus tərzdə yanaşmasıdır. Türkmə-
nistan hazırda vaxtı ilə Azərbaycanın irəli sürdüyü və Rusiya, 
Azərbaycan və Qazaxıstan arasındakı sazişlərin  əsasını  təşkil 
edən “orta xətt” metodikasını bəyənmir və onu öz ölkəsi üçün 
qeyri-məqbul hesab edir. Məhz bu fərqə görə də, bu ölkə uzun 
müddətdir ki, sahilyanı dövlətlərin status istiqamətindəki bütün 
hərəkətlərini “birtərəfli və beynəlxalq hüquqa zidd addım” 
kimi dəyərləndirir. 
Xəzərin statusunun müəyyən edilməsində Türkmənistanın 
Xəzərdəki bəzi yataqlarla bağlı Azərbaycana qarşı bir sıra 
iddialarla çıxış etməsi də, gərginliyin əsas mənbələrindən birini 
təşkil edir. Qeyd edək ki, hələ 1997-ci ilin yayında İslam Kon-
fransı  Təşkilatının Aşqabadda keçirilən Sammitində Türkmə-
nistan rəhbərliyi Azərbaycan tərəfinə guya sovet dönəmindən 
qalmış “dəniz sərhədlərinin delimitasiyası” xəritəsini təqdim 
                                                 
76
 Bax: “Нейтральный Tуркменистан”, 14 aвгуста 1999.  
 
ƏL İ  H ƏS ƏNOV  
 
74 
edərək, «Azəri» və «Çıraq» yataqlarının Azərbaycanın deyil, 
Türkmənistanın sektorunda olduğunu sübut etməyə çalışmış və 
müəyyən kompensasiya müqabilində bu yataqlara iddiadan əl 
çəkməyə hazır olduğunu bildirmişdir. Əsas iddia isə, türkmən-
lərin «Sərdar» adlandırdıqları «Kəpəz» yatağı ilə bağlı idi. 
Qeyd edək ki, təxmini hesablamalara görə, bu yataqda 80 
milyon tondan artıq neft ehtiyatı vardır. 1997-ci ilin yayında 
Azərbaycan Dövlət Neft Şirkəti ilə Rusiyanın «Lukoyl» və 
«Rosneft»  şirkətləri arasında «Kəpəz»in istismarına dair 
sazişin imzalaması o dövrdə  rəsmi Aşqabadın sərt reaksiyası 
ilə qarşılanmışdı. Həmin il avqustun 31-də Rusiya hakimiyyəti 
Türkmənistanın iradlarını nəzərə alaraq, Azərbaycanla imzala-
dığı müqaviləni birtərəfli qaydada dondurdu. Cəmi 1 gün sonra 
– sentyabrın 1-də Türkmənistan həmin yatağın istismarına dair 
qeyri-qanuni tender elan etdi və ABŞ-ın «Mobil» şirkətini 
guya “tenderin qalibi” elan etdi. Amma bu dəfə  rəsmi Bakı 
anlaşmanın reallaşmasına imkan vermədi və Azərbaycanla mü-
nasibətləri korlamaq istəməyən «Mobil» şirkəti Türkmənis-
tanla hər hansı saziş imzalamaqdan imtina etdi.  
Türkmənistanla Azərbaycan arasında yaranmış problemin 
aradan qaldırılması üçün hər iki ölkənin rəhbərliyi bir sıra 
addımlar atsa da, danışıqlar bu günə  qədər nəticə verməyib. 
1997-ci ilin dekabrında iki ölkə prezidentlərinin Tehrandakı 
görüşündə  sərhədlərin müəyyənləşdirilməsinə dair ikitərəfli 
komissiyanın yaradılması  qərara alındı. Prezident Heydər 
Əliyevin 1998-ci il yanvarın 16-da imzaladığı  sərəncamla 
Türkmənistanla danışıqlara dair xüsusi ekspert qrupu yaradıldı, 
yanvarın 18-də isə türkmən prezidenti Saparmurad Niyazov 
analoji sərəncam imzaladı. 1998-ci il fevralın 5-də ekspert 
qrupunun Aşqabadda ilk görüşü baş tutdu. Lakin nə  Aşqabad 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
75
görüşü, nə də martın 30-da Bakıda keçirilmiş danışıqlar heç bir 
ciddi nəticə vermədi. Sonrakı illərdə  də iki ölkə arasında 
aparılan danışıqlar “Kəpəz”in taleyinə heç bir aydınlıq gətir-
mədi. 2007-2009-cu illərdə Azərbacan prezident İlham Əliyev 
və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 
arasında keçirilmiş görüşlər və danışıqlar münasibətlərə müəy-
yən konstruktivlik gətirsə də, hələ də iki ölkə arasındakı müna-
sibətlərdə  Xəzər dənizi ilə bağlı ortaq nöqtələr tapılmayıb. 
Hazırda tərəflər arasında “Kəpəz” in birgə istismarı  və orta 
xəttin müəyyən edilməsi ilə bağlı kompromis bir variant müza-
kirə edilməkdədir. Proqnozlara görə bu ideya ətrafında gələ-
cəkdə iki ölkə arasında razılığa gəlinəcəyi real görünməkdədir. 
Türkmənistan-Azərbaycan münasibətlərindəki hazırkı qeyri-
müəyyən durumda Azərbaycanın geosiyasi, geoiqtisadi və 
beynəlxalq mövqeləri daha möhkəm görünür. Rusiya və Qaza-
xıstanla su sərhədlərini müəyyənləşdirmiş Azərbaycan, Türk-
mənistanla bu sahədəki bəzi problemlərə baxmayaraq, Xəzərdə 
öz geoiqtisadi maraqlarına uyğun addımlar atmaqda daha 
iradəli, imkanlı  və  sərbəstdir. Rusiya ilə Qazaxıstanın da bu 
mübahisədə faktiki olaraq, Azərbaycanın qeyri-rəsmi müttəfiqi 
rolunda çıxış etməsi Aşqabadın manevr imkanlarını bir qədər 
məhdudlaşdırır. 
Beləliklə, göründüyü kimi, Xəzərin statusunun müəyyən 
olunması ilə bağlı keçən illərdə bütün hövzə ölkələrinin 
maraqlarına toxunan və onların iştirakı ilə müzakirə olunan bir 
neçə  əsas və bir neçə qeyri-əsas yanaşma mövcud olmuşdur. 
Bunlardan ən çox diqqət çəkən dörd təklif aşagıdakılardır: 
  Azərbaycanın təklif etdiyi birinci  yanaşmaya görə, 
Xəzər  ətrafda yerləşən beş ölkənin milli ərazilərini 
birləşdirən, xarici su hövzələri ilə çay vasitəsilə  əla-
 
ƏL İ  H ƏS ƏNOV  
 
76 
qəsi olan, unikal bir dənizdir. Müvafiq olaraq BMT-
nin “Dəniz hüquqları haqqında” Konvensiyasının 
bütün tələbləri onun statusunun müəyyən olunmasına 
və  Xəzərətrafı ölkələrin milli hüquqlarının həyata 
keçirilməsinə  tətbiq edilməlidir. Bu yanaşmaya görə 
dənizin dibi və səthi orta xətt prinsipi üzrə milli sek-
torlara bölünməli və  hər bir ölkə öz sektorunda bey-
nəlxalq hüquqa uğun olaraq fəaliyyət azadlığı  əldə 
etməlidir. 
  İkinci yanaşma, Rusiya və İranın irəli sürdüyü yanaş-
ma idi. Bu təklif tərəfdarları  Xəzəri «qapalı su höv-
zəsi» adlandıraraq, “Dəniz hüquqları haqqında” BMT 
Konvensiyasının tələblərinin ona tətbiq edilməsinin 
qeyri mümkünlüyünü iddia edir, hər hansı ölkənin öz 
iqtisadi zonasında müstəqil fəaliyyət göstərməsini 
qəbuledilməz sayır və bütün sahilyanı ölkələrdən su 
hövzəsinin “ümumi istifadəsi tələblərinə” əməl etmə-
lərini tələb edirlər. 
  Üçüncü təklif, İran tərəfindən irəli sürmüş və Xəzərin 
beş  bərabər hissəyə bölünməsini hədəfləyən, müəy-
yən məqamlarda Türkmənistanın da dəstəyini qazan-
mış abstrakt bir layihə idi. Bu variant nəinki heç bir 
yerli və beynəlxalq hüquqa uyğun gəlmirdi, həm də 
mütəxəssislər tərəfindən “ümumiyyətlə reallaşdırıl-
ması coğrafi cəhətdən mümkün olmayan” təklif kimi 
dəyərləndirilmişdir. 
  Nəhayət, dördüncü yanaşma, kompromis kimi Rusi-
yanın və İranın sonradan təklif etdiyi və yenə də heç 
bir beynəlxalq və yerli hüquqa söykənməyən “kom-
promis variant” adlanırdı. Bu varianta görə  Xəzərdə 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə