Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə17/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
65
can və Qazaxıstanla yaranmış  əlverişli tərəfdaşlıq münasibət-
lərindən bəhrələnmək istəyir.  
Tədqiqatçılar hesab edir ki, Rusiya  əvvəla,  Xəzərdə  ən 
güclü hərbi-dəniz qüvvələrinə  və  hərbi-geostrateji mövqelərə 
malikdir və buradakı üstünlüklərini, kiminsə xeyirinə  məh-
dudlaşdırmaq, yaxud kiminləsə bölüşmək haqda qətiyyən dü-
şünmür. Odur ki, o, İranın da NATO “təhlükəsindən”, yaxud 
nə vaxtsa Xəzər  ərazisindən ona qarşı  hərbi məqsədlər üçün 
istifadə edilə bilməsi ehtimalından istifadə edərək, Xəzərin 
hüquqi statusu məsələsi ilə beş hövzə ölkəsinin “hər hansı 
kənar qüvvələri Xəzərdə  hərbi iştirakı  və yaxud hövzə 
ölkələrinin  ərazisindən kiməsə qarşı  hərbi-strateji istifadəni 
qadağan edən” Birgə Sazişlə bağlamaq istəyir. 
 İkincisi, Rusiya Avropanın neft və qaz bazarında öz 
inhisarçı mövqelərini tam möhkəmlətməyincə, bu sahədə ABŞ
Avropa  İttifaqı  və  bəzi region ölkələrinin alternativ enerji 
ixracı  məhsulları, bazarları  və  kəmərləri axtarışı  cəhdlərini, 
məsələn Transxəzər, Nabukko kimi “təhlükələri” aradan qal-
dırmayınca müxtəlif bəhanələrlə  Xəzərin statusunu uzatmağa, 
milli sektorların təbii sərvətlərinin istifadəsi, ölkələrin müstəqil 
hüquqları və s. ilə bağlı əvvəllər razılaşdırılmış məsələlərə ye-
nidən baxmağa cəhd göstərir. Xüsusən, sektor bölgüsü, 
Xəzərdə ayrı-ayrılıqda və xarici tərəfdaşlarla birgə  sərbəst iş 
aparmaq və s. ilə bağlı Azərbaycanın 90-cı illərin sonunda sərt 
şəkildə ortaya qoyduğu, beynəlxalq aləmin dəstəyi ilə müdafiə 
etdiyi və reallaşdırdığı mövqelərini yumşaltmaq, xarici şir-
kətlərin və ölkələrin bundan sonra Xəzərə yolunu bağlamaq 
sahəsində Rusiya və İranın yeni kursu aydın sezilməkdədir. Bu 
yöndə Rusiya İranın Anti-Qərb  əhval ruhiyyəsindən istifadə 
edərək, Xəzərdə ABŞ, Avropa İttifaqı ölkələrinə, Yaponiya, 
 
ƏL İ  H ƏS ƏNOV  
 
66 
Türkiyə və s. dövlətlərə məxsus şirkətlərin sonrakı fəaliyyətini, 
Avropa enerji bazarlarına çəkiləcək yeni-yeni neft-qaz layi-
hələrini əngəlləmək, Türkmənistan və Qazaxıstanın Transxəzər 
marşrutuna qoşulmasına, Xəzərin dibi ilə sualtı neft və qaz 
kəmərlərin çəkilişinə mane olmaq üçün müxtəlif tədbirlərə  əl 
atır. Bu tədbirlərdən biri Azərbaycan, Türkmənistan və Qaza-
xıstanın bütün ixrac qazını almaq, digəri yeni salınacaq kəmər 
və ixrac marşurutlarının perspektivsizliyi ilə bağlı geniş 
təbliğat aparmaq və nəhayət, beş Xəzərətrafı dövlətlə “Xəzərdə 
Birgə İqtisadi Əməkdaşlıq Konsorsiumu” yaratmaqla bölgədən 
kənar ölkələrin dənizin geoiqtisadi zonasına daxil olmasını, 
xüsusən, onun enerji mənbələrinə  çıxışını  əngəlləməkdən 
ibarətdir. Qeyd olunduğu kimi, Rusiya ABŞ-ın eyni sahədəki 
əvvəlki fəal mövqelərinin zəifləməsindən istifadə edərək, 
Xəzər hövzəsində öz geoiqtisadi fəaliyyətlərini ciddi şəkildə 
gücləndirmiş və mövqelərini sərt formada qorumağa başlamış-
dır. Rusiya prezidenti Dmitri Medvedevin 22 oktyabr 2010-cu 
ildə Türkmənistana səfəri çərçivəsində Xəzərdə həyata keçiri-
ləcək iqtisadi fəaliyyət və enerji layihələri ilə bağlı “beş hövzə 
ölkəsinin razılığı, birgə gücü və iştirakı ilə” səsləndirdiyi tezis 
və verdiyi bəyanatlar bunun əyani sübutudur. O öz çıxışında 
qeyd etmişdir ki, “yalnız beş ölkə  Xəzərin təbii sərvətlərinin 
fəaliyyətdə olan və  gələcəkdə yaradılacaq istifadəsi rejiminə 
cavabdeh olmalıdır”.
73 
 
Xəzərin hüquqi statusu məsələsində  İranın mövqeyi: 
İranın Xəzərin bölünməsi ilə bağlı indiyə qədər iki əsas təklifi 
səslənmişdir. Bunlardan birincisi, heç bir beynəlxalq və 
regional hüquqa söykənməyən, tarixdə analoqu olmayan və 
                                                 
73
  Bax: газ. «Зеркало», №194,  23 октября 2010 г.с.11. 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
67
coğrafi cəhətdən reallaşdırılması çox çətin olan- dənizin dibi-
nin 20% olmaqla beş sahil ölkəsi arasında “bərabər bölün-
məsi”, səthininsə ümumi istifadədə saxlanılması variantı idi. 
(Bax:Xəritə 19, 20) 
İkinci təklif, bəzi İran mütəxəssislərin təqdim etdiyi kimi, 
“kompromis variant” adlanır və  Xəzərin yeni bölgüsü prin-
sipini nəzərdə tutur. Bu layihəyə görə,  İran, Xəzərdən hər bir 
sahilyanı dövlətə öz ərazisindən dənizin ortasına doğru 20 
millik- “sahil ərazi suları zonası” və 20 millik “iqtisadi zona” 
ayırır. Təklifdə sahil ərazi suları hövzə ölkələrinin sərhədlərini 
müəyyən etdiyinə görə, bu məkanda Xəzərin həm dibi, həm 
səthi, həm də hava məkanı dövlətlərin tam nəzarətində sax-
lanılır. O ki qaldı, iqtisadi zonaya, burada hər bir dövlətə 
dənizin bioloji və mineral ehtiyatlarının qorunub saxlanması və 
kəşfiyyatı məqsədilə sərbəst fəaliyyət hüququ tanınsa da, digər 
sahilyanı ölkələrin bu ərazinin hava məkanından və su sət-
hindən istifadə etməsi hüququ da tanınır. Nəhayət, 40 millik 
zonadan kənarda qalan Xəzərin orta hissəsi bütün sahilyanı 
ölkələrin “ümumi istifadəsində” qalır və “konsensus” yolu ilə 
idarə olunur. 
Mütəxəssislərin fikrinə görə, Xəzər dənizinin statusuna 
yanaşmasında İranın hər iki mövqeyi iki əsas amilə söykənirdi. 
Bunlardan biri, Qərb ölkələrinin dənizdə  nə  hərbi-geostrateji, 
nə  də ki, geoiqtisadi iştirakına imkan verməmək, digəri isə, 
yeni yaranmış  şəraitdən istifadə edərək, Xəzər dənizində öz 
geosiyasi mövqelərini gücləndirmək, bölgənin müsəlman ölkə-
lərində dominantlıq qazanmaq və mümkün qədər Rusiyanı bu 
məkandan sıxışdırmaqdan ibarət idi. Göründüyü kimi, İranı öz 
iqtisadi maraqlarından daha çox, geosiyasi mənafeləri düşün-
dürür. Çünki rəsmi Tehranı bu məsələdə maraqlandıran  əsas 
 
ƏL İ  H ƏS ƏNOV  
 
68 
məqam Xəzərin “dəniz”, yaxud “göl” kimi qəbul olunması 
deyil,  İranın geostrateji təhlükəsizliyinin təmin edilməsi və 
regionda aktivləşmiş  Qərb ölkələrindən qaynaqlanan “poten-
sial təhlükələrin” qarşısının alınmasıdır.  İqtisadi maraqlar isə 
Tehran üçün ən azı ona görə ikinci dərəcəlidir ki, onun Fars 
körfəzində, digər quru ərazilərində  Xəzərdəkindən qat-qat üs-
tün və zəngin enerji qaynaqları, hazır istehsal infrastrukturları 
mövcuddur.   
Mütəxəssislərin fikrinə görə,  İranın Xəzərin statusu və 
yeni əsaslarla onun bölünməsinə dair nümayiş etdirdiyi mövqe 
yalnız bu ölkənin geosiyasi maraqlarına yönəlib və digər sahil-
yanı dövlətlərin mənafelərinə  qətiyyən cavab vermir. Çünki 
onun təklif etdiyi variant bölgədə qeyri-müəyyən geosiyasi 
şərait yaratmağa hesablanmışdır ki, bu da digər ölkələr üçün 
qətiyyən qəbul edilməzdir. Mütəxəssislər həm də  İranın bu 
mövqeyini, təkcə Xəzər dənizinin yeraltı ehtiyatlarının mənim-
sənilməsinə törətdiyi maneə kimi qiymətləndimir, həm də 
dənizdə  gəmiçiliyin, balıqçılığın inkişafına, sahilyanı ölkələr 
arasında sərhədlərin müəyyən edilməsinə və s. ciddi problem-
lər yaradacağına işarə vuraraq, onun mövqeyi ilə heç bir Xəzər 
ölkəsinin razılaşa bilməyəcəyini proqnozlaşdırırlar. Tədqiqat-
çılar bu ölkənin Xəzərin statusu ilə bağlı nümayiş etdirdiyi 
mövqeyinin aşağıdakı bir neçə prinsipə  əsaslandığını qeyd 
edirlər.  
1.  İran istəyir ki, dəniz sahilyanı ölkələr arasında bölünsə 
də, hər hansı ölkə digər sahilyanı dövlətlərin razılığını 
almadan öz sularından sərbəst istifadə edə bilməsin; 
2. Qonşu ölkələrin  əksəriyyəti ilə  İranın birbaşa dəniz 
sərhədi yaransın; 
3. Xəzərin hərbiləşdirilməsinə yol verilməsin; 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə