Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə16/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
61
xətt üzrə milli sektorlara bölünməsi” prinsipi cüzi dəyişik-
liklərlə öz əksini tapdı. Təxminən bir il sonra- 23 sentyabr 
2002-ci ildə prezident Heydər Əliyevin Moskvaya səfəri çərçi-
vəsində iki ölkə başçıları arasında imzalanan dövlətlərarası 
sazişin  əsasına da məhz bu prinsip qoyulmuşdur. Beləliklə, 
üçüncü mərhələdə Rusiyanın mövqeyində müşahidə olunan 
konstruktivlik faktiki olaraq “Xəzərin statusu” kimi ortaya 
atılmış, özündə ciddi geosiyasi təhlükə yükü daşıyan ziyanlı və 
süni problemi üç ölkə- Rusiya, Qazaxıstan və Azərbaycan 
üçün həll etdi. Az keçməmiş, 2003-cü il mayın 14-də Astanada 
Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin 
ora xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi 
istifadəsi” haqqında üçtərəfli saziş imzalandı  və  tərəflər, 
Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atdılar. 
Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi 
Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi isə Qazaxıstanın 
nəzarətində qaldı.  
Qeyd edək ki, orta xətt prinsipini qəbul etməyən digər 
hövzə dövlətlərinin-  İranın payı bu bölgü üzrə 13,8%, Türk-
mənistanınkı isə 18,4% təşkil edir. 
 Xəzərin statusu ilə bağlı imzalanmış üçtərəfli saziş, dəniz-
dəki qüvvələr nisbətini köklü şəkildə  dəyişdi və  hələ 1992-ci 
ildə yaranmış «geosiyasi bloklaşma» prosesinə Azərbaycanın 
xeyrinə müsbət təsir göstərərək, yeni geosiyasi vəziyyət yarat-
dı. Rusiya status məsələsində artıq İranla deyil, Azərbaycan və 
Qazaxıstanla ümumi dil tapmağa üstünlük verdi. Qeyd edək ki, 
Rusiyanın Xəzərin statusuna yanaşmasındakı  dəyişikliklər 
Moskvanın özündə  də birmənalı qarşılanmadı. Bir sıra 
şovinist-ekstremist və millətçi dairələr, erməni kökənli polito-
loqlar, millətçi cərəyan tərəfdarları, jirinovskilər və s. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
62 
Moskvanı “Xəzərdəki mövqelərini itirməkdə” günahlandıra-
raq, Putin hökumətinin siyasətinə qarçı ciddi etiraz nümayiş 
etdirməyə cəhd göstərdilər.  
Tədqiqatçıların fikrinə görə, Rusiyanın Xəzərlə bağlı möv-
qeyindəki dəyişikliyin bir sıra başqa səbəbləri var idi. 
 Əvvəla, Rusiya ilə sahilyanı postsovet ölkələri arasındakı 
ziddiyyətlər gücləndikcə, həmin dövlətlər Moskvanın təsir 
dairəsindən daha sürətlə uzaqlaşmaq kursunu seçərək, başqa 
dünya güclərinə üz tuturdu. Artıq bunun ilkin əlamətləri də göz 
önündə idi. 
 İkincisi, bir neçə il Qərbin bölgəyə  gəlişinin qarşısını 
ciddi-cəhdlə almağa çalışan Rusiya əks effektlə qarşılaşaraq, 
nəinki uğursuzluğa düçar olmuşdu, həm də, bölgənin neft-qaz 
ehtiyatlarının «bölüşdürülməsi» prosesindən kənarda qalmaq 
təhlükəsi ilə üzləşirdi.  
Bir sözlə, Rusiyanın Xəzər probleminə yanaşmasındakı 
dəyişikliklər daha çox obyektiv səbəblərlə bağlı idi. Lakin bu 
məsələdə Azərbaycanın tutduğu mövqeni də  tədqiqatçılar nə-
zərdən qaçırmırlar. Tam əminliklə söyləmək olar ki, Rusiyanın 
Xəzər siyasətindəki dəyişikliklərə Azərbaycanın bölgədə 
yeritdiyi birmənalı konstruktiv, ədalətli və beynəlxalq hüquqa 
söykənən prinsipial siyasətin təsiri olmuşdur. Tədqiqatçılar 
hesab edir ki, əvvəla, sahilyanı ölkələr arasında öz milli sek-
torundakı neft və qaz yataqlarında xarici tərəfdaşlarla işləməyə 
başlayan ilk ölkə  məhz Azərbaycan olmuşdur. Yalnız rəsmi 
Bakının bu təşəbbüsündən sonra Qazaxıstan, Türkmənistan və 
Rusiya da anoloji addımlar atmağa başlayırlar.  
İkincisi, 1994-cü ildə imzalanmış  «Əsrin müqaviləsi» 
Azərbaycanın Qərbdəki, Qərbin isə  Xəzər hövzəsindəki möv-
qelərini xeyli möhkəmləndirdi və  rəsmi Bakı Rusiya ilə  İranı 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
63
real geosiyasi vəziyyət qarşısında qoydu. Bu müqaviləni aqres-
siv qarşılayan Rusiya, sonda onu tanımağa və özü həmin 
müqavilələrdən bəhrələnməyə başladı. 
 Üçüncüsü, Xəzərin statusuna dair danışıqların getdiyi bir 
vaxtda- 1995-ci ildə Azərbaycanın yeni qəbul olunmuş Kons-
titusiyası ölkə  vətəndaşlarının iradəsinə söykənərək, Xəzərin 
ona aid hissəsini hüquqi cəhətdən “tam rəsmiləşdirdi və xarici 
şirkətlərə Xəzərdə tam milli təminat verdi”. Azərbaycan Kons-
titusiyasının 11-ci maddəsində deyilir ki, ölkənin daxili suları, 
Xəzərin ölkəyə  məxsus sektoru və bu ərazi üzərindəki hava 
məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. 
1995-ci ilin aprelində ABŞ prezidenti Bill Klinton Azər-
baycanın dövlət başçısı Heydər  Əliyevə  məktub göndərərək, 
Xəzərin sektorlara bölünməsi ilə bağlı bu ölkənin mövqeyini 
dəstəklədiyini bəyan edir. Bu addım rəsmi Bakının geosiyasi 
xəttinin digər sahilyanı ölkələrin siyasətini üstələməsinə dəlalət 
edən vacib məqam idi ki, bu da ümumən “status mübarizəsinə” 
təsirsiz ötüşmədi. Yaranmış əlverişli vəziyyətdən istifadə edən 
Azərbaycan dövləti Xəzərdəki sərhədlərini yeni Konstitusiyada 
əks etdirməklə öz milli sektoruna iddiasını tam rəsmiləşdirdi 
və beləliklə, danışıqlar zamanı  əlavə hüquqi üstünlüklər  əldə 
etdi. 
Üstəlik, bir vacib məqama da diqqət yetirmək lazımdır: 
rəsmi Bakının Xəzərin milli sektorlara bölünməsinə dair təşəb-
büsü Azərbaycanın hövzədəki mövqelərini daha da möhkəm-
ləndirir və digər sahilyanı dövlətlərlə müqayisədə, onun üçün 
daha əlverişli beynəlxalq geosiyasi dəstək vəd edirdi. Belə ki, 
bu cür bölgü zamanı sahilyanı ölkələr arasında dəqiq dəniz 
sərhədləri yaranırdı. Bu isə o demək idi ki, Rusiya avtomatik 
olaraq  İran və Türkmənistanla, Türkmənistan Rusiya ilə,  İran 
 
ƏL İ  H ƏS ƏNOV  
 
64 
Qazaxıstan və Rusiya ilə, Qazaxıstan isə  İranla ümumi dəniz 
sərhədlərini itirirdi. Yalnız Azərbaycan bütün sahilyanı ölkə-
lərlə ümumi sərhədə malik olurdu. 
Amma təbii ki, Azərbaycan, Qazaxıstan və Rusiyanın 
Xəzərin hüquqi statusuna dair üçtərəfli saziş imzalaması  və 
dənizin dibinin milli sektorlara bölünməsi ilə bağlı razılığa 
gəlməsi, ümumilikdə bu problemin tam həlli demək deyil. 
1995-ci ilin yanvar-fevralında Aşqabad, iyununda Tehran, 
sentyabrında Almatı, 1996-cı ilin mayında Tehran, noyabrında 
Aşqabad, 1997-ci ilin mayında Almatı, 1998-ci ilin dekabrında 
Moskva, sonrakı- 2010-cu ilə  qədərki dövrdə digər ölkələrin 
şəhərlərində Xəzərin statusu lə bağlı keçirilən konfranslarda bu 
“problem” hərtərəfli müzakirə olunsa da, yekun rəyə  gəlmək 
mümkün olmayıb. Buna görə  əsas məsuliyyət daşıyan ölkə-
lərdən biri və əsası İrandır. 
 Hazırda Rusiya son bir neçə il ərzində Xəzər hövzəsində 
itirdiyi mövqeləri geri qaytarmaq üçün sivil formada öz iqtisa-
di və siyasi aktivliyini xeyli artırıb. Üçüncü minilliyin başlan-
ğıcında dünyada və bölgədə yaranmış yeni geosiyasi və geo-
iqtisadi reallıqlar Moskvanın və Tehranın geostrateji maraqları 
baxımından arzuolunmaz istiqamətdə  cərəyan etsə  də, Barak 
Obamanın hakimiyyətə  gəlişindən sonra son illərdə ABŞ-n 
bölgədə öz fəaliyyətini nisbətən zəiflətməsi, geosiyasi və geo-
iqtisadi mövqelərini bir-birinin ardınca Rusiyaya güzəştə get-
məsi, bu ölkələrin Xəzər hövzəsindəki mövqe və davranışla-
rında da müvafiq dəyişikliklər yaradıb. Rusiya bölgədə itirdiyi 
geoiqtisadi təsir mexanizmlərini bərpa etmək məqsədilə  İran 
və Türkmənistanın Xəzərdəki fərqli davranışlarından, özünün 
bölgə üzərindəki hərbi-geostrateji üstünlüklərindən, Azərbay-


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə