Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə31/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   27   28   29   30   31   32   33   34   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
121
daxilindəki satış qiymətində  sərgilədiyi  ədalətsiz mövqeyi 
məcbur etmişdir. Türkiyənin Avropa ilə Xəzər regionu arasın-
dakı enerji əlaqələrində Rusiyanın maraqlarına cavab verən 
mövqe nümayiş etdirməsi, xarici siyasətdə öz üstün prioritetlə-
rinə baxmayaraq, Azərbaycanı yeni-yeni variantlar axtarmağa 
məcbur etmişdi.
92
 Lakin Türkiyə ilə Azərbaycan qazının Av-
ropa bazarlarına ixracına dair əldə olumuş son razılaşmalardan 
sonra bu marşrutlardan hər hansı birinəsə Azərbaycanın dəstək 
verəcəyi artıq şübhə doğurur. 
 Bölgənin əsas qaz ixrac edən ölkələrindən biri hesab olu-
nan İranın neft-qaz ixracı sistemi əsasən Fars körfəzi və Hör-
müz boğazı vasitəsi ilə  həyata keçirilir. Bundan başqa, bu 
ölkənin Türkiyə, Azərbaycan və Türkmənistanla birbaşa qaz 
ixrac kəmərləri mövcuddur. Hazırda,  İranın qaz ixrac etdiyi 
əsas ölkə Türkiyəyədir ( ildə 10 mlrd. kub metr bu ölkəyə qaz 
ixrac edilir).  
 
Digər dünya və region ölkələrinin neft-qaz ixracı 
maraqlarının xarakteristikası 
 
 Əsas ideya müəllifinin Azərbaycan olduğu, “Xəzər höv-
zəsinin zəngin karbohidrogen ehtiyatlarının Avropanın 
enerji bazarlarına alternativ ixracını  təmin edən yeni 
Transqafqaz neft-qaz marşrutu”  ideyası  Rusiya variantı 
hesab olunan “köhnə  kəmərləri qismən genişləndirmək və 
yenidən qurmaq yolu ilə ixracı ənənəvi marşrutlarala həya-
ta keçirmək”  ideyası  üzərində qalib gələrək reallığa çevri-
ləndən sonra, 1995-ci ildə Rusiya və  İran istisna olmaqla, bu 
                                                 
92
 Bax: Alexandros Petersen. Azərbaycanın Avroatlantik baxışları // 
Azərbaycan focus, .N2,. s.198-199. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
122 
işə aidiyyatı olan əksər dünya və region ölkələrinin razılığı ilə, 
əsas neft və qaz marşrutu kimi Qərb istiqamətində  Bakı-
Tbilisi-Ceyhan,  Bakı-Supsa  neft və  Bakı-Tbilisi-Ərzurum 
qaz kəməri variantının üzərində dayanıldı. (Bax: Xəritə 26) 
Həmin vaxtdan başlayaraq yeni kəmər və marşrutların region 
və dünya üçün kəsb etdiyi geoiqtisadi əhəmiyyət, enerji dəhliz-
lərinin marşrutları, dəhliz sisteminə daxil olan ölkələrin ərazi, 
əhali və geosiyasi xarakteristikası, Qara, Aralıq və Baltik 
dənizlərinə çıxış və yolların təhlükəsizlik ölçüləri və s. bu kimi 
məsələlər ətrafında həm bölgədə, həm də dünyada geosiyasi və 
geoiqtisadi diskussiyalar başlandı. Dünya geosiyasətşünasları 
bu layihələri region və dünya ölkələrinin, beynəlxalq transmilli 
aktorların neft-qaz ixracı maraqları  çərçivəsində  təhlil edir, 
yeni transmilli ixrac kəmərləinin və ölkələrin maraqlarının 
xarakteristikasını verməyə çalışırlar.  
Avrasiyanın zəngin karbohidrogen ehtiyatlarını  Qərblə 
bağlayan köhnə  və yeni alternativ enerji ixracı marşrutlarının 
hansının daha səmərəli, geosiyasi, geoiqtisadi, kommersiya, 
ekoloji və təhlükəsizlik baxımından daha əlverişli və səmərəli 
olması  məsələsi XX əsrin 90-cı illərinin ortalarından başlaya-
raq regional və dünya siyasətinin aparıcı mövzularından, 
Xəzər-Qara dəniz hövzəsi və  Cənubi Qafqazda reallaşdırıılan 
enerji geoiqtisadiyyatının əsas məsələlərindən biri kimi müza-
kirə olunur. Xəzəryanı və qeyri-Xəzəryanı dövlətlərin hər biri 
neft kəmərlərinin onun ərazisindən və yaxud, ona əlverişli olan 
ərazilərdən keçməsinə çalışır. Bu dövlətlər içərisində Azərbay-
can, Türkiyə, İran, Rusiya, Rumıniya, Bolqarıstan, Gürcüstan, 
Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ermənistan 
və digər region dövlətləri ilə bərabər, həm də ABŞ, Yaponiya, 
Çin və bir çox aparıcı Qərb dövlətlərinin maraqları diqqəti cəlb 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
123
edir. Mütəxəssislərin fikrinə görə, Xəzər hövzəsində Rusiya ilə 
Türkiyə,  İran və Türkiyə, ABŞ-  İranla münasibəti, Rusiyanın 
Qafqazda və Asiyada öz geosiyasi mövqelərini qoruyub 
saxlamaq istəyi, Gürcüstanın daxilində yaşanan proseslər, 
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, Türkiyə-
də kürd terrorizminin canlanması  və  s.  kimi  amillər də  həm 
neft kəmərləri layihələrinə  təsir edir, həm də bilavasitə bu 
layihələrlə bağlıdır. Məsələn, Rusiyanın ənənəvi neft kəmərləri 
marşrutlarına nəzarəti öz əlində saxlamaq cəhdi Çeçenistan 
münaqişəsinin siyasi vasitələrlə aradan qaldırılmasının uzan-
ması ucbatından xeyli çətinləşdi. Azərbaycan hökuməti və 
dünya neft şirkətləri Rusiya hüdudlarından yan keçən yeni 
ixrac kəmərlərinin çəkilməsi ideyasını gündəmə  gətirərək 
reallaşdırdılar.  
Tədqiqatçıların fikrincə, yalnız Rusiyanın geosiyasi və 
geoiqtisadi maraqlarına xidmət edən, bu ölkəylə bağlı səmərə-
siz köhnə kəmər və dəhlizlərin istifadəsinin davam etdirilməsi, 
yeni marşurutların çəkilməsi və istifadəsinə mane olmaq si-
yasəti, Azərbaycanla yanaşı digər region və dünya ölkələrinin 
də geosiyasi və geoiqtisadi tələblərinə cavab vermirdi. Bunu 
onlar bir neçə əsas amillə izah edirdilər.  
Əvvəla, Xəzər hövzəsi və Orta Asiyada qaz ehtiyatları ilə 
zəngin olan ölkələrin  əksəriyyəti həmin strateji enerji resur-
sunun çox cüzi bir qismini daxili istifadə üçün, qalan əksər 
hissəsini isə xarici ölkələrə satış məqsədilə istehsal edir. Odur 
ki, hasil edilən təbii qazın dünya bazarlarına çıxarılması, eti-
barlı  və  səmərəli ixrac boru kəmərlərinə malik olmaq, təh-
lükəsiz marşrutların seçilməsi və s. kimi geoiqtisadi məsələlər 
bu ölkələr üçün strateji əhəmiyyət, öz enerji təhlükəsizliyini bu 
bölgənin təbii qazı ilə bağlayan istehlakçılar üçünsə həyati və 
 
ƏL İ  H ƏS ƏNOV  
 
124 
transmilli planetar mahiyyət kəsb edir. Zəngin neft-qaz ehtiya-
tına malik olan hər bir Xəzər hövzəsi ölkəsi istəyir ki, öz məh-
sulunu sərbəst  şəkildə,  əlverişli və ucuz marşrutlarla, etibarlı 
kəmərlər vasitəsilə dünya bazarlarına çıxarsın və mövcud dün-
ya qiymətlərinə satsın. Eyni zamanda, bölgənin neft-qaz ehti-
yatlarından faydalanan əksər xarici dövlətlər və digər alıcılar 
da istəyir ki, bu məhsulu birinci əldən, heç bir kənar vasitəçi 
ilə  təmasa girmədən, sabit təminat  şərtilə daha ucuz qiymətə 
alsın. Hər iki tərəf həm də bu vəzifələri hər hansı  kənar sub-
yektlərin, öz məxsusi maraqları ilə seçilən ölkələrin təsirinə 
məruz qalmadan təmin etmək istəyirlər. Bu mənada, faktiki 
olaraq Orta Asiya və Xəzər hövzəsinin zəngin neft-qaz ehtiyat-
larını Avropa bazarları ilə birləşdirən alternativ kəmərlərinin 
mövcudluğu və onların çoxvariantlılığı, təkcə bölgənin enerji 
ixrac edən ölkələri üçün deyil, həm də bu məhsulları  əldə 
etmək istəyənlər üçün də həyati əhəmiyyət kəsb edir. Odur ki, 
tədqiqatçıların fikrinə görə, Xəzər hövzəsinin enerji məhsulla-
rının Qərbə ixracı ilə bağlı yuxarıda qeyd edilən variantlardan 
birincisi yalnız Rusiyanın geosiyasi və geoiqtisadi maraqlarını 
təmin edərək, digər region və dünya ölkələrinin geosiyasi və 
geoiqtisadi tələblərinə qətiyyən cavab vermirdi.  
 İkincisi, reallaşacağı təqdirdə Rusiya variantı bu ölkənin 
həm bölgənin enerji resursları, həm də digər Xəzərətrafı ölkə-
lərin dövlət müstəqilliyi üzərindəki  əvvəlki geosiyasi təsirini 
bir qədər də artırır və Avropa enerji bazarında hegemon möv-
qeyini ciddi şəkildə gücləndirirdi ki, bu da ABŞ  və  Qərb 
ölkələrini qətiyyən qane edə bilməzdi. Ümumiyyətlə, XXl əsr-
də Avropanın getdikcə artan enerji tələbatı çərçivəsində Rusi-
yanın  əvvəlki illərdə olduğu kimi Orta Asiya və  Xəzər re-
gionunun zəngin neft və qaz məhsullarına sahib olması, bu 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə