Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə39/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   35   36   37   38   39   40   41   42   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
153
metrlərinə  və geoiqtisadi əhəmiyyətinə görə Bakı-Tbilisi-
Ceyhan kimi əsas neft kəmərləri ilə müqayisə oluna bilər.  
Xəzər hövzəsindən Avropaya alternativ qaz ixracı kəməri-
nin də əsas təşəbbüskarı və ilk reallaşdıranı məhz Azərbaycan 
olmuşdur. Bu istiqamətdə reallaşdırılan ilk layihə, hazırda tam 
gücü ilə istismar olunan və regionun birinci ən böyük trans-
milli qaz ixracı  kəməri hesab olunan Bakı-Tbilisi-Ərzurum 
(BTƏ)  qaz kəməridir. Bu kəmər olduqca strateji əhəmiyyətli 
bir layihə olmaqla bərabər, həm də dünya ölkələrinə  gələcək 
strateji qaz ixracı  kəmərlərinin yeni-yeni alternativ marşurut-
larını müəyyən etməyə imkan yaratmışdır. Bu gün Avropanın 
Rusiyadan öz təbii qaz asılılığını azaltma taktikası və Xəzərin 
Azərbaycan-Türkmənistan sektorunda aşkarlanan yeni-yeni 
zəngin qaz yataqları fonunda BTƏ kimi ixrac kəmərlərinin 
aktuallığı və əhəmiyyəti getdikcə daha da artır. 
BTƏ qaz kəmərinin ilkin ideyası  “Şahdəniz” yatağından 
istehsal olunan Azərbaycan qazının Gürcüstan və Türkiyəyə, 
oradan da Avropa bazarlarına nəqlindən ibarət idi. Kəmərin 
uzunluğu 690 kilometrdir. Onun 442 km Azərbaycan, 248 km 
isə Gürcüstan ərazisinə düşür. İlkin ötürmə qabiliyyəti ildə 7-8 
mlrd. modernləşdirmədən sonrakı maksimal ötürücülük imkanı 
isə 20 mlrd. kub. metr olan bu kəmər 2006-cı ildə istismara 
verilib. Artıq 2007-ci ilin sonundan BTƏ  kəməri ilə ötürülən 
Azərbaycan qazı Gürcüstan və Türkiyə ilə yanaşı, həm də 
Türkiyə-İtaliya qaz sisteminin birləşməsi nəticəsində İtaliyaya 
ötürülməyə başlanıb. 
Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanın 1994-cü 
ildən başlayaraq həyata keçirdiyi çoxvariantlı transmilli neft-
qaz ixracı və yeni kəmər siyasətinin mühüm tərkib hissəsidir. 
Bu kəmər Xəzər-Qara dəniz hövzəsi və  Cənubi Qafqazın 
 
ƏL İ  H ƏS ƏNOV  
 
154 
geosiyasi, geoiqtisadi vəziyyətini Azərbaycanın xeyrinə bir 
qədər də dəyişib. Hazırda, Türkiyə, Gürcüstan və Azərbaycan 
dünya enerji şəbəkələrinin mərkəzləşmiş sisteminə daxil ola-
raq, onun həlledici vəsiləsinə cevrilib. BTƏ-nin mövcudluğu 
həm də Şərq-Qərb enerji dəhlizinin əhəmiyyətini xeyli artırıb. 
Amma təbii ki, onilliklər boyu regionun enerji ehtiyatla-
rına nəzarət etmiş Rusiya BTC-nin inşası zamanı olduğu kimi, 
Xəzər hövzəsini Qərbin qaz istehlakçıları ilə birləşdirən BTƏ 
kimi alternativ qaz xətlərinin inşasına da olduqca qısqanclıqla 
yanaşmışdır. Mütəxəssislərin fikrinə görə, Rusiya bununla həm 
xarici bazarlara sərbəst çıxışı olmayan Xəzərboyu ölkələrin 
təbii qazını əvvəlki ucuz qiymətlərlə almaq üstünlüyünü, həm 
də lazım gələndə bu faktordan təzyiq vasitəsi kimi istifadə 
etmək imkanlarını itirməkdən qorxurdu. BTƏ Rusiyanın qaz 
istehsalçılarını Avropa bazarındakı əvvəlki inhisarçı mövqelə-
rindən qismən məhrum etməli idi. Rusiya əvvəlki illərdə və in-
dinin özündə  də öz inhisarçı mövqeyindən istifadə edərək 
Xəzər regionunda istehsal olunan təbii qazı bazar qiymətlərin-
dən ucuz qiymətə alaraq, Avropa bazarlarında və MDB məka-
nında daha baha qiymətlərə satır. Təkcə bunu qeyd etmək 
kifayətdir ki, 2003-cü ildə Rusiya və Türkmənistan arasında 
demək olar ki, bütün türkmən qazının 2009-cu ilədək Rusiya 
tərəfindən daxili qiymətlərlə alınması ilə bağlı saziş imzalan-
mışdır. Eyni sözləri Qazaxıstan və Özbəkistan haqda da söylə-
mək olar: bu ölkələrin də qaz yataqlarında işləmək hüququ, bə-
zi məlumatlara görə, xarici ölkələrdən yalnız Rusiyaya məx-
susdur. 
Bakı-Tbilisi-Ərzurum kəmərinin çəkilişi ilə Xəzər hövzə-
sində başlamış alternativ qaz ixracı siyasəti, regionun zəngin 
qaz ehtiyatlarının daha sərbəst və  əlverişli yollarla Avropa 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
155
bazarlarına çıxarılması, göründüyü kimi, həm əvvəlki geoiqti-
sadi və geoisiyasi vəziyyəti xeyli dəyişmiş, neft ixracı sahə-
sində olduğu kimi, qaz istehsal və ixracı ilə məşğul olan bölgə 
ölkələrinə qismən də olsa, Rusiyanın nəzarətindən kənar ixrac 
marşrutundan istifadə etmək imkanı yaratmış, həm də Avro-
panın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynamasını 
hədəfləyən yeni-yeni kəmərlərin və transmilli layihələrin mey-
dana çıxmasına təkan vermişdir.  
 2008-ci ilin noyabrında Bakıda keçirilən IV Enerji Sam-
miti Xəzər hövzəsindən Avropaya alternativ enerji ixracı dəh-
lizlərinin yaradılmasının bütün dünyanın geosiyasi və geoiqti-
sadi maraqlarına uyğun olduğunu bir daha nümayiş etdirdi. 21 
ölkənin nümayəndələrinin və diplomatların, o cümlədən 6 
dövlətin prezidentinin qatıldığı Sammitdə  çıxış edən natiqlər 
birmənalı bəyan etdilər ki, inşası müzakirə olunan Cənub qaz 
ixracı  dəhlizi (o zaman söhbət  “Nabucco”  layihəsindən ge-
dirdi-  Ə.H.) Avropanın gələcək enerji təhlükəsizliyinin təmin 
olunmasında həyati  əhəmiyyət daşıyır və Avropa İttifaqı ilə 
Azərbaycan bu istiqamətdə sıx əməkdaşlıq etməlidir.
100
 
 Sammitdə  Cənub dəhlizi çərçivəsində  gələcək trans – 
Asiya-Avropa qaz layihəsinin reallaşmasında Azərbaycanın 
əsas söz sahibi olduğu bir daha aydınlaşdı. Prezident İlham 
Əliyev Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və Avropa 
ölkələrinin də geoiqtisadi maraqlarına cavab verən transmilli 
ixrac layihələrinə qiymət verərkən bildirdi ki, Azərbaycanda 
başlanmış enerji layihələri bu gün dünya ölkələri ilə daha geniş 
əməkdaşlıq üçün hərtərəfli imkanlar açır. Masa ətrafında Bakı-
Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Odessa-
                                                 
100
 Bax: “Azərbaycan” qəzeti, 15 noyabr  2008-ci il.  
 
ƏL İ  H ƏS ƏNOV  
 
156 
Brodı-Plotsk-Qdansk və “Nabucco” layihələrinin iştirakçıları 
və digər nümayəndələr toplaşıblar. Bu layihələrin hamısı mü-
hümdür və onların bir mənbəyi var - Xəzər dənizi, daha dəqiq 
desək, Azərbaycan”.
101
  
Bakı Sammitin yekunlarına dair qəbul olunmuş Birgə 
Bəyannamədə qeyd edilmişdir ki, Sammit iştirakçıları enerji 
resurslarının hasilatçı, tranzit və istehlakçı ölkələr arasında 
qarşılıqlı surətdə faydalı  əməkdaşlığın möhkəmlənməsinə  və 
genişlənməsinə, enerji sahəsində regional investisiya layihələ-
rinin həyata keçirilməsi üçün zəruri əlverişli şərait yaradılma-
sına tərəfdar olduğunu təsdiq edirlər. 
102
 
Bəyannamədə Azərbaycanın Xəzər hövzəsindən hasil edi-
lən neftin və qazın dünya və Avropa bazarlarına çatdırılması 
yollarının  şaxələndirilməsinə yönəlmiş siyasətinin dəstəklən-
məsinin vacibliyi vurğulanmış, iştirakçı dövlətlərin tələbatını 
daha dolğun təmin etmək məqsədilə Azərbaycan qazının Avro-
pa bazarlarına nəqli və tranziti üçün çoxvariantlı qaz ixracı 
infrastruktlarının yaradılması layihələri bəyənilmişdir. 
Cənub qaz ixracı dəhlizinin reallaşdırılması istiqamətində 
növbəti mühüm addım 2009-cu ilin yanvarında Macarıstanın 
paytaxtı Budapeşt şəhərində keçirilmiş enerji Sammitində atıl-
mışdır. Bu sammitdə  çıxış edən Azərbaycan Prezidenti İlham 
Əliyev ölkəsinin Avropanın enerji təhlükəsizliyi məsələsində 
mühüm rol oynadığını, Azərbaycan etibarlı  tərəfdaş ölkə 
olduğunu və öz təbii sərvətlərini Xəzər hövzəsindən Avropaya 
nəql etdiyini bildirmişdir. Azərbaycanın alternativ qaz ixracı 
layihələrini həmişə dəstəklədiyini bildirən dövlət başçısı qeyd 
etmişdir ki, bu dəstək gələcəkdə  də davam edəcək: “Bakıda 
                                                 
101
 Yenə orada 
102
 Yenə orada 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə