Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə37/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
145
bazarlarına çıxarılması istiqamətində istifadə edilən ikinci əsas 
kəmər Qərb İxrac kəməri adlandırılan- Bakı-Supsa marşrutu-
dur. Bu kəmər Azərbaycanın ilkin neftinin Gürcüstanın Qara 
dəniz limanlarına nəql olunmasını  hədəfləyən və Bakı-Novo-
rossiysk kəmərinə alternativ hesab olunan marşrutdur. 
98
  
İllik buraxılış gücü maksimum 10 mln. ton, uzunluğu 
təxminən 900 km. dəyəri 565 milyon ABŞ dolları olan Bakı-
Supsa kəməri Avropa İttifaqının Trans-Avrasiya (TRACECA) 
“İpək yolu layihəsi” nin Azərbaycan və Gürcüstanı birləşdirən 
ilk geoiqtisadi transmilli layihəsi hesab olunur. Kəmərlə 
hazırda  əsasən Qazaxıstan və bir qədər də Azərbaycan nefti 
Gürcüstanın Qara dəniz limanı olan Supsaya, oradan da tanker-
lərlə Türkiyə, Ukrayna və  Şərqi Avropa bazarlarına- Frakiya 
(Türkiyə), Burqas (Bolqarıstan) Odessa (Ukrayna) və s. da-
şınır. Son zamanlar kəmərin davamı kimi Qara dənizin dibi ilə 
Ukraynaya, Rumıniya və Bolqarıstana yeni ixrac kəmərinin 
çəkilməsi ətrafında danışıqlar aparılır. 
Azərbaycan Bakı-Supsa neft kəmərini yenidən bərpa 
edərək istismara buraxmaqla öz neft ixracını müəyyən mənada 
Rusiyanın geosiyasi təsir dairəsindən xilas etdi və “Əsrin mü-
qaviləsi” çərçivəsində istehsal ediləcək  əsas neftin hasilatına 
qədər öz ilkin neftini bu kəmər vasitəsi ilə ixrac etmək imkanı 
qazandı. 
                                                 
98
  Kəmər  SSRİ vaxtında tikilmiş  və Azərbaycanı neft məhsullarının Cənubi 
Qafqaz və Qara dəniz  ətrafı SSRİ respublikalarına çıxarılması  məqsədilə 
istifadə edilmişdir. Sonrakı dövrdə  bəzi səbəblərdən bu kəmərin fəaliyyəti 
dayandırılmış və demək olar ki, istifadəsiz vəziyyətə salınmışdır. Müstəqillik 
illərində, xüsusən 1994-cü ildən bu kəmərə yenidən ehtiyac yarandı  və 
Azərbaycanın təşəbbüsü ilə ilkin neftin ixracını reallaşdırmaq məqsədilə onun 
yenidən qurulmasına başlanıldı. Kəmər bir necə il müddətinə tam restavrasiya 
olunaraq işə salındı. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
146 
Bakı-Supsa xəttinin geosiyasi nəticələrindən bir də Gür-
cüstanın və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlən-
məsinə, Gürcüstanla Azərbaycan və Türkiyə arasında strateji 
tərəfdaşlıq münasibətlərinin yaranması və inkişaf etdirilməsinə 
imkan yaratması oldu. Azərbaycanın strateji enerji daşıyıcıları-
nın dünya bazarına etibarlı ixracını təmin edən və Xəzər höv-
zəsinin geosiyasi vəziyyətini, dünyanın enerji siyasətini büsbü-
tün dəyişən əsas marşrut isə, “Əsrin müqaviləsi” çərçivəsində 
planlaşdırılan, 1999-cu ildə tikintisinə beynəlxalq sanksiya 
verilən və 2005-ci ildə istismara verilən Bakı-Tbilisi-Ceyhanın 
(BTC) əsas neft ixracı kəməri oldu. Xəzər hövzəsinin, xüsusən 
də  dənizin Azərbaycan sektorundakı  əsas neft məhsullarının 
dünya bazarlarına çıxarılması  məqsədi ilə tikilən bu böyük 
transmilli neft kəmərinin  əsas təşəbbüskarı, 1994-cü ildə 
dünyanın  ən qabaqcıl neft şirkətləri ilə  Xəzərin Azərbaycan 
sektorunda birgə neft və qaz çıxarılması ilə bağlı  “Əsrin mü-
qaviləsi adlanan neft kontraktları imzalayan Azərbaycan olmuş, 
sonrakı dövrdə onu ABŞ, Türkiyə, Qazaxıstan, Gürcüstan, 
Avropa İttifaqı ölkələri dəstəkləmiş və çox ciddi səylərin nəticəsi 
olaraq onun tikintisinə beynəlxalq sanksiya verilmişdir. 
BTC-nin çəkilişi başa çatana qədər onun ətrafında qızğın 
geosiyasi və geoiqtisadi diskussiyalar və dövlətlərarası danı-
şıqlar aparılmışdır. Yeni kəmərin ideyası ortaya çıxandan sonra 
onun keçəcəyi marşrutlarla (marşrutun əhatə edəcəyi ölkələrin 
əraziləri) bağlı bir çox layihələr və ideyalar irəli sürülmüş, 
lakin əsas iqtisadi, geosiyasi və geostrateji göstəricilər və amil-
lərə görə Bakı-Tbilisi-Ceyhan layihəsi seçilmişdir. 
BTC ideyası ilk dəfə 1993-cü ildə Azərbaycan və Türkiyə 
arasında bağlanmış dövlətlərarası müqavilə ilə  rəsmi  şəkildə 
irəli sürülmüşdür. Təxminən, ildə 50 mln. ton buraxılış gücünə 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
147
hesablanmış, 1920 km. ümumi uzunluğu olan bu kəmərin son-
rakı  dəstəklənməsi 1998-ci ildə Azərbaycan, Türkiyə  və Gür-
cüstan prezidentlərinin Türkiyənin Samsun şəhərində imzala-
dıqları birgə  bəyanatda öz əksini tapmışdır. Bunun ardınca 
1998-ci ilin oktyabrında Azərbaycan, Türkiyə, Qazaxıstan, 
Gürcüstan, Özbəkistan prezidentləri və ABŞ-ın enerji naziri bu 
kəmərin dəstəklənməsi ilə bağlı növbəti sənədə - “Ankara dek-
larasiyası”na imza qoyurlar. Nəhayət, 1999-cu ildə - ATƏT-in 
İstanbul Sammitində BTC-nin çəkilişinin başlanması haqqında 
Azərbaycan, Türkiyə, Gürcüstan və ABŞ prezidentlərinin yu-
xarıda bəhs olunan hökumətlərarası sazişi imzalaması ilə bu 
ideyanın reallaşmasına beynəlxalq sanksiya verilir.  
BTC-nin inşası Orta Asiya və  Xəzər hövzəsinin, Cənubi 
Qafqazın və bütövlükdə Avrasiya bölgəsinin geosiyasi və geo-
iqtisadi vəziyyətini ciddi şəkildə  dəyişdi, regionun neft məh-
sullarını, Qərbinsə enerji ehtiyaclarının ödənilməsini və  təh-
lükəsiz təminatını qismən də olsa rusların geosiyasi təsirindən 
və asılılığından xilas etdi. 
Azərbaycan illərdən bəri öz neftini və qazını xarici bazar-
lara sərbəst çıxarmaq arzusu ilə yaşayırdı. BTC bu arzunu, 
əsasən, təmin etdi və bu ölkənin gələcək geosiyasi, geoiqtisadi 
və geostrateji inkişafını Rusiyanın təsirindən azad etdi. 
BTC Azərbaycanla yanaşı, Gürcüstanın və Türkiyənin də 
gələcək geosiyasi və strateji inkişafında çox mühüm rol oy-
nadı. Kəmərlər ideyasına beynəlxalq sanksiya verilməsi və bu 
ölkələrin marşrut üzrə  “əsas tranzit dövlət” seçilməsi, nəinki 
təkcə onların enerji təhlükəsizliyinə ciddi təsir göstərmiş, həm-
çinin daxili siyasi və iqtisadi həyatlarını yaxşılaşdırmış, onlara 
ciddi iqtisadi, siyasi dividentlər və beynəlxalq önəm qazandır-
mışdır. BTC, xüsusən, Gürcüstanı ciddi iqtisadi və daxili 
 
ƏL İ  H ƏS ƏNOV  
 
148 
ictimai-siyasi böhrandan xilas etmiş, bu ölkəyə dünyada “eti-
barlı partnyor” imici qazandırmış  və onun milli inkişafı ilə 
bağlı bütün bədbin proqnozları aradan qaldırmış, ölkənin gələ-
cək geosiyasi və geoiqtisadi inkişafına dair aydın, real və nik-
bin ictimai ovqat yaratmışdır. 
BTC həm də neçə illərdir ki, Azərbaycan kimi Rusiyanın 
geosiyasi təzyiqləri ilə üzləşən, öz neftinin ixrac taleyini bü-
tövlükdə bu ölkənin iradəsindən asılı vəziyyətə salan Qazaxıs-
tan və Türkmənistan üçün də alternativ ixrac imkanları yaratdı. 
BTC-nin fəaliyyətə başlamasından sonra bu ölkələrin rəsmi 
dairələri ciddi geoiqtisadi mexanizm əldə edərək, Rusiya qarşı-
sında getdikcə daha cəsarətli davranış nümayiş etdirməyə 
başlayır. 
Əsas ixrac kəmərinin aktuallığı ilk növbədə onun Rusiya 
marşrutuna alternativliyi, geosiyasi müstəqilliyi və heç bir kə-
nar təsirdən asılı olmamasında idi. Bundan başqa, həm Bakı-
Novorossiysk, həm də Bakı-Supsa kəmərlərinin buraxılış gü-
cünün nə Azərbaycanın getdikcə artan ehtiyaclarını, nə  də ki, 
gələcəkdə Orta Asiya ölkələrindən ixrac olunan neftin daşın-
masını təmin edə bilməyəcəyi də bütün mütəxəssislərə məlum 
idi. Beləliklə, göründüyü kimi BTC-nin işə düşməsi və Xəzər 
hövzəsi ölkələrinin dünya enerji bazarlarına müstəqil bir aktor 
kimi ayaq açması  həm bölgənin geoiqtisadi durumunu, yerli 
ölkələrin milli maraq dairəsini və ona uyğun da geosiyasi dav-
ranışını, həm də Avropa enerji təhlükəsizliyinin geosiyasi 
xarakteristikasını ciddi şəkildə dəyişdi. 
BTC istifadəyə veriləndən sonra, Rusiyanın geosiyasət 
tədqiqatçıları A. Duqin və başqaları yazırdı ki, bəs Rusiya 
Xəzərlə Qara dəniz arasındakı çox əhəmiyyətli “geosiyasi açar 
məkanı” Türkiyəyə  və  Qərbə uduzaraq, dünyanın yeni enerji 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə