Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə46/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   42   43   44   45   46   47   48   49   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
181
4.  Daşıma tariflərinin Rusiyanınkından 1,9 dəfə  aşağı 
olması; 
5.  Daşıma məsafəsinin və daşıma müddətini Rusiya 
marşrutundun iki dəfə aşağı olması; 
6.  Qara dəniz limanlarının və İstanbul şəhərinin həddən 
artıq yüklənməsinin və ekoloji təhlükələrin qarşısını 
alması və s. ibarətdir. 
Avropa- Qa
fqaz
-Asiya  ölkələri arasında daha əlverişli av-
tomobil, dəniz və dəmir yolu nəqliyyatı vasitəsi ilə tranzit yük-
lərin daşınmasını  təmin edən TRACECA  layihəsi Avropa ilə 
Asiya arasında nəqliyyat yolunu qısaltmaqla, üzv ölkələrə  və 
transmilli  şirkətlərə külli miqdarda vəsaitə  qənaət etmək im-
kanı yaradır. 
 Bu gün Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin 
həcmi 2 trilyon dolları ötür, nəqliyyat xərcləri isə ildə 200 mil-
yard dollara çatır. Nəzərə alsaq ki, TRACECA layihəsi çərçi-
vəsində malların daşınması, hazırda Avropa ilə Cənubi Asiyanı 
birləşdirən Süveyş kanalından 20 gün tez başa gəlir, onda yaxın 
gələcəkdə Azərbaycan və Gürcüstanın dünyanın  əsas tranzit 
ölkələrinə çevriləcəyini proqnozlaşdırmaq heç də çətin deyil. 
2009-cu ildən Avropa Komissiyası TRACECA proqramı 
çərçivəsində yeni üç layihənin reallaşdırılmasına başlayıb. 
Bunlardan birincisi “Qərbi MDB və Qafqaz ölkələri üçün 
beynəlxalq logistika mərkəzləri” layihəsidir. Bu layihənin əsas 
vəzifəsi logistika imkanlarının,  şəbəkələrin və multimodal 
nəqliyyatın qarşılıqlı  fəaliyyətinin təkmilləşdirilməsi yolu ilə 
beynəlxalq ticarət və malların TRACECA dəhlizi ilə  hərəkə-
tinə yardım etməkdir. Layihə çərçivəsində TRACECA dəhlizi 
üzrə logistika mərkəzləri  şəbəkəsinin yaradılmasını  nəzərdə 
tutan maliyyə, texniki, ekoloji və institusional şəraitin yaradıl-
 
ƏL İ  H ƏS ƏNOV  
 
182 
ması, tədqiqatların aparılması planlaşdırılır. Bu layihə Azərbay-
can, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanı birbaşa, 
Bolqarıstan, Rumıniya və Türkiyəni isə bilavasitə əhatə edəcək.  
Bundan əlavə, “TRACECA ölkələrində aviasiya sahəsində 
ictimai və texniki təhlükəsizlik” layihəsinin gerçəkləşdirilmə-
sinə başlanılıb. Reallaşma müddəti 24 ay olan bu layihə Azər-
baycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qır-
ğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkiyə, Ukrayna və 
Özbəkistanı əhatə edəcək. Layihədə məqsəd Avropa İttifaqı ilə 
qonşu ölkələrdə, həmçinin Mərkəzi Asiya ölkələrində mülki 
aviasiya sahəsində beynəlxalq və Avropa standartlarına uyğun 
hava nəqliyyatının ictimai və texniki təhlükəsizliyinin tək-
milləşdirilməsidir.  
Nəhayət, reallaşdırılmasına başlanılan üçüncü layihə “Qara 
və  Xəzər dənizlərində  dəniz magistralları” layihəsidir. Beş 
ölkəni - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və 
Ukraynanı əhatə edən layihədə məqsəd Qara və Xəzər dənizlə-
rində qarşılıqlı fəaliyyət şəbəkəsinin təkmilləşdirilməsi və mul-
timodal nəqliyyat yolu ilə Avropa-Qara dəniz regionu - 
Qafqaz-Mərkəzi Asiya dəhlizində ticarətə  və  nəqliyyata yar-
dımın göstərilməsidir. Layihənin  əsas vəzifəsi Qara dəniz və 
Xəzər dənizinin qonşu ölkələrini Avropa İttifaqının genişlən-
miş ərazisi ilə birləşdirən “Dəniz magistralları” konsepsiyasına 
uyğun  əlverişli intermodal yük nəqliyyatına təsir və  dəstək 
göstərməkdən ibarətdir. Layihə başlıca olaraq, TRANSAV-
RASİYA (Bax: Xəritə 26)  
Kontinental nəqliyyat-kommunikasiya marşurutu üzrə 
dəmiryolu, avtomobil və eləcə də İliçiyevck-Odessa-Poti-Bakı-
Aktau marşrutunu istifadə etməklə birgə daxili su nəqliyyatı 
sisteminin yaradılması və inkişafını nəzərdə tutur. 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
183
Həyata keçirilən transmilli nəqliyyat-kommunikasiya siya-
səti nəticəsində hazırda bölgənin bütün nəqliyyat-kommunika-
siya xətləri SSRİ dövründə olduğu kimi bir mərkəzə  məxsus 
deyil, yaxud bir ölkənin təsirində deyil, regionlararası, dövlət-
lərarası nəqliyyat şaxəsinə çevrilmişdir. Son zamanlar, bu xətt 
üzrə Orta Asiya və  Xəzər hövzəsinin zəngin karbohidrogen 
ehtiyatlarını dünya bazarlarına daşınması prosesini asanlaşdı-
ran alternativ neft-qaz layihələrinin işə düşməsi də ciddi trans-
milli mahiyyət kəsb edərək, dünya geosiyasətinin və geoiqti-
sadiyyatının mərkəzi məsələlərindən birini həll etmişdir.  
Hazırda Qərb və Şərq ölkələri bir-biri ilə iqtisadi əlaqələrini 
müstəqil və daha əlverişli yollarla, iqtisadi cəhətdən daha səmə-
rəli hesab olunan marşrut və vasitələr ilə reallaşdırmaq üçün geo-
siyasi və geoiqtisadi cəhətdən azad olan nəqliyyat-kommuni-
kasiya dəhlizlərini seçirlər. Son zamanlar bu istiqamətdə reallaş-
dıran nəqliyyat-kommunikasiya layihələri TRANSAVRASİYA 
və onun tərkib hissəsi olan TRANSQAFQAZ nəqliyyat-kom-
munikasiya marşrutları vasitəsilə reallaşdırılır ki, bu da Xəzər və 
Qara dəniz hövzəsində yerləşən Cənubi Qafqazın, o cümlədən
Xəzərlə  Cənub-Şərqi Asiya arasında yerləşən Orta Asiya ərazi-
lərinin (Bax: Xətitə 29) dünyanın  ən  əhəmiyyətli geosiyasi 
məkanları sırasına daxil edilməsini şərtləndirir.  
Orta Asiya və Xəzər hövzəsinin nəqliyyat-kommunikasiya 
dəhlizləri bir neçə  əlaqəli sahənin inkişafı ilə bağlıdır. Bu ilk 
növbədə, bu istiqamətdə  fəaliyyət göstərən, çəkilməkdə olan 
və planlaşdırılan dəniz yolları, dəniz nəqliyyatı  və limanları, 
dəmir yolu daşımalarını  təmin edən yollar və  nəqliyyat vasi-
tələri, avtomobil yolları  və quru əlaqələri sistemlərindən 
ibarətdir.  
 
ƏL İ  H ƏS ƏNOV  
 
184 
Üçüncü minilliyin ilk on ilində qlobal dünyanın geoiqti-
sadi tələblərini təmin etmək məqsədi ilə, qitələrarası yükdaşı-
manın yeni-yeni formalarının tapılması və effektiv təşkili mə-
sələsi bu bölgədə də xüsusi önəm daşımaqdadır. Bu məqsədlə
Orta Asiya və  Xəzər hövzəsinin müxtəlif nəqliyyat vasitələ-
rinin – avtomobil, dəniz, çay nəqliyyatı və dəmir yolu imkan-
larının birləşdirilməsi intermodal nəqliyyat sisteminin yaradıl-
ması, yeni minilliyin getdikcə aktuallaşan əsas məsələlərindən 
birinə çevrilməkdədir.
118
  
Mütəxəssislərin fikrincə, müasir dünyada beynəlxalq yük-
daşımalar sahəsində ən effektli və rəqabətədavamlı sistemi “öz 
daxili və dövlətlərarası  nəqliyyat sistemini intermodal idarə-
çilik  əsasında quran, yükdaşımaları 20-30% ucuz və vaxt ba-
xımından daha effektli təşkil edən ölkələr və yaxud ölkələr 
qrupu” yarada bilər. Məsələn, Avropa İttifaqı və Cənubi Şərqi 
Asiya ölkələri hazırda bu sistemlə işləyir. O ölkələr ki, hələ də 
ayrı-ayrı  nəqliyyat sahələrinin məxsusi maraqları  və sahə 
prinsipləri çərçivəsində çalışırlar, (məsələn Rusiya) orada 
daşımalar həm baha, həm də effektsiz təmin olunur.  
                                                 
118
  İntermodal nəqliyyat sisteminin yaradılması ideyası ilk dəfə, Avropa 
İttifaqına irəli sürülmüş  və 1994-cü ildə Yunanıstanın Krit adasında birliyin 
nəqliyyat nazirlərinin toplantısında müzakirə olunaraq qəbul edilmişdir. 
PanAvropa intermodal nəqliyyat sistemi adlandırılan  bu tədbirdə  gələcəkdə 
birlik ölkələri  ərazisindən keçən bütün nəqliyyat vasitələrinin fəaliyyətinin 
vahid idarəçilik sisteminin yaradılması və ən optimal marşrutlarının müəyyən 
edilməsi məqsədi ilə xüsusi bir işçi orqan da yaradılmışdır. 
İntermodal nəqliyyat sisteminə görə, marşrutların və daşıma sistemlərinin 
müəyyən olunması xüsusi innovativ məlumatlar və coğrafi imkanları  nəzərə 
almaqla, yük daşıma məntəqələri arasında  ən qısa və effektiv yolları, mar-
şrutları və vasitələri müəyyən etməli, marşrutlar üzrə bütün nəqliyyat imkanla-
rını səfərbər etməklə, vahid tarif və gömrük rejimi yaratmalı, vahid mərkəzdən 
bütün təşkilati məsələləri həll edərək yükləri vaxtında məntəqələrə çatdır-
maqdır.
 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə