Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə42/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   38   39   40   41   42   43   44   45   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
165
yaxın gələcəkdə böyük həcmdə qaz ixracatçısına çevrilmə 
ehtimalı Bakıda Cənub dəhlizi üzrə TANAP və TAP transmilli 
qaz ixracı  kəmərlərinin təməlqoyma mərasimindən sonra tam 
reallığa çevrilmişdir.
108
 
 Tədqiqatçıların fikrinə görə, Xəzər hövzəsinin qaz və 
enerji geoiqtisadiyyatında mühüm rol oynayan və Cənub dəh-
lizinin uğurla işə düşməsinin əsas qarantlarından biri kimi çıxış 
edə biləcək layihələrdən biri də dünya mətbuatında geniş 
müzakirə  hədəfinə çevrilmiş  Transxəzər qaz kəməri  layi-
həsidir.
109
  
Xəzər və Cənubi Qafqazda baş verən son illərin geosiyasi 
hadisələri, müasir dövrdə dünyada və bölgədə müşahidə olu-
nan yeni geosiyasi, geoiqtisadi reallıqlar və tendensiyalar onu 
sübut edir ki, Azərbaycan, Xəzər hövzəsinin Türkmənistan, 
Qazaxıstan və s. kimi zəngin qaz ölkələri, Avropa İttifaqı döv-
lətləri və digər maraqlı dairələr yeni-yeni qaz ixracı marşrutları 
və  kəmərlərinin çəkilməsinə, Avropa xammal bazarları ilə 
Xəzər hövzəsini birləşdirən etibarlı marşrutların yaradılmasına 
bundan sonra da xüsusi diqqət ayırmalıdırlar.
110
  
Göründüyü kimi, ixrac marşrutlarının bundan sonra da 
şaxələndirilməsi və çoxvariantlılıq kursu hazırda Avropa enerji 
bazarında ciddi inhisarçı mövqeyə malik olan Rusiyadan 
başqa, bütün qaz ixrac və idxal edən ölkələrinin maraqlarına 
cavab verir. Rusiyanın öz inhisarçı mövqeyindən sui-istifadə 
edərək tez-tez yerli, region və Avropa ölkələrini qiymət 
                                                 
108
 Bax: “Kaspi” qəzeti, 24 sentyabr 2014-cü il, s.4. 
109
  Xəzərin dibi ilə Qazaxıstandan və Türkmənistandan Bakıya qədər 
çəkiləcək, təxminən 200 km. uzunluğu olan qaz kəmərindən söhbət gedir 
110
 Bax: Həsənov  Ə.M. Heydər  Əliyevin geosiyasi təlimi: XXl əsrdə Azər-
baycanın əsas geosiyasi vəzifələri və perspektivləri // “Geostrategiya” jurnalı, 
Bakı, aprel 2011, s.15-18. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
166 
siyasəti ilə  sınağa çəkməsi, onlara bu və ya digər geosiyasi, 
geoiqtisadi təzyiqlər göstərməsi həmin ölkələri özünə daha 
etibarlı və səmərəli enerji mənbələri axtarmağa sövq etmişdir. 
Digər tərəfdən, Azərbaycanın bölgədə reallaşdırdığı alternativ 
enerji siyasəti həmin ölkələrə daha əlverişli şərait yaratmış və 
etibarlı, səmərəli, bərabərhüquqlu tərəfdaşlıq imkanı qazan-
dırmışdır. Nəticədə, bu ölkələr getdikcə Rusiyanın enerji təsi-
rindən çıxaraq, öz təhlükəsizliyini təmin etmək üçün Azərbay-
cana, Türkmənistana və s. ölkələrə üz tutmağa məcbur 
olmuşlar. 
Son beş ildə Rusiyanın Gürcüstan, Ukrayna, Belarus, 
Moldova, Baltikyanı respublikalar, bəzi  şərqi Avropa dövlət-
ləri ilə münasibətində müşahidə olunan ziddiyyətli və qeyri-
sabit vəziyyət Azərbaycanın postsovet enerji bazarına daxil 
olmasına  əlverişli  şərait yaratmışdır. Mütəxəssislər Azərbay-
canın bu istiqamətdə reallaşdırdığı enerji və dəhliz siyasətinin 
perspektivlərini yüksək qiymətləndirir, bunun gələcəkdə  həm 
də Türkmənistan, Qazaxıstan kimi dünya bazarlarına sərbəst 
çıxış imkanları  məhdud olan ölkələrin geoiqtisadi vəziyyətinə 
müsbət təsir göstərəcəyini proqnozlaşdırırlar. Məsələ bura-
sındadır ki, son zamanlar Azərbaycanın bölgədə  və dünyada 
qazandığı “etibarlı iqtisadi və enerji tərəfdaşı” imici, həyata 
keçirdiyi enerji ixracının şaxələndirilməsi siyasəti, bəhs olunan 
ölkələrin də mövqeyinə müsbət təsir göstərmiş, onların Rusiya-
nın geosiyasi təzyiqlərindən xilas olaraq öz enerji təhlükə-
sizliyini daha etibarlı  şəkildə  təmin etmək istəyini artırmış  və 
bu dövlətlərin üzünü Xəzərin Cənub sahillərinə çevirmişdir. 
 Hazırda bir tərəfdən  Şərqi Avropa ölkələri, Ukrayna, 
Belarus, Baltikyanı dövlətlər Azərbaycan neftinin və qazının 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
167
Gürcüstan  ərazisindən keçməklə müxtəlif vasitələrlə (kəmər-
lərlə, sıxılaraq tankerlərlə və s.) Ukrayna, Rumıniya və Bolqa-
rıstan  ərazisinə daşınması, oradan da köhnə  Odessa-Brodı-
Qdansk  kimi mövcud neft-qaz kəmərləri vasitəsi ilə  həmin 
ölkələrinin enerji ehtiyaclarının təmin olunmasına yönəldil-
məsi, digər tərəfdənsə Türkmənistan və Qazaxıstandanda fəa-
liyyət göstərən neft-qaz şirkətləri, bu dövlətlərin rəsmi dairələri 
Azərbaycanın mövcud ixrac yolları və vasitələrindən bəhrələn-
mək istiqamətində ciddi iş aparırlar.  
 Bu gün Azərbaycanın Avropanın nəqliyyat-kommunika-
siya, yükdaşıma sahəsində olduğu kimi, enerji ixracı və enerji 
təhlükəsizliyində  də mühüm rol oynadığı hamı  tərəfindən 
birmənalı etiraf olunur. Azərbaycan dövlətinin neft-qaz kəmər-
lərini  şaxələndirməsi siyasəti təkcə ölkənin məxsusi enerji 
təhlükəsizliyinə xidmət etmir, eyni zamanda bölgədə transmilli 
enerji ixracının daha səmərəli və  məqsədyönlü təşkilinə  və 
regional  əməkdaşlığın möhkəmlənməsinə  əhəmiyyətli təsir 
göstərir, dünyada enerji ehtiyatlarının hasilatçı, istehlakçısı və 
tranzit ölkələrinin qarşılıqlı-faydalı maraqlarını  təmin edir. 
Xəzər hövzəsindən neftin və qazın dünya bazarlarına çatdırıl-
ması yollarının şaxələndirilməsi, öz enerji təhlükəsizliyini böl-
gənin zəngin karbohidrogen ehtiyatları ilə bağlayan ABŞ  və 
Qərb dövlətlərinin də geosiyasi maraqlarına tam cavab verir. 
Onlar Xəzəri Avropa bazarları, Qara, Aralıq və Baltik dənizləri 
ilə birləşdirən və Nabukko da daxil olmaqla, Gürcüstan, 
Türkiyə, Rumıniya, Bolqarıstan və s. kimi etibarlı, qeyri-asılı 
tranzit ölkələrinin ərazisi ilə yeni-yeni neft və qaz ixracı marş-
rutlarının yaradılması  səylərini, alternativ neft-qaz kəmərləri 
ideyasını və təşəbbüslərini dəstəkləyirlər.  
 
ƏL İ  H ƏS ƏNOV  
 
168 
Azərbaycan hazırda regionda heç bir ölkədən ciddi enerji, 
nəqliyyat-kommunikasiya və s. geosiyasi asılılığı olmayan, öz 
tələbatını tam müstəqil şəkildə ödəməyə qadir ölkə kimi çıxış 
edir. Artıq həm region ölkələri, həm də fövqəldövlətlər “Azər-
baycanın iştirakı olmadan regionda hər hansı transmilli enerji, 
dəhliz və nəqliyyat-kommunikasiya layihəsinin gerçəkləşdiril-
məsi imkanına” şübhə ilə yanaşırlar. Onun iştirakı ilə yeni-yeni 
enerji layihələrinin həyata keçirilməsini hədəfləyən regional və 
beynəlxalq təşəbbüslərin sayı getdikcə artır.  
 Belə təşəbbüslərdən biri, 2007-ci ilin may ayında Krakov 
şəhərində baş tutmuşdur. Həmin şəhərdə təşkil olunmuş enerji 
Sammitində Azərbaycanın iştirakı ilə Avropanın enerji təhlü-
kəsizliyinin təminatı  məsələsinin bu qitə üçün getdikcə daha 
qlobal səciyyə daşıdığı, mühüm geosiyasi reallıqlarla  şərtlən-
diyi növbəti dəfə  təsdiqləmişdir. Polşa, Azərbaycan, Gürcüs-
tan, Litva və Ukrayna prezidentlərinin, eləcə  də Qazaxıstanın 
dövlət nümayəndələrinin iştirak etdiyi həmin sammitdə yeni 
subregional inteqrasiya modeli yaratmağın vacib olduğu ortaya 
çıxmışdır. Sammit çərçivəsində Qara dənizə  çıxarılan Azər-
baycan neftinin Odessa-Brodı-Qdansk marşrutu üzrə Baltik 
dənizi sahilinə çatdırılması, oradan Avropa və dünya bazarla-
rına daşınması ideyası irəli sürülmüş və müzakirə olunmuşdur. 
Bunun ardınca 2007-ci ilin oktyabrında Litvanın paytaxtı 
Vilnüs şəhərində "Vilnüs enerji təhlükəsizliyi konfransı 2007: 
Məsul tərəfdaşlar üçün məsul energetika" mövzusunda keçiri-
lən beynəlxalq konfransda iştirak edən dövlətlər Xəzər dəni-
zinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına daşın-
ması üçün milli şirkətlərin iştirakı ilə yeni konsorsiumun – 
Sarmatiya”nın yaradılması barədə razılığa gəlmişlər. Bu 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə