Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə45/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
177
prinsipial siyasət və nümayiş etdirdiyi birmənalı münasibət 
həmin dövrdə TRACECA layihəsinin reallaşmasına mühüm 
töhfə verdi.    
1996-cı ildə Türkmənistanın Seraxs şəhərində Avropa 
İttifaqı, Azərbaycan, Gürcüstan, Türkmənistan və Özbəkistanın 
dövlət başçıları TRACECA layihəsinin yaradılması haqqında 
birgə saziş imzalayaraq, Azərbaycanın, Türkmənistanın, Gür-
cüstanın, Qazaxıstanın, Türkiyənin, Rumıniyanın və Bolqarıs-
tanın dəniz limanlarının, dəmir yolu və avtomobil yollarının 
yenidən qurulmasının maliyyələşdirilməsi,  Şərq-Qərb dəhli-
zinin işə salınması üçün Bakıda xüsusi beynəlxalq konfransın 
keçirilməsi və s. məsələlər qərara alındı. 1997-ci ildən sonra 
bəzi  Şərqi Avropa dövlətləri də Avropa İttifaqının bu layi-
həsinə ciddi maraq göstərməyə  və ona qoşulmağa başlayır. 
Layihənin maliyyələşməsinə dünya beynəlxalq maliyyə qu-
rumları – Dünya Bankı, Avropa Yenidənqurma və  İnkişaf 
Bankı, Asiya İnkişaf Bankı  və başqaları maliyyə yardımı 
göstərməyə hazır olduqlarını bəyan edirlər.  
1998-ci ilin sentyabrında TRACECA layihəsi üzrə Bakıda 
çox mühüm bir tədbir – “İpək yolu layihəsinin dirçəlişi” adlı 
beynəlxalq konfrans keçirildi. Avropa İttifaqının dəstəyi ilə 32 
dövlətin, 13 beynəlxalq təşkilatın, Rusiya və Qazaxıstandan 
başqa bütün ətraf dövlətlərin dövlət və hökumət rəhbərlərinin 
iştirak etdiyi bu konfransda- içərisində 8 prezident, 24 Baş 
nazir və nazirlərin də iştirak etdiyi nümayəndə heyətlərinin iş-
tirakı ilə  Şərq-Qərb (Avropa-Qafqaz-Asiya) çoxtərəfli nəq-
liyyat-kommunikasiya sisteminin inkişafı haqqında Çoxtərəfli 
Saziş imzalandı. Sazişə əlavə olaraq, beynəlxalq dənizçilik və 
gəmi daşımaçılığı, gömrük-sərhəd keçid rejiminin sadələşdi-
rilməsi və s. haqqında birgə razılaşma və ümumi sənəd kimi 
 
ƏL İ  H ƏS ƏNOV  
 
178 
Bakı  Bəyannaməsi qəbul edilldi.
116
 Birgə sazişə qoşulan öl-
kələr bir-birinin ərazisindən və bütün növ nəqliyyat infrastruk-
turlarının güzəştli  şərtlərlə  və üstün hüquqla istifadə etməklə, 
mal-əmtəə göndərməyə  və bir-biri ilə üstün iqtisadi əlaqələr 
yaratmağa qarşılıqlı öhdəlik götürürlər. 
 
Həmin ildə ABŞ TRACECA-nı dəstəkləmək haqqında xü-
susi strategiya proqramı hazırlayır və qəbul edir. Bu məqsədlə, 
Amerika hökuməti TASİS proqramı  xətti ilə TRACECA-nın 
maliyyələşməsinə  dəstək verməyə başlayır. Mütəxəssislərin 
fikrinə görə, bəhs olunan konfransın keçirilməsində, sənədlərin 
ərsəyə gəlməsində və bu işdə ABŞ və Aİ-nin xüsusi dəstəyinin 
qazanılmasında Azərbaycan prezidenti Heydər  Əliyevin
 
əvəzsiz xidmətləri olmuşdur. Onların fikrinə görə, TRACECA 
hökumətlərarası komissiyasının daimi katibliyinin mənzil-
qərargahının Bakı şəhərində yerləşməsi də təsadüfi deyil, məhz 
Heydər Əliyevin ciddi səyinin nəticəsi idi.
117
  
TRACECA-nın katibliyinin yaradılması  qısa müddətdə 
üzv ölkələrin nəqliyyət-kommunikasiya sisteminin əlaqələn-
dirilməsi işini sürətləndirdi.. Katibliyin xətti ilə  Şərq-Qərb 
marşurutu üzrə əmtəə-mal daşımaları, nəqliyyat-komunikasiya 
əlaqələrinin koordinasiyası  həyata keçirilməyə başlanır. Bakı-
Batum-Ukrayna-Bolqarıstan-Rumıniya-Türkiyə  dəmir yolları-
nın işi əlaqələndirilir. Əvvəlki TRANS-SİBİR dəmir yolundan 
(Rusiya  ərazisindən Sibir vasitəsi ilə Uzaq Şərqə  və  Cənub 
Şərqi Asiya ölkələrinə gedən yoldan söhbət gedir) daha 
                                                 
116
 “Xalq qəzeti”, 09-12 sentyabr 1998-ci il. 
117
 21 fevral 2001-ci ildən Bakıda fəaliyyətə başlayan TRACECA hökumət-
lərarası komissiyası daimi katibliyinin ofisi “Böyük İpək Yolu” boyunca 
hərəkət edən beynəlxalq yüklərin daşıma və  hərəkətini tənzimləmək,  Əsas 
Sazişə qoşulan ölkələrdə qanunvericilik və maliyyə-iqtisadi  
mühitlə bağlı 
məsələlərin həll edilməsinə kömək məqsədilə yaradılmışdır.  


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
179
əlverişli hesab olunan yeni dəhliz layihəsi - Çin-Amsterdam 
(Hollandiya) dəniz yolu dəhlizi ideyası meydana gəlir. Hazırda 
istifadə olunan Bakı-Tbilisi-Qara dəniz yolu və tikintisinə 
rəvac verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu həmin bu ideyanın 
hissə-hissə reallaşdırılmasına xidmət edir.  
2000-ci ildə Tbilisidə TRACECA sazişinə qoşulmuş ölkə-
lərin hökumət rəhbərləri beynəlxalq konfransa toplaşırlar. 
Konfransda qeyd olunur ki, keçən iki il müddətində layihə çər-
çivəsində nəzərdə tutulmuş öhdəliklər və şərtlər liman və nəq-
liyyat xətlərinin yenidən qurulması, hökumətlərarası daşıma-
çılıqla bağlı müvafiq təlimatların qəbul olunması reallaşdı-
rılmış və TRACECA normal səviyyədə fəaliyyətə başlamışdır.  
TRACECA qısa zamanda Orta Asiya və  Xəzərlə Qara-
Aralıq dənizi sahillərini, Avropa bazarlarını bağlayan  əsas 
enerji, ticarət və nəqliyyat dəhlizinə çevrilir. 
 Orta  Asiya  və  Xəzər bölgəsinin neft və qeyri-neft məh-
sullarının Avropaya, yaxud Qərb ölkələrinə məxsus digər əm-
təələrin Asiya bazarlarına daşınması məqsədi ilə Xəzər vasitəsi 
ilə Bakıya bərə daşıması, oradan isə Azərbaycan dəmir yolları 
vasitəsi ilə ilə Gürcüstanın Qara dəniz limanlarına, limanlardan 
gəmilər vasitəsilə yenidən Avropa bazarlarına daşıma işi 
sahmana salınmış, keçən müddətdə bu yolla yüz milyonlarla 
ton müxtəlif məhsullar daşınmışdır. 
TRACECA layihəsinin əsas məqsədləri fikrimizcə:  
1.  Avropa-Asiya arasında əvvəlki mövcud marşrutlardan 
daha yaxın, daha ucuz və daha müstəqil nəqliyyat 
dəhlizi yaratmaq; 
2.  Bölgə ölkələrinin və Avropa-Asiya əlaqələrinin müs-
təqilliyini təmin etmək, Rusiyanın geosiyasi asılılığın-
dan azad etmək; 
 
ƏL İ  H ƏS ƏNOV  
 
180 
3.  Region və beynəlxalq  əməkdaşlığı inkişaf etdirmək, 
Xəzər və Orta Asiyanın zəngin enerji resurslarının 
dünya bazarlarına çıxarılmasına dəstək verməkdən 
ibarət idi. 
TRACECA layihəsini reallaşdırmaqla Avropa İttifaqı ilk 
növbədə  Cənub-Şərqi Asiyadan başlayaraq- Cənubi Qafqaz 
vasitəsi ilə Avropaya uzanan dəhliz boyu yerləşən dövlətlərin 
alternativ nəqliyyat-kommunikasiya dəhlizlərini birləşdirmək 
yolu ilə  əlverişli ticarət dəhlizi yaratmaq istəyirdi. Bu məq-
sədlə  Aİ  həmin ölkələrin mövcud quru, dəniz və  dəmir yolu 
nəqliyyatı sisteminin təkmilləşdirilməsini və bir-biri ilə əlaqə-
ləndirilməsini, nəqliyyat-keçid infrastrukturlarının yenidən 
qurulması və dünya standartlarına çatdırılmasını dəstəkləyirdi.  
Avropa və Asiya ölkələri arasında siyasi, iqtisadi və ticarət 
əlaqələrinin sərbəstləşdirilməsi, müstəqil nəqliyyat dəhlizinin 
yaradılması və s. siyasəti həm də ətraf ölkələrin Rusiyadan tranzit 
asılılığının qarşısını almaq, regional əməkdaşlığın möhkəmlən-
məsinə  şərait yaratmaq və beynəlxalq maliyyə  mərkəzlərinin 
regiona sərmayə qoyuluşunu həvəsləndirmək məqsədi daşıyırdı. 
Beynəlxalq ekspertlərin fikrincə, TRACECA dəhlizinin o 
vaxta qədər mövcud olan Rusiya TRANSSİBİR marşrutundan 
bir neçə üstünlüyü mövcud idi. Bu üstünlüklər,  
1.  həmin marşurutun tam müstəqilliyi, heç kimin geo-
siyasi təsiri və təzyiqi altında olmaması; 
2.  Çeçenistan,  Şimali Qafqaz kimi kriminal, Sibir kimi 
qeyri-sabit hava şəraitinə malik ərazilərdən uzaq 
olması; 
3.  İştirakçı ölkələr tərəfindən mal daşımalarına qarışlıqlı 
güzəştlərin verilməsi; 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə