XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
153
metrlərinə və geoiqtisadi əhəmiyyətinə görə Bakı-Tbilisi-
Ceyhan kimi əsas neft kəmərləri ilə müqayisə oluna bilər.
Xəzər hövzəsindən Avropaya alternativ qaz ixracı kəməri-
nin də əsas təşəbbüskarı və ilk reallaşdıranı məhz
Azərbaycan
olmuşdur. Bu istiqamətdə reallaşdırılan ilk layihə, hazırda tam
gücü ilə istismar olunan və regionun birinci ən böyük trans-
milli qaz ixracı kəməri hesab olunan
Bakı-Tbilisi-Ərzurum
(BTƏ) qaz kəməridir. Bu kəmər olduqca strateji əhəmiyyətli
bir layihə olmaqla bərabər, həm də dünya ölkələrinə gələcək
strateji qaz ixracı kəmərlərinin yeni-yeni
alternativ marşurut-
larını müəyyən etməyə imkan yaratmışdır. Bu gün Avropanın
Rusiyadan öz təbii qaz asılılığını azaltma taktikası və Xəzərin
Azərbaycan-Türkmənistan sektorunda aşkarlanan yeni-yeni
zəngin qaz yataqları fonunda BTƏ kimi ixrac kəmərlərinin
aktuallığı və əhəmiyyəti getdikcə daha da artır.
BTƏ qaz kəmərinin ilkin ideyası “Şahdəniz” yatağından
istehsal olunan Azərbaycan qazının Gürcüstan və Türkiyəyə,
oradan da Avropa bazarlarına nəqlindən ibarət idi. Kəmərin
uzunluğu 690 kilometrdir. Onun 442 km Azərbaycan, 248 km
isə Gürcüstan ərazisinə düşür. İlkin ötürmə qabiliyyəti ildə 7-8
mlrd. modernləşdirmədən sonrakı maksimal ötürücülük imkanı
isə 20 mlrd. kub. metr olan bu kəmər 2006-cı ildə istismara
verilib. Artıq 2007-ci ilin sonundan BTƏ kəməri ilə ötürülən
Azərbaycan qazı Gürcüstan və Türkiyə ilə yanaşı,
həm də
Türkiyə-İtaliya qaz sisteminin birləşməsi nəticəsində İtaliyaya
ötürülməyə başlanıb.
Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanın 1994-cü
ildən başlayaraq həyata keçirdiyi çoxvariantlı transmilli neft-
qaz ixracı və yeni kəmər siyasətinin mühüm tərkib hissəsidir.
Bu kəmər Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın
ƏL İ H ƏS ƏNOV
154
geosiyasi, geoiqtisadi vəziyyətini Azərbaycanın xeyrinə bir
qədər də dəyişib. Hazırda, Türkiyə, Gürcüstan və Azərbaycan
dünya enerji şəbəkələrinin mərkəzləşmiş sisteminə daxil ola-
raq, onun həlledici vəsiləsinə cevrilib. BTƏ-nin mövcudluğu
həm də Şərq-Qərb enerji dəhlizinin əhəmiyyətini xeyli artırıb.
Amma təbii ki, onilliklər boyu regionun enerji ehtiyatla-
rına nəzarət etmiş Rusiya BTC-nin inşası zamanı olduğu kimi,
Xəzər hövzəsini Qərbin qaz istehlakçıları ilə birləşdirən BTƏ
kimi alternativ qaz xətlərinin inşasına da olduqca qısqanclıqla
yanaşmışdır. Mütəxəssislərin fikrinə görə, Rusiya bununla həm
xarici bazarlara sərbəst çıxışı olmayan
Xəzərboyu ölkələrin
təbii qazını əvvəlki ucuz qiymətlərlə almaq üstünlüyünü, həm
də lazım gələndə bu faktordan təzyiq vasitəsi kimi istifadə
etmək imkanlarını itirməkdən qorxurdu. BTƏ Rusiyanın qaz
istehsalçılarını Avropa bazarındakı əvvəlki inhisarçı mövqelə-
rindən qismən məhrum etməli idi. Rusiya əvvəlki illərdə və in-
dinin özündə də öz inhisarçı mövqeyindən istifadə edərək
Xəzər regionunda istehsal olunan təbii qazı bazar qiymətlərin-
dən ucuz qiymətə alaraq, Avropa bazarlarında və MDB məka-
nında daha baha qiymətlərə satır.
Təkcə bunu qeyd etmək
kifayətdir ki, 2003-cü ildə Rusiya və Türkmənistan arasında
demək olar ki, bütün türkmən qazının 2009-cu ilədək Rusiya
tərəfindən daxili qiymətlərlə alınması ilə bağlı saziş imzalan-
mışdır. Eyni sözləri Qazaxıstan və Özbəkistan haqda da söylə-
mək olar: bu ölkələrin də qaz yataqlarında işləmək hüququ, bə-
zi məlumatlara görə, xarici ölkələrdən yalnız Rusiyaya məx-
susdur.
Bakı-Tbilisi-Ərzurum kəmərinin çəkilişi ilə Xəzər hövzə-
sində başlamış alternativ qaz ixracı siyasəti,
regionun zəngin
qaz ehtiyatlarının daha sərbəst və əlverişli yollarla Avropa
XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
155
bazarlarına çıxarılması, göründüyü kimi, həm əvvəlki geoiqti-
sadi və geoisiyasi vəziyyəti xeyli dəyişmiş, neft ixracı sahə-
sində olduğu kimi, qaz istehsal və ixracı ilə məşğul olan bölgə
ölkələrinə qismən də olsa, Rusiyanın nəzarətindən kənar ixrac
marşrutundan istifadə etmək imkanı yaratmış,
həm də Avro-
panın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynamasını
hədəfləyən yeni-yeni kəmərlərin və transmilli layihələrin mey-
dana çıxmasına təkan vermişdir.
2008-ci ilin noyabrında Bakıda keçirilən IV Enerji Sam-
miti Xəzər hövzəsindən Avropaya alternativ enerji ixracı dəh-
lizlərinin yaradılmasının bütün dünyanın geosiyasi və geoiqti-
sadi maraqlarına uyğun olduğunu bir daha nümayiş etdirdi. 21
ölkənin nümayəndələrinin və diplomatların, o cümlədən 6
dövlətin prezidentinin qatıldığı Sammitdə çıxış edən natiqlər
birmənalı bəyan etdilər ki, inşası müzakirə olunan Cənub qaz
ixracı dəhlizi (o
zaman söhbət “Nabucco” layihəsindən ge-
dirdi- Ə.H.) Avropanın gələcək enerji təhlükəsizliyinin təmin
olunmasında həyati əhəmiyyət daşıyır və Avropa İttifaqı ilə
Azərbaycan bu istiqamətdə sıx əməkdaşlıq etməlidir.
100
Sammitdə Cənub dəhlizi çərçivəsində gələcək trans –
Asiya-Avropa qaz layihəsinin reallaşmasında Azərbaycanın
əsas söz sahibi olduğu bir daha aydınlaşdı. Prezident İlham
Əliyev Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və Avropa
ölkələrinin də geoiqtisadi maraqlarına cavab verən transmilli
ixrac layihələrinə qiymət verərkən bildirdi ki, Azərbaycanda
başlanmış enerji layihələri bu gün dünya ölkələri ilə daha geniş
əməkdaşlıq üçün hərtərəfli imkanlar açır. Masa ətrafında Bakı-
Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa,
Odessa-
100
Bax: “Azərbaycan” qəzeti, 15 noyabr 2008-ci il.
ƏL İ H ƏS ƏNOV
156
Brodı-Plotsk-Qdansk və “Nabucco” layihələrinin iştirakçıları
və digər nümayəndələr toplaşıblar. Bu layihələrin hamısı mü-
hümdür və onların bir mənbəyi var - Xəzər dənizi, daha dəqiq
desək, Azərbaycan”.
101
Bakı Sammitin yekunlarına dair qəbul olunmuş Birgə
Bəyannamədə qeyd edilmişdir ki, Sammit iştirakçıları enerji
resurslarının hasilatçı, tranzit və istehlakçı ölkələr arasında
qarşılıqlı surətdə faydalı əməkdaşlığın möhkəmlənməsinə və
genişlənməsinə, enerji sahəsində regional
investisiya layihələ-
rinin həyata keçirilməsi üçün zəruri əlverişli şərait yaradılma-
sına tərəfdar olduğunu təsdiq edirlər.
102
Bəyannamədə Azərbaycanın Xəzər hövzəsindən hasil edi-
lən neftin və qazın dünya və Avropa bazarlarına çatdırılması
yollarının şaxələndirilməsinə yönəlmiş siyasətinin dəstəklən-
məsinin vacibliyi vurğulanmış, iştirakçı dövlətlərin tələbatını
daha dolğun təmin etmək məqsədilə Azərbaycan qazının Avro-
pa bazarlarına nəqli və tranziti üçün çoxvariantlı qaz ixracı
infrastruktlarının yaradılması layihələri bəyənilmişdir.
Cənub qaz ixracı dəhlizinin reallaşdırılması istiqamətində
növbəti mühüm addım 2009-cu ilin yanvarında Macarıstanın
paytaxtı Budapeşt şəhərində keçirilmiş enerji Sammitində atıl-
mışdır. Bu sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham
Əliyev ölkəsinin Avropanın enerji təhlükəsizliyi məsələsində
mühüm rol oynadığını, Azərbaycan etibarlı tərəfdaş ölkə
olduğunu və öz təbii sərvətlərini Xəzər hövzəsindən Avropaya
nəql etdiyini bildirmişdir. Azərbaycanın alternativ qaz ixracı
layihələrini həmişə dəstəklədiyini bildirən dövlət başçısı qeyd
etmişdir ki, bu dəstək gələcəkdə də davam edəcək: “Bakıda
101
Yenə orada
102
Yenə orada