Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə40/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   36   37   38   39   40   41   42   43   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
157
keçirilən Sammitdə Azərbaycan öz mövqeyini ortaya qoy-
muşdur. Bu layihədə  iştirak edən bütün tərəflər  əməkdaşlığa 
hazırdırlar. Bu gün Azərbaycan təkcə tranzit ölkə deyil, həm 
də enerji mənbələri ilə zəngin olan ölkədir. Layihə çərçivəsin-
də yaxşı  tərəfdaşlıq  əlaqələrinin yaranacağına  əmin olduğunu 
bildirən Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan 
Avropa  İttifaqına və Avrotlantik məkana inteqrasiyaya üstün-
lük verir və bu siyasət bundan sonra da davam etdiriləcək”.
 103
  
Qeyd edək ki, o zaman hələ Azərbaycanın sonradan irəli 
sürəcəyi TANAP və TAP layihələri mövcud deyildi. Söhbət 
dəyəri 8 milyard avro olan və ildə təqribən 26-32 mlrd. Kub-
metr təbii qaz ötürmə qabiliyyətinə malik “Nabucco” kəmərin-
dən gedirdi. Ümumi uzunluğu 3300 kilometr olacaq- (2000 km 
Türkiyə, 400 km Bolqarıstan, 460 km Rumıniya, 390 km Ma-
carıstan, 46 km isə Avstriya ərazisindən keçməklə) bu kəmər 
Bakı-Tbilisi-Türkiyə-Avstriya marşrutu üzrə Avropa qazpayla-
yıcı (Baumqarten) məntəqəsinə qədər uzanmalı idi. İxrac olu-
nacaq qaz həcmlərinin böyük bir hissəsi Rusiyadan Qara də-
nizin dibi ilə Türkiyə  və Avropaya qaz ixracını  hədəfləyən 
“Mavi axın” kəməri ilə  bərabər Mərkəzi və  Qərbi Avropada 
alternativ qaz təminatı imkanı yaratmalı idi. Bu kəmər vasitə-
silə 2015-ci ildən Azərbaycan, sonra Qazaxıstan və Türkmə-
nistan qazının nəqli nəzərdə tutulurdu. Növbəti mərhələdə, 
2017-ci ildən sonra bu kəmərlə, həmçinin  İran,  İraq, 
Özbəkistan və Misir qazının nəqli də proqnozlaşdırılırdı. (Bax: 
Xəritə 29).  
Mütəxəssislər “Nabucco” layihəsini dünyanın bir çox re-
gionları arasında alternativ transmilli qaz təminatı yaratması 
                                                 
103
 Yenə orada. 
 
ƏL İ  H ƏS ƏNOV  
 
158 
baxımından yüksək dəyərləndirirdilər. Layihənin reallaşmama-
sının  əsas səbəbindən danışarkən, mütəxəssislər ilk növbədə, 
Avropa İttifaqı və ABŞ-ın kəmərin inşasının və maliyyələşdi-
rilməsinin üzərində israrla dayanmamasını, Xəzər hövzəsinin 
Türkmənistan və Qazaxıstan kimi ölkələrinin Rusiyanın təz-
yiqləri altında ona qoşulmaqdan yayınmasını  və bu səbəbdən 
də lazımi qədər ixrac qazı mənbələrinin tapılmamasını, Türki-
yənin Azərbaycan qazının bu kəmərlə tranziti ilə bağlı əsassız 
və  şişirdilmiş qiymət təklif etməsini və digər kiçik məsələləri 
göstərirlər. 
 Azərbaycan prezidenti İlham  Əliyev 2010-cu ilin fevra-
lında Münhendə keçirilən Dünya Təhlükəsizlik Konfransındakı 
çıxışı zamanı Avropanın enerji təhlükəsizliyinin təmin edilmə-
sində Azərbaycanın rolu və Nabucco transmilli qaz layihəsinin 
perspektivi ilə bağlı bildirmişdir ki, bizim ixrac üçün böyük 
həcmdə  təbii qazımız var və  gələcəkdə  də olacaq. Azərbay-
canda minimal qaz ehtiyatları hazırda 2 trilyon kubmetr hesab 
olunur, lakin bu rəqəm 5 trilyon kubmetr də ola bilər. Bu qədər 
qaz nəinki bizim özümüzə və regional istehlakçılara, həmçinin 
Avropa istehlakçılarına  ən azı yüz il kifayət edər. Prezident 
konfransda xüsusi vurğulamışdır ki, Azərbaycan istehlakçılar, 
tranzit ölkələr və hasilatçılar arasında sazişlərə aid bütün zəruri 
məsələlərin həllini və  Xəzərdə  əlavə olaraq 20 milyard kub-
metr qazı hasil etmək məqsədilə, 20 milyard dollar xarici sər-
mayələrin yeni mərhələsinin başlanmasını gözləyir... Sərmayə 
qoymazdan əvvəl biz istehlakçılarınızın kim olduğunu, tranzit 
haqlarını, qazın qiymətini, bazarın bizim üçün etibarlı olub-
olmamasını və boru kəmərinin digər hissəsində olan tərəfdaşla-
rınızın nə dərəcədə ciddi və sadiq olduğunu bilmək istəyirik.
104
 
                                                 
104 
Bax: ”Azərbaycan” qəzeti, 7 fevral 2010-cu il. 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
159
 Sonradan “Şahdəniz 2” layihəsinin işlənməsi, onun çərçi-
vəsində faktiki olaraq “Nabucco”-nun alternativi hesab olunan 
TANAP və TAP kimi layihələrin əsas maliyyə ağırlığını və li-
derliyini öz üzərinə götürən Azərbaycan dövlətinin milli ira-
dəsi sübut etdi ki, bu tipli transmilli layihələr yalnız ciddi səy 
və kollektiv dəstəklə reallaşa bilər. Azərbaycan prezidentinin 
hələ Münhen konfransında bəhs etdiyi ikinci faza üzrə istehsal 
olunacaq  Şahdəniz qazının istehsalı, bölüşdürülməsi və ixracı 
üzrə tələb olunan qarantiya və əminlik məsələsi dünyanın apa-
rıcı neft-qaz şirkətləri və bir çox Avropa ölkələri ilə həyata ke-
çirilən uzunmüddətli danışıqlardan sonra 2013-cü ilin 17 de-
kabr tarixində Bakıda imzalanan "Şahdəniz-2" sazişi ilə  əldə 
edildi. Bu layihə  çərçivəsində istehsal olunacaq təbii qazın 
bölüşdürülməsi və ixracı üzrə tərəfdaş ölkələr və şirkətlər özlə-
rinin yekun qərarlarınıı təsdiq etdilər. Mütəxəssislər tərəfindən 
XXl əsrin layihəsi adlandırılan "Şahdəniz-2" sazişi XXl əsrdə 
nəinki təkcə Azərbaycanın, o cümlədən Avropa və dünyanın 
enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oyna-
yacaqdır. 
 "Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi 
boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə 
xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kə-
mərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verə-
cək və artıq öz əhəmiyyətini itirmiş Nabucco layihəsinə alter-
nativ olaraq Avropaya yeni qaz dəhlizi açacaq. 
Azərbaycan qazının Avropaya nəqli imkanlarını genişlən-
dirən və  “Şahdəniz 2” layihəsinə yol açan əsas marşrutlardan 
biri də 2007-ci il noyabrın 18-də istifadəyə verilən Türkiyə-Yu-
nanıstan qaz kəməri  hesab olunur. Bu marşurutun açılması 
Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sa-
 
ƏL İ  H ƏS ƏNOV  
 
160 
həsində əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, həm 
də Xəzər hövzəsinin zəngin qaz ehtiyatları tranzitinin yeni isti-
qamətini yaradıb. Mütəxəssislərin fikrinə görə, bu kəmər Azər-
baycan, Türkiyə və Yunanıstan üçün böyük geosiyasi əhəmiy-
yət daşımaqla bərabər, həm də enerji sahəsində bölgədə yeni 
transmilli iş birliyinin əsasını qoyur. Düzdür, son bir neçə il 
Türkiyənin Xəzər dənizi və Azərbaycandan hasil olunan qazın 
Avropaya ixracına və bu ölkənin özündə satınalma qiymətlə-
rinə  tərəfdaşları qane etməyən birtərəfli tarif və qiymət qoy-
ması bu layihənin işə düşməsini bir qədər gecikdirsə də, 2011-
ci ildə uzun müddətli ikitərəfli və çoxtərəfli danışıqlardan 
sonra, nəhayət ki, türk hökuməti öz əsassız mövqelərindən geri 
çəkilmiş və Azərbaycanla ortaq razılığa gəlmişdir. 
Türkiyə-Yunanıstan qaz kəmərinin işə salınması  və 
“Şahdəniz 2” layihəsinin imzalanması ilə Avropa İttifaqı ilə 
Azərbaycan arasındakı qaz ixracı sahəsində birbaşa əməkdaşlıq 
başlanmışdır. Hazırda Yunanıstan Avropa İttifaqının üzvü ola-
raq, enerji sahəsində Azərbaycanla birbaşa əməkdaşlıq edir və 
onun az miqdarda olsa da ixrac qazını alır. 2013-cü ildə “Şah-
dəniz 2” transmilli qaz layihəsi çərçivəsində bu əməkdaşlığa 
Böyük Britaniya (Britiş Petrolium şirkəri vasitəsilə-Ə.H.), 
Albaniya, Monteneqro, Xorvatiya və digər Avropa ölkələri də 
qoşuldu. Çünki bu məsələ enerji təhlükəsizliyinin təminatı ba-
xımından ilk növbədə Avropa dövlətlərin geoiqtisadi maraq-
larına cavab verir. Artıq Cənub dəhlizi çərçivəsində çəkiləcək 
qaz ixracı  kəmərinin Yunanıstandan  İtaliya Albaniya, Monte-
neqro və Xorvatiya sərhədlərinə qədər uzanması barədə sənəd 
imzalanmışdır. 
“Şahdəniz 2” layihəsinə birbaşa yol açan və Azərbaycanın 
transmilli qaz ixracı siyasətinin əsas uğurlu addımlarından biri 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə