Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə34/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
133
körfəzi vasitəsilə dünya bazarlarına çıxarmağa çalışır. Lakin, 
burada İranın əsas problemi bu məhsulları almaq və ixrac etmək 
üçün nə lazımi miqdarda kəmərlərə, nə  də ki, digər dəniz 
nəqliyyat vasitələrinə və limanlara malik olmamasından yaranır. 
İran ərazisindən keçməklə, hər hansı transmilli neft-qaz kəməri 
ideyasını, iqtisadi və  məsafə baxımından nə  qədər sərfəli olsa 
belə, həm də bu ölkənin siyasi və idarəçilik rejiminə inamlarının 
və etibarlarının olmaması baxımından ABŞ  və onun Qərb 
partnyorları ilk gündən birmənalı şəkildə rədd etdilər. 
 Xəzərdən dünya bazarlarına yeni kəmər çəkilişi ideyasını 
bölgə ölkələrindən Gürcüstan, Ukrayna və Türkiyə, Ukray-
na,  Şərqi Avropa dövlətlərindən Bolqarıstan, Rumıniya, 
Polşa, əksər Baltikyanı ölkələr də dəstəkləyirdi. Lakin onla-
rın hər birinın marşrutların istiqaməti və keçdiyi ərazilərlə bağ-
lı öz məxsusi maraqları, bəzən bir-biri ilə  rəqabət yaradan 
mövqeləri mövcud idi. Məsələn, Azərbaycan və Qazaxıstan 
neftinin daşındığı Bakı-Supsa neft kəmərinin Supsadan davamı 
kimi, tanker daşımaçılığı deyil, Qara dənizin dibi ilə Avropaya 
yeni kəmər çəkilməsi ideasını bu ölkələrin müvafiq olaraq 
hərəsi bir cür görür. Ukrayna bu kəmərin davamını Qara dəniz-
dəki ona və Rumıniyaya məxsus Odessa-Brodiyə, Bolqarıstan 
Burqasa, Rumıniya Konstantaya çəkilməsini arzu edir. 
 Hazırda bölgədə yeni neft-qaz kəmərləri və marşrutları 
ideyasını, ixrac marşrutların sonrakı  şaxələndirilməsini (çox-
variantlılığını) Azərbaycan və Qazaxıstan, yuxarıda adı çəkilən 
digər ölkələr fəal şəkildə dəstəklədiyi halda, öz enerji və tranzit 
maraqlarından çıxış edən Türkiyə buna müsbət yanaşmır. Tür-
kiyənin neft-qaz kəmərləri və enerji dəhlizi siyasətinə nəzər 
salsaq görərik ki, bu ölkə Azərbaycanın yeni kəmər və dəhliz 
təşəbbüsünün reallaşmasından bütün əsas parametrlər- iqtisadi, 
 
ƏL İ  H ƏS ƏNOV  
 
134 
siyasi, geostrateji, bölgə üzərində  və dünyada əlavə geosiyasi 
təsir mexanizmləri qazanmaq, İstanbulun ekoloji fəlakətdən 
qismən xilas edilməsi və s. üzrə ən çox divident qazanan döv-
lət hesab olunur. Türkiyə BTC-nin reallaşması nəticəsində bir 
vaxtlar Rusiyanın Xəzər hövzəsi və Orta Asiyanın zəngin neft 
və qaz məhsulları, bunun əsasında da bölgənin enerji ixrac 
edən ölkələri üzərində malik olduğu təsir mexanizmlərini öz 
əlinə keçirdi. Bundan başqa, Türkiyə özünün Rusiya, İran və 
İraqdan enerji asılılığını BTC-nin hesabına büsbütün aradan 
qaldırdı, Orta Asiya və  Xəzərin zəngin neft-qaz məhsullarını 
öz  ərazisindən keçirməklə dünya enerji siyasətinin mərkəzi 
ölkələrindən birinə çevrildi, Qara və Aralıq dənizləri arasında 
əsas tranzit ölkəsi kimi Avropa və Avrasiya ölkələri üzərində 
ciddi geosiyasi təsir mexanizmləri qazandı. 2012-2013-cü 
illərdə Azərbaycanla imzaladığı Trans Anadolu qaz ixracı 
haqqında sazişlər- TANAP və TAP layihələri bu ölkəyə  həm 
də bölgənin  əsas ixrac qazı üzərində  əlverişli mövqe qa-
zandıracaqdır. 
 Mütəxəssislərin fikrinə görə, BTC-nin fəaliyyətə başla-
ması ilə Rusiyanın Xəzər hövzəsi və Cənubi Qafqaz üzərindəki 
geosiyasi və geoiqtisadi təsiri, dəhliz və transmilli neft-qaz 
ixracı monopoliyası nə qədər zəiflədisə, Türkiyəninki bir o qə-
dər gücləndi. Rusiya bölgə ölkələrinin strateji enerji məh-
sullarının onun iradəsi xaricində dünya bazarlarına ixracına 
nəzarəti itirdi, Türkiyə isə belə  nəzarət imkanlarını  əldə etdi. 
Bununla bərabər Türkiyə, həm də Rusiyanın Avrasiyadakı 
zəifləyən mövqelərindən istifadə edərək öz regional geosiyasi 
təsirini möhkəmlətdi, enerji mübadilələri üzrə geoiqtisadi ma-
raqlarını  təmin etdi, geosiyasi, geoiqtisadi, yanacaq-enerji, 
tranzit və s. sahəsində həm Rusiya, həm də Avropa İttifaqı ilə 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
135
illərdən bəri arzu etdiyi bərabərhüquqlu  əlverişli mövqelər 
qazandı, müqavilə  və sazişlər bağladı. Və  nəhayət, Türkiyə 
Rusiya ilə Avropa İttifaqı ölkələri arasındakı enerji mübadiləsi 
və neft-qaz tranziti sistemində  həlledici vəsilələrdən birinə 
çevrildi. Mütəxəssislərin fikrinə görə, Rusiyanın həmin dövrdə 
Ukrayna, sonrakı illərdə isə Belarus ilə ziddiyyətli və qeyri-
sabit münasibətləri fonunda, Türkiyə bu ölkənin Avropa ilə 
neft-qaz mübadiləsi sisteminin aparıcı tranzit ölkəsinə çev-
rilmək siyasətini hədəfə almışdır.  
 Xəzərin və Mərkəzi Asiyanın neft-qaz məhsullarını dünya 
bazarlarına daşıyacaq kəmərlərlə bağlı maraqlı dünya və re-
gional dövlətlərin münasibətini  şərtləndirən  digər  əsas amil
həmin kəmərlərin və  nəqliyyat-kommunikasiya dəhlizlərinin 
daha çox hansı meyarlara söykənməsi- geoiqtisadi, geosiyasi, 
yoxsa başqa mahiyyət kəsb etməsi ilə bağlıdır. Məsələn, Rusi-
ya hökuməti və siyasətşünasları heç bir ciddi arqument gətir-
mədən, daim və  təkidlə onun ərazisindən keçən  əksər ixrac 
marşurutlarının “bütün parametrlər üzrə digərlərindən üstünlü-
yünü” sübut etməyə, başqa Transqafqaz və Transxəzər və s. 
neft-qaz kəmərlərini isə “geosiyasi mahiyyət daşımaqda” gü-
nahlandırır və müvafiq olaraq onlara qarşı çıxış etmişdir.  
Digər ölkələrin, məsələn, Azərbaycanın da köhnə və yeni 
kəmərlərlə və ixrac marşrutları, enerji dəhlizləri üzrə öz əsaslı 
arqumentləri və  məxsusi yanaşmaları mövcuddur. Rusiyanın 
mövqeyini yalnız ona yaxın Ermənistan və  İran kimi ölkələr 
dəstəklədiyi halda, Azərbaycanın yanaşması əksər dünya ölkə-
lərinin və qarşılıqlı maraqları üstün tutan digər geoiqtisadi 
aktorların mövqeləri ilə eynilik təşkil edir. Çünki bu yanaşma- 
Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum, 
TANAP,TAP qaz, TRACECA nəqliyyat-kommunikasiya dəh-
 
ƏL İ  H ƏS ƏNOV  
 
136 
lizi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli layihələr 
həm iqtisadi və siyasi, həm də  təhlükəsizlik anlamında bütöv 
dünya və region ölkələrininin sağlam ehtiyaclarına və ayrı-
ayrılıqda hər bir geosiyasi aktorun ortaq maraqlarına cavab 
verir. Bundan başqa, bəhs olunan transmilli layihələr, həm də 
özünün etibarlılığı, müstəqilliyi və heç bir geosiyasi oyunçu-
dan asılı olmaması ilə də fərqlənir. 
 
§2.3. Azərbaycanın enerji ixracının  
şaxələndirilməsi siyasəti və onun regionun  
ümumi geoiqtisadi vəziyyətinə təsiri  
  
90-cı illərin  əvvəllərindən başlayaraq Xəzər-Qara dəniz 
hövzəsi və  Cənubi Qafqazın geosiyasi vəziyyətinə  və strateji 
hədəflərinə, o cümlədən Azərbaycanın milli maraqlarına bir-
başa təsir göstərən əsas amillərdən biri enerji sahəsində xarici 
aləmlə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi, bölgənin 
mövcud enerji və karbohidrogen ehtiyatlarının müstəqil yol-
larla birbaşa dünya bazarlarına çatdırılması, daha etibarlı, təh-
lükəsiz və iqtisadi cəhətdən səmərəli marşrutların təmin edil-
məsi hesab olunur. Mütəxəssislərin fikrinə görə, XX əsrin son-
larından etibarən sərbəst enerji ixracı problemi Avrasiyada 
təkcə Azərbaycanın deyil, SSRİ-nin dağılması ilə öz müstə-
qilliyinə qovuşmuş əksər neft-qaz istehsal və ixrac edən ölkə-
lərinin, eyni zamanda Xəzərdə enerji sahəsində  işləyən trans-
milli aktorların  əksəriyyətinin  əsas geosiyasi və geoiqtisadi 
qayğılarından birini təşkil edir.  
 Xəzər hövzəsi ölkələri içərisində uzunmüddətli strateji 
hədəf kimi alternativ ixrac marşrutları məsələsini də real olaraq 
ilk dəfə  məhz Azərbaycan gündəmə  gətirmiş  və öz tərəfdaş-


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə