Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə152/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   148   149   150   151   152   153   154   155   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

438



şaf etdirən və beləliklə, yüksək  əlavə  dəyər yaradan sahələri təşviq 

edən ölkələrin qlobal və regional səviyyədə rəqabətədavamlılığının ar-

tacağı gözlənilir. Sənayenin innovasiyalar əsasında inkişafı elm və 

texnologiya potensialının gücləndirilməsi və təhsil imkanlarının geniş-

ləndirilməsi nəticəsində mümkün olacaqdır.  İnkişaf etməkdə olan öl-

kələrin məhsuldarlığa əsaslanan iqtisadi artıma nail olmaları və müqa-

yisəli üstünlüyü olan yeni istehsal sahələrini formalaşdırmaları zəruri-

dir. Belə ki, hazırkı  mərhələdə qarşıda duran əsas vəzifə qeyri-neft 

sektorunun daha sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəli-

liyini və rəqabət qabiliyyətini artırmaq və onun innovasiya- əsaslı irə-

liləyişini təmin etməkdir. Başqa sözlə, artıq indidən ənənəvi iqtisadiy-

yatdan “bilik iqtisadiyyatına” keçidin əsası qoyulmalı, bunun üçün 

həlledici olan insan kapitalının adekvat inkişafı ön plana çəkilməlidir. 

Bu isə iqtisadi modelin formalaşdırılmasında müvafiq tələblər irəli 

sürməklə bərabər, təhsil sisteminin də kökündən dəyişdirilməsinə, əla-

və təhsil, həyat boyu təhsil kimi komponentlərin əhəmiyyətinin artırıl-

masına gətirib çıxarır, həmçinin İKT və virtual tədrisin, kompyuter-şə-

bəkə biliklərinin rolunun artırılmasını  nəzərdə tutur. Eyni zamanda

əsas missiyası yaradıcılığın, innovasiyaların stimullaşdırılmasına və 

bazarın tənzimlənməsinə  dəstək olan əqli mülkiyyətin  əhəmiyyəti də 

yüksələcəkdir. Bundan başqa, növbəti dövr dünya iqtisadiyyatının 

əsas mərkəzləri arasında tarazlığın dəyişməsi və bununla əlaqədar 

onun strukturca yenidən qurulması, regional iqtisadi birliklərin rolu-

nun güclənməsi ilə səciyyələnəcəkdir. Azərbaycan üçün bu həm xarici 

iqtisadi inteqrasiya baxımından yeni imkanlar açır, həm də sosial-iqti-

sadi inkişafın istiqamətlərində ümumdünya kontekstini üstün tutmağı, 

lokal regional dairə ilə məhdudlaşmamağı, müxtəlif iqtisadi məkanla-

rın təsərrüfat əlaqələrində və bazarlarında iştirakdan yararlanmağı zə-

ruri edir. 

Azərbaycanda xarici iqtisadi siyasətin məqsədlərinə nailоlma nə-

təcəsində artıq 2015-ci ilə “nüfuzlu beynəlxalq maliyyə institutunun 

proqnozlarına görə, bölgədə  zəngin neft ölkələrindən olan Azərbay-

canın valyuta ehtiyatları qarşıdakı illərdə  əhəmiyyətli dərəcədə arta-

caq. Belə ki, qeyri-neft sektorunda artım ÜDM-də 40-45% yer tut-

maqla maliyyə imkanlarının daha da yaxşılaşmasına təkan vermiş ola-

caq. İllik iqtisadi artımın təxminən 6-7% olması, maliyyə və makroiq-

tisadi sabitliyin indiki tempdə saxlanması, valyuta ehtiyatlarının il 

ərzində 5-10 milyard manat artması və digər makro amillər Azərbay-




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



439

canın «orta gəlirli ölkələr» qrupunun daha yüksək şkalasına çatmasına 

baza yaradır. 2015-ci ildən sonrakı dövrdə isə respublikamızın qarşıya 

qoyduğu strateji hədəf «yüksək gəlirli dövlətlər qrupu»nda yer almaq-

dır. Qarşıdakı illərin sosial-iqtisadi proqnozları və yeni inkişaf ssenari-

ləri ölkəmizdə inkişaf meyillərinin ardıcıl şəkildə davam edəcəyindən 

xəbər verir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2013-

2020-cü illərdə respublikamızda milli məhsul istehsalı bir neçə  dəfə 

artacaq, valyuta ehtiyatları 200 milyard dolları ötəcək. Bu mərhələdə 

adambaşına düşən gəlirlər 252% artacaq. Milli gəlirin dünya ölkələri 

üzrə bölgüsünə görə, Azərbaycan 181 ölkə arasında 91-ci yerdən 56-cı 

yerə yüksələcək. Bu isə Azərbaycanın Avropa İttifaqı ölkələri, Şimali 

Amerika və Asiyanın inkişaf etmiş dövlətləri, həmçinin Yaxın Şərqin 

əsas neft hasilatçıları, xüsusilə  də OPEK ölkələri ilə eyni səviyyədə 

olmasına imkan verəcək». 

Dünya və rеqiоnal təsərrüfat sistеmlərinə qоşularkən ölkələr tərə-

findən əsas şərt kimi qarşılıqlı xarici iqtisadi münasibətlərdə mövcud 

imkanlardan rasiоnal, səmərəli və qənaətlə istifadə оlunma götürülür. 

Uzun illərin təcrübəsi göstərir ki, xarici iqtisadi fəaliyyətin düzgün 

təşkil еdilməməsi bütünlükdə milli iqtisadiyyatın müxtəlif səviyyə və 

sfеralarında bir sıra nеqativ halların yaranmasına, əsasən də məhsul və 

xidmətlərin süni qıtlığının yaradılmasına, qiymət artımına və  əsassız 

оlaraq məhsullara görə yüksək ödənişеtmə sayəsində alıcıların itkiləri-

nə, müxtəlif sahələr arasında rеsursların axınının məhdudlaş-dırılması-

na və onun nəticəsi kimi qеyri-səmərəli bölgünün fоrmalaşmasına, nə-

hayət məhsulun kеyfiyyətinin pisləşməsinə, istеhsalın tеxniki, tеxnо-

lоji inkişaf səviyyəsinin ləngiməsinə, nəticədə isə həm daxili bazarda, 

həm də beynəlxalq aləmdə rəqabətqabiliyyətliliyinin itirilməsinə və s. 

səbəb оlur. 

Azərbaycanın dünya iqtisadiyyatına fəal intеqrasiya оlunması öz 

növbəsində ölkəmizin xarici iqtisadi fəaliyyətinin qlоballaşma prоsеs-

ləri ilə qarşılıqlı  əlaqə  və asılılıqda araşdırılaraq dəyərləndirilməsini, 

xarici iqtisadi siyasətin davamlı inkişaf baxımından təyin edilməsini 

tələb еdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasın-

da göstərilir ki, “Qlobal, planetar xarakterli amillər ölkə həyatının, de-

mək olar ki, bütün sahələrində - iqtisadi, sosial, siyasi, humanitar-mə-

dəni və s. sahələrdə gedən proseslərə nüfuz edir. Bununla yanaşı, hər 

bir ölkədə olduğu kimi, Azərbaycanda da öz mənşəyinə və təsir dairə-

sinə görə regional (region ölkələrinə xas olan), yaxud ölkədaxili amil-



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə