Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə160/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   156   157   158   159   160   161   162   163   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



457

yin formalaşdırılması və bu yolla tələbə təsiretməni artırmaq olduqca 

vacibdir. 

2. Bundan əlavə, xarici iqtisadi fəaliyyətin artırılmasına istiqa-

mətlənən sənayenin struktur yenidənqurmasını  təmin etməyə imkan 

verən dövlətin innovasiya siyasəti dünya bazarında sənaye müəssisələ-

rinə rəqabət üstünlüklərini təmin edən texnologiyaların aşkar edilməsi 

və ölkəmizə gətirilərək sahə strukturlarının fоrmalaşması istiqamətin-

də aparılmalı, bunun üçün isə regionlarda yeni yüksək texnologiyalı 

sənaye müəssisələrinin elmi-tədqiqat və innovasiya fəaliyyətini təmin 

edən kompleks proqramlardan gеniş istifadə оlunmalıdır. 

 

 



3. Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqra-

siya məsələləri  

Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyası ge-

nişləndikcə dünyada gedən iqtisadi proseslər, ölkəmizin dünya iq-

tisadiyyatında yeri və rolu əsas müzakirə obyektlərindən birinə çevri-

lib. Qloballaşmanın sürətləndiyi indiki dövrdə dünyada gedən iqtisadi, 

siyasi və sosial dəyişikliklər birbaşa və dolayı yollarla Azərbaycan iq-

tisadiyyatına təsir göstərir. Bu baxımdan dünya iqtisadiyyatının hazır-

kı vəziyyəti və ölkəmizin bu proseslərdə iştirakının öyrənilməsi xüsu-

silə əhəmiyyətlidir. 

Qeyd edək ki, hələ 50-60 il əvvəl dünya iqtisadiyyatının gələcəyi 

ilə bağlı irəli sürülən bədbin proqnozların çoxu bu gün özünü doğrult-

mur. 1950-1960-cı illərdə belə bir təhlükə var idi ki, əhalisi sürətlə ar-

tan Çin, Hindistan, İndoneziya kimi inkişaf etməkdə olan ölkələrdə 

əhalinin ərzağa tələbatı ödənilə bilməyəcək və bu ölkələrdə aclıq, sə-

falət baş verəcək. Ancaq kənd təsərrüfatında baş verən yaşıl inqilab-

dan və bu ölkələrdə iqtisadi inkişafa yönəlik aparılan iqtisadi islahat-

lardan sonra belə bir təhlükə aradan qaldırıldı. Əksinə, hazırda Çinin 

dünya ÜDM-ində xüsusi çəkisi artaraq 15.4% təşkil edib (alıcılıq qa-

biliyyəti pariteti ilə hesablananda) və 1992-ci ildən başlayaraq Çində 

iqtisadi artım, demək olar ki, hər il dünyada ÜDM-in 0.1% artmasına 

səbəb olub. ÜDM-in həcminə görə isə Çin 2009-cu ildə Yaponiyanı 

qabaqlayaraq dünyada ABŞ-dan sonra 2-ci yerə çıxıb. 

Ümumiyyətlə, 2008-ci il dünya iqtisadiyyatında neçə illərdir da-

vam edən yüksək artımın dayanması ilə tarixə düşdü. Dünya iqtisadiy-

yatında aparıcı mövqeyə malik olan ölkələrdən (ABŞ, Yaponiya, Çin, 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

458



Böyük Britaniya, Hindistan, Almaniya, Fransa, İtaliya, Rusiya) heç 

biri qlobal böhranın təsirindən yaxa qurtara bilmədi. Statistik məlu-

matlara görə, dünya üzrə ÜDM-in təxminən 70 faizi bu ölkələrdə for-

malaşır (bu ölkələr həmçinin «trilyonluq» ÜDM-i olan ölkələr adlan-

dırılır), Yer kürəsi əhalisinin təqribən yarısı onların payına düşür. Bu 

ölkələrdə iqtisadi artım templərinin zəifləməsi nəticəsində dünya üzrə 

orta illik artım tempi 2 dəfəyədək azalaraq 2007-ci ildəki 5.7 faizdən 

2,8 faizə endi. 2008-2009-cu illərdə dünyada baş vermiş iqtisadi böh-

ran və onun nəticələri onu göstərdi ki, süni mənbələr hesabına yaradıl-

mış iqtisadi artım tez bir zamanda durğunluq və böhrana çevrilə bilər. 

Bu baxımdan dünya ölkələrində iqtisadi inkişafın əsas məqsədi həyat 

səviyyəsinin keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, bu da təkcə əhalinin 

gəlirlərinin artırılması ilə deyil, həmçinin yüksək təhsil, səhiyyə və qi-

da, yoxsulluğun azaldılması, ətraf mühitin qorunması, imkanların ey-

niləşdirilməsi, şəxsi azadlığın genişləndirilməsi və mədəni həyatın tə-

min edilməsində öz əksini tapmalıdır. Bu gün dünya ölkələrinin prak-

tikasından aydın olur ki, makroiqtisadi siyasətin əsas istiqamətləri iqti-

sadiyyatda əmək məhsuldarlığının və səmərəliliyinin artırılması, enerji 

effektivliyinin təmin edilməsi, rəqabətqabiliyyətli məhsul istehsalına 

şərait yaradılması, elmi-texniki proqres, resurslara qənaət və təsərrüfat 

subyektlərinin dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını  təmin 

etmək olmalıdır. 

Dünyada baş vermiş son iqtisadi böhran Azərbaycan üçün də 

müəyyən nəticələr əldə olunmasına imkan verdi: 

1) Azərbaycan hökuməti baş vermiş böhrana zamanında reaksiya 

verdi və antiböhran tədbirləri həyata keçirməyə başladı. Böhran son 

on ildə həyata keçirilən makroiqtisadi siyasətin – geniş həcmli infra-

struktur layihələrin həyata keçirilməsilə yanaşı, neft gəlirləri hesabına 

strateji valyuta ehtiyatlarının artırılmasının doğru olduğunu göstərdi

2) Bir daha təsdiq olundu ki, son illər əldə edilmiş sürətli iqtisadi 

artım zəruri olsa da, kifayət deyil. Əsasən iqtisadi artımın keyfiyyət 

amillərinin hesabına artması və iqtisadi inkişafın əldə olunması Azər-

baycan iqtisadi strategiyasının  ən prioritet istiqamətidir. Azərbaycan 

iqtisadiyyatının gələcəkdə baş vermiş qlobal iqtisadi böhranlara qarşı 

dayanıqlığı tamamilə bundan asılı olacaq; 

3) Böhran onu göstərdi ki, iqtisadiyyatın diversifikasiyası və mo-

dernləşməsi qaçılmaz bir zərurətdir. İqtisadiyyatın modernləşməsi icti-

mai həyatın bütün tərəflərini - texnoloji, institutlar və ideologiyanı 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



459

əhatə etməlidir.  İqtisadiyyatın modernləşməsi üçün insan kapitalının 

inkişafı, enerji effektivliyi və institutların keyfiyyətinin yüksəldilməsi 

vacibdir. 

 

Dünya ölkələrində iqtisadi artım templəri (%-lə) 

 

  

1993-



2002

2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2016 

Dünya 


3.3 3.6 4.9 4.6 5.3 5.4 2.8 -0.7

5.1  4  4  4.9 

İnkişaf etmiş 

ölkələr 


2.8 1.9 3.1 2.7 3.1 2.8 0.1 -3.7

3.1  1.6  1.9  2.7 

İnkişaf 

etməkdə olan 

ölkələr 

4.1 6.2 7.5 7.3 8.2 8.9  6  2.8 7.3 6.4 6.1 6.7 

MDB ölkələ-

ri, Gürcüstan 

və Monqo-

lustan 


-1.2 7.7 8.1 6.7 8.9 8.9 5.3 -6.4

4.6  4.6  4.4  4.2 

Azərbaycan 

-1.4 10.5 10.2 26.4 34.5

25  10.8 9.3  5  0.2  7.1  2.3 

Rusiya 


-0.9 7.3 7.2 6.4 8.2 8.5 5.2 -7.8

4  4.3 4.1 3.8 

Ermənistan 

4.4 14 10.5 13.9 13.2 13.7 6.9 -14 2.1 4.6 4.3 4 

Gürcüstan 

...  11.1 5.9  9.6  9.4 12.3 2.4 -3.8

6.4  5.5  5.2  5 

Qazaxıstan 

0.3 9.3 9.6 9.7 10.7 8.9 3.2 1.2 7.3 6.5 5.6 6.4 

Özbəkistan 

1.9 4.2 7.4  7  7.5 9.5  9  8.1 8.5 7.1  7  6 

 

Qeyd edək ki, hələ 90-cı illərin əvvəlində iqtisadiyyatda baş ver-



miş  dərin tənəzzül Azərbaycanda adambaşına düşən ümumi daxili 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə