Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə163/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   159   160   161   162   163   164   165   166   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



465

Xarici iqtisadi əlaqələrin əsas istiqamətləri 

 

 

 



Statistik məlumatlara görə, 2000-ci ilə nisbətən 2012-ci ildə 

ÜDM-11,4 dəfə, sənaye məhsulları 17,3 dəfə, kənd təsərrüfatı və meşə 

təsərrüfatlarında artım 3,7 dəfə olub, minimum əməkhaqqı 105 manat, 

minimum istehlak büdcəsi 125 manat, işsizlik 5%, yoxsulluq 5,5% 

təşkil edib. 2012-ci ildə adambaşına ÜDM-in həcmi 5884,5 manat təş-

kil edib. 

Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatının inkişafında, daxili 

amillərlə yanaşı, xarici amillər də müstəsna rol oynayır. Bununla ya-

naşı son dövrdə daxili tələbin formalaşmasında isə xarici amillərin 

payı yüksək olmuşdur. Belə ki, daxili tələbdə əsas hissə istehlak xərc-

ləri ilə  əlaqədardır ki, bu da 3 amildən asılıdır: 1) iqtisadi aktivliyin 

səviyyəsi; 2) əmək bazarında vəziyyət; 3) neftin dünya qiymətləri ilə 

əks olunan xarici konyunktur. İqtisadi aktivlik səviyyəsi və əmək ba-

zarında vəziyyətə isə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına hə-

yata keçirilən infrastruktura layihələr və əməkhaqqının artırılması təsir 

göstərir. Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin formalaşması və 

müxtəlif sosial və infrastruktur layihələrin yerinə yetirilməsi üçün mü-

hüm mənbələrdən biri isə Azərbaycan Dövlət Neft Fondunun 

(ARDNF) vəsaitləridir. 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

466



Qeyd etmək lazımdır ki, Dövlət Neft Fondu 1999-cu ildə yaradıl-

mışdır. Onun əsas vəzifəsi inflyasiya və valyutanın möhkəmlənməsi-

nin potensial “Holland sindromu” effektlərini azaltmaq məqsədilə də-

nizdəki yataqlardan əldə olunan neft gəlirlərinin təcrid olunması, neft 

gəlirlərinin sonralar iqtisadiyyata sərmayə kimi qoyulması və gələcək 

nəsil üçün uzunmüddətli yığım kimi formalaşması toplanmış neft gə-

lirlərindən istifadə edərək, xaricdə bacarıqların artırılması və tələbə tə-

qaüdü proqramları, qaçqın və  məcburi köçkünlərin yaşayış  şəraitinin 

yaxşılaşdırılması və sair. məsələləri həyata keçirməkdən ibarətdir. 

Təhlil göstərir ki, 2000-2015-ci illərdə Azərbaycanın xarici iqti-

sadi əlaqələri bütün istiqamətlər üzrə dinamik inkişaf edib. Bu əsasən 

özünü aşağıdakılarda göstərib: 

Xarici ticarətin bütün göstəricilərinin yaxşılaşması, xarici ticarət 

balansının müsbət saldosunun sürətli artımı; 

Qızıl-valyuta ehtiyatlarının artması; 

Xarici borcun azalması; 

Manatın digər valyutalara nisbətən stabilliyinin qorunması; 

Xarici ticarət və bütünlükdə xarici iqtisadi əlaqələrdə liberallaş-

manın sürətlənməsi; 

Azərbaycanın beynəlxalq reytinq təşkilatları tərəfindən müəyyən 

edilən investisiya cəlbediciliyi və makroiqtisadi sabitlik reytinqində 

mövqelərinin yaxşılaşması; 

Ölkə iqtisadiyyatında xarici investisiyaların artması; 

Region ölkələrində iqtisadi inkişaf və daxili tələbin genişlənməsi 

və əhalinin gəlirlərinin artması hesabına Azərbaycanın qeyri-neft məh-

sullarının ixracının artması. 

Azərbaycanda iqtisadi artıma təsir edən  əsas amil 1994-cü ildə 

xarici  şirkətlərlə bağlanmış müqavilə  əsasında investisiya qoyuluşu 

nəticəsində neft hasilatının və ixracının artması, eyni zamanda neftin 

dünya qiymətlərinin sürətlə qalxmasıdır. Bunun nəticəsidir ki, xarici 

ticarət dövriyyəsinin sabit inkişafı müəyyən dərəcədə ÜDM-in isteh-

salına və ölkənin digər makroiqtisadi göstəricilərinə təsir göstərib və 

bu proses yaxın perspektivdə də davam edəcək. 

Qeyd etmək lazımdır ki, təbii ehtiyatların ümumi ixracda və 

ÜDM-də xüsusi çəkisi ilbəil artır ki, bu da əsasən xam neft ixracı ilə 

bağlıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda ixracın əsas hissəsi-

nin xammal və mineral yanacaq olması iqtisadi sistemin qarşısında 

duran ən böyük problemdir. Neft ehtiyatları ilə zəngin və əsas neft ix-




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



467

racatçısı olan ölkələrin təcrübəsi göstərir ki, hansı ölkədə neft ixracın-

dan daxil olan vəsait hesabına digər sahələrin inkişafına nail olunubsa, 

iqtisadiyyatda liberallaşma və biznesin inkişafı  təmin edilibsə neftin 

dünya bazar qiymətlərinin kəskin aşağı düşməsi həmin ölkələrin iqti-

sadiyyatında ciddi problemlərə yol açmayıb. 

Beynəlxalq iqtisadi statistikanın təhlili göstərir ki, neft, qaz və di-

gər təbii sərvətlərin olması ölkədə dayanıqlı iqtisadi inkişafın təminatı 

deyil və ya bu ehtiyatlar, zəngin olmayan ölkələrdə isə daha pozitiv 

iqtisadi göstəricilərə nail olmaq mümkündür. İqtisadi göstəricilərə 

görə  də, neft ixrac edən ölkələr dünyada aparıcı rola malik deyillər. 

Dünyada neft ehtiyatının  əsas hissəsinə sahib olan OPEC ölkələrinin 

ərazisi dünyanın 9.41%-i, əhalisi isə dünya əhalisinin 8.46%-ni təşkil 

etməsinə baxmayaraq, neftin ən pik həddə olduğu 2005-ci ildə bu 

ölkələrdə istehsal edilmiş ÜDM, cari qiymətlərlə Ümumidünya ÜDM-

nin cəmi 3.25%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM-in 

məbləği isə OPEC ölkələrində orta dünya göstəricilərinə nisbətən 72% 

azdır. 


Dünya iqtisadiyyatını  əks etdirən bütün statistik məlumatlarda 

neft ixrac edən ölkələrlə müqayisədə digər ölkələrin daha çox iqtisadi 

uğur qazandığı  təsdiq olunur. Əgər dünya üzrə  əhalinin hər nəfərinə 

düşən ÜDM 2000-ci ilin qiymətləri ilə 2003-cü ildə 1970-ci ilə nisbə-

tən 61% artıbsa, Küveytdə 2.47 dəfə, Venesuelada 38.8 % aşağı dü-

şüb, Səudiyyə Ərəbistanında cəmi 17.6 %, Nigeriyada isə 3.8% artıb. 

Səudiyyə Ərəbistanında bu göstərici 1980-ci illə müqayisədə 45% az 

olub. 1975-2004-cü illərdə alıcılıq qabiliyyəti pariteti ilə hesablanmış 

adambaşına düşən ÜDM BƏƏ-də orta hesabla ildə 2.8%, Səudiyyə 

Ərəbistanında 2.3%, Venesuelada 0.9%, Küveytdə 0.8%, İranda 0.1% 

azalıb. Dünya bankının araşdırmalarına görə isə son 20 ildə təbii sər-

vətlərlə  zəngin olan 65 ölkə içərisində yalnız Botsvana, İndoneziya, 

Mali və Tailandda bu göstəricinin artım tempi 4%-dən az olmayıb. 

Bunların içərisində isə yalnız İndoneziyada neft ehtiyatları var. Ancaq 

bunun  əksinə olaraq təbii sərvətlərlə  zəngin olmayan Cənubi-Şərqi 

Asiya ölkələrində (Honq-Konq, Sinqapur, Cənubi Koreya və Tayvan) 

yüksək iqtisadi artıma nail olublar. Digər tərəfdən neftin dünya 

qiymətləri sabit deyil və dünyada gedən siyasi, hərbi, iqtisadi və təbii 

proseslərin nəticəsi olaraq çox sürətlə dəyişir. Bu baxımdan ixracın və 

bütünlükdə iqtisadi inkişafın  əsas lokomotivinin neft sektoru olması 

çox təhlükəli nəticələrlə yekunlaşa bilər. 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə