Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə161/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   157   158   159   160   161   162   163   164   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

460



məhsul və milli gəlirin səviyyəsi ilə dünya göstəriciləri arasında bö-

yük uçurum yaratdı. Statistik məlumatlara görə, Azərbaycanda cari 

qiymətlərlə əhalinin hər nəfərinə düşən ÜDM 1993-cü ildə dünyadakı 

orta göstəricinin cəmi 4%-ni, Atlas metodu ilə hesablanmış adamba-

şına düşən milli gəlir isə 12.94%-ni təşkil edirdi. 2003-cü ilə  qədər 

Dünya Bankının hesabatlarında Azərbaycan yoxsul ölkələr qrupuna 

aid edilsə də, neft sektorunun inkişafı, «Əsrin müqaviləsi» layihəsinə 

uyğun olaraq ilk neftin hasil edilməsi və dünya bazarında neftin qiy-

mətinin qalxması ilə ölkəmizdə adambaşına düşən ÜDM 2009-cu ildə 

1993-cü ilə nisbətən 9.24 dəfə artaraq 4899 dollar təşkil edib. 

Hazırda dünyanın 56 ölkəsi yüksəkgəlirli ölkələr qrupuna daxildir 

ki, bunların içərisində Avropa və Amerikanın inkişaf etmiş ölkələri ilə 

yanaşı, XX əsrin ikinci yarısında öz iqtisadi uğurları ilə dünya iqtisa-

diyyatında yeni mərhələ açan Honq-Konq və Sinqapur, neft ixracında 

əsas rola malik olan Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı var. Aşağı 

gəlirli ölkələr sırasına isə 54 ölkə, əsasən də təbii fəlakətlər, xəstəlik 

və münaqişələrdən  əziyyət çəkən Afrika və Asiyanın yoxsul ölkələri 

daxildir. 1960-cı ildə  əhalisinin sayına görə, dünyanın 1/6-ni təşkil 

edən ölkələrin gəlirləri digər 5/6-in ümumi gəlirlərindən 2.9 dəfə çox 

idi. 1980-ci ildə bu fərq 3.15 dəfə, 2003-cü ildə 4.2 dəfəyə çatmışdır. 

Əhalinin hər nəfərinə düşən milli gəlir isə inkişaf etmiş ölkələrdə aşa-

ğı gəlirli ölkələrə nisbətən 1970-ci ildə 24.67 dəfə, 1980-ci ildə 32.71 

dəfə, 1990-cı ildə 54.89 dəfə, 2003-cü ildə 65 dəfə, 2010-cu ildə isə 

73 dəfə çox olmuşdur. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı Ölkə-

ləri ilə inkişaf etməkdə olan ölkələr arasında bu fərq 2010-cu ildə 56 

dəfə təşkil etmişdir. Avropa və Şimali Amerika ölkələrinin yüksək in-

kişaf etməsinin əsas səbəbi sərbəst bazar iqtisadiyyatının formalaşma-

sı, innovasiyanın istehsalata tətbiqinin sürətlənməsi, demokratik insti-

tutların formalaşması  və s.-dir. Yaponiya və «Asiya pələngləri» ölk-

ələrinin iqtisadi inkişafında əsas rolu texniki yenilik, insan kapitalının 

inkişafı, menecmentin yüksək səviyyəsi, yuxarı keyfiyyətli və ucuz 

mallar istehsal edilməsidir. 

Dünya ölkələrində insan kapitalına tələbat getdikcə artır: dünyada 

ixtisaslı  və yüksək intellektuallı  işçi qüvvəsinə malik olan ölkələrdə 

iqtisadi inkişaf daha dayanıqlı  və sürətli olur. Ona görə  də, dünyada 

elm və  təhsilə, ixtisaslı  işçi qüvvəsinə  çəkilən xərclər getdikcə artır. 

Əsas fondlara qoyulan investisiyalara nisbətən insan kapitalına qoyu-

lan investisiyalar daha sürətlə artır. Məsələn, 90-cı illərdə  İƏİT 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



461

(OECD) ölkələrində əsas fondlara qoyulan investisiyalar orta hesabla 

2.25% artsa da, insan kapitalına qoyulan investisiyalar 3.4% artmışdır. 

Son 10 ildə dünya iqtisadiyyatına təsir edən amillərdən biri də 

neftin qiymətinin ilbəil yüksəlməsidir. Hazırda neftin qiymətinin qalx-

ması dünya iqtisadiyyatında disbalansın yaranmasında əsas rol oyna-

yır və bu problemin yaxın gələcəkdə də həll edilməsi mümkün olma-

yacaq. Neft idxal edən ölkələrdə xarici ticarət balansı pisləşir, cari 

əməliyyatlar hesabının defisiti artır, ümumi tələb aşağı düğür, korpo-

rasiyaların xərci artır, rentabellik azalır. Neft ixrac edən ölkələrdə isə 

əksinə, xarici ticarət balansının profisiti artır və real valyuta məzən-

nəsi bahalaşmağa başlayır. Statistik məlumatlara görə, 2005-ci ildə 

neft ixrac edən ölkələrin (OPEK) gəlirləri 500 mlrd. dollara çatıb ki, 

bu da 2003-cü ildəkindən 2 dəfə çoxdur. Neftin qiymətinin artması 

bütünlükdə dünyada ümumi tələbi aşağı salır və iqtisadi artımı  zəif-

lədir. Bu proses həmçinin maliyyə bazarlarına da ciddi təsir göstərərək 

qiymətli kağızlar və obliqasiyaların ucuzlaşmasına səbəb olur. Dünya 

ölkələrində isə neft istehlakı ilbəil artır. 2010-cu ildə dünyada günlük 

neft istehlakı 87.38 mln. barel olub. Bu göstərici 2000-ci illə müqayi-

sədə 14% artıb. Neft istehsalında isə risklər hələ də qalmaqdadır: Ərəb 

ölkələrində qeyri-sabitlik, İraqda münaqişə və İranda beynəlxalq nüvə 

problemi. Ümumiyyətlə, neft istehsalına çəkilən xərclər də artmağa 

başlayıb. Əvvəla, iri neft yataqlarının tapılması çətinləşib. Buna görə 

də neft hasilatı daha çox böyük xərclər və risklər olan rayonlarda hə-

yata keçirilməyə başlanılıb. 1980 və 1990-cı illərdən sonra neftin qiy-

mətinin aşağı olmasının nəticəsi kimi hazırda bu sahədə ixtisaslı kadr 

və neftçi-mühəndislərin çatışmazlığı hiss olunur. Həmçinin neft ixrac 

edən ölkələrdə xarici şirkətlərə qoyulan əlavə vergi və royalti, onla-

rının fəaliyyətinin lisenziyalaşdırılması neft hasilatına çəkilən xərclə-

rin artmasında əsas rol oynayır. 

Dünya bankı ekspertləri tərəfindən neft və dünya ərzaq qiymətləri 

arasında tarixi asılılıq araşdırılmışdır. Məlum olmuşdur ki, neftin dün-

ya bazar qiymətinin hər 10%-lik artımı ərzaq qiymətlərinin 2-3% artı-

mına səbəb olur. Bütövlükdə bu əlaqə  kənd təsərrüfatı  məhsullarının 

maya dəyərində sənaye məhsulları ilə müqayisədə xərc maddəsi kimi 

neft və neft məhsullarının daha böyük paya malik olması ilə əlaqədar-

dır. Müqayisə üçün deyək ki, dünya üzrə sənaye məhsullarının maya 

dəyərində neft və neft məhsullarının payı 2.5% olduğu halda, bu gös-

tərici kənd təsərrüfatında 11%-ə yaxındır. Belə bir əlaqənin müəyyən 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə