Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə169/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   165   166   167   168   169   170   171   172   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

482



diyyatın bütün sahələrində, o cümlədən mənzil-kommunal təsərrüfa-

tında yeni texnika və texnologiya cəlb etməklə enerjiyə qənaət edilmə-

sini əsas tutur. Bunun nəticəsidir ki, həmin ölkələrdə ÜDM-in 1% art-

ması, maksimum 0.4% enerji istehlakının artması ilə müşahidə edilir 

və iqtisadi artım 60-65%-i enerji effektivliyi hesabına əldə olunur. 

Enerji resursları ilə  zəngin Azərbaycanın da enerji siyasətinin 

əsas strateji məqsədi optimal təkrar istehsal prosesinin yaradılması, 

enerji resurslarından rasional istifadə olunması və ətraf mühitin müha-

fizəsi, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji ehtiyat-

larından gələcək nəsillərin həyat şəraitinin yaxşılaşdırılması üçün isti-

fadə edilməsidir. 

Azərbaycanda enerji effektivliyi sahəsindəki hazırkı vəziyyət belə 

qənaətə gəlməyə imkan verir ki, istehsal edilmiş ÜDM dünya ölkələri 

ilə müqayisədə daha çox enerji tutumludur. Ona görə də Azərbaycan-

da iqtisadi təhlükəsizlik strategiyasının əsas məqsədlərindən biri enerji 

resurslarından səmərəli istifadənin təmin edilməsidir. Son illər Azər-

baycan regionunun və Avropanın enerji təhlükəsizliyinin təminatında 

əsas rola malik olan ölkəyə çevrilib və bu proses davam edərək möv-

qelərimiz ilbəil daha da möhkəmlənir. Təbii ehtiyatlar illər keçdikdən 

sonra tükəndiyindən  ən vacib məsələlərdən biri ölkə daxilində enerji 

resurslarından istifadənin səmərəliliyinin artırılmasıdır. Digər tərəf-

dən, Azərbaycanda ÜDM-in ilbəil sürətlə artdığını nəzərə alsaq, onda 

gələcəkdə məhsul və xidmətlər üçün daha çox enerji resursları lazım 

olacaq. 


2014-cü il sistemli böhranın davam etməsi ilə yanaşı, geosiyasi 

faktorların güclü təsiri ilə onların daşıyıcılarının qiymətlərində müşa-

hidə olunan azalma meyillərinin dünya ölkələrini enerji istehsalçısı 

olub-olmamasından asılı olmayaraq artan dövlət borcu və iqtisadi tə-

nəzzüllə mübarizədə bu və ya digər səviyyədə fiskal islahatların ke-

çirilməsi zərurəti ilə qarşı-qarşıya qaldığı bir il olmuşdur. 

Belə bir şəraitdə ölkəmizdə Ümumi Daxili Məhsulun (ÜDM) real 

artım tempi 2,8 faiz təşkil etmiş, iqtisadi sistemin tarazlı inkişafına 

nail olunmuş, 2014-cü ildə neft-qaz sektorunun ÜDM-də payının azal-

ma meyli təmin edilmişdir. Təbii resurslarla zəngin ölkə kimi bir sıra 

makroiqtisadi göstəricilərin təhlili zamanı bu faktor mütləq nəzərə 

alınmalıdır və təhlil neft gəlirləri nəzərə alınmadan iqtisadi göstəricilə-

rin müsbət dinamikaya malik olduğunu göstərir. Ötən il dövlət büdcə-

sinin qeyri-neft sahələrindən daxilolmalarının xüsusi çəkisi 1,6% bən-




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



483

di yüksəlmiş, qeyr-neft ÜDM-ə nisbətən 17,4 faiz təşkil etmişdir. Bu 

müsbət dinamika neft gəlirlərinin müvafiq göstəricilərinin azalmasına 

səbəb olmuşdur. 

 

2011-2014-cü illərdə Ümumi Daxili Məhsul 

 2011 

2012 

2013 

2014 

Ümümi Daxili Məhsul – 

cəmi (1+2+3), min.manat 

52082,0 54743,7  58182,0 58977,8 

Əvvəlki ilə nisbətən artım 

tempi, %-lə 

100,1 102,2  105,8 102,8 

O cümlədən  

 

 

 



1.Neft-qaz sektoru, 

mln.manat 

25829,9 24487,3  23778,1 21619,0 

Əvvəlki ilə nisbətən artım 

tempi, %-lə 

90,7 95,0  101,0 

97,1 

ÜDM-də payı 49,6 



44,7 

40,9 


36,7 

2.Qeyri-neft sektoru, 

min.manat 

23196,1 26864,4  30525,9 33038,3 

Əvvəlki ilə nisbətən artım 

tempi, %-lə 

109,4 109,7  110,0 107,0 

ÜDM-də payı 44,5 

49,0 

52,5 


56,0 

3.Məhsula və idxala xalis 

vergilər 

3056,0 3392,0  3878,0 4320,5 

ÜDM-də payı 5,9 

6,3 


6,6 

7,3 


 

2014-cü ildə dövlət büdcəsinin icrası ilə bağlı Azərbaycan Res-

publikası Hesablama Palatasının hazırladığı  rəydə  də qeyd olunduğu 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

484



kimi, aparılan təhlillər  əksər göstəricilər üzrə respublikamızın vergi 

sisteminin kifayət qədər güclü və dayanıqlı olmasından xəbər verir. 

Eyni zamanda təbii resursla zəngin və dinamik inkişaf edən bir ölkə 

olaraq gələcək perspektivlərin və maliyyə imkanlarının sərhədlərinin 

müəyyən edilməsi zamanı neft amilinin diqqətdə saxlanılması müm-

kün mənfi meyillərin qarşısının alınması və sabit inkişafın təmin edil-

məsi baxımından mühüm amildir. 

Azərbaycanda da müasir texnika və texnologiya cəlb etməklə

enerjidən səmərəli istifadə edilməsi metodlarının aşkar edilməsi üçün 

tədqiqatların genişləndirilməsi ilə  gələcəkdə enerji istehlakının azal-

dılmasına nail olmaq mümkündür. İqtisadi strategiyanın əsas məqsədi 

hasilat sənayesinin xüsusi çəkisinin azaldılması ilə iqtisadiyyatda 

struktur dəyişikliklərinin həyata keçirilməsi olmalıdır. Enerji resursla-

rından qeyri-səmərəli istifadə  nəticəsində  təbii sərvətlərin itkilərinin 

uçotu aparılmalıdır və bu məlumatlara  əsasən iqtisadi siyasət forma-

laşdırılaraq, itkilərin azaldılması üçün hər il hədəflər müəyyən edilmə-

lidir. Həmçinin sənayedə enerji effektivliyini artırmaq üçün dövlət 

proqramı hazırlanmalıdır. Ümumi enerji istehlakında sənayenin xüsusi 

çəkisinin azaldılması və istehsal edilmiş malların beynəlxalq rəqabət-

qabiliyyətlilyinin artırılması üçün sənaye sahələrində enerjidən səmə-

rəli istifadə edilməsini təmin edəcək bu proqram iqtisadiyyatın bütün 

sahələrində mövcud olan strategiya ilə uyğunlaşdırılmalıdır.  İstehsalı 

daha çox enerjitutumlu olan sənaye müəssisələrinin siyahısı tərtib olu-

naraq bu müəssisələrin sayının azaldılmasına yönələcək tədbirlər hə-

yata keçirilməlidir. 

Dünya ölkələrinin təcrübəsi göstərir ki, ÜTT-yə üzvlüklə bağlı 

danışıqların nəticələri yalnız cari müqayisəli üstünlüyə malik olan 

istehsal sahələrinin deyil, həm də potensial müqayisəli inkişaf xüsu-

siyyətlərinə malik olan istehsal sahələrinin maraqlarının nəzərə alın-

ması təmin edildikdə daha uğurlu sayıla bilər. Əvvəllər qeyd edildiyi 

kimi, Azərbaycan iqtisadiyyatı bir sıra məhsulların istehsalı üzrə po-

tensial müqayisəli üstünlüyə malikdir. Bu, inkişaf prosesinin ilk dövr-

lərində  həmin sahələrin xarici rəqabətdən qorunmasını  və müvafiq 

istehsal sahələrinin yaradılmasını tələb edir. Bu məsələyə yanaşmada 

bir sıra ölkələrin təcrübəsi – xüsusən Finlandiya ən yaxşı nümunə ola 

bilər. Burada, əsas istehsal müəssisələri ilə yanası, onların inkişafı 

üçün zəruri olan yardımçı sahələrin olması klaster yanaşmanın üstün-

lüyünü göstərir. 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə