Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə167/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   163   164   165   166   167   168   169   170   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



477

3. Dünya bazarında rəqabət aparmaq təcrübəsi olan yaxın və kö-

məkedici sahələrin mövcudluğu. 

4. Firmaların struktur və strategiyalarının formalaşması, daxili rə-

qabət şərtləri. 

Bu xüsusiyyətlər iqtisadi ədəbiyyatlarda determinant adını alıb. 

Belə ki, onların hər bir təsərrüfat qərarlarının müəyyən edilmiş nəticə-

si olmalıdır. Ölkənin müqayisəli üstünlük determinantı  aşağıdakı ki-

midir: 

Ölkələr sahə və seqmentdə də uğur qazana bilərlər ki, milli iqtisa-



diyyatın komponentləri qarşılıqlı olaraq güclənir və  hər bir determi-

nant bir-birinə  təsir edir. Ayrı-ayrılıqda hər bir determinant üzrə üs-

tünlük ümumilikdə  rəqabət üstünlüyü demək deyil. Yalnız bütün de-

terminantlar üzrə üstünlüklər arasında olan qarşılıqlı  əlaqə  rəqabətdə 

udmaq imkanlarını təmin edir. 

Rəqabətqabiliyyətliliyi əhalinin həyat səviyyəsi və əhalinin gəlir-

ləri, insan kapitalının keyfiyyəti və təkrar istehsalı ilə əlaqəli olmadan 

təhlil etmək mümkün deyil. Qeyd edək ki, ölkələrin bir məhsul üzrə 

müqayisəli üstünlüyə malik olması daimi deyil. Tarixdə çoxlu misallar 

var ki, ölkə bəzən bir sahə üzrə, məsələn kənd təsərrüfatı üzrə ixtisas-

laşıb və sonradan isə digər sahənin məhsullarının istehsalçısına çevri-

lib. İlk dəfə olaraq XIX əsrdə Böyük Britaniyada sərbəst tisarət siya-

səti meydana çıxanda ABŞ və Almaniya kənd təsərrüfatı üzrə müqayi-

səli üstünlüyə malik idilər. I Dünya müharibəsinin əvvəllərində bu öl-

kələrin sənaye məhsulları Böyük Brtaniyada istehsal edilən sənaye 

məhsulları ilə əsaslı rəqabət aparırdılar. II Dünya müharibəsindən son-

ra Yaponiya, son illərdə isə Sənubi Koreya, Tayvan, Çin dünya baza-

rında rəqabətqabiliyyətli sənaye məhsulları ilə  çıxış edirlər. Ansaq 

ölkənin yeni sahədə müqayisəli üstünlük əldə etməsi üçün hökumətin 

bu sahədə düşünülmüş siyasəti olmalıdır. 

Rəqabətqabiliyyətliliyi artırmaq üçün dövlətin siyasəti aşağıdakı-

ları əhatə edir: 

-1.Makroiqtisadi stabillik və iqtisadiyyatın diversifikasiyası; 

- 2.Əmək məhsuldarlığı; 

- 3.Kredit əldə etmək imkanları; 

- 4.İnnovasiya yaradılması və tətbiqi; 

- 5.İnfrastrukturun inkişafı; 

- 6. Əlverişli biznes mühiti; 

- 7. Dövlətin iqtisadi siyasətinin qəbul edilməsi. 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

478



İkinci Dünya müharibəsindən sonra dünya iqtisadiyyatında  əsas 

rolu ABŞ oynamağa başladı ki, bunun da əsas səbəbi bu ölkənin mü-

haribədə digər inkişaf etmiş ölkələrlə müqayisədə daha az itkilər ver-

məsi idi. 

Qeyd etmək lazımdır ki, keçən əsrin 90-cı illərindən sonra ABŞ-

da da rəqabətqabiliyyətlilik dövlətin prioritet vəzifəsinə çevrildi. 

1993-cü ildə Bill Klinton hakimiyyətə gəldikdən sonra “Amerikda iq-

tisadi artım üçün texnologiya: iqtisadi güc yaradılması üçün yeni 

kurs” adlı sənəd qəbul edildi. Belə qərara gəlindi ki, iqtisadi artım ya-

radılması  və  rəqabətqabiliyyətliliyin artırılması üçün dövlət  əsas qa-

rant olmalıdır. Sənəddə əsas 3 strateji istiqamət müəyyən edilmişdir; 

1) Yeni iş yerlərinin yaradılması ilə nəticələnən uzunmüddətli iq-

tisadi artım və ətraf mühitin mühafizəsi; 

2)  Əhalinin ehtiyaclarına təsir göstərən səmərəli istehsalın yara-

dılması; 

3)Fundamental elm, riyaziyyat və mühəndislik sahəsində dünya 

lideri olmaq. 

Ölkədə  rəqabətqabiliyyətliliyin artırılması üçün görüləcək işləri 

koordinasiya etmək üçün ABŞ prezidenti yanında rəqabətqabiliyyətli-

lik üzrə Sovet yaradılıb. 

Ümumiyyətlə, bu dövrdə əksər ölkələrdə ticarət məhdudiyyətləri-

nin aradan qaldırılması və ticarətin liberallaşdırılması milli korporasi-

yalara imkan verdi ki, istehsal güclərini bütün dünya üzrə yerləşdirə-

rək, məhsul vahidinin istehsalına çəkilən xərcləri azaldaraq, mənfəəti 

maksimum artırsınlar. Bu proses bir çox istehsalın Avropa və Ameri-

kanın inkişaf etmiş ölkələrindən işçi qüvvəsi daha ucuz olan Cənub-

Şərqi Asiya və  Cənubi Amerika ölkələrinə keçməsinə  səbəb oldu. 

Nəticədə, yüksək inkişaf templəri əldə edən Hon-konq, Sinqapur, Ko-

reya Respublikası, Malayziya və s. kimi yeni sənaye ölkələri dünya 

bazarına rəqabətqabiliyyətli məhsullar ixrac etməyə başladılar. Sosia-

lizmin dağılması ilə isə keçmiş Sovet respublikaları və Şərqi Avropa 

ölkələrinə investisiyaların cəlb edilməsi ilə innovasiyanın tətbiq edil-

məsi dünya bazarına bu ölkələrin də az olsa belə, müəyyən tələbatlara 

cavab verəcək mallar çıxarmasına səbəb oldu. İki proses – dünya 

təsərrüfatında Qərbi Avropa və ABŞ-a nisbətən daha çox müqayisəli 

üstünlüyə malik olan yeni ölkələrin iştirak etməsi və istehsalın trans-

milliləşməsi Qərb ölkələrində ölkələrin dünya təsərrüfatında rəqabət-

qabiliyyətliliyi məsələsini geniş tətbiq etməyə vadar etdi. 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



479

Qeyd etmək lazımdır ki, ölkənin beynəlxalq rəqabətqabiliyyətlilyi 

ilə iqtisadi inkişaf arasında birbaşa əlaqə mövcuddur. Ölkənin rəqabətqa-

biliyyətliyini müəyyən edən  əsas göstəricilər iqtisadi inkişafla birbaşa 

bağlıdır. Rəqabətqabiliyyətlilik əsasən 3 istiqamət üzrə inkişaf edən iqti-

sadiyyatlar üçün müxtəlif göstəricilərlə müəyyən olunur. Statistik hesab-

lamalar göstərir ki, innovasiyaya və effektivliyə əsaslanan iqtisadiyyatlar-

da rəqabətqabiliyyətlilik daha yüksək, adambaşına düşən ÜDM-in həcmi 

isə resurslara əsaslanan iqtisadiyyata nisbətən 4-5 dəfə çox olur. 

Qeyd etmək lazımdır ki, son beş ilin statistikasına əsasən, ölkədə 

neft və neft məhsullarının ixracda payının 76-97 % aralığında dəyiş-

məsi iqtisadiyyatın strukturunda resurs amilinin yüksək olduğunu gös-

tərir. Beləliklə  də, rəqabət qabiliyyətinin yüksəldilməsində ortamüd-

dətli planlardan, ilk növbədə, ixracda qeyri-neft məhsullarının payının 

artırılmasının stimullaşdırılması olmalıdır. 

12 pillənin hər biri üzrə ayrılıqda təhlil aparmaqla, Azərbaycanın 

beynəlxalq rəqabət üstünlüklərini və gələcək imkanlarını üzə çıxarmaq 

mümkündür. 

 

 

Azərbaycanın 2010-2015-ci illərdə rəqabətqabiliyyətliliyi 



 

Müsbət amillər Mənfi amillər 

Dinamik iqtisadi artım 

İqtisadi artımın neft-qaz sektorundan 

asılı olması 

Adambaşına düşən 

ÜDM-in stabil artımı 

Əmək məhsuldarlığı və səmərəliliyinin 

aşağı olması 

Valyuta ehtiyatları 

Xarici investisiyaların əsasən neft sekto-

runa cəlb edilməsi 

Makroiqtisadi idarəetmə 

nin təkmilləşdirilməsi 

Əsas fondların fiziki və mənəvi aşınması 

Yüksəkixtisaslı işçi 

qüvvəsi 


Qeyri- neft sektoru məhsulları nın ixracı-

nın zəif olması 

İri həcmli xarici investisi 

yaların cəlb edilməsi 

Qiymətli kağızlar bazarının inkişaf et-

məməsi 


Regionda xarici investor 

kimi fəallığın artması 

İnsan kapitalına yönəldilən xərclərin az 

olması 


Yoxsulluq səviyyəsinin 

sürətlə azalması 

 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə