Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə166/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   162   163   164   165   166   167   168   169   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

474



şaf etmiş ölkələrində, son onillikdə isə yeni bazar ölkələrində iqtisadi 

tənzimləmə siyasətinin diqqət mərkəzində dayanmaqdadır. Makroiqti-

sadi nəzəriyyə kimi 70-cı illərin əvvəllərində yaranan «Ölkələrin Rə-

qabət Qabiliyyəti» qısa bir zaman içində iqtisadçılar arasında sürətlə 

yayıldı, hətta geniş müzakirələrin  əsas mövzusuna və fundamental 

tədqiqatların obyektinə çevrildi. Rəqabətqabiliyyətliliyin artırılması-

nın ölkələr üçün əsas prioritet vəzifəyə çevrilməsinə bir sıra amillər 

səbəb oldu. Xarici iqtisadi ədəbiyyatlarda rəqabətqabiliyyətlilik müx-

təlif cür izah edilir: 

- Rəqabətqabiliyyətlilik iqtisadiyyatda əhalinin həyat səviyyəsi-

nin yüksəldilməsinə aparan uğurlu mövqe əldə etmək qabiliyyətidir 

(ABŞ-ın Rəqabətqabiliyyətlilik üzrə Milli Soveti). 

- Rəqabətqabiliyyətlilik insan, təbii və kapital resurslarının səmə-

rəliliyi ilə müəyyən olunur. Səmərəlilik ölkədə əhalinin həyat səviyyə-

sini müəyyən edir. Ölkələrin rəqabətqabiliyyətli olması üçün ölkədə 

əmək məhsuldarlığını daimi olaraq rəqib ölkələrdən yuxarı səviyyədə 

saxlamaq lazımdır. (Porter, 2003) Porterin fikrincə, rəqabətqabiliyyət-

lilik elmi və praktiki əhəmiyyət daşımaqla cəmiyyətin inkişafının əsas 

amilidir. Praktiki olaraq bütün müəlliflər rəqabətqabiliyyətliliyin əsas 

komponentlərinin aşağıdakılardan ibarət olduğunu qeyd edirlər: 

-  Əmtəələrin texniki səviyyəsi, alıcıların tələblərinə uyğunluğu, 

texniki standart və şərtlər; servis və zəmanət xidmətlərinin təşkili; qiy-

mət və ödəmə şərtləri; əmtəə və xidmətlərin bazara vaxtında çatdırıl-

ması; həmin regionda siyasi-iqtisadi vəziyyət. 

- Rəqabətqabiliyyətlilik ölkənin vətəndaşlarının real gəlirlərini 

stabil saxlamaq və ya artırmaq şərtilə dünya bazarının tələblərinə uy-

ğun əmtəə və xidmətlər istehsal etmək imkanlarıdır. (ABŞ prezidenti 

yanında Sənaye Rəqabətqabillyyətlilik Komissiyası) Rəqabətqabiliy-

yətlilik real milli gəlirin artırılması  şəraitində xarici partnyorların tə-

ləblərinə cavab verəcək  əmtəə  və xidmətlərin istehsal dərəcəsini  əks 

etdirir. (İİƏT-in Texnologiya və İqtisadiyyat Proqramı, 2001) 

M.Porter ölkələr və regionların rəqabətqabiliyyətliliyinin araşdı-

rılması sahəsində ən tanınmış tədqiqatçıdır. O öz konsepsiyasını neok-

lassik iqtisadi nəzəriyyələrin banilərindən olan A. Marşalın “Firmala-

rın xarici iqtisadi fəaliyyəti nəzəriyyəsi” ilə uyğunlaşdırmağa çalışıb. 

Ölkələrin rəqabətqabiliyyətliliyini öyrənmədən öncə Porter, ayr-ayrı 

firmalar arasında rəqabət problemi ilə məşğul olub. Onun tədqiqatları 

əsasən 2 kitabında: «Rəqabət strategiyası: sahələri və rəqiblərin təhlil 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



475

metodu» (Porter,1980) və «Müqayisəli üstünlük, uğurlu fəaliyyətin 

yaradılması və qorunması» (Porter, 1985) kitablarında əks olunub. O 

öz tədqiqatlarının nəticəsində sonrakı logik zəncir yaradıb: əgər firma-

lar rəqabətqabiliyyətlidirsə, bu ölkə iqtisadiyyatında rəqabətqabiliy-

yətli sahələr formalaşdırır və nəticədə, ölkənin dünya bazarında rəqa-

bətqabiliyyətli olmasını təmin edir. Ona görə də, ölkələrin beynəlxalq 

rəqabətqabiliyyətliliyinin əsas kriteriyası kimi ölkələrin hər növ məh-

sul üzrə ixracının dünya ixracında xüsusi çəkisi əsas götürülür. Bu ba-

xımdan ölkənin beynəlxalq rəqabətqabiliyyətliliyi dedikdə, onun ixra-

cının rəqabətqabiliyyətliliyi başa düşülür. 

Rəqabətqabiliyyətlilik ilk olaraq əmtəə  və xidmətlər üzrə  çıxır. 

Məhsulun rəqabət qabiliyyəti – eynitəyinatlı rəqib məhsullarla müqa-

yisədə istehlakçılar tərəfindən daha çox üstünlük verilmə səviyyəsini 

əks etdirir. İstehlakçıların bu seçimi məhsulun qiyməti və qeyri-qiy-

mət amillərindən asılı olur. Yəni məhz o məhsul yüksək rəqabətqa-

biliyyətli hesab olunur ki, o həm ucuz qiymətlə reallaşsın, həm keyfiy-

yət və zövq baxımından istehlakçıların tələblərini ödəsin, həm də is-

tehsal və ekoloji standartlara cavab versin. Təbii haldır ki, bütün bu 

standartlara cavab verən və maksimal rəqabət qabiliyyətinə malik ide-

al məhsul olmur. Rəqabət şəraitində bu və ya digər müəssisə əldə etdi-

yi üstünlüklərdən faydalanaraq digərindən önə  çıxır. Beləliklə, daim 

rəqabət aparan müəssisələr öz məhsullarını ilk növbədə daxili, sonra 

isə beynəlxalq bazarlarda irəlilətməklə, son nəticədə müəssisələrin rə-

qabət qabiliyyətini formalaşdırmış və möhkəmlətmiş olur. 

Hazırda Sinqapur dünyada ən rəqabətqabiliyyətli ölkələrdən biri 

kimi tanınır. Asiyanın kiçik ölkəsi, lakin tez bir zamanda iqtisadi əjda-

haya çevrilən Sinqapur süni surətdə ucuzlaşdırılan işçi qüvvəsinin və 

görünməmiş miqyasda xarici sərmayələrin cəlb edilməsi hesabına rə-

qabət aparmağı bacarır. Bu Asiya ölkəsində həyati əhəmiyyətli sahə-

lərdə vəziyyət ideal səviyyədədir: iqtisadiyyatı bütünlüklə iş adamla-

rının üzünə açıqdır, dövlət aparatı o qədər də böyük deyil, amma sə-

mərəlidir (büdcə  kəsiri sıfır səviyyəsindədir və vergilər aşağıdır və 

hamı həvəslə ödəyir), maliyyə sistemi sağlamdır, texnologiya yenidir, 

bacarıqlı menecerləri var, qanunverici sistemi müqavilələrin gerçək-

ləşməsinə  zəmanət verir, səmərəli polis sisteminə malikdir və buna 

görə də cəmiyyətdə sabitlik və rahatlıq hökm sürür. Hon-konq, İndo-

neziya, Malayziya, Cənubi Koreya və Tailand barəsində də eyni söz-

ləri demək olar. 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

476



ABŞ-ın ən başlıca üstünlüyü texnologiyanın və idarəetmə ustalı-

ğının həddən artıq yüksək səviyyədə olmasındadır. Digər üstünlükləri 

də var: böyük olmayan sosial xərclər, yaxşı  fəaliyyət göstərən  əmək 

bazarı, yeni firma yaradılmasının asan olması, maliyyə bazarı iştirak-

çılarının hüquqlarının möhkəm qorunması. ABŞ-dan sonra Böyük 

Britaniyanın rəqabətqabiliyyətli olmasını önə  çəkirlər. Britaniyanın 

başlıca üstünlüyü, digər Avropa ölkələrinə nisbətən mükəmməl vergi 

sisteminə malik olmasıdır.  İngilislər də amerikalılar kimi vergiləri 

vaxtında ödəməyə meyillidirlər. Digər Avropa ölkələrinin - Almaniya, 

Fransa və İtaliyanın isə çatışmayan cəhətləri yüksək vergilərin olması, 

dövlətin həddən artıq iqtisadiyyata qarışması və normal əmək bazarı-

nın olmamasıdır. Hər halda, Ümumdünya İqtisadi Forumunun mütə-

xəssisləri belə düşünürlər. 

Qeyd etmək lazımdır ki, beynəlxalq rəqabətqabiliyyətli milli iqtisa-

di sistem – uzunmüddətli zaman şəraitində ölkənin malik olduğu isteh-

sal resurslarının elə  səmərəli istifadəsidir ki, son məhsul və xidmətlər 

dünya bazarında mövcud tələbləri ödəsin, yeni tələb formalaşdırsın və 

buradan gələn milli gəlir vətəndaşların rifah halının yüksəlməsinə xid-

mət etsin. Uzunmüddətli zaman şəraitində  rəqabətqabiliyyətlilik anla-

yışı ölkələrin beynəlxalq arenada yalnız cari mövqelərini deyil, onların 

uzunmüddətli dayanıqlı uğura malik olmalarını ifadə edir. Belə ki, dün-

ya bazarında məhz o iqtisadi sistemlər beynəlxalq rəqabət qabiliyyətinə 

malik olurlar ki, sahib olduqları üstün mövqeyi uzun müddət qoruyub 

saxlaya bilir və onun gələcək dövrlərdə də təmin edilməsi üçün davamlı 

şəkildə inkişaf mexanizmlərini işləyib hazırlayırlar. 

İqtisadiyyatda rəqabətqabiliyyətlilik yaradılması üçün dünya ba-

zarında mövcud tələblər ödənməlidir ki, bura qiymət, keyfiyyət ünsür-

ləri aiddir. Hər iki amil qrupu üzrə tarazlığı qorumaq və optimal nəti-

cəyə nail olmaq hər bir istehsal halqasının əsas hədəfi olmalıdır. 

Ölkənin rəqabət qabiliyyəti eyni zamanda onun sosial səmərə 

şərtlərinə də cavab verməlidir. Rəqabətqabiliyyətli iqtisadi sistem qa-

palı bir mexanizm olmamalı, inkişafın nəticələrini vətəndaşların həyat 

səviyyəsinin yüksəldilməsində göstərməlidir. 

Beynəlxalq rəqabət nəzəriyyəsi müəssisələrin beynəlxalq bazara 

çıxması və inkişaf etməsi üçün ölkə daxilində 4 əsas şərtə əməl edil-

məsini vacib sayır: 

1. Müəyyən kəmiyyət və keyfiyyətdə istehsal amilləri. 

2. Əmtəə  və xidmətlərə daxili tələbin səbəbləri, onun kəmiyyət 

və keyfiyyət parametrləri. 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə