Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə170/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   166   167   168   169   170   171   172   173   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



485

Ölkənin ÜTT qarşısında üzvlük üzrə öhdəlikləri dəqiqləşdirilər-

kən cari və potensial müqayisəli üstünlüyə malik məhsullar istehsal 

edən və onlara yardımçı olan istehsal sahələrinin maraqlarına üstünlük 

vermək daha məqsədəuyğun olardı. Bu halda ərzaq təhlükəsizliyi, 

ticarət dövriyyəsi və büdcə gəlirləri üçün əhəmiyyətli olan istehsal sa-

hələri üzrə tariflərin yüksək səviyyədənsə orta səviyyədə müəyyənləş-

məsinə nail olmaq lazımdır. Digər məhsullar üzrə tariflərin aşağı ol-

masına, bəzi hallarda isə ləğv olunmasına da razılaşmaq olar. 

ÜTT-yə qoşulmanın müsbət tərəflərini  əsasən aşağıdakı kimi 

qruplaşdırmaq olar: 

- Geniş və zəngin informasiya şəbəkəsinə daxil olur, o cümlədən 

bu təşkilat vasitəsilə ticarət mübahisələrinin ədalətli yolla həllinə nail 

olur; 


- Azərbaycan beynəlxalq çoxtərəfli ticarət danışıqlarında tam və 

bərabər-hüquqlu üzv dövlət olaraq iştirak edir və dünya ticarət siyasə-

tində öz maraqlarının qorunması ilə çıxış etmək imkanı yaranır; 

- Üzv ölkələrin bazarlarına təhlükəsiz daxil olur; idxal rüsumla-

rının azaldılması  nəticəsində milli bazarlarda rəqabətin yüksəlməsini 

təmin edir; 

-  İqtisadi zəmində yaranan mübahisələrin həllinə dair ÜTT-nin 

qaydalarından və mexanizmindən istifadə etmək imkanı yaranır; 

- Üzv ölkələrin bir-birlərinin ərazilərindən təhlükəsiz olaraq tran-

zit kimi istifadə etmək hüququ əldə edir; 

- İstehlakçılara rəqabətin üstünlüklərindən tam istifadə etmək im-

kanının verilməsi daha geniş seçim və aşağı qiymətlər vəd edir; 

- Tariflərin aşağı salınması xammal materialları, aralıq məhsul və 

komponentlərin qiymətlərinin aşağı düşməsinə gətirib çıxarır ki, nəti-

cədə də son məhsul və xidmətlərin maya dəyəri aşağı düşür, istehlak 

xərcləri azalır; 

- Milli qanunların beynəlxalq qanunlarla uzlaşdırılması və müva-

fiq üzv ölkələrin bu sahə üzrə standartları tətbiq etməklə iqtisadiyyat-

da liberallaşmanın və iqtisadi islahatların təsadüfi olmadığını  və bu 

prosesin daha sürətlənəcəyini bir daha təsdiq edir, ölkəmizin investisi-

ya və kredit cəlbedicilik riskləri azalır; 

- Azərbaycanda istehsal olunan məhsullar ÜTT-yə üzv olan ölkə-

lərin bazarlarına ixrac olunarkən diskriminasiyaya malik olmur; 

- Xarici ticarət prosedurlarının sadələşdirilməsi, idxalda şəffaflaş-

dırma, ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və süni bü-



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

486



rokratik əngəllərin qarşısının alınması nəticəsində gizli ticarət dövriy-

yəsi və korrupsiya halları azalır; 

- İdxal-ixrac əməliyyatlarında prosedur qaydalarının sadələşdiril-

məsi və şəffaflığın təmin edilməsi gözəgörünməz xərclərin azalmasına 

və sonda malların qiymətinin aşağı düşməsinə gətirib çıxarır; 

- Azad rəqabət mühitinin formalaşması daha da sürətlənir, bəra-

bər biznes və qiymət mühiti təmin edilir; 

- İdxal rüsumlarının azaldılması ilə milli bazarda rəqabətqabiliy-

yətlilik artır, yerli istehlakçılar daha ucuz və keyfiyyətli mallar əldə et-

mək imkanı yaranır; 

- Qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi genişlənir və s. 

- Əmtəə nişanlarının, müəllif hüquqlarının qorunması bütün ölkə-

lər tərəfindən qəbul olunmuş qaydalar əsasında həyata keçirilir və s. 

Məlum olduğu kimi, Azərbaycanın ÜTT-yə üzvlük zamanı  və 

ÜTT çərçivəsində aparılan ticarət danışıqlarında ən çox müzakirə olu-

nan məsələ kənd təsərrüfatıdır. Kənd təsərrüfatı ilə bağlı danışıqlar za-

manı Azərbaycanın üzvlük prosesində narahatlıq doğuran məsələlər 

aşağıdakılardır: 

• Azərbaycan inkişaf etməkdə olan ölkə hesab edilmir və buna 

görə də Kənd Təsərrüfatı Sazişi əsasında 10% minimal yardımın (aq-

rar sektora verilən daxili yardımın xüsusi çəkisi)  əldə edilməsində 

problem var; 

• Vergilərdən azad olunma nəticəsində yaranan imtiyazların sub-

sidiya kimi qəbul edilməməsi; 

• Kənd təsərrüfatı müəssisələrinin borclarının silinməsi nəticəsin-

də yaranan imtiyazların subsidiya kimi qəbul edilməməsi. 

ÜTT-yə üzv olmanın əsas müsbət tərəflərindən biri odur ki, Azər-

baycanda istehsal olunan məhsullar bu təşkilata üzv olan ölkələrin ba-

zarlarına ixrac olunarkən diskriminasiyaya malik olmayacaqlar. Digər 

tərəfdən, Azərbaycanın ÜTT-yə qəbul edilməsi ən əsası xarici ticarət 

sahəsində mübahisələrin həllinə yardım etməklə yanaşı, ABŞ və Av-

ropa Birliyinin pambıq istehsalçılarına subsidiyaları ayrılmasına qarşı 

ciddi mübahisə etmək imkanı qazandıra bilər. Statistik məlumatlara 

görə, 2001-2002-ci ildə ABŞ-da pambıq istehsalçılarına verilən bira-

başa dövlət subsidiyaları 2.3 mlrd. dollar, Avropa Birliyində 800 mln. 

dollar olub. Bu da dünya bazarında pambığın aşağı qiymətə satılma-

sına səbəb olub. Dünya Bankının hesablamalarına görə ABŞ və Avro-

pa Birliyinin pambıq istehsalçılarına subsidiyaların dayandırılması 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



487

pambığın dünya bazar qiymətlərinin 71% artmasına gətirib çıxarar. 

Qiymətlərin bu qədər artması  nəticəsində  əlavə olaraq 90-100 mln. 

dollar gəlir əldə etmək olar. Həmçinin proqnozlara görə, dünya bazar 

qiymətləri  əlverişli olduqda ixrac edilmiş pambığın həcmi müəyyən 

qədər artır ki, bu da potensial mənfəət deməkdir. 

Azərbaycan strateji perspektivdə ÜTT qaydaları çərçivəsində dün-

ya təsərrüfat sisteminə aktiv inteqrasiya olunması vacibdir, bu bizim öl-

kəyə unifikasiya edilmiş, inteqrasiya olunmuş vahid investisiya mühiti-

nin bir hissəsi olmaq imkanı verən, müqayisə olunan iqtisadi, hüquqi, 

texniki, sanitar, fitosanitar və ekoloji standartlarla, norma və qaydalarla 

və bunun nəticəsi kimi bizim ölkənin iqtisadiyyatına daha aktiv investi-

siya cəlb olunmasına əlverişli şəarit yaratmağa imkan verə bilər. 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə