Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə173/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   169   170   171   172   173   174   175   176   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

494



raq, hazırda hər iki təşkilatın üzv ölkələrinin sayı 180-i keçmişdir. Bu 

üzv ölkələr öz maraq və  məqsədlərini Dünya Bankının Vaşinqtonda 

yerləşən Direktorlar Şurasına və  İdarə Heyətinə veriblər. Dünya 

Bankının Nizamnaməsini qəbul edən, sərbəst xarici siyasət yeridən 

hər bir ölkə eyni zamanda Beynəlxalq Valyuta Fonduna da üzv seçilir. 

Üzv olan ölkələrin icraçı direktorları idarəetmədə öz payları olan 

səhmdarlardır. Beş iri səhmdarın – ABŞ, Fransa, Almaniya, Yaponiya 

və İngiltərənin ayrılıqda öz icraçı direktorları var. Qalan üzvlər isə 19 

icraçı direktor təyin edirlər. Çin və ona birləşən ölkələr bir; Rusiya və 

ona birləşən ölkələr bir; Səudiyyə  Ərəbistanı  və ona birləşən ölkələr 

bir və beləliklə, başqaları çoxsaylı  şəkildə bir icraçı direktor təyin 

edirlər. Beləliklə, 24 icraçı direktor həftədə iki dəfə  yığışıb Dünya 

Bankının fəaliyyətinin bütün sahələrini müzakirə edir, məsələləri həll 

edirlər. Ənənəyə görə Dünya Bankının prezidentliyinə 5 il müddətinə 

ən iri səhmdar ölkənin – ABŞ-ın vətəndaşı seçilir. O, Direktorlar Şura-

sına rəhbərlik edir və Dünya Bankının ümumi fəaliyyətinə cavabdeh-

dir.Dünya Bankı-II.Dünya müharibəsindən sonra Beynəlxalq Yeni-

dənqurma və İnkişaf Bankı (IBRD) adı ilə qurulmuş, 1947-ci ildə Bir-

ləşmiş Millətlərin müstəqil ixtisaslaşmış  təşkilatlarından biri olmuş-

dur. Hal- hazırda dünya dövlətlərinin 181-i Bankın üzvüdür. Bunlar-

dan 11-i, bank sərmayəsinin 55 %-inə sahibdir. Dünya Bankı Qrupu 

beynəlxalq miqyasda ən böyük inkişafa yardım mənbələrindən biridir. 

2014-ci maliyyə təqvimində qurum tərəfindən 30 mlrd. dollardan çox 

kredit vəsaitini bankın beynəlxalq miqyasda müştəri ölkələrinə payla-

mışdır. Təşkilat 100-dən çox inkişaf etməkdə olan ölkədə çalışmaqla 

ən kasıb əhali və ən kasıb ölkələrə yardım etmək kimi sadə və əhəmiy-

yətli hədəflər uğrunda iş görür. Bankın bütün müştəriləri üçün ümumi 

yardım sahələri aşağıdakılardır: 

Əhaliyə yönəldilmiş ibtidai səhiyyə  və  təhsil məsələlərilə bağlı 

birbaşa investisiyalar ; 

İctimai tərəqqinin dövlət idarəetməsi və müəssisə strukturlarının 

inşası məsələlərinin yoxsulluğun azaldılması istiqamətində ən əhəmiy-

yətli vasitələr olduğunu nəzərə alaraq həyata keçirilməsi; 

- Hökumətlərin keyfiyyətli, effektli və şəffaf xidmət etmə qabiliy-

yətlərinin artırılması ; 

- Ətraf mühitin mühafizəsi ; 

- Özəl biznes sektorunun inkişafını həvəsləndirən və dəstəkləyən 

xidmətlər; 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



495

- Uzun müddətli planlaşdırmaya və investisyaların həyata keçiril-

məsinə imkan yaradan stabil makroiqtisadi şəraitin formalaşmasına 

dair reformların tərtib edilməsi . 

Zaman içində bir qrup halına gələrək Dünya Bankı Qrupu (World 

Bank Group) adını alan təşkilatın tərkibində beş  əsas təşkilat təmsil 

olunur. 

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı -1945-ci ildə yaradıl-

mış olan və Dünya Bankının nisbətən inkişaf etməkdə olan ölkələrin 

dövlət sektorunu kreditlə  təmin edən bölməsidir.  Əsas qruplardan 

sayılır və üzv dövlətlərdə iqtisadi islahatların sürətləndirməsi, xüsusi 

ilə də özəl sektorun inkişafı, sənaye potensialının artırılması məqsədi 

ilə onlara hərtərəfli maliyyə dəstəyi göstərir. Əsasən əhalisinin hər nə-

fərinə düşən gəliri 1 500 ABŞ dollarından çox olan ölkələrə böyük 

miqdarda kredit verir. 2014-cü ilə qədər 183 ölkə bu təşkilatdan kredit 

alıb. Təşkilatın fəaliyyətinin  əsas istiqamətlərindən biri investisiya 

layihələrini və fermer təsərrüfatlarını maliyyələşdirilməsindən ibarət-

dir. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı öz istiqrazlarını bey-

nəlxalq kapital bazarında satmaqla öz maliyyə imkanlarını təmin edir. 

Təşkilat krediti ölkələrə aşağı faizlə verir. 

Beynəlxalq Yenidənqurma və  İnkişaf Bankının struktur dəyişik-

liklərinin formalaşdırılması üçün ayırdığı kreditlər əsasən iqtisadi re-

formaların həyata keçirilməsinə, maliyyə bölməsinin idarəçiliyinə, 

dövlət sektoruna sərf edilir . 

Beynəlxalq İnkişaf Təşkilatı -1960-ci ildə yaradılmışdır. Adamba-

şına düşən milli gəlirə görə yoxsulluq həddinin aşağısında olan ölkələrə 

kredit verməkdədir. Bu ölkələrə ümumi olaraq sıfır faizli və 35-40 il 

müddətli kreditlər verilir. Beynəlxalq İnkişaf Assosiasiyası verdiyi kre-

ditlərin şərtləri müəyyən edilərkən onu alan ölkənin ödəmə qabiliyyəti 

imkanları və ölkələrədə adambaşına düşən gəlirin məbləği nəzərə alınır. 

Beynəlxalq İnkişaf Assosiasiyası öz maliyyə imkanlarını ən yüksək in-

kişaf etmiş ölkələrin ayırdığı pulların hesabına formalaşdırır. 

Beynəlxalq Maliyyə Əməkdaşlığı -1956-cı ildə yaradılmışdır. Bu 

təşkilat inkişaf etməkdə olan ölkələrdə özəl sektora kredit vermək və 

özəl sektorun inkişafına kömək etmək məqsədi ilə ixtisaslaşmışdır. 

Onun əsas məqsədi “üçüncü dünya” ölkələrində özəl sektorun inkişafı 

üçün vəsait toplamaq və onu həmin ölkələrə istiqamətləndirməkdir. 

Bunun üçün Beynəlxalq Maliyyə Korporasiyası  həm onun sərənca-

mında olan vəsaitlərdən, həm də bu məqsəd üçün digər mənbələrdən 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

496



cəlb olunmuş vəsaitlərdən istifadə edir. Beynəlxalq Maliyyə Korpora-

siyası öz maliyyə imkanlarının 80%-ni beynəlxalq maliyyə bazarların-

dan, 20%-ni isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından borc 

götürür. Beynəlxalq İnkişaf Assosiasiyasından fərqli olaraq bu təşkilat 

kreditləri güzəştsiz, bazar şərtlərinə uyğun faizlə təklif edir . Kreditlər 

3-15 il müddətinə verilir. Beynəlxalq Maliyyə Korporasiyası verilən 

kreditlərin qaytarılmasını təmin etmək məqsədi ilə zəruri hallarda kre-

dit ayrılarkən onu alan firmanın səhmlərinin bir hissəsinə sahib olma 

şərtini irəli sürür. Yalnız kredit ödənildikdən sonra və ya onun ödənil-

məsi üçün tam əminlik yarandıqdan sonra Beynəlxalq Maliyyə Korpo-

rasiyası alınan səhmlərə sahiblik hüququnu geri qaytarır. Hazırda 180 

ölkə Beynəlxalq Maliyyə Korporasiyasının maliyyə imkanlarından 

istifadə edir. 

Çoxtərəflı İnvestisiya Təminat Agentliyi-1985-ci ildə yaradılmış-

dır. İnkişaf etməkdə olan ölkələrdə qoyulacaq xarici investisiya qoyu-

luşlarına, ticari olmayan riskləri aradan qaldırma istiqamətində  təmi-

nat vermək ilə məşğul olan bir təşkilat olaraq çalışmaqdadır. Agentli-

yin əsas vəzifəsi kommersiya fəaliyyəti ilə bağlı olmayan risklərdən, o 

cümlədən, siyasi risklərdən təminat vermək və ölkəyə qoyulan investi-

siyaları sığortalamaq yolu ilə zəif inkişaf etmiş dövlətlərə investisiya 

axınına dəstək verməkdir. Agentliyin təminat verdiyi risklər sırasına 

milli valyutanın dövri olmaması, yerli hökumətin investisiya sahibinin 

mülkiyyət və ona nəzarət hüququndan məhrum etməsi, ölkədə  hərbi 

müdaxilə və ya mülki itaətsizlik ucbatından yaranan problemlərin bey-

nəlxalq məhkəmədə və arbitrajlarda həll edilməsi məsələləri daxildir. 

Belə hallarda investisiyaların Hərtərəfli Təminatı Agentliyi Beynəl-

xalq Valyuta Fondu, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı siste-

minə daxil olan digər təşkilatları cəlb etməklə ölkəyə qoyulmuş inves-

tisiyaların tam müdafiəsini təmin edir. İnvestisiyaların Hərtərəfli Tə-

minatı Agentliyi bir növ “sığorta polisi” rolunu oynayaraq investisiya-

lara 15 il müddətinə təminat verir. İnvestisiyaların Hərtərəfli Təminatı 

Agentliyinin fəaliyyəti 151 ölkəni əhatə edir. 

Beynəlxalq İnvestisiya Mübahisələrini Aradan Qaldırma Mərkəzi 

- 1965-ci ildə yaradılmışdır. Mərkəz, tərəflərin qarşılıqlı güzəştə get-

mələri və mübahəsəli məsələlərinə baxan bir təşkilatdır. Bü təşkilatın 

məqsədi beynəlxalq investisiya qoyuluşlarını təşviq etməkdir. Hazırda 

131 ölkə  İnvestisiya Mübahisələrin həlli üzrə Beynəlxalq Mərkəzin 

üzvüdür. 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə