Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə181/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   176   177   178   179   180   181   182   183   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



517

ilə cəlbedici investisiya mühiti yaratmaq niyyətini daşıyır. İslahatların 

məşğulluq və real gəlirlərin yüksəldilməsi və maliyə stabilliyi, təkmil-

ləşmiş dövlət idarəetmə sektoru və kommunal xidmətləri və özəl sek-

torun inkişafı vasitəsi ilə ən yoxsul təbəqəni müdafiə etmək üçün so-

sial təhlükəsizlik  şəbəkəsinin yaradılmasının sağlam  əsasını  təmin 

edəcəyi gözlənilir. 

Hal-hazırda bu proqram başa çatmışdır və hökumətin elan etdiyi 

Yoxsulluğun Aradan Qaldırılması ilə bağlı Dövlət Proqramı üzrə işlə-

rin 2005-ci ildə tamamlanmışdır. Bu istiqamətdə qeyri-neft sektorunda 

fəaliyyət göstərən müəssisələr üzrə vergi dərəcələri azaldılmış, Azər-

baycan rayonları üçün isə diferensial vergiqoyma tətbiq edilmişdir. 

2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində ölkə başçı-

sı seçilən cənab İlham Əliyev etdiyi çıxışında bundan sonra qeyri-neft 

sektorunun inkişafına və yoxsulluğun aradan qaldırılmasına xüsusi 

diqqət veriləcəyini bildirmişdir. Bu prosesdə prezidentin böyük səy və 

əzmlə  həyata keçirilən proqramları öz nəticəsini vermiş  və Dünya 

Bankının 2014, cü il məlumatlarına əsasən Azərbaycanda yoxsulluğun 

həcminin 40 faizdən 5 faizə qədər azalması bu istiqamətdəki uğurları 

sübut etmişdir. 

Bütün bunlardan başqa, Dünya Bankı Azərbaycanda bir sıra 

başqa layihələr də  həyata keçirir ki; Kənd Təsərrüfatının  İnkişafı  və 

Kredit Layihəsi, Təxirəsalınmaz Ekoloji Tədbirlər Layihəsi, Maliyyə 

Sektoruna Texniki Yardım Layihəsi, İnstitusional Quruculuğa Texniki 

Yardım Layihəsi, Qaz Sisteminin Bərpası Layihəsi, Təhsil Sektorunun 

İnkişafı Layihəsi, Yol Layihəsi və s. kimi layihələr aiddir. 

Ümumiyyətlə, Dünya Bankının bu illər  ərzində Azərbaycandakı 

fəaliyyətini müsbət qiymətləndirmək olar və bank gələcəkdə də Azər-

baycana uzunmüddətli kreditlər ayırmağı  nəzərdə tutur. Həmçinin 

Azərbaycan hökuməti də kreditlərin Dünya Bankı  tərəfindən təsdiq 

edildikdən sonra tezliklə imzalanması və bu kreditlərin qüvvəyə min-

məsi üçün vacib şərtlərin heç bir ləngimə olmadan yerinə yetirilməsi 

məqsədi ilə zəruri tədbirlərin görülməsinə çalışır[13]. 

Dünya Bankının 2002-ci ilin oktyabr, dekabr, 2003-cü ilin yan-

var, fevral missiyaları zamanı 10 illik Təhsil  İslahatı Proqramının 

komponentləri müzakirə olunmuş  və 2003-2009-ci illəri  əhatə edən 

təhsil layihəsinə dair sənədlər hazırlanmışdır. 

Birinci mərhələni  əhatə edən Təhsil  İslahatı Layihəsinin həyata 

keçirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən 18 mil-



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

518



yon ABŞ dolları  məbləğində güzəştli kredit ayrılmışdır. Azərbaycan 

hökumətinin layihədəki iştirak payı 2,8 milyon ABŞ dolları təşkil et-

məkdədir. Donor təşkilatı kimi Açıq Cəmiyyət  İnstitutu öz maliyyə 

vəsaitinin qoyuluşu hesabına təxminən 200 min ABŞ dolları  məblə-

ğində layihəyə texniki yardım göstərmişdir . 

Bakı-Ələt-Kürdəmir-Gəncə-Qazax-Gürcüstan sərhədi istiqamə-

tində keçən Avropa- Qafqaz- Asiya- TRASEKA -"Böyük İpək Yolu" 

Transqafqaz avtomobil yolu dəhlizinin bərpasını maliyyələşdirmək 

üçün Azərbaycan hökuməti üzvləri ilə birgə çox faydalı danışıqlar 

aparmışdır. Belə ki, investorlar Ümumdünya Bankı, Avropa Yenidən-

qurma və İnkişaf Bankı, Ərəb İqtisadi İnkişaf Küveyt Fondu, İslam İn-

kişaf Bankı, Səudiyyə İnkişaf Fondu, Asiya İnkişaf Fondu, Abu-Dabi 

Fondudur. Danışıqların nəticələrinə görə, 503 km-lik yolun yenidən 

qurulması, reabilitasiyası  və tikintisinə  təxminən 250 milyon dollar 

vəsait xərclənəcək. Bunun 41 milyon dolları (16%) Azərbaycan höku-

mətinin payına düşür. Azərbaycan hökuməti ilə Dünya Bankı arasında 

imzalanmış 48 milyon dollarlıq kredit sazişinə müvafiq olaraq 94 km 

uzunluğunda Gəncə-Qazax yolunun reabilitasiyasına başlanılmışdır. 

Hazırda 47 km-lik Bakı-Ələt yolunda Dövlət Büdcəsi hesabına əsaslı 

təmir işləri aparılmışdır. Dövlət Bankının layihəsinə uyğun olaraq 

Azərbaycanın Naxçıvan MR daxil olmaqla beş regionunda dünya 

standartlarına cavab verən sağlamlıq mərkəzləri tikiləcək. Layihə çər-

çivəsində çoxsaylı treyninq kursları da təşkil ediləcək, infeksiyalara 

qarşı mübarizə davam etdiriləcək. Hazırda bir neçə böyük həcmli layi-

hə Azərbaycan hökuməti tərəfindən hazırlanıb Dövlət Bankı ilə müza-

kirə olunur. Dövlət Bankı Azərbaycanda islahatların inkişafı çərçivə-

sində iqtisadiyyatın inkişafı üçün böyük məbləğlərdə kredit verilməsi 

məsələsinə baxır. O cümlədən infrastrukturun özəlləşdirilməsinə xüsu-

si  əhəmiyyət verilir. Enerji, kommunal xidmətlərin özəlləşdirilməsi 

sahəsində Dövlət Bankının böyük məbləğdə kredit verməsi üçün danı-

şıqlar aparılır. Xəzər Dənizinin ehtiyatlarının bərpasından qaynaqla-

nan ehtiyacı qarşılamaq üçün qiymətli balıq nümunələrinin yetişdiril-

məsi məqsədilə hazırda Dünya Bankı tərəfindən maliyyələşdirilən ba-

lıq çoxaldan müəssisələrin yaradılması Proqramı həyata keçirilir. Xə-

zər Dənizi Hövzəsi ölkələri arasında əlaqələndirmə, biomüxtəliflik və 

mühafizə  cəhdlərini asanlaşdırmaq üçün Xəzərin Ekoloji Proqramı 

yaradılmışdır. Xəzəryanı ölkələr prioritetləri müəyyənləşdirmək, re-

gional strategiyanı yaratmaq və maliyyələşdirici qrupların diqqətini 

cəlb etmək üçün birlikdə işləməyə başlamışdır. 



AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



519

Xəzərin Ekoloji Proqramı (XƏP) beynəlxalq səviyyədə dəstəklə-

nən və yardım göstərilən, regional, ümumiləşdirilmiş proqramdır ki, 

onun əsas məqsədi Xəzər dənizinin çirklənmiş mühitini xilas və bərpa 

etmək üçün regional əməkdaşlıqdır . Xəzərin Ekoloji Proqramının 

əsas vəzifələri aşağıdakıları  əhatə edir: Regional Ətraf Mühit Roqra-

mının  İnkişafı, xüsusilə, onun Rəhbər Komitəsinin (RK), Proqram 

Əlaqələndirmə Şurasının (PƏŞ), Xəzər Dənizi ətrafında bir sıra Xəzər 

Regional Tematik Mərkəzləri (XRTM), Xəzər üzrə Maraqlı Qrupların 

yaradılması və nəticə etibarı ilə Xəzər Dənizi çərçivəsi üzrə Konvensi-

yanın formalaşması və təsdiqi ; 

Transsərhəd problemlərinin həlli, su ilə əlaqədar ətraf mühit mə-

sələləri və onların əsas nəticələri olan TransSərhəd Diaqnostitk Ana-

lizlərin (TDA) tamamlanması vasitəsilə, Xəzər Strateji Fəaliyyət Proq-

ramı (XSFP) və  Ətraf Mühit üzrə Milli Fəaliyyət Planlarının 

(ƏMMFP) formalaşması və təsdiqi; 

Xəzərin  Ətraf Mühit Proqramının (XƏMP) yüksək prioritet təd-

birləri meyarlarına uyğun investisiya layihələrinin müyəyyənləşdiril-

məsi və ilkin hazırlanması vasitəsilə ehtiyatların səfərbərliyi. XƏMP - 

Xəzəryanı 5 ölkə- Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmə-

nistan arasında və beynəlxalq tərəf müqabillərlə, xüsusi ilə Aropa İtti-

faqı Tasis, BMTİP, BMTƏP və Dünya Bankı arasında əməkdaşlıqdır. 

Özəl sektor və digər beynəlxalq təşkilatlar da XƏMP–nın fəaliyyətlə-

rində iştirak edirlər. XƏMP-nın əsas büdcəsi 15 milyon ABŞ dollarına 

bərabərdir. İlk maliyyə mənbələri Qlobal Ekoloji Fond və Avropa İtti-

faqı / Tasis tərəfindən müvafiq olaraq 8,4 milyon ABŞ dolları və 5,6 

milyon ABŞ dolları  təşkil edir. Qlobal Ekoloji Fondun maliyyələş-

dirilməsi BMTİP, BMTƏP və Dünya Bankı vasitəsi ilə həyata keçiri-

rilir. Bu üç təşkilat  əlavə olaraq 3,8 milyon ABŞ dolları  həcmində 

vəsait ayırıblar. Özəl sektorun payı 0,3 milyon ABŞ dolları həcmində-

dir. Xəzəryanı dövlətlər müvafiq kömək göstərməklə proqramın həya-

ta keçirilməsində yaxından iştirak edirlər. XƏMP öz fəaliyyətinə 

1998-ci ildə başlayıb və 2002-ci ilin axırına qədər davam etmişdir. 

Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış sazişə 

əsasən Xıllı  Nərə Balıqartırma Zavodu üçün “Nərə”  İctimai Fondu 

Respublikanın Maliyyə Nazirliyi, keçmiş İqtisadiyyat Nazirliyi, Döv-

lət Ekologiya Komitəsi və “Azərbalıq” Dövlət Konserni tərəfindən tə-

sis edilmişdir. Bu fondun yaradılmasında əsas məqsəd Xəzər dənizin-

də nərə balığı ehtiyatlarının artırılmasıdır. Layihənin reallaşması Azər-



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə