Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə182/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   176   177   178   179   180   181   182   183   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

520



baycanın Dünya bazarına balıq məhsulları (xüsusilə, qara kürü) çıxa-

rılması kvotasının artmasına real şərait yaradacaqdır. 

1 yanvar 2014-ci ilə qədər: Cəmi 60 layihə üçün təxminən 3 mil-

yard 500 milyon Amerika dolları ayrılmışdır. 30 layihə hal-hazırda hə-

yata keçirilmişdir. Ümumiyyətlə, 2014-ci ilin sonuna qədər Dünya 

Bankının Azərbaycanda "Milli su təchizatı və kanalizasiya xidmətləri" 

layihəsi, "Milli su təchizatı  və kanalizasiya xidmətləri - II" layihəsi, 

"Magistral avtomobil yolu - II" layihəsi, "Magistral avtomobil yolu - 

III" layihəsi, "Kənd investisiya" layihəsi, "II Kənd təsərrüfatının inki-

şafı və kreditləşdirilməsi" layihəsi; "Elektrik ötürücü sisteminin bərpa-

sı" layihəsini maliyyələşdirməlidir. Bundan başqa, "Bərk məişət 

tullantıların vahid idarəçiliyi" layihəsi, "Təhsil sektorunun inkişafı - 

II" layihəsi, "Sosial müdafiənin inkişafı" layihəsi, "Səhiyyə sektorun-

da islahatlar - II" layihəsi, "Məcburi köçkünlərin iqtisadi inkişafına 

yardım" layihəsi, əhalinin içməli su təchizatı layihəsi və s. həyata ke-

çiriləcək. 

Bütövlükdə götürsək, Dünya Bankı  tərəfindən 48 layihənin ma-

liyyələşdirilməsi nəzərdə tutulur. 

Qeyd etmək lazımdır ki, həyata keçirilən layihələr içərisində kən-

din inkişafı ilə bağlı olan layihələr müstəsna rol oynayır. Belə ki, 

Azərbaycanın kənd təsərrüfatı sektorunda aparılan islahatlar və struk-

tur dəyişiklikləri ölkə  əhalisinin təqribən 40%-ni təşkil edən ucqar 

bölgələrin yaşayış  səviyyəsinin yüksəlməsində önəmli rol oynayır. 

Ümumi Daxili Məhsulun 26%-dən 30%-nə qədərini təşkil edən kənd 

təsərrüfatı sektorunda ölkə  əhalisinin 36%-i işləyir. Kənd təsərrüfatı 

məhsulları toplam ixracatın 30%-ni təşkil edir ki, bu da əsasən pambıq 

və meyvə istehsalı sənayesidir. Hal-hazırdakı vəziyyətdə və yaxın gə-

ləcəkdə ixrac ediləcək neft məhsullarından gözlənilən valyuta gəlirlə-

rinin artımını diqqətə almadan kənd təsərrüfatının məhsuldarlığını 

artırmaq lazımdır. 

Qeyd etmək lazımdır ki, Dünya Bankı Azərbaycana ilk kreditini 

neft sektoruna 20 aprel 1995-ci ildə texniki yardım layihəsinin maliy-

yələşdirilməsi üçün açmışdır. 20.8 mln. ABŞ dolları məbləğində olan 

kredit Dünya Bankının əsas təşkilatlarından biri olan İDA tərəfindən 

təmin olunmuşdur. Bu kredit neft sektoruna xarici özəl sərmayələrin 

təşviq edilməsi məqsədi ilə tövsiyə xarakterli xidmətlərin göstərilməsi 

və Azərbaycanın neft sənayesindəki mövcud problemlərin aradan qal-

dırılması üçün istifadə olunmuşdur. 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



521

Azərbaycan dünyada ən qədim neft istehsal edən ərazilərdən biri-

dir və 1950-ci ilə qədər keçmiş SSRİ-nin ən çox neft istehsal edən əra-

zisi mövqeyində olmuşdur. Ölkədə hələ də qiymətli neft yataqları var-

dır. Bu neft yataqlarının çoxu Xəzər dənizində yerləşir. 

Dünya Bankı 19 iyul 1996-cı il tarixində qaz sisteminin yenidən 

qurulması proyektini maliyyələşdirmək üçün 20,2 mln. dollar həcmin-

də kredit açmaq qərarını almışdır. Bu Azərbaycana ayrılan beşinci 

kreditdir.  İDA fondları  tərəfindən maliyyələşdirilən proyekt çərçivə-

sində hökumətə Azərbaycanın qaz verilmə şəbəkəsinin yenidən qurul-

ması, qaz nəqli və istifadə edilməsində təsirin artırılması istiqamətində 

kömək etmişdir. 

Təbii qaz Azərbaycanda istifadə olunan ən başlıca yanacaq vasi-

təsi olduğundan onun bazarda hazır olması iqtisadi fəaliyyətin bütün 

sahələri üçün çox önəmlidir. Buna görə də hökumət ölkənin təbii qaz 

təməlinin yaxşılaşdırılması  və qaz istifadəsində  səmərəliliyin artırıl-

ması məsələlərinə önəm vermişdir. Sovet İttifaqı dövründə bu sektora 

edilən inevstisiyaların çox olması ilə əlaqədar Azərbaycan dünyada ən 

yaxşı qazla təmin edilən ölkələrin sırasında idi. Bir vaxtlar özünü qaz-

la tamamilə təmin edə bilən Azərdbaycan son illərdə benzin və qaz is-

tehsalındakı azalışlara görə artan tələbləri qarşılamaq üçün təbii qaz 

idxal etmək məcburiyyətində qalmışdır. Keçmiş Sovet İttifaqının bir 

çox ölkəsində olduğu kimi Azərbaycanda da qazın verilməsi və nəqli 

alt sektorların yenidən qurulması və modernizasiyası üçün önəmli in-

vestisiya qoyuluşlarına ehtiyacları doğurmuşdur. Bir çox ticarət və sə-

naye qaz istehlakçılarının qaz sayğacları yoxdur, evlərdə isə qaz say-

ğacları tamamilə yoxdur. Bunun nəticəsində isə toplam qaz istehlakı-

nın 15%-i istehlakçıların hesabına yazılmadan işlədilir. 

Bütün qaz nəqli və paylanmasını  təşkil edən milli qaz şirkəti - 

Azəriqaz ucuz satış qiymətləri və böyük miqdarda ödənilməmiş borc-

lara görə maliyyə sıxıntıları çəkmişdir. Son illərdə ölkə tərəfindən id-

xal edilən qazın qiymətinin artması da hökuməti qaz sektorunda dəyi-

şikliklər edilməsinin məcburi olduğuna inandırmışdır. 

Bank tərəfindən dəstəklənən bu layihə yeni qoruma sisteminin in-

kişafı yolu ilə boru xətlərinin dəyişdirilməsi xərclərini azaldaraq, 

Azərbaycana böyük iqtisadi faydalar verəcəkdir. Buna əlavə olaraq

sayğacların yerləşdirilməsi, köhnəlmiş  və dağılmış boruların dəyiş-

dirilməsi və qaz sızıntılarının azaldılması yoluyla qaz istehlakının ya-

rarlığını artıracaqdır. 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

522



Bundan başqa, layihə Azəriqazın ticari əsaslarla işləyən bir quruma 

çevrilməsini yüngülləşdirəcək və sektor üçün qanuni əsasın qurulma-

sına yardım edəcəkdir. Bütün bunlar sərbəst bazar iqtisadiyyatı qay-

dalarına uyğun olan sektoral təşkilatlanmanın ilk önəmli addımlarıdır və 

gələcəkdə bu sektora özəl sektorun yönəlməsini təmin edəcəkdir. 

 

 



3. Azərbaycanın digər beynəlxalq maliyyə təşkilatlari ilə əla-

qələrinin mövcud durumu və onun inkişaf istiqamətləri 

Hal-hazırda qloballaşma mərhələsində dünyada iqtisadi tənzimlə-

mələr, təcrübə və maliyyə transferi istiqamətində bir neçə regional və 

qlobal iqtisadi təşkilatlar qurulmuşdur ki, bunlardan biri də Avropa 

Yenidənqurma və İnkişaf Bankıdır. Bu təşkilat Avropada iqtisadi tən-

zimləmələr, məlumat və maliyyə mənbələri transferi kimi əhəmiyyətli 

layihələri həyata keçirir. Azərbaycan 1992-ci il 25 sentyabrdan üzv ol-

muşdur.Azərbaycan AYİB-in “İlkin keçid iqtisadiyyatlı ölkələr təşəb-

büsü” Proqramına daxildir. Bu təşəbbüsün məqsədi 2004-cü ilin aprel 

ayından başlayaraq zəif inkişaf etmiş yeddi ölkəyə ayrılan investisiya-

ların həcmini artırmaqdır. Təşəbbüs MDB ölkələrində yoxsulluğun 

azaldılması istiqamətində beynəlxalq cəhdlərin əsasında formalaşmış-

dır. Bu təşəbbüs çərçivəsində AYİB öz cəhdlərini özəl sektorda bizne-

sin inkişaf etdirilməsi, bu sahədə iqtisadi islahatların aparılması, kiçik 

layihələrin maliyyələşməsi və s. üzrə cəmləşdirəcək. 

Ümumilikdə isə AYİB Azərbaycanla  əməkdaşlığı dövrü ərzində 

110 layihə üzrə 1,6 mlrd. dollar məbləğində  vəsait ayırıb ki, bundan 

70 layihə maliyyə sektorunda həyata keçirilir.AYİB Azərbaycanda 9 

bank, 6 mikromaliyyə institutu və 3 qeyri-bank maliyyə institutu ilə 

əməkdaşlıq edir. Bu günədək AYİB əməkdaşlıq etdiyi maliyyə insti-

tutlarına 69 kredit xətti və kapital qoyuluşu vasitəsilə 223 milyon ABŞ 

dolları məbləğində vəsait yatırmışdır. Bankın Azərbaycandakı fəaliy-

yətinin 50%-i enerji sektoruna, 25% maliyyə sektoruna, 6%-i mikro-

maliyyə , 3%-i qeyri-bank təşkilatlarına və 5%-i koorperasiya sektoru 

üzrə həyata keçirilir. AYİB bir sıra bankların institusional inkişafı və 

rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə onlara maliyyə və tex-

niki yardımlar göstərir. Bank daha böyük, daha müxtəlifləşdirilmiş və 

daha davamlı bankların inkişaf etdirilməsi məqsədilə mövcud və yeni 

partnyor banklara kredit xəttləri, sindikatlaşdırılmış və subordinasiyalı 

kreditlər təmin edir. Bununla yanaşı, AYİB qeyri-bank mikro – maliy-




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə