Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə180/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   176   177   178   179   180   181   182   183   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

514



lahatları və tədiyyə balansında tarazlıq üçün işlər aparılması istiqamə-

tindəki iqtisadi islahatların planlı bir şəkildə  həyata keçirildiyi qeyd 

edilmişdir. Hökumət BVF-nin yardımı ilə 1995-ci ilin əvvəlindən eti-

barən tam mənası ilə makroiqtisadi islahatlara başlamışdır. 

Hal-hazırda Dünya Bankı Azərbaycan hökumətinin xarici investi-

siyaçıları təşviqetmə istiqamətindəki fəaliyyətlərini dəstəkləməktədir. 

Belə ki, liberallaşma, özəl sektorun inkişafı, monopoliyanın ara-

dan qaldırılması, yeni demonopolizasiya, ölkədə ən qısa zamanda sər-

bəst bazar iqtisadiyyatı sisteminin bərqərar edilməsi istiqamətindədir. 

Hökumət son 15 il ərzində siyasi və iqtisadi islahatlar mərhələsini mü-

fəffəqiyyətlə başa çatdırmış və bunun nəticəsi olaraq ölkəyə xarici in-

vestisiya gəlməsi prosesi asanlaşmışdır. Bununla bərabər, xarici inves-

tisyaçıların haqlarını və öhdəliklərini müəyyən edən yeni qanun qəbul 

edilmişdir. Azərbaycan potensial xarici investisiyaçılar üçün bir çox 

imkanlar vəd etməkdədir. Bunlar istiqrazlı siyasi mühit, az maaşlı təc-

rübəli iş-gücü, əlverişli coğrafiyası olan mövqeyindən dolayı "yaxın" 

bazarlar imkanları və s. Bundan başqa, azad, sərbəst iqtisadi zonaların 

qurulması istiqamətində də bəzi addımlar atılmışdır. 

Azərbaycanın ortamüddətli hədəfi ölkənin zəngin neft mənbələri 

və potensialı olaraq güclü olan özəl sektorunu əsas alaraq nəticənin 

müsbət olacağına əsas verməkdədir. 1994-cü ildə hökumət beynəlxalq 

neft şirkətləri ilə ölkənin neft yataqlarının işlənməsi və neft ixracının 

artırılması istiqamətində müqavilə imzalamışdır. Neft yataqlarına əla-

və olaraq, Azərbaycan nəğd valyutayla satıla bilən pambıq sərvətinə 

sahib zəngin aqrar torpaqlara və qiymətli mədənlərə malikdir. Bundan 

başqa, ölkənin o qədər də yaxşı vəziyyətdə olmayan, böyük həcmli sə-

naye sektoru, azmaaşlı ixtisaslaşmış  iş-gücü,  əlverişli və ucuz xam 

maddə ehtiyatları vardır. Xarici investorlar üçün səhiyyə sektorunda, 

əczacılıq və turizm sektorlarnda əlverişli imkanlar və  şərait yaradıl-

mıştır . 

Hökumət geniş özəlləşdirmə proqramını həyata keçirməyə başla-

mışdır. Özəlləşdirmə  mərhələsində xarici investorların da iştirakına 

şərait yaradan qanunlar qəbul edilmişdir. Xarici investorlar yerli in-

vestorlarla eyni şərtlər daxilində özəlləşdirmədə  iştirak edə bilərlər. 

Azərbaycanın MİGA-ya üzv olması xarici investorlar üçün daha geniş 

imkanlar yaratmışdır. Azərbaycanın  İFC-ya üzv olması isə xarici in-

vestorların bu təşkilatlardan kredit almaq imkanı verdiyi üçün onların 

saylarını artırmışdır. 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



515

1995-ci ilin ilk aylarında bir çox malların qiymətlərı sərbəstləşdiril-

miş  və maliyyə sektorunda bəzi reformların həyata keçirilməsinə baş-

lanılmışdır. 1995-ci ilin ortalarında hökumət beynəlxalq arenada qəbul 

edilən stabilllik və struktur islahatları çərçivəsində bir sıra əsas qərarlar 

almışdır.  İnflyasiyanın sürətinin düşməsi, büdcə  kəsirinin azalması  və 

ölkə valyuta vahidinin ABŞ dolları qarşısındakı kursunun sabit olması 

onu göstərir ki, stabillik proqramı bütün gücü ilə tətbiq edilməkdədir və 

artıq bunun bəzi müsbət nəticələri özünü göstərməkdədir. Özəlləşdirmə 

proqramının məqsədi isə dövlət müəssəsələrinin özəl sektora verilməsi-

dir. Tenderlər vasitəsi ilə kiçikhəcmli müəssisələrin özəlləşdirilməsi ar-

tıq sona çatmışdır. Orta və büyük həcmli müəssisələrin özəlləşdirilməsi 

mərhələsi isə bütün sürəti ilə davam edir. 

Ümumiyyətlə, Azərbaycan Respublikasına Dünya Bankı qrupuna 

daxil olan əsas iki təşkilat tərəfindən - Beynəlxalq İnkişaf Assosiasi-

yası (BİA) və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən kreditlər 

ayrılır. İndiyə qədər həyata keçirilən SAC 1 və hazırda reallaşdırılması 

nəzərdə tutulan SAC 2 layihələri Beynəlxalq İnkişaf Assosiasiyasının 

hazırladığı layihələrdir. BİA–nın Azərbaycandakı fəaliyyəti çox geniş-

dir. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda maliy-

yə sektorunun inkişafı, bank sektorunda daxili və xarici rəqabətin inki-

şafı, qeyri- bank sektorunda olan boşluqları doldurmaq üçün birgə işin 

təşkili, yerli xüsusi banklara texniki yardım göstərməklə onların daha 

səmərəli və etibarlı maliyyə vasitəçisi olmasına kömək etmək, kiçik və 

orta sahibkarlığın inkişafına xüsusi kreditlər ayırmaq və xüsusi 

kreditlər vasitəsi ilə  kənd təsərrüfatı sektorunun rəqabətqabiliyyətli 

sahələrinin inkişafına kömək etməkdən ibarətdir. 

Bundan başqa, neft, qaz və onlarla bağlı sahələrə, xüsusilə, neft 

maşınqayırması sənayesinə səmərəli investisiyalar qoymaq və ictimai 

xidmət sahələrinin, xüsusilə, səhiyyə, təhsil və həmçinin sosial sekto-

run inkişafına yardım göstərmək məqsədləri də diqqət mərkəzindədir. 

Hal-hazırda respublikanın enerji sektorunda Dünya Bankı  təbii 

qaz sektorunun yenidənqurulması layihəsini həyata keçirməkdədır. 

Həmin layihə  çərçivəsində bu sektorun əsas müəssisələrinin məhsul-

darlığının artırılması və infrastrukturlarının inkişafı işlərinə köməklik 

edilməsi nəzərdə tutulur. Enerji sektorunda atılan əsas addımların bö-

yük əhəmiyyəti vardır, çünki təbii qaz ölkədə istifadə edilən əsas ya-

nacaq növüdür, idxal olunan təbii qazın qiymətı isə davamlı olaraq 

artmaqdadır. Bu sektorun olduqca köhnəlmiş, pis vəziyyətdə olan in-



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

516



frastrukturunın yenidən qurulması üçün bank tərəfindən hazırlanmış 

layihə çərçivəsində təbii qaz anbarlarının, paylama cihazlarının müa-

sirləşdirilməsi, 2 yeni yeraltı qaz anbarının qurulması, istehsal və tica-

rət müəssisələrində qaz sayğaçlarının yerləşdirilməsi və qaz xətlərınin 

mühafizəsı işinin işlək hala gətirilməsi kimi işlər görüləcəkdir. 

Aqrar sektora gəldikdə isə Dünya Bankı sektorun analizinə başla-

mışdır və kolxoz və sovxozların yenidənqurulması  mərhələsində kö-

məklik etməyi planlaşdırır. Bu məqəsədlə aqrar müəssisələrin özəlləş-

dirilməsi layihəsi hazırlanmış və həyata keçirilmişdir. 

Dünya Bankı ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsi və 

yoxsulluğun azaldılması istiqamətində təcili işlərin və tədbirlərin gö-

rülməsində Azərbaycan hökumətinə lazımi köməkliyi göstərməkdədir. 

Yoxsulluğun aradan qaldırılması barədə dövlət proqramının hazırlan-

masında Dünya Bankının fəaliyyəti inkar edilməzdir. Müharibə  nəti-

cəsində öz yaşayış yerlərindən məcburi didərgin düşmüş köçkünlərin 

yaşayış  səviyyələrinin artırılması istiqamətində kompleks tədbirlər 

planının hazırlanmasında da bank hökumətlə birgə  iş aparır və bu 

məqsədlə yenidənqurma layihəsi çərçivəsində 20 milyon dollarlık kre-

dit ayırmışdır. 

Dünya Bankı Beynəlxalq Valyuta Fondu ilə birlikdə Azərbaycan-

da Yoxsulluğun Azaldılması Strategiyasını da işləyib hazırlayıb. 

Yoxsulluğun Azaldılması üzrə Strategiya Sənədi Beynəlxalq Val-

yuta Fondunun Şurası  tərəfindən 2 iyul 2001-ci ildə Yoxsulluğun 

Azaldılması və İqtisadi Artım Mexanizmi (YAİAM) ilə birlikdə və 5 

iyul 2001-ci ildə Dünya Bankının  Şurası  tərəfindən təsdiq olunmuş-

dur. Hökumət tamhəcmli YASS-ı 2002-ci ilin ortalarında başa çatdır-

mağı planlaşdırırdı və YASS-ın hazırlanması üzrə əhalinin bütün seq-

mentlərinə öz fikirlərini ifadə etməyə və məqsədlərini başa düşməklə 

onlara bağlanmağa imkan verən güclü iştirak yanaşmasından istifadə 

edir. Bu proses vaxt tələb edəcək və prosesi daha da gücləndirmək he-

sabına son məhsulu tələsdirməmək üçün ehtiyatlı olmaq lazımdır. 

YASS-da əks olunmuş strategiya yoxsulluğun azaldılması və iş-

sizliyi Azərbaycanın qarşısında duran ən çətin iqtisadi vəzifə kimi qiy-

mətləndirir. Bu problemlərin həlli tarazlı artımı tələb edir ki, bu da öz 

növbəsində iqtisadi artımın həm gəlirlərin qaldırılması, həm də iş yer-

ləri baxımından geniş bölüşdürülməsinin təmin olunmasını zəruri edir. 

Hökumətin proqramı enerji sektorundan kənarda resurslar imkan ver-

dikcə biznes və  məşğulluq vergi tutmasını  tədricən azaltmaq vasitəsi 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə