Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə176/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   172   173   174   175   176   177   178   179   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



503

müddətli və digər dövlətlərlə uyğunlaşmaq üçün verilən kreditlərə 

doğru dəyişilməkdədir. 

Beynəlxalq Valyuta Fondu - valyuta qıtlığı və maliyyə balansının 

kəsirliliyi vaхtı üzv ölkələrə qısa və ortamüddətli krеdiltər verən və bu 

ölkələr arasında valyuta münasibətlərini tənzimləmək üçün yaradılmış 

hökumətlərarası valyuta-krеdit təşkilatıdır. BVF, 1930-cu illərdəki 

dünya iqtisadi böhranının gətirdiği bir neçə problemlərlə birlikdə orta-

ya çıxmışdır. Bu zamanda valyutaya olan inamın azlığı ilə birlikdə öl-

kələr öz valyutalarını artıq qızıl ilə tənzimləməyə imkansız hala gəldi-

lər. Hətta elə bir vəziyyət  əmələ  gəldi ki, ticarət mal mübadiləsi ilə 

aparılırdı. Bu vəziyyətə qarşı valyutanın dəyərinin ölçülə biləcəyi bir 

müəssisə qurmaq üçün addımlar atıldı. Belə bir sistemin idarə edilmə-

sini təşkil edəcək bir müəssisə bir ölkə valyutasının digərinə  təxrə-

salınmadan çevrilə bilməsini təşkil edəcək, hər bir valyutanın dəyərini 

müəyyənləşdirəcək və ölkələrin rəqabət üçün öz valyutalarının 

dəyərini düşürməsini kontrol edəcəkdir. Bu məqsədlərlə  bərabər, 

ticarətin istiqrarlı bir şəkildə  həyata keçirməsini təşkil etmək və val-

yuta kursunun səviyyəsini qorumaq da vardır. 44 ölkənin nümayəndə-

ləri 1944-cü ildə Amerikada Bretton Vudsda toplaşdı və BVF 1946-cı 

ilin may ayında fəaliyyətə başladı. Bretton Vudsda imzalanan müqa-

vilədə BVF-nin nəzarət sahəsi inkişaf etmiş ölkələr olduğu halda, 

Dünya Bankının vəzifəsi isə az inkişaf etmiş ölkələrin inkişaf prob-

ləmləri ilə maraqlanmaq və onlarla məşğul olmaq planlanmışdır . 

BVF-in rəsmi məqsədləri - beynəlxalq ticarətin tarazlaşdırılmış şəkil-

də inkişafı prosesinə kömək etmək, valyutaların mübadilə məzənnələ-

rinin sabitliyinə şərait yaratmaq, üzv dövlətlər arasında cari əməliyyat-

lar üzrə çoxtərəfli hesablaşmalar sisteminin yaradılmasına, eləcə  də 

dünyada ticarətin tərəqqisinə mane olan valyuta məhdudiyyətlərinin 

aradan qaldırılmasına kömək etmək; üzv dövlətlərin tədiyyə balansın-

dakı qeyri-mütənasibliyi xarici ticarət və hesablaşmalar sahəsində 

məhdudlaşdırıcı  tədbirlərdən istifadə etmədən aradan qaldırmağa im-

kan verən maliyyə resursları təqdim etməkdən ibarət idi. Fond beynəl-

xalq valyuta-maliyyə problemlərinə dair məsləhətləşmələr aparmaq və 

birgə  iş üçün forum kimi xidmət edir. BVF müvafiq prinsiplərin və 

prosedurların köməyi ilə, o cümlədən öhdəliklərin başqa aspektlərinə 

nəzarətin əsas elementi kimi mübadilə məzənnələri barəsində üzv döv-

lətlərin siyasətinə ciddi nəzarət etməklə üzv dövlətlərin hər birinin öz 

öhdəliklərini yerinə yetirməsinə nəzarət edir . 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

504



BVF-nin maliyyə resursları üzv dövlətlərin üzvlük haqlarından və 

borc vəsaitərindən yaranır. Üzvlük haqqı xüsusi borclanma hüquqla-

rında (SDR) - fondun hesablaşma vahidində ifadə edilmiş kvotaya bə-

rabərdir. Dövlətin kvotası həmin dövlətin fond ilə maliyyə və təşkilati 

münasibətlərinin mühüm elementidir. Üzv dövlətlərdən hər birinin 

250 baza səsi və öz kvotasının hər 100 min SDR-i üçün daha bir səsi 

vardır. Fondun maliyyə resurslarından istifadənin limiti kvotaların kə-

miyyətindən asılıdır. Hər 5 ildən bir kvotalara yenidən baxılmalıdır. 

Üzv dövlətlərə BVF-in maliyyə resursları maliyyələşdirmə siyasəti və 

mexanizmləri çərçivəsində ümumi resurslar hesabından verilir. Bu re-

sursların həcmi tədiyyə balansının köməyi ilə  həll edilməli problem-

lərdən, eləcə də fond tərəfindən təqdim edilən şərtlərin spesifikasından 

və  sərtlik dərəcəsindən asılıdır. Hər bir konkret halda fond kreditlər 

verilməsi barədə qərarı öz mülahizəsinə əsasən qəbul edir. Əgər BVF 

onun verdiyi vəsaitlərdən “fondun məqsədlərinə zidd olaraq” istifadə 

olunduğunu hesab edərsə o, həmin vəsaitləri azalda bilər və ya üzv 

dövləti onun resurslarından istifadə etmək hüququndan məhrum edə 

bilər . 


BVF üzv ölkələrdən onların qızıl və valyuta ehtiyatları, qızılın və 

əmtəələrin istehsalı, ixracı və idxalı barədə, tədiyyə balansları, xarici 

investisiyalar, milli gəlir, qiymətlərin indeksləri, valyutaların məzən-

nələri, valyuta nəzarəti tədbirləri, klirinq sazişləri və s . barədə məlu-

mat alır . Fond tədqiqatlar aparır və üzv ölkələrə valyuta və maliyyə 

məsələlərinə dair icmal məruzələri təqdim edir, maliyyə problemləri-

nin həllinə kömək edir, mütəxəssislər hazırlanmasını təşkil edir. BVF 

direktorluğun illik məruzələrini, ticarət va maliyyə barədə rüblük mə-

lumatları, üzv ölkələrin valyuta paritetləri barədə vaxtaşırı məlumatla-

rı ingilis dilində dərc edir. 

Qeyd etmək lazımdır ki, BVF ölkələrin borç ödəmə problemlə-

rinədə nəzarət edir. Belə ki, ölkələr borclarını ödəyə bilməmə proble-

mi ilə başbaşa qaldıqları zaman öz ticarət strukturunda bir nəçə islahat 

apararaq bu problemi aradan qaldırmağa çalışırdılar. BVF bu ölkələrə 

borcödəmə problemlərini aradan qaldırmaları üçün bir yandan borc 

verir, bir tərəfdən də ticarətdəki bu maneələrin aradan qaldırılmasını 

və ticarətin sərbəstləşməsini istəməkdə idi. Bu siyasətin izahı isə bu 

vəziyyətin bütün ölkələrin rifah səviyyəsini artıracağı iddiasıdır. An-

caq asanlıqla görmək olur ki, ticarətdə bu cür sərbəst ölkələrin rəqabət 

imkanlarında getdikcə zəifləməsi və ölkədaxili iqtisadi sabitliyin qoru-




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



505

na bilməməsi vəziyyətinə gətirib çıxarmaqdadır. Fərqli imkanlara sa-

hib iqtisadi sistemlər arasında bu şəkildə bir ticarət sərbəstləşməsi tə-

min etmək sərt bir rəqabətə yol açmaqda, nəticədə bu işdən beynəl-

xalq şirkətlər və inkişaf etmiş ölkələr qazanclı çıxmaqdadır. Ölkələrin 

ödəmələr balansındakı problemləri aradan qaldırmaq üçün verilən 

borclar, BVF və bənzəri borc verən təşkilatlardan asılılıqları artmaq-

dadır. Beynəlxalq maliyyənin tarazlığını  təmin  еtmək məqsədi ilə 

tədiyyə balansı kəsirli olan ölkələrə qısa müddətli krеdit vеrmək, üzv-

lərin məzənnə siyasətini nəzarətdə saxlamaq, onların kommersiya 

banklarına və rəsmi təşkilatlarına qarşı öhdəliklərini yеrinə yеtirə bil-

məsi halında tərəfdarlara vasitəçilik  еtmək və öhdəlikləri təxirə sal-

maq üçün müqavilə hazırlamaq, ölkələrin daha libеral bir valyuta və 

xarici ticarət rеjiminin tətbiqini təşviq еtmək, onlara tеxniki köməklik 

göstərmək və s . 

Eyni zamanda BVF-də ölkə  nə  qədər çox valyuta yatırmışsa o 

qədər çox səs haqqına sahib olmaqdadır. Ancaq ölkənin nə qədər pul 

yatıra biləcəyini BVF müəyyənləşdirməkdədir. Məsələn, ABŞ bütün 

səslərin 17,35%-nə sahibkən, Azərbaycan səslərin 0,27%-nə sahibdir. 

Bu vəziyyət qərar mexanizmində güclü olduqları üçün təbii olaraq 

daha artıq söz sahibi olan ölkələrin bu vəziyyətini legitim hala gətir-

məkdədir. 

BVF-nin vəzifələri iqtisadiyyatı böhran vəziyyətində olan və 

xarici ödəmə kəsirləri olan ölkələrə qısa müddətli kredit vermək, bey-

nəlxalq valyuta münasibətlərinin nizamlı  və stabil şəkildə inkişafını 

nəzarətdə saxlamaq, üzv ölkələrin beynəlxalq kommersiya banklarına 

və ya rəsmi təşkilatlara olan və ödənə bilməyən borclarının ortaya çıx-

ması halında, problemin həlli üçün vasitəçilik etmək, yeni ödəmə 

planları və borcun müddətinin uzadılması şərtlərini tərtib etmək, yeni 

bir səlahiyyət olaraq, üzv ölkələrdəki makroiqtisadi və struktur-istiqrar 

siyasətlərinə maliyyə köməkliyi etmək, üzv ölkələrin xarici ticarət si-

yasətlərini liberallaşdırmağa təşviq istiqamətində  işlər aparmaqdan 

ibarətdir. 

Qeyd etmək lazımdır ki, son illər BVF-nun kapitalında ən böyük 

kvotaya ABD və Avropa İqtisadi Birliyi ölkələri malik olmuşdur. İn-

kişaf еtməkdə olan ölkələrin payı cəmi 32,4 % təşkil еdir. 

BVF-nun  əsas vəzifəsi maliyyə  və valyuta çətinlikləri yaşayan 

ölkələrin krеditləşdirilməsidir.Ona görə də fond çox sayda krеdit əmə-

liyatları  həyata kåçirir. Fondun nizamnaməsinə uyğun olaraq üzv 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə